CNN-İnternational sözü azərbaycan dilində

CNN-İnternational

Yazılış

  • CNN-İnternational • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
CNN
CNN və ya Cable News Network (CNN) — 1 iyun 1980-ci ildə Atlantada Ted Törner tərəfindən qurulmuş ilk xəbər kanalı. Telekanal 24 saat xəbər yeniliyi üzərində qurulur. CNN-nin mütəmadi olaraq dünyanın 212 ölkəsində 1.5 milyarddan çox insan izləyir. Müxtəlif dillərdə kanalları, 12 veb saytı, 2 radiosu və bütün dünyaya yayılmış xəbər qrupu ilə ən məşhur xəbər qaynaqlarından biri sayılır. 1995-ci ildə açılan cnn.com isə ilk böyük ölçülü xəbər saytıdır. CNN-nin bütün dünyada tanınan bir kanal halına gəlməsi 1991-ci ildəki ilk Körfəz müharibəsi zamanı Bağdaddan döyüşü canlı olaraq yayımlanması oldu. bu etdikləri yayımlar televiziya xəbərçiliyində yeni bir dövr başlatdı. Daima böyüyən CNN-nin qurucusu Ted Törner ən əhəmiyyətli media patronlarından biri, bağlı olduğu holdinq Time Warner isə ən böyük media şirkətlərindən biridir. Avqust 2010-cu il tarixə olan məlumata görə CNN-i ABŞ-da 150 milyon insan izləyir.
CNN International
«CNN International» — ingilisdilli beynəlxalq televiziya kanalı olan "Time Warner" şirkətinin bölməsi olan "Turner Broadcasting System" media holdinqinə məxsusdur. Əsasən xəbərlər yayımlanan, dünya hadisələri və məşhur insanlarla müsahibələr üzrə analitik proqramlar da mövcuddur. Kanal dünyanın əksər ölkələrində göstərilir Bütün ən əhəmiyyətli anket və tədqiqatlara görə, CNN International, Avropa, Orta Şərq, Afrika və Cənubi Amerikada auditoriyaya çatmaq üçün bir nömrəli xəbər kanalıdır. 2013 və 2014-cü illərdə Böyük Britaniyada Royal Television Society "İlin Xəbər Kanalı" kimi tanınıbdır. == İstinadlar == "The Secret to 'Ailing' CNN's Success". The Wire. 2012-06-13. 2016-04-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-14."Media: CNN International offers global reach". 2010-03-12."CNN Worldwide Fact Sheet".
CNN Türk
CNN Türk — ABŞ-nin "CNN" şirkəti və Türkiyənin "Doğan" şirkəti ortaqlığı ilə 11 oktyabr 1999-cu ildə İstanbulda fəaliyyətə başlamış xəbər telekanalıdır. Telekanalın tanınmış simaları Əhməd Xaqan, Handə Fərat, Cüneyt Özdəmir, məşhur verilişləri isə "5N1K", "Bitərəf bölgə" və "Tamaşaçı qalmayın" layihələridir. == Tarixçə == Türkiyənin ilk iqtisadiyyat xəbər kanalı "Eko TV"nin analoq yayımdakı tezliyində yayıma başlayan kanalda əvvəllər CNN-in ingilis dilindən tərcümə edilmiş verilişləri yayımlanırdı. 2005-2008-ci illərdə Formula 1 yarışları canlı yayımlanıb. 28 yanvar 2008-ci il tarixində analoq-rəqəmsal yayımdakı tezliyi "TNT" kanalına verilib. Daha sonra isə "TV5" kanalının tezliyində yayımlanmağa başlayıb. Kanalı kabel antenlər vasitəsilə izləmək yenidən mümkün olub. 2010-cu ildə digər "CNN" kanallarında olduğu kimi loqosu yenidən ekranın sağ alt küncünə yerləşdirilib. 28 mart 2013-cü il tarixində HD, 17 sentyabr 2012-ci il tarixində isə 16:9 təsvir formatlı yayıma keçmişdir. 5 iyun 2015-ci il tarixində isə Azərbaycanda yayımı qadağan olunsa da, 2018-ci ilin sentyabr ayında bu qadağa götürülüb.
CNN effect
CNN effekti (ing. CNN effect) — siyasi elmdə və mediada istifadə olunan CNN effekti fenomeni CNN telekanalinin dünyadakı humanitar vəziyyətlərin şokedici şəkillərinin mediada istifadəsi vasitəsilə Amerika siyasətçilərini bu vəziyyətlərə müdaxilə etməyə səsləsməsidir. 24 saatlıq beynəlxalq televiziya kanalı, Cable News Network və ya CNN kimi tanınan xəbər kanalı, keçmiş Soyuq Müharibə dövründə dövlətlərin xarici siyasətinin formalaşmasında mühüm rol oynayıb. Dövlətin "dördüncü qolu" olan azad media demokratiyalarda həmişə siyasətə təsir edir. Azad media olduğu müddətcə, CNN effektinin demokratik ölkələrin siyasi qərarlarına təsiri böyük olmuşdur. CNN effekti iddiasını təklif edənlərin dediyinə görə keçmiş formalardan fərqlənən, yeni təsir etmə növü yaradıblar. == Tarix == 1989-cu ilin Tyananmen meydanı hadisələri, Varşava Müqaviləsi Təşkilatının dağılması, Körfəz müharibəsi, Bosniya müharibəsi və 1993-cü ilin Moqadişo döyüşü kimi hadisələr zamanı CNN bu məsələləri ABŞ və dünyanın siyasi gündəminə gətirməklə siyasi qərarlarda, o cümlədən hərbi gücü işlətmək kimi qərarların qəbul edilməsində təsirini göstərmişdi. == Təndiq == ABŞ diplomatı və beynəlxalq münasibətlərin realist nəzəriyyəçisi, Corc Kennan KİV-in siyasi qərar verməkdə rolunun qalxması və dövlətinin dördüncü qolu kimi sayılmasını təndiq edirdi. O deyirdi ki, beynəlxalq münasibətlərin sabitliyi və onun təxmin oluna bilən olmağı üçün, siyasi idarə milli siyasi elitaların əlində qalmalıdır.
CNN effekti

