Cordan sözü azərbaycan dilində

Cordan

Yazılış

  • Cordan • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ceremi Cordan
Ceremi Maykl Cordan (ing. Jeremy Michael Jordan; 20 noyabr 1984, Korpus Kristi, Texas) — ABŞ teatr, film və televiziya aktyoru və müğənnisi. O, daha çox «Smeş» və «Supergörl» teleseriallarındakı rolları ilə tanınır. == Həyatı == Ceremi Maykl Cordan 20 noyabr 1984-cü il tarixində ABŞ-nin Texas ştatında yerləşən Korpus-Kristi şəhərində anadan olmuşdur.Cordan Nyu-York ştatının İtaka şəhərində yerləşən İtaka Kollecindən musiqili teatrda təsviri incəsənət üzrə bakalavr ilə məzun olmuşdur. == Karyerası == Ceremi Cordan Brodvey teatrında müxtəlif müzikllarda rol almışdır. Cordanın ən məşhur ekran işlərinə «NBC» telekanalında yayımlanan «Smeş» və «The CW» telekanalında yayımlanan «Supergörl» teleseriallarıdır. == Şəxsi həyatı == Ceremi Cordan 2012-ci ildən bəri aktrisa Eşli Spenser ilə evlidir. Onların qızı Klara 2019-cu ildə anadan olmuşdur.
Cordan Agiye
Cordan Agiye (14 noyabr 1994) — Sent-Lüsiyalı üzgüçü. Cordan Agiye Sent-Lüsiyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Cordan Agiye birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 23.28 saniyəlik nəticəsi ilə 45-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Cordan Larson
Cordan Larson – 1986-cı ildə anadan olmuş Amerikalı qadın voleybolçu. == Karyerası == Hal-hazırkı komandası Əczacıbaşıdır. O, bu klubda hücumçu mövqeyində çıxış edir. Əczacıbaşı klubuna 2014-cü ildə Dinamo Kazan. Dinamo Kazanda 2013-14 sezonunda CEV Qadınlar Çempionlar Liqasını başı üzərinə qaldıran bacarıqlı voleybolçu mövsüm bitmədən türk klubu ilə anlaşmış, 2014-15 sezonunu başlamımışdan isə müqavilə imzalamışdı.
Cordan Piterson
Cordan Bernt Piterson (12 iyun 1962, Edmonton) — psixologiya üzrə Kanadalı professor. Toronto Universitetində fəaliyyət göstərir. O, eyni zamanda təcrübəli klinik psixoloq və ictimai ziyalıdır. Onun əsas işləri anormal psixologiyanı, sosial, şəxsiyyət, dini və ideoloji inam psixologiyasını, şəxsiyyət və fəaliyyətin qiymətləndirilməsini və təkmilləşdirilməsini əhatə edir.O, Alberta Universiteti və MakGill Universitetində təhsil almışdır. MakGilldə 1991-ci ildən 1993-cü ilə qədər post-doktoral araşdırmaçı kimi qaldıqdan sonra Harvard Universitetinin psixologiya kafedrasında əvvəlcə assistent, sonra isə dosent kimi işləmişdir. 1998-ci ildə Kanadaya, Toronto Universitetinin psixologiya kafedrasına köçmüşdür. Hal-hazırda da orada professor kimi işləyir. Piterson 1999-cu ildə nəşr olunan "Mənanın Xəritəsi: İnancın Arxitekturası" adlı ilk kitabında inanc və mif sistemlərinin strukturunu, onların duyğu tənzimlənməsində rolunu, mənanın yaranışını və bir çox başqa mövzuları təsvir etmək üçün bir sıra akademik sahələri araşdırmışdır. Onun "Həyatın 12 qaydası: Xaos üçün antidot" adlı ikinci kitabı isə 2018-ci ilin yanvar ayında dərc edilmişdir.2016-cı ildə Cordan Piterson YouTubeda siyasi dürüstlüyü və Kanada hökumətinin Bill C-16-nı ( Kanada İnsan Haqları Aktına və Cinayət Məcəlləsinə dəyişiklik edilməsi aktı) tənqid edən bir sıra videolar yayınlamış, həm dəstək, həm də tənqid hədəfi olaraq medianı əhəmiyyətli dərəcədə özünə cəlb edə bilmişdir. O, "İntellektual Qaranlıq Web" kimi bilinən cərəyan ilə geniş şəkildə təmasda olmuşdur.
