* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. etnoq. 1. Gəlin gedən qızların başına salınan qızıl parıltılı bəzək şeyi. Gəlinin və yengələrin duvaqları aşağı salındı, üzlərinə duvağın üstündən cığcığa taxılmışdı. Çəmənzəminli. // Bəzək üçün gəlinlərin başına səpilən parıltılı, ala-bəzək pərəklər. Gəlinin üzünə ağ-sarı pərəklər yapışdırıb, başına parlaq cığcığa tökdüklərindən onun hər tərəfi parıldayırdı. M.S.Ordubadi. 2. Cığcığa kimi şax şey haqqında. [Hacı Novruz:] Cığcığa əsginazlar vermişəm, sarı qızıllar sayıb işlətmişəm. Ə.Haqverdiyev.
Azərbaycan dilinin izahlı lüğəti / cığcığa2 is. bot. Çiy-çiy yeyilən, yaxud qutabın içinə qoyulan yabanı ot.
Azərbaycan dilinin izahlı lüğəti / cığcığa1 1 I сущ. этногр. блёстки: 1. маленькие блестящие пластинки, чешуйки, нашиваемые для украшения одежды, головных уборов и пр. 2. мелкие блестящие, сверкающие частицы чего-л.; светящиеся точки, искры II прил. свежий, гладкий, непомятый (о денежных купюрах, бумаге и т.п.) 2 сущ. дикорастущая трава, употребляемая в пищу
Azərbaycanca-rusca lüğət / cığcığa2 сущ. этногр. 1. свас яз физвай рушарин кьилел вегьидай къизилди хьиз цӀарцӀар гудай безегдин затӀ; // сусарин кьилелай алахдай цӀарцӀар гудай безегар; 2. чӀакьракь, жакьракь, чӀакьракь хьтин шах (мес. цӀийи ччарчин пул).
Azərbaycanca-ləzgicə lüğəti / cığcığaI (Bakı) cığ <dəniz otu>. – Cığcığa dərməkçün anam cığcığalığa gedmişdi II (Culfa, Gəncə, Şərur) bəzək şeyləri. – Cığcığanı dövlətdi boynuna asardı (Şərur); – Xalamın gəlininin saçına da cığcığa vurmuşdular (Gəncə); – A bala, get bir başdıx cığcığa al gəti (Gəncə) III (Oğuz) qozdan hazırlanmış uşaq oyuncağı. – Çağır bu uşağı, cığcığasını ver, oynasın
Azərbaycan dilinin dialektoloji lüğəti.