coğrafiyası sözü azərbaycan dilində

coğrafiyası

Yazılış

  • coğrafiyası • 98.6799%
  • Coğrafiyası • 1.1315%
  • COĞRAFİYASI • 0.0943%
  • COĞRAFiYASI • 0.0943%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gürcüstan coğrafiyası
Gürcüstan Asiyanın Ön Qafqaz regionunda yerləşən; bəzən isə Şərqi Avropaya aid edilən ölkə. Təbiət baxımından Gürcüstan olduqca rəngarəngdir. Buna səbəb onun coğrafi yerləşməsi və hündürlük zonallığıdır. Qafqaz regionuna aid bitki və heyvanlar aləmi ərazi quruluşu ilə əlaqədar olduqca zəngindir. Gürcüstan rütubətli Aralıq dənizi iqlim tipi ilə Xəzər və Aral dənizinin yerləşdiyi arid kontinental iqlim tipləri arasında qərarlaşır. Ölkənin ümumi sahəsi 69,7 min km² təşkil edir. Hazırda ərazisinin tərkib hissəsini təşkil edən Abxaziya (8600 km²) və Cənubi Osetiya (3900 km²) onun nəzarətində deyildir. == Relyef == Ölkənin şimal hissəsini Böyük Qafqazın 4000–5000 m hündürlüyə malik zirvələri tutur. Ölkənin ən hündür nöqtələləri: Şaxara (5068 m) və Kazbek (5033 m). Qafqaz dağları cavan dağlardır.
Hindistan coğrafiyası
== Sahəsi və sərhədləri == Hindistan ən qədim və böyük dövlətlərdən biridir. Hindistan Asiyanın qərbində Hindistan yarımadasında yerləşir. Sahəsi 3287,6 kv.km, 2001 - ci il siyahıya almasına əsasən əhalisi 1,028,737,436 nəfərdir. Ərazisinə görə dünyada yeddinci (Sahəsi 3,287,240 km² ), əhalisinə görə isə ikinci sıradadır. Paytaxtı Dehlidir. Böyük şəhərləri Kəlküttə, Mumbai, Çennai, Banqalor, Heydərabad və başqalarıdır. Hindistan federativ respublikadır. 25 ştatdan,7 muxtar ərazidən ibarətdir. 1950-ci ildən konstitutsiya fəaliyyət göstəir. Dövlət başçısı prezidentdir.
Kipr coğrafiyası
Kipr coğrafiyası - Kipr adası üç subyekt arasında bölünmüşdür. Onun 60.99% Kipr Respublikası, 36.27% Şimali Kipr Türk Respublikası və 2,74 % isə Akrotii və Dekeliyanın payına düşür. == Relyef == Adanın ərazisinin bir hissəsini dağlar tutur. Şimal sahillərinə qədər Kireniya silsiləsi uzanır. Silsilənin qərb hissəsində eni 15 km, şərqində isə 25–30 km arasında dəyişir. Qərb hussəsində hündürlük daha çoxdur. Bəzi zirvələrin hündürlüyü 1000 metri keçir. Silsilənin ən hündür zirvəsi Akromand dağıdır (1023 m). Cənub-qərb hissəsində Troodos massivi yerləşir. Burada Kipr adasının ən hündür zirvəsi olan Olimbos dağı (1952 m) qərarlaşır.
Kosova coğrafiyası
Qismən tanınmış Kosova Avropanın cənubunda, Balkan yarımadasında yerləşir. Kosova 2008-ci ilin 17 fevral tarixində Serbiyadan müstəqillik etmişdir. 11 fevral 2014 ilə kimi BMT-nin 108 ölkəsi onun müstəqilliyini tanımışdır. Serbiya isə Kosovanın müstəqilliyini tanımır və onu muxtar diyar hesab edir. Ərazisi bir qrup ölkələr tərəfindən müstəqil, digərləri tərəfindən isə muxtar vilayət kimi göstərilir. Ərazisi bir birinə paralel uzanan iki dağ arası düzənlikdən ibarətdir. Qərbi Metoxiya, şərqi isə Kosova adlanır. Kosovanın ərazisi 10 887 km², əhalisi isə 2,2 milyon nəfərdir. Ölkə əsasən dağlıqdır. Ən hündür nöqtəsi Cyaravisa dağıdır (2656 м).