BWF İnternational Challenge
BWF İnternational Challenge — 2007-ci ildən Ümumdünya Badminton Federasiyası (BWF) tərəfindən icazəsi verilən, BWF İnternational Series və BWF Future Series turnirləri ilə birlikdə təşkil edilən dörd əsas badminton turnirindən biridir. == Xüsusiyyətləri == === Pul mükafatı === Beynəlxalq Seriyalı turnirin minimal mükafat fondunu 15000 dollar təşkil edir. === Dünya Reytinqi xalları === BWF İnternational Challenge BWF turnirlərindən yalnız dördünə (BWF yarışlarından sonra, Super Series, Grand Prix Gold və Grand Prix və İnternational Challenge) Dünya Reytinqi sisteminə əsasən xallar verir.
BWF İnternational Series
BWF İnternational Series — 2007-ci ildən Ümumdünya Badminton Federasiyası (BWF) tərəfindən icazəsi verilən, BWF İnternational Challenge və BWF Future Series turnirləri ilə birlikdə təşkil edilən dörd əsas badminton turnirindən biridir. == Xüsusiyyətləri == === Pul mükafatı === Beynəlxalq Seriyalı turnirin minimal mükafat fondunu 5000 dollar təşkil edir. === Dünya Reytinqi xalları === BWF Beynəlxalq Seriyası BWF turnirlərindən yalnız dördünə (BWF yarışlarından sonra, Super Series, Grand Prix Gold və Grand Prix və İnternational Challenge) Dünya Reytinqi sisteminə əsasən xallar verir.
CI İnternational (jurnal)
Caucasus İnternational (jurnal)
“Caucasus International” (CI) Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) tərəfindən xarici siyasət məsələlərinin təhlilinə dair 2011-ci ildən etibarən nəşr olunan beynəlxalq jurnaldır. == Haqqında == CI Cənubi Qafqaz və Türkiyə ilə bağlı araşdırmalar aparan alim və tədqiqatçılar üçün keyfiyyətcə yeni bir müzakirə platforması təqdim edir. Jurnalda əsasən beynəlxalq münasibətlər və xarici siyasətin müxtəlif problemləri, Qafqaz regionunda cərəyan edən hadisələr, müxtəlif ölkələrin Qafqaz siyasəti, cəmiyyət və iqtisadiyyat məsələlərinə dair elmi məqalələr dərc edilir. Jurnal eyni zamanda nəinki Cənubi Qafqaz regionu, eləcə də ayrı-ayrı ölkələr üzrə (Türkiyə, Rusiya, ABŞ, Çin, Avropa ölkələri) geniş iqtisadi, siyasi və sosial məsələlərlə bağlı akademik müzakirələrə həm mahiyyət, həm də keyfiyyətcə kömək etmək və təşviq etmək məqsədli bir platforma təmin edir. Jurnalda bu vaxtadək Avropa, Amerika, Rusiya, Türkiyə, Çin və Azərbaycanın görkəmli alim və ekspertlərinin aidiyyəti mövzular üzrə məqalələri dərc edilmişdir. CI-nin əsas məqsədi akademik dialoqu təşviq etmək və mümkün qədər geniş ictimaiyyətin cəlb edilməsi üçün intellektual forum