cöv sözü azərbaycan dilində

cöv

Yazılış

  • cöv • 75.0000%
  • CÖV • 25.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abdulla Cövdət
Abdulla Cövdət (1869-1932) — Türkiyədə məşhur həkim, şair və jurnalist. İsveçrədə, Qahirədə və İstanbulda "İctihad" ("Cəhd") adlı jurnal nəşr etdirmişdir.
Cövdət Camal
Cövdət Camal- Qarabağın məşhur Sarıcalılar nəslindən olan tanınmış rəssam, Heydər Camalın atası == Həyatı == Cövdət Camaldır. Hazırda həyatda olan C.Camal Şuşada doğulub və sonradan Rusiyaya köçüb. II Cahan savaşı zamanı məşhur sovet marşalı G. Jukovun rəssamlarından biri olub.
Cövdət Hacıyev
Əhməd-Cövdət İsmayıl oğlu Hacıyev (18 iyun 1917, Nuxa – 18 yanvar 2002, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Dövlət Konservatoriyasının rektoru və professoru, Azərbaycan SSR xalq artisti (1960), Azərbaycan SSR əməkdar incəsənət xadimi. == Həyatı == Cövdət Hacıyev 1917-ci ildə Nuxa (Şəki) şəhərində anadan olmuşdur. O, orta təhsilini başa vurduqdan sonra 1935–1938-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında, 1938–1941-ci illərdə isə Moskva Konservatoriyasında oxumuş və müharibə illərində yarımçıq qalmış təhsilini sonralar davam etdirərək, 1947-ci ildə bəstəkar Dmitri Şostakoviçin sinfini bitirmişdir. 1947-ci ildən ömrünün sonuna qədər bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş, 1957–1969-cu illərdə isə bu ali musiqi təhsil ocağının rektoru vəzifəsində çalışmışdır. Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında böyük rol oynamış Cövdət Hacıyev Azərbaycanda peşəkar musiqi kadrlarının hazırlamasında da misilsiz xidmətlər göstərmişdir. O, Azərbaycan bəstəkarlarının bir neçə nəslini yetişdirmiş gözəl pedaqoq olmuşdur. Cövdət Hacıyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki xidmətləri yüksək qiymətləndirilmişdir. O, iki dəfə SSRİ Dövlət mükafatına layiq görülmüş, bir çox orden və medallarla, o cümlədən Azərbaycan Respublikasının ali mükafatı – "Şöhrət" ordeni ilə təltif olunmuşdur. Cövdət Hacıyev 2002-ci ilin yanvarın 18-də ömrünün 85-ci ilində vəfat etmişdir. Rəqqasə Əminə Dilbazinin həyat yoldaşıdır.
Cövdət Qüdrət Solok
Cövdət Qüdrət Solok (1907, Konstantinopol – 10 iyul 1992, İstanbul), “Yeddi Meşale” ədəbi cəmiyyətinin yaradıcılarından biri, türk yazıçısı və ədəbiyyat tarixçisi. Yazıçı Cövdət Qüdrət adı ilə tanınır. == Həyatı == C.Qüdrət 7 fevral 1907-ci ildə İstanbulda anadan olub. O, doqquz yaşında olarkən Mosul döyüşündə atasını itirdi. Anasının səyləri ilə oxuyub. O, 1933-cü ildə İstanbul Darülfünunun hüquq fakültəsini bitirib. O, Kayseri lisesində (17.04.1934 – 25.09.1938), Ankara Dövlət Konservatoriyasında (27.09.1938 – 20.07.1939) diksiya və ədəbiyyat müəllimi, Ankara Erkek lisesində (03.07.1939 – 31.08.1943) və Atatürk lisesində (31.08.1943 – 24.12.1945) və ədəbiyyat müəllimi, Nəşr İdarəsinin sifarişi ilə İnönü Ensiklopediyasında ədəbi katib vəzifəsində çalışıb (24.12.1945 – 06.10.1950). Yazıçı Demokrat Partiya hökuməti dövründə Bitlis orta məktəbinə türk dili müəllimi təyin edildikdən sonra istefa verib (23.10.1950). Qısa müddət İstanbul və Ankarada vəkil (1951-1954), Türk Dil Qurumunda redaktor, “Bilgi” nəşriyyatında məsləhətçi (1967-1970), Siyasi Elmlər Fakültəsi, Mətbuat və Yayım məktəbində müəllim olaraq işləyib (1970-1973). C.Qüdrət ədəbi fəaliyyətə 1927-ci ildə “Sərvət-i Fünun” jurnalında şeirlə başlayıb.
