cürbəcür sözü azərbaycan dilində

cürbəcür

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • cürbəcür • 88.4615%
  • Cürbəcür • 11.1888%
  • CÜRBƏCÜR • 0.3497%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.58 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 17.13
2003 ••••••••••••• 11.02
2004 •••••• 4.72
2005 •••• 3.37
2006 ••• 2.48
2007 •• 1.27
2008 •• 1.46
2009 •• 1.60
2010 •• 1.36
2011 •• 1.37
2012 •• 1.20
2013 ••• 2.19
2014 •• 1.20
2015 0.85
2016 0.69
2017 0.65
2018 0.60
2019 •• 0.97
2020 0.40

cürbəcür sözünün leksik mənası və izahı

  • 1 sif. Müxtəlif. Cürbəcür kitablar almaq. Cürbəcür tamaşalara baxmaq. Cürbəcür şəhərlər gəzmək. – Məmmədbağırın başına cürbəcür planlar gəlirdi. S.Hüseyn. Cürbəcür bioloqlar cinsiyyət və irsiyyət haqqında cild-cild elmi əsərlər yazmışlar. M.Rzaquluzadə. // Növ-növ, hər növ, hər cür, çeşid-çeşid, dürlü-dürlü. Cürbəcür xırdavat. Cürbəcür xörəklərdən yemək. – Hər rəngə çalan cürbəcür cücülər otlara mərcan kimi sarılmışdı. S.S.Axundov. Gövhər xanım yan otaqdan cürbəcür şirniyyat və mürəbbə gətirib süfrəyə düzdü. Q.İlkin.

    Azərbaycan dilinin izahlı lüğəti / cürbəcür

cürbəcür sözünün etimologiyası

  • 1 Dür (dürlü) kəlməsinin dəyişmiş formasıdır: “dürlü –dürlü” (növlü –növlü) deməkdir. Dür və cür eyni sözün iki fonetik tərkibdə yaşamasıdır. Dür tədricən aradan çıxmağa doğru gedir. Cürbəcür sözündəki bə hissəsi qədim bağlayıcımız olan (“və” mənasında işlədilib) “mə”nin dəyişmiş formasıdır (dar­ma­dağın sözündə hifz olunub). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / cürbəcür

cürbəcür sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 müxtəlif — ayrı-ayrı — başqa-başqa

    Azərbaycan dilinin sinonimlər lüğəti / cürbəcür
  • 2 CÜRBƏCÜR Mədinəyə xoş gəlmək, Mədinəni razı salmaq həvəsi daima kişinin fikrini oynadır, cürbəcür hərəkətlərə sövq edirdi (M.İbrahimov); DÜRLÜ Pisliyə həm dürlü cəzalar olar (A.Səhhət); ƏNVA (köhn.) Nökər Səfi stolun üstünə boşqablar ve ənva məşrubat düzür (Ə.Haqverdiyev); MÜXTƏLİF Xörəklər müxtəlif, şərablar rəngbərəng; Zəncinin, həbəşin qanıdır onlar (S.Vurğun); NÖVBƏNÖV [Qiyas:] Hamıdan qabaq Ağarəfi peyda olur; onun hər iki qoluna dirsəyindən biləyinccon saatlar bağlanıb, ciblərindən, kəmərindən də növbənöv saatlar sallanıb (Anar); NÖV-NÖV Kitab da növ-növdür insanlar kimi; Bədsifət, acıdil olur bir çoxu (S.Vurğun); RƏNGARƏNG Pişxidmətlər rəngarəng taamlar hazır etdilər (M.F.Axundzadə).

    Azərbaycan dilinin sinonimlər lüğəti / cürbəcür

cürbəcür sözünün antonimləri (əks mənalı sözlər)

cürbəcür sözünün rus dilinə tərcüməsi

  • 1 разный, различный, разнообразный, многообразный

    Azərbaycanca-rusca lüğət / cürbəcür
  • 2 I прил. 1. разные, различные (всякие, всевозможные, разного рода). Cürbəcür bəhanə gətirmək приводить различные отговорки, cürbəcür yollarla различными путями, cürbəcür şayiələr разного рода слухи, cürbəcür söhbətlər всякого рода разговоры, cürbəcür uydurmalar различные небылицы 2. разные, разнообразные: 1) такие, которые различаются между собой по виду, по каким-л. признакам, свойствам, содержанию и т.п., всевозможные. Cürbəcür adamlar разные люди, cürbəcür heyvanlar разные животные, cürbəcür güllər разные цветы, cürbəcür əşyalar разные (разнообразные) предметы, cürbəcür tiplər разнообразные типы, cürbəcür nəzəriyyələr разные теории, cürbəcür cərəyanlar разные направления (течения) 2) такие, которые отличаются по сорту, ассортименту. Cürbəcür xırdavat разная (всякая) мелочь, cürbəcür xörəklər разные блюда, cürbəcür konfetlər разные конфеты, cürbəcür mürəbbələr разные варенья, cürbəcür meyvələr разные фрукты, cürbəcür mallar разнообразные товары, cürbəcür şeylər разные разности (самые разнообразные, различные вещи, явления)

    Azərbaycanca-rusca lüğət / cürbəcür

cürbəcür sözünün inglis dilinə tərcüməsi

cürbəcür sözünün fransız dilinə tərcüməsi

  • 1 sif. varié, -e ; divers, -e ; multiple ; différent, -e ; ~ adamlar les différentes personnes ; ~ maraqlar les différents intérêts (les intérêts divers) ; ~ fikirlər les idées diverses (les différentes idées) ; ~ rənglər les différentes couleurs (les couleurs diverses)

    Azərbaycanca-fransızca lüğət / cürbəcür

cürbəcür sözünün ləzgi dilinə tərcüməsi

"cürbəcür" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#cürbəcür nədir? #cürbəcür sözünün mənası #cürbəcür nə deməkdir? #cürbəcür sözünün izahı #cürbəcür sözünün yazılışı #cürbəcür necə yazılır? #cürbəcür sözünün düzgün yazılışı #cürbəcür leksik mənası #cürbəcür sözünün sinonimi #cürbəcür sözünün yaxın mənalı sözlər #cürbəcür sözünün əks mənası #cürbəcür sözünün etimologiyası #cürbəcür sözünün orfoqrafiyası #cürbəcür rusca #cürbəcür inglisça #cürbəcür fransızca #cürbəcür sözünün istifadəsi #sözlük