Kosovo coğrafiyası
Qismən tanınmış Kosova Avropanın cənubunda, Balkan yarımadasında yerləşir. Kosova 2008-ci ilin 17 fevral tarixində Serbiyadan müstəqillik etmişdir. 11 fevral 2014 ilə kimi BMT-nin 108 ölkəsi onun müstəqilliyini tanımışdır. Serbiya isə Kosovanın müstəqilliyini tanımır və onu muxtar diyar hesab edir. Ərazisi bir qrup ölkələr tərəfindən müstəqil, digərləri tərəfindən isə muxtar vilayət kimi göstərilir. Ərazisi bir birinə paralel uzanan iki dağ arası düzənlikdən ibarətdir. Qərbi Metoxiya, şərqi isə Kosova adlanır. Kosovanın ərazisi 10 887 km², əhalisi isə 2,2 milyon nəfərdir. Ölkə əsasən dağlıqdır. Ən hündür nöqtəsi Cyaravisa dağıdır (2656 м).
Küveyt coğrafiyası
== Sahəsi və sərhədləri == Sahəsinə görə kiçik ərəb dövlətlərindən biri olan Küveyt Ərəbistan yarımadasının şimal-şərqində yerləşir. Küveyt cənub və cənub-qərbdə Səudiyyə Ərəbistanı (250 km), şimal və şimal-qərbdə İraq (240 km) ilə həmsərhəddir. Şərqdə onun ərazisi 195 km məsafədə İran körfəzinin suları ilə əhatələnir. Sərhədin ümumi uzunluğu 685 km-dir. Ölkə ərazisi şimaldan cənuba 200 km, şərqdən qərbə doğru isə təqribən 170 km məsafədə uzanır. İran körfəzinin Küveytə yaxın yerləşmiş Bubiyan, Feyləkə, Varbə, Məskan, Auxa, Qaru, Kubbar, Umm-ən-Nəmil, Umm-əl-Məradim və Kureyn adaları ölkənin tərkibinə daxildir. Rəsmi məlumatlara görə ölkənin ərazisi 17,8 min km², əsasən ərəb mənbələrinə görə isə 20,2–20,7 min km² təşkil edir. Belə fərq Küveytin Səudiyyə Ərəbistanı və İraq ilə dəqiq sərhədlərinin olmaması ilə izah olunur. 1960-cı illərin axırlarına qədər Küveyt ilə Səudiyyə Ərəbistanı arasında sərhəd məsələsi üstündə ixtilaflar mövcud idi. Hər iki tərəf İran körfəzi sahilinin bir sıra sərhəd ərazilərini özünün hesab edirdi.
Latviya coğrafiyası
Latviya coğrafiyası — == İqlimi == İqlimin dəniz və kontinental iqlimi arasında keçid xarakteri var. 500–800 mm — üstünlük təşkil edən cənub-qərb küləkləri Atlantik tərəfindən 500–800 mm miqdarda yağıntı gətirir. Hər il yalnız 30–40 gün hava buludsuz olur, qalan günlər hava buludlu ən isti və quru ay May ayıdır. Yay tez-tez sərin və yağışlı keçir, temperatur bir il ərzində 125–155 gün sıfırdan yuxarı olur. İyulun orta temperaturu — 15–17 ° C, bəzən 1990-cı illərdəki kimi anomaliyalar olur(32 °C). Qış dekabrın ortalarından mart ayına kimi davam edir. Yanvar ayında orta temperatur −3 −7 ° C arasında dəyişir, bəzən isə-40 °C qədər düşür.
Litva coğrafiyası
Litva — Avropada, Baltik dənizinin sahilində yerləşən dövlət. Sahəsi 65 300 km² təşkil edir. Sərhədlərinin ümumi uzunluğu — 1 273 km, Belarusiya ilə cənub və cənub-şərqdən — 502 km, Latviya ilə şimaldan — 453 km, Polşa ilə cənubdan — 91 km, Rusiya (Kalininqrad vilayəti) ilə isə qərbdən — 227 km. Sahil xəttinin uzunluğu — 99 km. Ərazisi əsasən düzənlikdən ibarətdir. Ölkənin ən hündür zirvəso Aukştoyo (Aukštojo kalnas) dağıdır. Ölkənin cənub-şərqində, Vilnyusdan 23,5 km aralıda yerləşir. Hündürlüyü 283,84 metr təşkil edir. İri çayları — Neman çayı (Нямунас, lit. Nemunas) və Neris çayı (lit.