Cövdət Sunay
Əhməd Cövdət Sunay (türk. Cevdet Sunay, 10 fevral 1899, Trabzon – 22 may 1982, İstanbul) — Türk hərbi və dövlət xadimi, Türkiyə Silahlı Qüvvələrinin 12-ci Baş Qərargah rəisi, Türkiyə Respublikasının 5-ci prezidenti. == Hərbi həyatı == Cövdət Sunay 1899-cu il fevralın 10-da Ərzurumda anadan olub. Bəzi mənbələrdə onun doğulduğu yer Ataköy kimi qeyd edilir. Atası Hacı-İslamoğullarından Alay müftisi İslam Səbri Əfəndi, anası Məhəmmədoğullarından Xədicə xanımdır. İbtidai və orta təhsilini Ərzurum, Kərkük, Ədirnə və Kuleli Hərbi Liseylərində almışdır. Birinci Dünya müharibəsi illərində 1917-ci ildə zabit namizədi kimi təlim düşərgəsinə qatılır. Həmin il Sinay və Fələstin cəbhəsində iştirak edir. 1918-ci ildə ingilislər tərəfindən əsir götürülən sunay Misirə aparılır. Əsirlikdən qayıtdıqdan sonra Türkiyə İstiqlaliyyət müharibəsində iştirak edərək, Cənub cəbhəsində xidmət göstərir.
Cövdət İnancalp
Cövdət İnancalp (Müəllim Cövdət) (1883–1935) — Türkiyə tarixçisi. == Həyatı == Onun ailəsi Rumelidə qalan Niş şəhərindəndir. Babası Səid əfəndi Niş qalasının bir az bərisində, Nişava çayı kənarında bulunan bir təkkənin şeyxi, atası Məhəmmədsədi əfəndi isə hərbçidir. M.Cövdət ailəsinin 1876-cı ildə köçdüyü Boluda 1883-cü ildə dünyaya gəlmişdir. İlk və orta məktəbi Boluda, liseyi Kastamonuda oxumuşdur. 1901-ci ildə İstanbula gələrək İstanbul Darülmüəlliminin ədəbiyyat şöbəsinə girmişdir. Bu məktəbdən qabaq bir il Hüquq Məktəbində oxumuş, atası rahatsız olduğuna görə şagirdinə tam bir sarı altın (qızıl) təqaüd verən Darülmüəlliminə keçmişdir. Bu məktəbdə ən çox fransız dili və pedaqogika üzərində çalışmış, ərəbcə öyrənmişdir. İlk müəllimliyini "Darüşşəfəqə" məktəbində edib (yeri gəlmişkən, bir çox Azərbaycan müəllimləri də burada təhsil alıb). Bir cəmiyyət tərəfindən özəl olaraq idarə edilən, o tarixdə Maarif Nazirliyinə bağlı həmin məktəbdə türkcə və ərəbcə dərsləri gecə müzakirəçiliyinə və bir müddət sonra müəllimliyə təyin edilmişdir.
Cövhər
Сövhər [alm. Substanz; fr.=ing. Substance; yun. Hypotasis, hypokeimenon – altda var olan; osm. tr. cevher; ər. جٛ شٌّ ] – yunan dilində ausia – öz mənasında istifadə olunur. Cövhər – dəyişən əşyada əbədi olan, hadisələr və sifətlər özünə yüklənən, bir başqa şeydə və ya bir başqa şeylə deyil də öz-özünə yer alan şeydir. Əsas mahiyyət, Kantın təlimində ―özündə şeylər‖ anlamına uyğun gəlir. Misal üçün stul bir formadır, lakin onun əsası taxtadır.
