Coko sözü azərbaycan dilində

Coko

Yazılış

  • Coko • 98.6667%
  • COKO • 1.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Coko Haciyevski
Goko Haciyevski (mak. Ѓокица "Ѓоко" Хаџиевски; 31 mart 1955, Yuqoslaviya) – Makedoniya futbol mütəxəssisi. == Məşqçilik karyerası == Haciyesvki məşqçi karyerasına 1988-ci ildə vətənində Pelister klubunda başlayıb. 1991–1993-cü illərdə Vardarı çalışdırdıqdan sonra Bolqarıstana üz tutub və Sofiyanın ÇSKA klubu ilə anlaşıb. Bir mövsüm bu klubda işlədikdən sonra vətəninə dönərək, yenidən Vardarın başına keçib. 1995–1996 mövsümünü Serbiyanın Voyvodina klubuna başçılıq etdikdən sonra – 1996-cı ildə Makedoniya millisinin baş məşqçisi təyin olunub. Hacievskinin 1999-cu ildək başçılıq etdiyi millinin ən uğurlu dövrü də məhz bu illərə təsadüf edir. 1998-ci ildə Dünya Çempionatının seçmə mərhələsində baş məşqçi Makedoniya milli futbol komandasına 13 xal qazandırıb və komanda 4-cü yerdə qərarlaşıb. 2000-ci ildə Yaponiyaya üz tutan Yubilo Qvata klubu ilə anlaşıb. 2000-ci ildə Vardara dönüb, 2003–2004 mövsümündə Kastoriaya başçılıq edib və 2004-də Yunanıstana yollanaraq, Doxa Dramanın başına keçib.
Coko Vidodo
Coko Vidodo (d. 21 iyun 1961-ci il) — İndoneziyanın 7-ci və hazırkı prezidentidir. Cokovi adı ilə də tanınır. O, bu vəzifədə xidmətinə 2014-cü ildən etibarən başlamışdır. O, bundan əvvəl 2005-ci ildən 2012-ci ilə qədər Surakarta şəhərinin meri, 2012-ci ildən 2014-cü ilə qədər isə Cakarta şəhərinin qubernatoru vəzifəsində xidmət etmişdir. Yüksək səviyyədə siyasi və ya hərbi xidmət keçmişi olmayan ilk İndoneziya prezidentidir. == Fəaliyyəti == Cokovi 2012-ci ildə Cakarta qubernator seçkilərində öz partiyası olan İndoneziya Demokratik Mübarizə Partiyası tərəfindən namizəd olaraq təqdim olunmuşdur. 20 sentyabr 2012-ci il tarixində seçkilərin ikinci hissəsində əsas rəqibi olan Fauzi Bovonu məğlub edərək qubernator təyin olunmuşdur. Qubernatorluğu dövründə öz xarakteri ilə seçilmiş, yüksək səviyyəli ictimai səfərləri ilə bütün ölkədə nüfuzunu artırmışdır.14 mart 2014-cü il tarixində prezident seçkilərində namizədliyini irəli sürdüyünü elan etmişdir. Prezident seçkiləri 9 iyul 2014-cü ildə başlamışdır.
İriana Coko Vidodo
İriana Cokovi (1 oktyabr 1963, Surakarta, Mərkəzi Yava) — 20 oktyabr 2014-cü ildən İndoneziyanın birinci xanımı və İndoneziyanın indiki prezidenti Coko Vidodonun xanımı. == Karyera == Həyat yoldaşı Coko Vidodo Cakartanın qubernatoru olarkən İriana İndoneziyada milli qadın hərəkatı olan Ailə Rifah Təhsil Təşkilatının (Pembinaan Kesejahteraan Keluarga və ya PKK) lideri təyin edildi. 2005-2008-ci illəri arasında Surakarta şəhərində PKK-nın lideri vəzifəsində çalışdı. == Ailə == İriana 24 dekabr 1986-cı ildə Solo, Mərkəz Yavada Coko Vidodoyla ailə həyatı qurdu. Qibran Rakabuminq (1 oktyabr 1987-ci il təvəllüdlü) və Kaesanq Panqarep (25 dekabr 1994-cü il təvəllüdlü) adlı iki oğlu və Kahiyanq Ayu adlı bir qızı (20 aprel 1991-ci il təvəllüdlü) var.