Livan coğrafiyası
== Sahəsi və sərhədləri == Aralıq dənizinin şərq sahilində yerləşən Livan Respublikası şimaldan və şərqdən Suriya, cənub-şərqdən İsrail, cənubdan müsdəqil Fələstin ərəb dövləti yaratmaq məqsədilə BMT tərəfindən ayrılmış ərazi ilə həmsərhəddir. Aralıq dənizinin Livan sahillərində əmələ gətirdiyi təbii buxtalarda Beyrut, Sayda, Tripoli kimi böyük limanlar salınmışdır. Livan Asiya, Afrika və Avropanın bir-birilə yaxınlaşdığı yerdə – Aralıq dənizi hövzəsini İran körfəzi bölgəsi ilə birləşdirən beynəlxalq əhəmiyyətli yollar üzərində yerləşir. Coğrafi mövqeyinin belə əlverişli olması ölkənin iqtisadiyyatına təsir göstərmiş və onu Yaxın Şərqin böyük tranzit-ticarət mərkəzinə çevirmişdir. Livanın ərazisi 10,5 min. kv. km-dir. Bu göstəriciyə görə dünyanın 159-cu dövlətidir. == Livanın relyefi == Livan əsrarəngiz təbiətə malik ərəb ölkələrindəndir. Təsadüfi deyil ki, onu Yaxın Şərqin İsveçrəsi, Aralıq dənizinin «incisi» adlandırırlar.
Macarıstan coğrafiyası
93,033 kvadrat kilometr əraziyə malik Macarıstan Mərkəzi Avropada yerləşən dənizə çıxışı olmayan dövlətdir. Ölkənin ərazisi şimaldan cənuba təxminən 250 km, şərqdən qərbə 524 km məsafədə uzanır. Qərbdə Avstriya, cənub və cənub-qərbdə Serbiya, Xorvatiya, Sloveniya, cənub-şərqdə Rumıniya, şimal-şərqdə Ukrayna, şimalda Slovakiya olmaqla ümumilikdə sərhəd xətlərinin uzunluğu 2,258 km təşkil edir. Macarıstanın müasir sərhədləri Trianon sazişinin şərtlərinə görə birinci dünya müharibəsindən sonra yaranıb. Ölkə 1938-ci ildən 1941-ci ilə kimi bəzi sərhəd dəyişiklikləri zamanı öz sərhədlərinin təhlükəsizliyini təmin edib və möhkəmləndirib: 1938-ci ildə Birinci Vyana arbitrajı zamanı Çexoslovakiyadan əraziləri geri aldı, 1939-cu ildə isə Macarıstan Karpato-Ukraynanı işğal etdi. 1940-cı ildə İkinci Vyana arbitrajı zamanı Şimali Transilvaniyadan əraziləri geri aldı və nəhayət Macarıstan Baçka və Međimurje qraflığını Yuqoslaviya əməliyyatı zamanı işğal etdi. Lakin Macarıstan ikinci dünya müharibəsində məğlub olmaqla yenidən bu əraziləri itirdi. İkinci dünya müharibəsindən sonra Çexoslovakiyanın xeyrinə kiçik dəyişikliklə Trianon sazişinin şərtləri bərpa olunub. Ölkələrin çoxu ən azı 200 metr yüksəkliyə malikdir. Buna baxmayaraq, Macarıstanda hündürlüyü 300 metrə çatan orta yüksəklikli silsilələr var (ölkənin 2% -dən daha az ərazisini əhatə edir).
Madaqaskar coğrafiyası
Madaqaskar coğrafiyası — Dünyanın dördüncü böyük adası. Hind okeanında yerləşir. == Ümumi məlumat == Madaqaskar adası – dünyanın sahəsinə görə 4-cü adası olub (590 min km2 ), "Böyük Qırmızı Ada" adlandırılır. Ada Afrikadan 100 mln. il bundan əvvəl ayrıldığından, fauna və floranın ¾-ü endemikdir. Ada əsasən lemurlar və növlərinin sayı 1000-ə yaxın olan orxideyaları ilə məşhurdur. Dünyada rast gəlinən buqələmunların təxminən yarısı, kəpənəklərin isə 3000-ə yaxın növü burada məskunlaşıb. Madaqaskar ərazisində 13 milli park və qoruq var, lakin onlardan cəmi 7-də təbiəti mühafizə normaları yerinə yetirilir. Ən əlçatan parkı Perine-Analamazoatradır. Burada rütubətli tropik meşələr və meşələrdə yaşayan ən iri lemur-indrilər mühafizə olunur.
Malayziya coğrafiyası
Malayziya – Cənub-Şərqi Asiyada dövlət. Avrasiya materikinin cənub nöqtəsi olan Piay burnu da Malayziyadadır. Ölkə ərazisi iki hissədən ibarətdir: Qərbi Malaziya (Malay yarımadasında yerləşir) və Şərqi Malayziya (Kalimantan adasının şimal hissəsi). == Coğrafi mövqeyi == Malaziyanın sahəsi 330 803 km²-dir (böyüklüyünə görə dünyada 66-cı yerdə). Şimaldan Tayland, cənubdan Sinqapur, eləcə də Kalimantan adasında cənubdan İndoneziya, şimaldan isə Bruneylə həmsərhəddir. Bundan əlavə qərbdən Andaman dənizi, şərqdən Cənubi Çin Dənizinə çıxışı var. Malaziya ensiz damba vasitəsi ilə Sinqapurla birləşdirilib. Ölkə Vyetnam və Filippinlə dəniz sərhəddinə malikdir. Malaziyanın yarımada hissəsi Sumatra adasından Malay boğazi ilə ayrılır. Malay boğazı dünyanın ən önəmli dəniz yollarından biri hesab olunur.