Cövhər Dudayev
Dudayev Cöhər Musa oğlu (çeç. Дуди Муса кIант ЖовхIар ) (15 fevral 1944, Yalxori, Çeçen-İnquş MSSR, — 21 aprel 1996, Qexi-Çu, Çeçenistan) — çeçen hərbçisi, siyasətçisi və dövlət xadimi. İçkeriyanın ilk prezidenti. Aviasiya general-mayoru, çeçenlərin SSRİ ordusunda tarixi boyu yeganə generalı. == Həyatı == Cövhər Dudayev 1944-cü ilin fevralında Çeçenistanın Yalho kəndində anadan olub. 23 fevral 1944-cü ildə ailəsi Sibirə sürgün olunarkan o 15 günlük körpə olub. Cövhər Dudayev sürgündə keçən uşaqlıq illərilə bağlı bunları deyirdi: "Mən dinimi anamın qoynunda öyrəndim. Mən tamamilə ateist təhsili aldım və ateist bir ordu olan "Qızıl Ordu"da generallığa qədər yüksəldim. Burada sizə tarixi bir həqiqəti nəql edim. Məktəbə getməmişdən əvvəl çox yaxşı tərbiyə aldım.
Cövhər Tsarnayev
Cövhər Tsarnayev (rus. Джоха́р Анзо́рович Царна́ев) — çeçen-avar mənşəli amerikalı tələbə. 2013-cü ilin 15 aprel tarixində Amerika Birləşmiş Ştatlarının Massaçusets ştatının Boston şəhərində hər il ənənəvi formada keçirilən olunan Boston marafonuna təşkil olunmuş terror hücumunun iki əsas şübhəlisindən biri. Hadisənin bir digər şübhəlisi Cövhər Tsarnayevin qardaşı Tamerlan Tsarnayevin polis tərəfindən keçirilən əməliyyat nəticəsində (hadisədən 3 gün sonra) öldürülmüşdür.
Cövkar
Cövkar — İranın Həmədan ostanının Məlayir şəhristanının Cövkar bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,209 nəfər və 548 ailədən ibarət idi.
Cövkəndan-i Bozorq (Talış)
Cövkəndan-i Bozorq (fars. جوكندان بزرگ‎) və ya Böyük Cövkəndan — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 801 nəfər yaşayır (186 ailə).
Cövzcan
Cövzcan vilayəti (fars. ولایت جوزجان‎‎‎, puşt. جوزجان ولايت) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayət inzibati baxımdan Ağca, Dərzab, Feyzabad, Xəmyab, Xanəgah, Xoca Dükuh, Mərdyan, Mingəcik, Qarqın, Quştəpə və Şibirğan rayonlarına bölünür. Xəmyab, Mingəcik və Qərqin raynonlarının əhalisini türkmənlər təşkil edir. Ümumiyyətlə vilayətin əhalisi əsasən özbəklərdən və türkmənlərdən, həmçinin az sayda tacik, puştun və ərəblərdən ibarətdir. Əhalinin 39.5%-i özbəkcə, 28.7%-i türkməncə, 17.2%-i puştunca, 12.1%-i isə daricə danışır. Vilayətin əhalisi 2009-cu ilin əvvəlinə olan rəsmi təxminə əsasən 485.3 min nəfər, inzibati mərkəzi Şıbırğan şəhəri, sahəsi 11.798 km²-dir.