Cokonda
Mona Liza (it. Monna Lisa və ya La Gioconda, fr. La Joconde) — İtaliya intibahı rəssamı Leonardo da Vinçi tərəfindən çəkilmiş Liza Gerardininin yarım boy ölçülü portreti. Mona Liza, "dünyanın ən məşhur, ən çox ziyarət edilən, ən çox haqqında yazılan, ən çox musiqi həsr edilən və ən çox parodiya edilən sənət əsəridir." Mona Liza həm də dünyada ən bahalı rəsm əsərlərindən biridir. 1962-ci ildə $100 milyon dəyərində sığorta edilən əsər, o zamana kimi məlum olan ən böyük sığorta dəyəri kimi Ginnesin Rekordlar Kitabına düşmüş, 2017-ci ildə isə onun sığorta dəyəri $800 milyona çatmışdır.Rəsm əsəri, Françesko del Cakondonun həyat yoldaşı Liza Gerardininin qaraqovaq paneli üzərində yağlı boya ilə çəkilmiş portretidir. Əsərin 1503–1506-cı illərdə çəkildiyinə inanılır; lakin, ehtimal ki, Da Vinçi 1517-ci ilə kimi portret üzərində işləməyə davam etmişdir. Son elmi tədqiqatlar rəssamın əsər üzərində işə 1513-cü ildən əvvəl başlamadığını göstərir. Fransa kralı I Fransisk tərəfindən alınmış əsər hazırda Fransa Respublikasının mülkiyyətindədir və 1797-ci ildən Parisdəki Luvr muzeyinin daimi ekspozisiyasına daxildir.Subyektin çox vaxt sirrli adlandırılan mimikası, kompozisiyanın monumentallığı, formaların incə modelləndirilməsi və atmosferik illüzionizm əsərin geniş tədqiqinə və məşhurlaşmasına səbəb olan əsas xüsusiyyətləridir. == Adı və subyekti == Əsərin Azərbaycan dilində "Mona Liza" kimi tanınan adı İntibah dövrü sənət tarixçisi və rəssam Corco Vazarinin "Leonardo, Françesko del Cakondonun sifarişi ilə onun həyat yoldaşı Mona Lizanın portretini çəkməyi öhdəsinə götürdü" məlumatına əsasən yaranmışdır. "Mona" italyanca nəcib müraciət forması olan "ma donna" ifadəsinin qısa forması olmaqla "Ma’am", "Madam" və ya ingiliscə "My lady" ifadələri ilə yaxındır.
Liza del Cokondo
Liza del Cokondo (qızlıq soyadı Gerardini; 15 iyun 1479 – 15 iyul 1542), həmçinin Liza Gerardini, Liza di Antonio Mariya (və ya Antonmariya) Gerardini və ya Mona Liza – İtaliyanın Florensiya və Toskana ərazilərində yaşayan Gerardini ailəsinin üzvü. Onun adı həyat yoldaşının sifarişi ilə İtalyan İntibahı rəssamı Leonardo da Vinçi tərəfindən çəkilmiş "Mona Liza" portretinə verilmişdir. Lizanın həyatı haqqında çox az məlumat vardır. O, Florensiyada doğulmuş, erkən yaşlarında geyim və ipək taciri ilə evlənmiş, bir müddət sonra Lizanın həyat yoldaşı dövlət qulluğuna başlamış, xanım özü isə orta təbəqə insanlarına məxsus rahat və adi həyat sürmüşdür. Lizanın ölümündən əsrlər sonra onun portreti olan "Mona Liza" dünyanın ən məşhur rəsm əsərinə çevrilmiş və sahibəsi olan Lizadan ayrıca həyatını yaşamağa başlamışdır. Tədqiqatçılar və həvəskarların əsər ətrafındakı müzakirələri onu bütün dünyada qəbul edilmiş sənət ikonasına çevrilməsinə səbəb olmuşdur. 