Malaziya coğrafiyası
Malayziya – Cənub-Şərqi Asiyada dövlət. Avrasiya materikinin cənub nöqtəsi olan Piay burnu da Malayziyadadır. Ölkə ərazisi iki hissədən ibarətdir: Qərbi Malaziya (Malay yarımadasında yerləşir) və Şərqi Malayziya (Kalimantan adasının şimal hissəsi). == Coğrafi mövqeyi == Malaziyanın sahəsi 330 803 km²-dir (böyüklüyünə görə dünyada 66-cı yerdə). Şimaldan Tayland, cənubdan Sinqapur, eləcə də Kalimantan adasında cənubdan İndoneziya, şimaldan isə Bruneylə həmsərhəddir. Bundan əlavə qərbdən Andaman dənizi, şərqdən Cənubi Çin Dənizinə çıxışı var. Malaziya ensiz damba vasitəsi ilə Sinqapurla birləşdirilib. Ölkə Vyetnam və Filippinlə dəniz sərhəddinə malikdir. Malaziyanın yarımada hissəsi Sumatra adasından Malay boğazi ilə ayrılır. Malay boğazı dünyanın ən önəmli dəniz yollarından biri hesab olunur.
Maldiv coğrafiyası
Maldiv adaları (ދިވެހިރާއްޖެ, Dhivehi Raa’je), rəsmi adı Maldiv Respublikası (ދިވެހިރާއްޖޭގެ ޖުމުހޫރިއްޔާ) — Hind okeanının ekvatorial sularında, Şri-Lanka adasından təxminən 700 km cənub-qərbdə yerləşir. Hindistan yarımadası Maldiv adalarının 340 km-dədir. Ölkənin ümumi uzunluğu 750 km, eni isə 120 km-dir. Ölkə 1196 mərcan adalarından ibarətdir. 26 atooldan ibarət iki adalar qrupu formalaşmış. Maldiv adalarının ən böyük adası Qan adasıdır. Əksər adaları məskunlaşmayıb. Ölkə adalarının cəmi 200-də məskunlaşma var. Əhalisi təxminən 395 min nəfərdir. Ən yüksək sıxlıq Male şəhərindədir.
Malta coğrafiyası
Malta coğrafiyası — Malta ərazisi dağlıq relyefə malikdir. Ərazidə su çatışmazlığı mövcuddur. Buna baxmayaraq sahəsinin çox hissəsindən kənd təsərrüfatında istifadə olunur. Kənd təsərrüfatının ixtisaslaşması bilavasitə təbii şəraitdən asılıdır. == Əkinçilik == Aralıq dənizi tipli iqlim hakim olan sahələrdə zeytun, badam,sitrus bitkiləri,pambıq və s. istilik sevən bitkilər becərilir. Bundan başqa buğda, arpa, qarğıdalı, kartof, pomidor kimi bitkilər kəndli təsərrüfatlarında əsas istehlak xarakterli bitkilərdir. Gülçülük də inkişaf etmiş təsərrüfat sahəsidir. Maltanın kənd təsərrüfatı su mənbələrinin məhdudluğu və torpaqlarının daşlılığı üzündən çətinliklərlə qarşılaşır. İqlim burada quraqdır və suvarmaya böyük ehtiyac vardır.
Monqolustan coğrafiyası
Monqolustan Mərkəzi Asiyada yerləşən dövlətdir. Dövlətin sahəsi 1 564 116 km² təşkil edir. Bu isə Avropanın ən böyük dövləti olan Fransadan üç dəfə böyükdür. Sahəsinə görə dünya dövlətləri arasında 19-cu yerdə gedir. Şimaldan Rusiya, cənubdan isə Çinlə sərhədlənir. Sərhədlərinin ümumi uzunluğu 8 114 km təşkil edir. Çin Xalq Respublikası ilə 4 673 km, Rusiya Federasiyası ilə isə 3 441 km sərhədə malikdir. == Relyefi == Monqolustan ərazisinin böyük qismi Monqoludtan platosunda yerləşir. Burada hündürlül 900-1500 arasında dəyişir. Bura əsasən dağ silsilələri və massivlərdən ibarətdir.