Cordan Sloan
Cordan Sloan (d. 3 avqust 1993) — İrlandiyalı üzgüçü. Cordan Sloan İrlandiyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Cordan Sloan birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 49.66 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 36-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Gillermo Cordan
Gillermo Cordan (25 avqust 1971) — Boliviyalı oxatan. Gillermo Cordan Boliviyanı 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Gillermo Cordan birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 205-ci yeri tutdu və 1/64 finala vəsiqə qazana bilmədi.
Maykl Cordan
Maykl Cordan (17 fevral 1963[…], Bruklin, Nyu-York ştatı[…]) — Amerikalı basketbolçu. MBA-nın keçmiş oyunçusu.
Pablo Cordan
Pablo Cordan (9 mart 1973) — Boliviyalı oxatan. Gillermo Cordan Boliviyanı 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Pablo Cordan birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 207-ci yeri tutdu və 1/64 finala vəsiqə qazana bilmədi.
Cordan Henderson
Cordan Henderson (17 iyun 1990, Sanderlend) — İngiltərə Premyer Liqasında çıxış edən Liverpulun futbolçusu.
David Star Cordan
David Star Cordan (ing. David Starr Jordan, 19 yanvar 1851[…] – 19 sentyabr 1931[…]) — Amerika ixtioloqu, zooloqu və pasifisti.
Maykl Bakari Cordan
Maykl Bakari Cordan — amerikalı aktyor. Ryan Kuqlerin yazıb idarə etdiyi Fruitvale Station (2013) adlı dram filmindəki vurulan Oscar Qrant, Creed-də boksçu Adonis Creed (2015) və Qara Panterada (2018) Erik Killmongerin filmindəki rolları ilə tanınır. Jordan Creed II (2018) və Creed III (2023) filmlərində Creed rolunu təkrarladı; Sonuncusu həm də onun rejissorluq debütü idi. Cordan HBO kriminal dram serialı The Wire-in (2002) ilk mövsümündə Uolles rolunda televiziya debüt etdi. Daha sonra o, ABC serialında "All My Children" (2003-2006) filmində Reggie Montgomery və NBC idman dramında "Firday Night Light's-da (2009-2011) filmində Vince Howard obrazlarını canlandırdı. Onun digər peşəkar karyerasına Bryan Stevenson rolunda "Chronicle" (2012), "That Awkward Moment" (2014), "Fantastic Four" (2015) və "Just Mercy" (2019) daxildir. O, həmçinin HBO-nun "Fahrenheit 451" (2018) filmində rol aldı və prodüser oldu, bu filmə görə Ən Yaxşı Televiziya Filmi üçün "Primetime Emmy" Mükafatına namizəd oldu. Cordan 2020 və 2023-cü illərdə Time jurnalı tərəfindən dünyanın ən nüfuzlu 100 adamından biri seçilib. Həmçinin 2020-ci ildə o, yaşayan insanların ən seksual adamı seçildi və The New York Times onu 21-ci əsrin 25 ən böyük aktyoru siyahısında 15-ci yeri tutdu. Cordan həmçinin İngiltərə Premyer Liqasında çıxış edən AFC Bornmut futbol klubunun tərəfdaşıdır.
Cordan (Formula-1 komandası)