yaratmaqdır. Jurnalın hər bir sayı qlobal və ya regional mövzulara həsr olunur və müxtəlif ölkələrin müəlliflərinin görüşlərini əhatə edir. Jurnal əsasən Qafqaz regionunun qonşuluğunda baş verən hadisələrə qlobal kontekstdə diqqət yetirir. Jurnalda dərc edilən maqalələr aparıcı dövlətlərin - Türkiyə, İran, Rusiya və ABŞ-nin Cənubi Qafqazla bağlı siyasəti, eləcə də Avropa, Asiya və Orta Asiyada baş verən hadisələrin Cənubi Qafqaz perspektivindən və siyasi baxımdan təhlilini oxuculara çatdırır. CI-nin bölgə və onun qonşuları ilə bağlı təhlilləri qlobal kontekstə əsaslanır.Jurnal Bakı şəhərində "Vanur Poliqraf" MCC nəşr evində dərc olunur.
CNN Türk HD
CNN Türk — ABŞ-nin "CNN" şirkəti və Türkiyənin "Doğan" şirkəti ortaqlığı ilə 11 oktyabr 1999-cu ildə İstanbulda fəaliyyətə başlamış xəbər telekanalıdır. Telekanalın tanınmış simaları Əhməd Xaqan, Handə Fərat, Cüneyt Özdəmir, məşhur verilişləri isə "5N1K", "Bitərəf bölgə" və "Tamaşaçı qalmayın" layihələridir. == Tarixçə == Türkiyənin ilk iqtisadiyyat xəbər kanalı "Eko TV"nin analoq yayımdakı tezliyində yayıma başlayan kanalda əvvəllər CNN-in ingilis dilindən tərcümə edilmiş verilişləri yayımlanırdı. 2005-2008-ci illərdə Formula 1 yarışları canlı yayımlanıb. 28 yanvar 2008-ci il tarixində analoq-rəqəmsal yayımdakı tezliyi "TNT" kanalına verilib. Daha sonra isə "TV5" kanalının tezliyində yayımlanmağa başlayıb. Kanalı kabel antenlər vasitəsilə izləmək yenidən mümkün olub. 2010-cu ildə digər "CNN" kanallarında olduğu kimi loqosu yenidən ekranın sağ alt küncünə yerləşdirilib. 28 mart 2013-cü il tarixində HD, 17 sentyabr 2012-ci il tarixində isə 16:9 təsvir formatlı yayıma keçmişdir. 5 iyun 2015-ci il tarixində isə Azərbaycanda yayımı qadağan olunsa da, 2018-ci ilin sentyabr ayında bu qadağa götürülüb.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2013 •••••••••••••••••••• 0.29

Oxşar sözlər

#cnn-international nədir? #cnn-international sözünün mənası #cnn-international nə deməkdir? #cnn-international sözünün izahı #cnn-international sözünün yazılışı #cnn-international necə yazılır? #cnn-international sözünün düzgün yazılışı #cnn-international leksik mənası #cnn-international sözünün sinonimi #cnn-international sözünün yaxın mənalı sözlər #cnn-international sözünün əks mənası #cnn-international sözünün etimologiyası #cnn-international sözünün orfoqrafiyası #cnn-international rusca #cnn-international inglisça #cnn-international fransızca #cnn-international sözünün istifadəsi #sözlük