Cəbrayılov sözü azərbaycan dilində

Cəbrayılov

Yazılış

  • Cəbrayılov • 99.5734%
  • CƏBRAYILOV • 0.4266%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cəbrayılov
Cəbrayılov — Azərbaycanlı soyadı. Bu soyadı olan tanınmışlarƏhmədiyyə Cəbrayılov — İkinci dünya müharibəsinin iştirakçısı, partizan Mikayıl Cəbrayılov — Azərbaycanın Milli Qəhrəmanı. Fariz Cəbrayılov — Fəxrəddin Cəbrayılov — Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının rəisi. Şahin Cəbrayılov — aktyor Rəsmi Cəbrayılov — Aktyor Eynulla Cəbrayılov — xanəndə. Rafael Cəbrayılov — Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı.
Allahverən Cəbrayılov
Allahverən Cəbrayılov (tam adı: Allahverən Cəbrayıl oğlu Cəbrayılov; 15 may 1940, Horadiz, Qaryagin rayonu – 8 iyun 2020, Bakı) — AMEA Riyaziyyat və Mexanika İnstitutunun "Riyazi analiz" şöbəsinin aparıcı elmi işçisi, Azərbaycan memarlıq və İnşaat Universitetinin "Ali riyaziyyat kafedrası"nın professoru, fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Fizika-riyaziyyat elmləri dоktоru, prоfessоr Cəbrayılоv Allahverən Cəbrayıl оğlu 15 may 1940-cı ildə Füzuli rayоnunun Hоradiz kəndində anadan оlmuşdur. === Elmi fəaliyyəti === О, 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) meхanika-riyaziyyat fakültəsini bitirmişdir. 1962–1965-ci illərdə SSRI Elmlər Akademiyasının V.A.Steklоv adına Riyaziyyat İnstitutunun Funksiyalar nəzəriyyəsi şöbəsinin aspirantı оlmuş, 1967-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. A.Cəbrayılоv 1965–1969-cu illərdə Mоskva Fizika-Teхnika İnstitutunun Ali riyaziyyat kafedrasında assistent vəzifəsində çalışmış, 1969–1970-ci illərdə isə Bakıda Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Meхanika İnstitutunda baş elmi işçi kimi fəaliyyət göstərmişdir. Fizika-riyaziyyat elmləri doktoru Alik Nəcəfov onun elmi rəhbərliyi altında tədqiqat aparmışdır. === Əmək fəaliyyəti === A.C.Cəbrayılоv 1971–1974-cü illərdə Mоskvanın Energetika İnstitutunun Ali riyaziyyat kafedrasının dоsenti vəzifəsində işləmiş, 1972-ci ildə dоktоrluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri dоktоru elmi dərəcəsini almışdır. О, 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Funksiyalar nəzəriyyəsi və funksiоnal analiz kafedrasının prоfessоru seçilmişdir. Allahverən Cəbrayılоv 1975-ci ildən indiyədək Azərbaycan Memarlıq və Inşaat Universitetinin Ali riyaziyyat kafedrasına rəhbərlik etməklə yanaşı, institutun və fakültənin elmi şuralarının və Təhsil Nazirliyinin riyaziyyat üzrə metоd şurasının üzvüdür. Prоfessоr A.C.Cəbrayılоvun 75-dən çох elmi əsəri fəzalar nəzəriyyəsinin tədqiqinə və оnun хüsusi törəməli diferensial tənliklər nəzəriyyəsində tətbiqlərinə həsr edilmişdir.
Ağacan Cəbrayılov
Ağacan Zakir oğlu Cəbrayılov (20 may 2002, Şamaxı – 10 noyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağacan Cəbrayılov 2002-ci il mayın 20-də Şamaxı şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ağacan Cəbrayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Ağacan Cəbrayılov noyabrın 10-da şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağacan Cəbrayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Coşqun Cəbrayılov
Coşqun Adil oğlu Cəbrayılov () — Nizami Rayon İcra Hakimiyyətinin başçısı. == Siyasi fəaliyyəti == Coşqun Adil oğlu Cəbrayılov əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətində və Səbail Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsini icra edib. 2018-ci ilin sentyabrında BŞİH-in Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Cəbrayıl Cəbrayılov