2005-ci ildə Lizanın "Mona Liza" üçün model olması dəqiqləşdirilmişdir. == Erkən həyatı və ailəsi == Liza Florensiyanın qədim zadəgan ailəsindən olsa da, zaman keçdikcə onun ailəsi nüfuzunu itirmişdi. Onlar varlı olmasalar da, kasıb həyat da sürmürdülər, Lizanın ailəsi Avropanın ən böyük kənd təsərrüfatlarından birinə malik idi. Ailənin imkanlarına baxmayaraq onun üzvləri arasında zənginlik fərqləri var idi.Lizanın atası Antonmariya di Noldo Gerardini iki dəfə (1465-ci ildə Liza di Covanni Filippo de Kardukki, 1473-cü ildə Katerina di Mariotto Rukellai ilə) evlənmiş və hər iki həyat yoldaşını itirmişdir.
Novak Cokoviç
Novak Cokoviç (serba: Новак Ђоковић; 22 may, 1987, Belqrad, Serbiya) — serb tennisçi, hal-hazırda dünyanın 1 nömrəli tennisçisidir. == Karyerası == Novak Cokoviç — 2008 Avstraliya Açıq çempionu Serb tennisçi; 2007 Amerika Açıq finalisçısı; 2007 və 2008 Roland Garros (Fransa Açıq) və 2007, 2010 Uimbldon yarım finalçısı, dünyanın Rafael Nadal və Roger Federerdən sonra 3 nömrəli tennisçisi. Böyük Dəbilqə serialı tennis turniri qazanan ilk serb tennisçi. 2008-ci il Indian Vells çempionu. 2007-ci ildə Federeri məğlub edə bilən bir neçə tennisçidən biri. 2007 ili onun üçün bir yüksəliş ili saymaq olar. 2007-də ən böyük uğurunu Amerika Açıq Tennis turnirindəki ikinciliyi olmuşdur. Bu uğurdan əlavə 2007-ci ildə Roland Garros və Uimbldon turnirinlərində yarım final oynamağı isə onun nə qədər qabiliyyətli bir tennisçi olduğunu göstərməkdədir. 2008-ci ildə Avstraliya Açıq Tennis Turnirini Co-Vilfred Tsonqanı 4 setə məğlub edərək qazanmışdır (bu turnirdə bir set məğlub olmuşdur). Bu çempionluqla tarixdə Böyük Dəbilqə serialı tennis turniri qazanan ilk serb tennisçi olmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.49 dəfə / 1 mln.
2004 ••••• 0.34
2007 ••••••••••••• 0.85
2008 •••••••• 0.49
2009 ••••••• 0.48
2014 ••• 0.17
2015 ••••••••••••••• 1.02
2016 •••••••••••••••••••• 1.39
2017 •••••••• 0.49
2018 •••••••••••••••••••• 1.35
2019 ••••••••••••••••• 1.11
2020 •••••••••••••••••••• 1.33

Oxşar sözlər

#coko nədir? #coko sözünün mənası #coko nə deməkdir? #coko sözünün izahı #coko sözünün yazılışı #coko necə yazılır? #coko sözünün düzgün yazılışı #coko leksik mənası #coko sözünün sinonimi #coko sözünün yaxın mənalı sözlər #coko sözünün əks mənası #coko sözünün etimologiyası #coko sözünün orfoqrafiyası #coko rusca #coko inglisça #coko fransızca #coko sözünün istifadəsi #sözlük