Cövzcan vilayəti
Cövzcan vilayəti (fars. ولایت جوزجان‎‎‎, puşt. جوزجان ولايت) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayət inzibati baxımdan Ağca, Dərzab, Feyzabad, Xəmyab, Xanəgah, Xoca Dükuh, Mərdyan, Mingəcik, Qarqın, Quştəpə və Şibirğan rayonlarına bölünür. Xəmyab, Mingəcik və Qərqin raynonlarının əhalisini türkmənlər təşkil edir. Ümumiyyətlə vilayətin əhalisi əsasən özbəklərdən və türkmənlərdən, həmçinin az sayda tacik, puştun və ərəblərdən ibarətdir. Əhalinin 39.5%-i özbəkcə, 28.7%-i türkməncə, 17.2%-i puştunca, 12.1%-i isə daricə danışır. Vilayətin əhalisi 2009-cu ilin əvvəlinə olan rəsmi təxminə əsasən 485.3 min nəfər, inzibati mərkəzi Şıbırğan şəhəri, sahəsi 11.798 km²-dir.
Deh-i Cövlan
Deh-i Cövlan (fars. ده جولان‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 7 ailədə 26 nəfəri kişilər və 27 nəfəri qadınlar olmaqla cəmi 53 nəfərdir.
Xacə Cövhər
Xacə Cövhər (v. 11 noyabr 1390) — əmir, Əlincəqalanın kutvalı. == Həyatı == XIV əsrin 80-ci illərində Əlincəqalanın müdafiəsinə başçılıq edib. 1387-ci ildə Əmir Teymurun Əlincə qalasına ilk yürüşü zamanı ona ciddi müqavimət göstərmişdir. === Vəfatı === 11 noyabr 1390-cı ildə, Ramazan bayramı günündə taun xəstəliyindən vəfat etmişdir. == Əlincə qalasının müdafiəsində rolu == AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin SƏFƏRLİ Şərq qapısı qəzetinin 6 aprel 2016-ci il tarixində qələmə aldığı "Əlincəqalanın teymurilərdən müdafiəsinə rəhbərlik etmiş qala rəisləri" haqqında məqaləsində Xacə Cövhər yazır haqqında yazır: == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 195.
İbn Qayyim əl-Cövziyyə
İbn Qəyyim Cövziyyə (ərəb. ابن قيم الجوزية‎; 29 yanvar 1292, Dəməşq, Məmlük dövləti – 16 sentyabr 1350, Dəməşq, Məmlük dövləti) ― İslam alimi. == Həyatı == İbn əl-Qayyim 28 yanvar 1292-ci ildə Dəməşqin 55 mil cənubi-şərqində yerləşən Havran qəsəbəsinin Zər kəndində dün­yaya gəlmişdir. İlk dini təhsilini uşaq yaşlarında atasından almağa başlamış, ardınca Dəməşqdə Əl-Cözviyyə mədrəsəsində Hənbəli fiqhini öyrənmişdir. Ərəbcə və şərqi elmlərdə püxtələşdikdən sonra "fətva-imamət" və "şeyx" məqamına yüksəlmişdir. Sonralar Əl-Cövziyyə mədrəsəsinin imamı kimi fəaliyyət göstərmişdir.
İbn Qəyyim Cövziyyə
İbn Qəyyim Cövziyyə (ərəb. ابن قيم الجوزية‎; 29 yanvar 1292, Dəməşq, Məmlük dövləti – 16 sentyabr 1350, Dəməşq, Məmlük dövləti) ― İslam alimi. == Həyatı == İbn əl-Qayyim 28 yanvar 1292-ci ildə Dəməşqin 55 mil cənubi-şərqində yerləşən Havran qəsəbəsinin Zər kəndində dün­yaya gəlmişdir. İlk dini təhsilini uşaq yaşlarında atasından almağa başlamış, ardınca Dəməşqdə Əl-Cözviyyə mədrəsəsində Hənbəli fiqhini öyrənmişdir. Ərəbcə və şərqi elmlərdə püxtələşdikdən sonra "fətva-imamət" və "şeyx" məqamına yüksəlmişdir. Sonralar Əl-Cövziyyə mədrəsəsinin imamı kimi fəaliyyət göstərmişdir.