Monteneqro coğrafiyası
Monteneqro coğrafiyası (mont. Црна Гора, Crna Gora) — Avropanın cənub-şərqində, Balkan yarımadasının Adriatik dənizi sahilində yerləşir. Ölkə öz adını ölkənin tarixi mərkəzi olan, Kotor körfəzinin sahilində yerləşən Lovçen dağlarından almışdır (1749 m) == Sərhədləri, sahil xətti == Ölkənin quru sərhədlərinin uzunluğu 625 km-dir. Monteneqro qərbdən Xorvatiya (25 km), şimal-qərbdən Bosniya və Herseqovina (225 km), şimal-şərqdən Serbiya (124 km), şərqdən Kosovo (79 km), cənub-şərqdən Albaniya (172 km) ilə həmsərhəddir. ilə sərhəddir. Adriatik dənizində 293,5 km məsafədə sahil xəttinə sahibdir. Sahildən 12 dəniz mili isə onun ərazi sularıdır. Dənizdə 14 adaya sahibdir ki, onlarında ümumi sahəsi 15,6 km-dir. Ölkənin şimal-qərbində 87,3 km² sahəyə malik olan və qurunun 29,6&nbspkm daxilinə uzanan Kotor körfəzi vardır. Ölkənin cənubunda Traşte və Jukovas-Luka körfəzləri, həmçinin Trestena-Luka, Yazi-Luka və Mala-Luka körfəzləri vardır.
Myanma coğrafiyası
Myanma qərbdə Hindistan(1463 km) və Banqladeşlə(193 km), şimal-şərqdə Çinlə(2185 km) , şərqdə Laosla(235 km) və cənub-şərqdə Tailandla(1800 km) həmsərhəddir. Cənubdan və cənub-qərbdən onun sahillərini Benqal körfəzinin, Moutama körfəzinin(Martaban) həmçinin Andaman dənizinin suları yuyur. Daxil olan adalarla birlikdə ölkənin sahəsi 678 min km² təşkil edir. Sahil xəttinin uzunluğu isə 1930 km bərabərdir. == Relyefi == Myanma ərazisində olan yüksək dağların çox hissəsi keçilməz silsilələrdən ibarətdir. Nal formasında ölkənin, qərb, şimal və şərq sərhədləri boyu yüksələn dağlar şimalda maksimum yüksəkliyə malikdir. Ölkənin qərb hissəsində, Himalay dağlarından şimalda cənuba doğru Rakhayn Yoma (Arakan) və Baqo Yoma dağ silsilələri uzanır. Şərqdə isə Şan dağları formalaşmışdır. Dağlar ölkə ərazisinin böyük qismini əhatə edir. Dağ silsilələri və Şan yaylası məhsuldar Mərkəzi düzənlikləri iki hissəyə bölür.
Naxçıvan coğrafiyası
Naxçıvan coğrafiyası — Naxçıvan Muxtar Respublikasının coğrafiyası. == Landşaft qurşaqları == Naxçıvan MR ərazisində az bir sahədə mütləq yüksəkliyin kəskin dəyişməsi (600–4000 m) şaquli istiqamətdə landşaft qurşaqlarının yaranmasına səbəb olmuşdur. Naxçıvan MR-in landşaftı struktur cəhətdən istər şaquli, istərsə də üfiqi istiqamətdə dəyişir. Landşaftın mərkəz hisşədən cənub-şərq və şimal-qərb istiqamətdə dəyişməsi ilə əlaqədar olaraq onun şaquli zoanllığını struktur cəhətdən akademik B.Ə.Budaqovla S.Babayev üç sahəyə bölmüşdür: Şərur yüksəklik landşaft qurşağı Naxçıvan yüksəklik landşaft qurşağı Ordubad yüksəklik landşaft qurşağı === Şərur yüksəklik landşaft qurşağı === Şərur yüksəklik landşaft qurşağı strukturunun şərq sərhəddi Şahtaxtı-Binnətalı-Gəlinqaya xətti üzrə keçir. Burada mütləq yüksəklik 2000 metrdən artıqdır. Şərur yüksəklik qurşağı strukturlarında orta illik temperatur 10–11 dərəcəyə, orta illik yağıntı isə 300–400 mm-ə çatır. Belə iqlim şəraiti ərazidə, əsasən yarımsəhra landşaftı yaradır. Yüksək dağ çəmənlikləri, dağ-çəmən-çimli torpaqlar yoxdur. Boz qonur şoranlaşmış torpaqlar bir zolaq şəklində alçaq dağlıq qurşağın yüksək hissəsi boyu uzanır. Bu torpaq az bir hissədə-şərqdə Naxçıvan strukturu ərazisində daxil olur.
