cümlələr sözü azərbaycan dilində

cümlələr

Yazılış

  • cümlələr • 97.6744%
  • Cümlələr • 2.3256%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cümlələr
Cümlə — bitmiş fikri ifadə edən söz və ya söz birləşməsidir. Cümlə vasitəsilə bir hadisə haqqında məlumat verilir, bir şey soruşulur, bir işə təhrik olunur. Cümlənin qurulmasında sözlərlə yanaşı, söz birləşmələri də iştirak edir. Heç bir söz və ya söz birləşməsi bitmiş fikir ifadə etmədən cümlə şəklinə düşə bilməz. Cümlə bir sözdən də ibarət ola bilər: Səhərdir. Cümlənin əsasını mübtəda və xəbər təşkil edir ki, bu da cümlənin qrammatik əsası adlanır. Yalnız köməkçi nitq hissələrindən də ibarət cümlə ola bilər. Belə cümlələrə söz cümlə deyilir. Sən gələcəksənmi? -Bəli.
Cüttərkibli cümlələr
Cüttərkibli cümlələr — baş üzvlərin hər ikisinin iştirakı ilə qurulan sadə cümlələrə cüttərkibli cümlələr deyilir. == Ümumi məlumat == Cüttərkibli cümlələrdə adətən fikir predmeti mübtəda və ya mübtəda qrupu şəklində, fikir predmetinin hərəkət və əlaməti xəbər və ya xəbər qrupu şəklində ifadə olunur. Hər iki baş üzvün iştirakı ilə formalaşdığı üçün bu cür cümlələr cüttərkibli hesab olunur.Cüttərkibli cümlələrdə əksərən mübtəda məntiqi subyektə, xəbər məntiqi predikata uyğun gəlir. Cümlə genişlənmiş olduqda iki qütbə, iki zonaya — mübtəda və xəbər zonalarına ayrılır. Mübtəda ona aid olan üzvlə — təyinlə birlikdə mübtəda zonasını (və ya mübtəda qütbünü), xəbər ona aid olan üzvlərlə — tamamlıq, zərflik və təyinlə birlikdə xəbər zonasını (və ya xəbər qütbünü) əmələ gətirir. Cüttərkibli cümlələrdə mübtəda (və mübtəda zonası) adətən "verilən"i, xəbər (və xəbər zonası) "yeni"ni bildirir, yəni söhbətin predmeti mübtəda və mübtəda zonası vasitəsilə, yeni məlumat isə xəbər və xəbər zonası vasitəsilə ifadə olunur.Cüttərkibli cümlələr dildə ən çox işlənən cümlə növüdür, ona görə də bədii əsərlərin dilində böyük üstünlük təşkil edir.Cüttərkibli cümlələrin qurulma şərtləri aydındır: hər iki baş üzvün iştirakı vacibdir. Lakin bəzən təkrara yol verməmək, fikri sadə, səlis və yığcam ifadə etmək üçün cümlələrin mübtədası buraxılır, mübtəda bilavasitə cümlədə iştirak etmir. Belə cümlələr təktərkibli deyil, cüttərkibli hesab olunur, çünki bu cür cümlələrin buraxılmış mübtədasını mətnə əsasən asanlıqla bərpa etmək olur. Cüttərkibli cümlələr sadə cümlənin əsas xüsusiyyətlərini özündə cəmləşdirən cümlə tipidir. Bu cür cümlələr feili və ismi xəbərli, təsdiq və inkar ola bilir.
Tabesiz mürəkkəb cümlələr
Tabesiz mürəkkəb cümlələr iki və daha artıq sadə cümlənin məna və qrammatik cəhətdən bərabər hüquq əsasında vahid bir tam kimi birləşməsi yolu ilə əmələ gələn sintaktik vahiddir. Tabesiz mürəkkəb cümlələrin səciyyəvi quruluş xüsusiyyətləri vardır. Çox zaman tərkib hissələrində bir paralellik olur; bu xüsusiyyət atalar sözləri və məsəllərdə özünü daha çox göstərir; məs.: Lələ var, yurdu yox. Xalq qız alır – quda qazanır, mən qız aldım, qada qazandım. Xalq gedər quş gətirər, Xanalı bayquş gətirər. Bu gün sən deyirsən, sabah sənə deyərlər. Artıq tamah daş yarar, daş qayıdar baş yarar və s. Belə cümlələr üçün komponentlərdən ikincisinin (və ya hər ikisinin) natamamlığı, yarımçıqlığı, cümlənin ümumi mənası əsasında bərpa oluna bilməsi də səciyyəvi hallardandır: Xəbərçi yalançı olar, yalançı – xəbərçi. Rəhmət yazana, lənət pozana! Sözlərdə qonaq sözü, səslərdə kəfkir səsi.
Zərflik budaq cümlələri
Zərflik budaq cümlələri

"cümlələr" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#cümlələr nədir? #cümlələr sözünün mənası #cümlələr nə deməkdir? #cümlələr sözünün izahı #cümlələr sözünün yazılışı #cümlələr necə yazılır? #cümlələr sözünün düzgün yazılışı #cümlələr leksik mənası #cümlələr sözünün sinonimi #cümlələr sözünün yaxın mənalı sözlər #cümlələr sözünün əks mənası #cümlələr sözünün etimologiyası #cümlələr sözünün orfoqrafiyası #cümlələr rusca #cümlələr inglisça #cümlələr fransızca #cümlələr sözünün istifadəsi #sözlük