İbn Qəyyim əl-Cövziyyə
İbn Qəyyim Cövziyyə (ərəb. ابن قيم الجوزية‎; 29 yanvar 1292, Dəməşq, Məmlük dövləti – 16 sentyabr 1350, Dəməşq, Məmlük dövləti) ― İslam alimi. == Həyatı == İbn əl-Qayyim 28 yanvar 1292-ci ildə Dəməşqin 55 mil cənubi-şərqində yerləşən Havran qəsəbəsinin Zər kəndində dün­yaya gəlmişdir. İlk dini təhsilini uşaq yaşlarında atasından almağa başlamış, ardınca Dəməşqdə Əl-Cözviyyə mədrəsəsində Hənbəli fiqhini öyrənmişdir. Ərəbcə və şərqi elmlərdə püxtələşdikdən sonra "fətva-imamət" və "şeyx" məqamına yüksəlmişdir. Sonralar Əl-Cövziyyə mədrəsəsinin imamı kimi fəaliyyət göstərmişdir.
İsmayıl Cövhəri
Əbu Nasr İsmayıl ibn Həmmad əl-Cövhəri (ərəb. ابو نصرإسماعيل بن حماد الجوهري‎), İsmayıl Cövhəri və ya sadəcə əl-Cövhəri (940, Otrar – 1002 və ya 1008, Nişapur) — türk lüğətçisi və görkəmli ərəb lüğəti olan "Tacü l-lüğa və sihahil-ərəbiyyə" ("Sihah-ol-ərəbiyye") (الصحاح في اللغة)-nin müəllifi. == Həyatı == Əl-Cövhəri Mavəraünnəhrin (indiki Qazaxıstanın cənubu) Fərab (Otrar) şəhərində anadan olmuşdur. O, ərəb dilini öyrənməyə Fərabda başlamış, daha sonra isə Bağdadda təhsil alaraq təhsilini Hicaz ərəbləri arasında davam etdirmişdir. Cövhəri daha sonra Şimali Xorasana, əvvəlcə Damğana köçmüş və nəhayət Nişapurda məskunlaşmışdır. O, burada ilk əsəri olan görkəmli ərəb lüğəti "Tacü l-lüğa və sihahil-ərəbiyyə"-ni yazır. Bu əsər Vankulu Mehmed Əfəndi tərəfindən XVI əsrdə "Vankulu lüğəti" adı altında tükçəyə çevrilmiş və bu əsər 1729-cu ildə İbrahim Mütəfərrikənin mətbəədə çap etdirdiyi ilk kitap ünvanının almışdır.Cövhəri uçuş cəhdi etmək məqsədi ilə özünün hazırladığı taxta qanadları qoluna taxaraq Nişaburdakı məscidlərdən birinin damına çıxmış, lakin bu uğursuz cəhdi onun ölümü ilə nəticələnmişdir. Bu cəhdə mənblərdə Rayt qardaşlarından 900 il əvvəl edilmiş ilk uçuş cəhdi olaraq istinad edilir. Cövhərinin bu cəhdi XIIV əsrdə yaşamış Hezarfən Əhməd Çələbi və Ləgəri Həsən Çələbi kimi şəxslər üçün ilham mənbəyi olmuşdur.
Əhməd Cövdət Paşa
Əhməd Cövdət paşa (22 mart 1822, Lofça[d], Rumeli əyaləti, Osmanlı imperiyası – 25 may 1895, Konstantinopol, Osmanlı imperiyası və ya Konstantinopol) — Osmanlı dövlətində XIX əsrdə yetişən böyük dövlət və elm adamı. Məcəlləni qələmə alaraq İslam hüququnu sağlam bir dillə kitablaşdıran şəxs. == Həyatı == Əhməd Cevdət paşa hələ aşağı sinifdə oxuyarkən özündən yuxarı siniflərə dərs deyərdi. == Fəaliyyəti == == Kitabları == Tarih-i Cevdet: 12 cilttir. Osmanlı Devleti'nin 1774-1825 seneleri arasındaki tarihini anlatır. Kısas-ı Enbiya ve Tevarih-i Hulefa: 12 kısımdır. Cevdet Paşa'nın en tanınmış eseridir. Âdem'den itibaren birçok peygamberin, İslam halifelerinin, İkinci Murad’a kadar Osmanlı padişahlarının tarihinden bahseder. Tezakir-i Cevdet: Devrinin siyasi, içtimai, ahlaki cephesini anlatmıştır. Ma’ruzat: Sultan İkinci Abdülhamid’e 1839-1876 yılları arasındaki tarihi ve siyasi hadiseleri takdim etmek için hazırlanmıştır.