Nepal coğrafiyası
Nepal — Cənub-Şərqi Asiyada yerləşən dağlıq ölkə. Ölkə ərazisinin 6/7 hissəsini Himalay dağları silsiləsi tutur. Nepal ərazisində dünyanın ən yüksək zirvələri, Everest və Annapurna yerləşir. Ərazisində olan səkkiz zirvənin hündürlüyü 8000 metrdən yüksəkdir (dünyada belə zirvələrin sayı 14 -dür). Nepalın cənub sərhədləri hündürlüyü 200 -250 metr olan ensiz düzənlikdən keçir. Bu ərazi qumlu-gilicəli olub Hind-Qanq ovalığının simal sərhədi hesab olunur. Bu ərazilər nisbətən bataqlaşmışdır. Yay aylarında musson yağışları zamanı tez-tez daşqınlar meydana gəlir. == Geoloji quruluşu və relyefi == Düzən əraziləri şimaldan Sivalik adlı təpəli tirə əhatə edir. Bu tirə Himalay silsiləsinin dağ ətəyi hesab olunur.
Nəqliyyat coğrafiyası
Nəqliyyat coğrafiyası — İqtisadi coğrafiyanın bir sahəsidir. Nəqliyyatın coğrafi problemlərini, onun ərazi üzrə yerləşməsi və inkişaf qanunauyğunluqlarını öyrənir. Nəqliyyat coğrafiyası sənaye coğrafiyası, kənd təsərrüfatı coğrafiyası, əhali coğrafiyası, təbii ehtiyatlar coğrafiyası ilə sıx əlaqədardır.
Oman coğrafiyası
== Sahəsi və sərhədləri == Ərəbistan yarımadasının cənub-şərqində yerləşmiş Oman, şimaldan Birləşmiş Ərəb Əmirlikləri, qərbdən Səudiyyə Ərəbistanı Məlikliyi, cənub-qərbdən Yəmən Respublikası ilə həmsərhəddir. BMT məlumatlarına əsasən sahəsi təqribən 212 min kv.km-dir. Ərazisinin böyüklüyünə görə Ərəbistan yarımadası dövlətləri içərisində ancaq Səudiyyə Ərəbistanı Məlikliyindən geri qalır, dünya miqyasında götürüldükdə isə 75-ci dövlətdir. Oman sultanlığı dövlət sərhədləri dəqiq təyin olunmamış (başqa sözlə demarkasiya olunmamış) dövlətlərdən biridir. Qonşuları ilə sərhəd mübahisələri tam həll edilməsə də sərhəd məntəqələri mövcuddur və gömrüyün bütün rəsmi şərtlərinə əməl olunur. Şimal-Şərqdə Oman körfəzi, cənub-şərqdə isə Ərəbistan dənizinə 2000 km məsafədə çıxışı Oman sultanlığının coğrafi və hərbi strateji mövqeyinin üstünlükləridir. Sahillər kiçik gəmilərin dayanması üçün əlverişli olan dayaz körfəzlərlə kəsilib parçalanmışdır. Buradakı bəzi şəhərlər (Məsqət, Sib, Habur və b.) hələ orta əsrlərin dənizçilik xəritələrinə salınmışdır. Omanın bu bölgəsi Hindistan, İraq, İran kimi ölkələrlə ticarətdə mühüm rol oynamışdır. == Omanın relyefi == Ölkə ərazisinin 82 faizini hündürlüyü 500 metrə qədər olan səhra və yarımsəhralar, 15 faizini hündür yayla və dağlar, 3 faizini isə hündürlüyü 200 metrə qədər olan dənizsahili ovalıqlar tutur.
Pakistan coğrafiyası
Pakistan coğrafiyası (urdu جغرافیۂ پاکِستان) cənubda Ərəb dənizinin sahillərindən şimalda Qaraqorum dağlarına qədər müxtəlif təbii zonaları əhatə edir. Pakistan geoloji olaraq həm Hindistan, həm də Avrasiya tektonik platformasında yerləşir. Bu iki platformanın toqquşma zonasında yerləşən Gilgit-Baltistan və Azad Kəşmir bölgələrində tez-tez dağıdıcı zəlzələlər baş verir. Pakistan şərqdən Hindistan, qərbdən Əfqanıstan, cənub-qərbdən İran, şimal-şərqdən isə Çin dövlətləri ilə həmsərhəddir. Ölkə geosiyasi baxımdan olduqca mürəkkəb, tez-tez hərbi toqquşmaların baş verdiyi regionda yerləşir. Regionda baş verən bu cür münaqişələrə Hindistanla Pakistan arasında Kəşmir və Əfqanıstanla Pakistan arasında Durand xətti kimi mübahisəli əraziləri misal göstərmək olar. Pakistanın qərb sərhədləri istiqamətində yerləşən Heybər keçidi və Bolan keçidi kimi ərazilər Mərkəzi Asiya ilə Cənubi Asiya regionları arasında mühüm miqrasiya marşrutları hesab olunur. == Beynəlxalq sərhədləri == Pakistan qurudan dörd ölkə ilə həmsərhəddir. Sərhədlərinin ümumi uzunluğu 6,774 km təşkil edir. Əfqanıstanla olan sərhəd Hinduquş, Pamir dağları və mübahisəli ərazi olan Durand xətti boyunca uzanır.