Cordan ( ing. Jordan Grand Prix) 1991-ci ildən 2005-ci ilədək Formula 1 iştirakçısı olmuşdur. Komanda İrlandiyalı iş adamı və təsisçisi Eddie Jordan adına layiq görülmüşdür. == Tarixi == 80-ci illərin ortalarından etibarən komanda "kiçik" formulaların müxtəlif çempionatlarında uğurlu çıxışlara başladı. Yarışlara Camel şirkəti sponsorluq edirdi. 1989-cu il komanda üçün uğurlu oldu, nə vaxt ki, Jan Alezi, Eddie Jordan Racing yarışında Formula-3000 qalibi oldu. Cordan və komandası 1990-cı illərdə Formula 1-ə xüsusi rəng və xarakter qatmağı ilə tanınmışdı. Komanda, İngiltərənin Silverstone şəhərində idi, lakin İrlandiya lisenziyası ilə yarışırdı. 2005-ci ilin əvvəlində qrup Midland Group-a satıldı, 2006-cı ildə Hollandiyalı avtomobil istehsalçısı Spyker-ə satılaraq, 2007-ci ildə Spyker F1 adını aldı. Daha sonra yenidən satıldı və Force India adını aldı.
Bruno Cordano
Bruno Cordano (it. Bruno Giordano; 13 avqust 1956, Roma) — İtalyalı keçmiş futbolçu. Mərkəz hücumçusu mövqeyində oynayıb. 1978/79 mövsümündə İtaliya çempionatının bombardiri olub. 2013-cü ildən — Askoli klubunun baş məşqçisidir. == Karyera == === Klub === Cordano peşəkar karyerasına karyerasının çox hissəsini keçirdiyi "Latsio" klubunda başlayıb. "Latsio"nun heyətində 1978/79 mövsümündə A Seriyasının bombardiri olub. 1985-ci ildə "Napoli"yə keçir. Cordano burada Maradona və Kareko ilə birlikdə məşhur Ma-Gi-Ka hücum triosunu yaradır. Futbolçu Napoli ilə birlikdə İtaliya çempionluğunu və İtaliya Kubokunu qazanır.
Cordano Bruno
Cordano Bruno (it. Giordano Bruno; ən tezi yanvar 1548 və ən geci fevral 1548 – 17 fevral 1600[…], Roma[…]) — italyan filosof-panteisti və şairi. == Həyat və fəaliyyəti == Böyük İtaliya mütəfəkkiri Cordano əsl qəhrəman, elm fədaisi oldu. Valideynləri onu yeniyetmə ikən monastıra vermişdilər. Lakin Cordano hələ uşaq yaşlarından başlayaraq biliyə böyük maraq göstərir, özünü ibadətə yox, elmə həsr edirdi. Bruno monastır başçılarından gizlin Nikolay Kopernikin kitabını oxudu və başa düşdü ki, dini dünyagörüş yalan və cəfəngiyyatdan başqa bir şey deyil. Onun haqqında monastır başçılarına dayanmadan çuğulluq etməyə başladılar və Bruno monastırdan qaçmalı oldu. Sərgərdanlıq, təhlükə ilə dolu, lakin parlaq və qaynar həyat başlandı. Katolik və protestant ruhaniləri alimi rahat yaşamağa və işləməyə qoymurdular. 16 il ərzində o, Fransa, İngiltərə, Almaniya və Çexiyada olmuşdu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.81 dəfə / 1 mln.
2006 •••••• 0.45
2008 ••• 0.24
2009 ••••••••••••••••••• 1.60
2010 •••••••••••••••••••• 1.72
2011 ••••••••• 0.77
2012 •••••••••• 0.86
2013 •••••••••••••• 1.17
2014 •••••••••••••••• 1.37
2017 •••••••• 0.65
2018 ••••••••• 0.75
2019 •••••••••••• 0.97
2020 •••••••••••••• 1.19

Oxşar sözlər

#cordan nədir? #cordan sözünün mənası #cordan nə deməkdir? #cordan sözünün izahı #cordan sözünün yazılışı #cordan necə yazılır? #cordan sözünün düzgün yazılışı #cordan leksik mənası #cordan sözünün sinonimi #cordan sözünün yaxın mənalı sözlər #cordan sözünün əks mənası #cordan sözünün etimologiyası #cordan sözünün orfoqrafiyası #cordan rusca #cordan inglisça #cordan fransızca #cordan sözünün istifadəsi #sözlük