Əhməd Cövdət Pepinov
Əhməd bəy Pepinov (tam adı: Əhməd bəy Ömər oğlu Pepinov; 11 sentyabr 1893, Axalsıx qəzası, Tiflis quberniyası – 3 iyul 1938, Almatı, Almatı vilayəti, Qazaxıstan SSR, SSRİ) — Azərbaycan Xalq Cümhuriyyətinin və Qazaxıstan SSR-in ictimai-siyasi və dövlət xadimi. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının, sonra isə Azərbaycan Demokratik Respublikası Parlamentinin üzvü və katibi, 5-ci Nazirlər Kabinetində Əmək və Əkinçilik Naziri. == Həyatı == Əhməd bəy Pepinov 11 sentyabr 1893-cü ildə Axalsıx qəzasının Bolojur kəndində, Ömər ağa Pepinovun ailəsində doğulmuşdur. == Təhsili == Tiflis gimnaziyasını bitirmiş, 1913-cü ildə Moskva Dövlət Universtitetinin hüquq fakultəsinə daxil olmuş, eyni zamanda, iqtisadiyyat fakültəsində də oxumuşdur. Təhsil illərində "Azərbaycan Həmyerlilər Təşkilatı"nın rəhbərlərindən biri olmuş, "Axalkələkli Əhməd Cövdət" imzası ilə "Açıq söz" qəzetinə məqalələr göndərmişdir. Tələbələrin Moskvada keçirdiyi "Azərbaycan etnoqrafik konsert gecələri"ndə və digər mədəni tədbirlərdə yaxından iştirak etmişdir. == Siyasi fəaliyyəti == 1918-ci ildə ali təhsilini başa vuraraq Bakıya qayıdan Pepinov Cənubi Qafqazda baş verən siyasi hadisələrə fəal surətdə qoşulmuş, Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü seçilmişdir. Azərbaycan Milli Şurasının, sonra isə Azərbaycan Demokratik Cumhuriyyəti Parlamentinin üzvü və katibi vəzifəsini icra etmişdir. Ə. Pepinov parlamentin fəaliyyətində yaxından iştirk etmiş, bir sıra mühüm məsələlərin, o cümlədən Antanta dövlətləri, Gürcüstan və Ermənistanla münasibətlərin, "Denikin təhlükəsi"nin müzakirəsində təmsil etdiyi sosialistlər fraksiyası adından çıxış etmiş, bir sıra qanun lahyihələrinin, o cümlədən parlamentin 1919-cu il oktyabrın 20-də qəbul etdiyi "Nəşrlər istehsalı haqqında" qanununun hazırlanmasında bilavasitə iştirak etmişdir. Pepinov Azərbaycan Müəssislər Məclisinə seçkilər üzrə komissiyanın sədr müavini (sədri Məhəmməd Əmin Rəsulzadə idi) seçilmişdir.

cöv sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

CÖV f. 1) arpa; 2) m. qiymətsiz. CÖV’ ə. aclıq.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"cöv" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#cöv nədir? #cöv sözünün mənası #cöv nə deməkdir? #cöv sözünün izahı #cöv sözünün yazılışı #cöv necə yazılır? #cöv sözünün düzgün yazılışı #cöv leksik mənası #cöv sözünün sinonimi #cöv sözünün yaxın mənalı sözlər #cöv sözünün əks mənası #cöv sözünün etimologiyası #cöv sözünün orfoqrafiyası #cöv rusca #cöv inglisça #cöv fransızca #cöv sözünün istifadəsi #sözlük