Prizren coğrafiyası
Prizren şəhəri Balkan yarımadasında, Çar-Planina dağlarının ətəklərində Cənubi Metoxiyada yerləşir. Serbiyanin inzibati quruluşuna görə Kosovo və Mestoxiya Muxtar Vilayətinin Prizren dairəsinə daxildir. Kosovo Respublikasının inzibati bölgüsünə görə isə müstəqil ölkənin eyni adlı vilayətinin inzibati mərkəzidir. Prizren Albaniya və Makedoniya ilə sərhədə malikdir. Şəhər Serb imperiyasının tarixi paytaxtıdır. == Coğrafi xüsusiyətləri == Prizren bələdiyəsi 640 km² (Kosovo ərazisinin 5,94 %) ərazini əhatə edir. Kosovo Respublikasının cənub-qərbində yerləşir. Bura 76 yaşayış məntəqəsi daxildir. İcmada 220 776 nəfər yaşayır. Bunun 110 000 nəfəri Prizrendə cəmləşmişdir.
Qazaxıstan coğrafiyası
Qazaxıstan — Mərkəzi Asiyada sahəsinə görə ən böyük dövlət. Paytaxtı Astana şəhəridir. Qazaxıstan şimalda, şimal-şərqdə və şimal-qərbdə Rusiya ilə, şərqdə Çin, cənubda isə Türkmənistan, Özbəkistan və Qırğızıstan ilə həmsərhəddir. Qərbdə Xəzər dənizi ilə hüdudlanır. == Sahəsi və sərhədləri == Qazaxıstan Mərkəzi Asiyanın ən zəngin ölkəsidir. Bu ölkənin ərazisi Volqaboyundan Altay qədər, Qərbi Sibir ovalığından Tyan-Şana qədər uzanır. Ölkənin relyefi əsasən düzənlikdir. Qərbdə Karagiye çökəkliyi ilə birlikdə Xəzəryanı ovalıq. Mərkəz hissəsində Tuqay yaylası tutur. Cənubda isə qızılqum səhrası ilə turan ovalığı çıxır.
Kipr adasının coğrafiyası
Kipr coğrafiyası - Kipr adası üç subyekt arasında bölünmüşdür. Onun 60.99% Kipr Respublikası, 36.27% Şimali Kipr Türk Respublikası və 2,74 % isə Akrotii və Dekeliyanın payına düşür. == Relyef == Adanın ərazisinin bir hissəsini dağlar tutur. Şimal sahillərinə qədər Kireniya silsiləsi uzanır. Silsilənin qərb hissəsində eni 15 km, şərqində isə 25–30 km arasında dəyişir. Qərb hussəsində hündürlük daha çoxdur. Bəzi zirvələrin hündürlüyü 1000 metri keçir. Silsilənin ən hündür zirvəsi Akromand dağıdır (1023 m). Cənub-qərb hissəsində Troodos massivi yerləşir. Burada Kipr adasının ən hündür zirvəsi olan Olimbos dağı (1952 m) qərarlaşır.
Koreya Respublikası coğrafiyası
Cənubi Koreya — Şərqi Asiyada, Koreya yarımadasının cənubunda yerləşən dövlət. Müvafiq olaraq yarımadanın qutaracaq hisssində yerləşdirindən təbii ki yalnız bir ölkə ilə sərhədi vardır. Şimaldan ancaq Koreya Xalq Demokratik Respublikası ilə sərhədə malikdir. Onu şimal qonşusunun ərazisində müstəqil dövlətin varlığını tanımır və bölgəni Vahid Koreya Respublikasının ərazusi hesab edir. Bununla belə bu iki dövlət arasında yerləşən sərhəddə silahsız zona elan edilmişdir. Ölkə üç tərəfdən su ilə əhatə olunmuşdur. Onun sahil xəttinin uzunluğu 2 413 km təşkil edir. Qərbdən Sarı dənizi, şərqdən isə Yapon dənizinin suları ilə yuyulur. Cənubdan sahillərini Koreya boğazı və Şərqi Çin dənizi əhatəlir. Ölkə 100 210 km² əraziyə sahibdir.
Koreya Xalq Demokratik Respublikası coğrafiyası
Koreya Xalq Demokratik Respublikası (KXDR, Şimali Koreya) Şərqi Asiya regionunda, Koreya yarımadasının şimalında yerləşən dövlət. Şimal-şərqdən Rusiya ilə sərhədlənir. İki ölkəni Tumannaya çayı ayırır. Şimal və şimal-qərbdən isə Çinlə sərhədə malikdir. Burada iki ölkə arasında təbii sərhəd rolunu Yaluszyan çayı oynayır. Cənubdan isə Cənubi Koreya ilə sərhədlənir. Olkənin şərq sahillərini Yapon dənizi, qərb sahillərini isə Sarı dəniz yuyur. == Ərazisi == == Quru sərhədləri və sahil xətti == Ölkənin quru sərhədlıri cəmi 1673 km təşkil edir. Çin ilə 1416 km, Cənubi Korera ilə 238 km, Rusiya ilə isə 19 km sərhədə malikdir. Sahil xəttinin uzunluğu isə 2495 km təşkil edir.
Kənd təsərrüfatı coğrafiyası
Kənd təsərrüfatı coğrafiyası - iqtisadi coğrafiyanın bir sahəsidir. Kənd təsərrüfatının ərazi üzrə yerləşdirilməsi problemləri, onun amilləri və inkişaf qanunauyğunluqlarını öyrənir. Kənd təsərrüfatının ərazi üzrə yerləşdirilməsinin xalq təsərrüfatının istehsal sahələrinin, ilk növbədə sənayenin yerləşdirilməsindən əsas fərqi burada istehsalın təbii şəraitlə əlaqədar olması, torpağın başlıca istehsal vasitəsi kimi istifadə edilməsindədir. Kənd təsərrüfatının ərazi üzrə yerləşdirilməsi ayrı-ayrı zona və regionların təbii-iqtisadi şəraitini nəzərə almaqla həyata keçirilir, torpaq, maddi-texniki və əmək ehtiyatlarından səmərəli istifadə etməyə, sənayenin xammala, əhalinin ərzaq məhsullarına olan təlabatını ödəməyə yönəldilir.
Naxçıvan Muxtar Respublikası coğrafiyası
Naxçıvan coğrafiyası — Naxçıvan Muxtar Respublikasının coğrafiyası. == Landşaft qurşaqları == Naxçıvan MR ərazisində az bir sahədə mütləq yüksəkliyin kəskin dəyişməsi (600–4000 m) şaquli istiqamətdə landşaft qurşaqlarının yaranmasına səbəb olmuşdur. Naxçıvan MR-in landşaftı struktur cəhətdən istər şaquli, istərsə də üfiqi istiqamətdə dəyişir. Landşaftın mərkəz hisşədən cənub-şərq və şimal-qərb istiqamətdə dəyişməsi ilə əlaqədar olaraq onun şaquli zoanllığını struktur cəhətdən akademik B.Ə.Budaqovla S.Babayev üç sahəyə bölmüşdür: Şərur yüksəklik landşaft qurşağı Naxçıvan yüksəklik landşaft qurşağı Ordubad yüksəklik landşaft qurşağı === Şərur yüksəklik landşaft qurşağı === Şərur yüksəklik landşaft qurşağı strukturunun şərq sərhəddi Şahtaxtı-Binnətalı-Gəlinqaya xətti üzrə keçir. Burada mütləq yüksəklik 2000 metrdən artıqdır. Şərur yüksəklik qurşağı strukturlarında orta illik temperatur 10–11 dərəcəyə, orta illik yağıntı isə 300–400 mm-ə çatır. Belə iqlim şəraiti ərazidə, əsasən yarımsəhra landşaftı yaradır. Yüksək dağ çəmənlikləri, dağ-çəmən-çimli torpaqlar yoxdur. Boz qonur şoranlaşmış torpaqlar bir zolaq şəklində alçaq dağlıq qurşağın yüksək hissəsi boyu uzanır. Bu torpaq az bir hissədə-şərqdə Naxçıvan strukturu ərazisində daxil olur.

"coğrafiyası" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#coğrafiyası nədir? #coğrafiyası sözünün mənası #coğrafiyası nə deməkdir? #coğrafiyası sözünün izahı #coğrafiyası sözünün yazılışı #coğrafiyası necə yazılır? #coğrafiyası sözünün düzgün yazılışı #coğrafiyası leksik mənası #coğrafiyası sözünün sinonimi #coğrafiyası sözünün yaxın mənalı sözlər #coğrafiyası sözünün əks mənası #coğrafiyası sözünün etimologiyası #coğrafiyası sözünün orfoqrafiyası #coğrafiyası rusca #coğrafiyası inglisça #coğrafiyası fransızca #coğrafiyası sözünün istifadəsi #sözlük