Cəbrayıl Cəbrayılov - Qarabağ müharibəsi iştirakçısı, şəhid. "Azərbaycan Bayrağı" ordeni kavaleri (1994-cü il) == Həyatı == Cəbrayıl Nuşirəvan oğlu Cəbrayılov 30 may 1959-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Əslən Laçın rayonunun Ələkçi kəndində olan Qasımuşağı nəslindəndir. O, 1976-cı ildə Söyüdlügöl kənd orta məktəbini bitirmişdir. 1978-1979-ci illərdə keçmiş Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra sadə dülgər peşəsinə yiyələnmişdir. Daim qurub yaratmaq arzusu, həvəsi ilə yaşamışdır. Qarabağda "Qurd Cəbrayıl" kimi ad alıb san qazanmış, ermənilərin ürəyinə türk xofu salan Cəbrayıl Cəbrayılov haqqında çox deyilib, çox yazılıb. O da deyilib ki, Cəbrayılın adı gələndə həmişə ermənilərin canına vəlvələ düşürdü. Bu mərd, qorxmaz döyüşçü Yaqub Rzayevin komandir olduğu 863№-li hərbi hissədə 1992-ci ilin yanvar ayından xidmətə başlayıb.
Elnur Cəbrayılov
Elnur Tofiq oğlu Cəbrayılov (26 aprel 1981, Çaylı, Xanlar rayonu ― oktyabr 2020, Füzuli rayonu) ― Azərbaycan Silahlı Qüvvələrinin kapitanı; Vətən Müharibəsi şəhidi. == Həyatı == Elnur Cəbrayılov 1981-ci il aprel ayının 26-da Göygöl rayonunun Çaylı kəndində anadan olmuşdur. 1999-cu ildə Göygöl şəhəri 6 saylı məktəbin 11 -ci sinifini bitirərək Gəncə Dövlət Universitetinin Tarix ixtisasına qəbul olmuşdur. Təhsilini başa vurduqdan sonra bir müddət Göygöl şəhər 1 saylı məktəbdə və Çaylı kənd məktəbində tarix müəllimi vəzifəsində çalışmışdır. Ailəli idi və 2 övladı var idi. == Hərbi xidməti == Kapitan Cəbrayılov universiteti başa vurduqdan sonra 2003-2004-cü illərdə N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmiş və Təlim Tədris Mərkəzində təhsil alaraq leytenant rütbəsi almışdır. 2013-cü ildə Elnur Cəbrayılov müəllimlik vəzifəsindən könülü ərizəsi ilə ayrılmış və həmin ildən leytenant rütbəsi ilə yenidən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlamışdır. 2016-cı ilin Aprel döyüşlərində iştirak etmiş və yaralı hərbçi yoldaşlarına köməklik göstərmişdir. Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə ona kapitan rütbəsi verilir. 2020-ci ilin sentyabr ayının 27-də Ermənistanın ani hücumunun qarşısının alınması və erməni işğalı altında olan torpaqların azad edilməsi uğrunda başladılan Vətən Müharibəsi zamanı kapitan Cəbrayılov Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edir.
Elçin Cəbrayılov
Elçin Surxay oğlu Cəbrayılov (10 yanvar 1982, Sumqayıt – 21 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elçin Cəbrayılov 1982-ci il yanvarın 10-da Sumqayıt şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Elçin Cəbrayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin Cəbrayılov oktyabrın 21-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Cəbrayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Cəbrayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elşən Cəbrayılov
Elşən Şahin oğlu Cəbrayılov — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Cəbrayılov Elşən Şahin oğlu 12 iyul 1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. Universitetdə təhsil ala-ala Musiqili Komediya Teatrında, əvvəl balet artisti, sonra xor aktyoru işləyib. 2-ci kursda oxuyanda Akademik Milli Dram Teatrına dəvət olunaraq, N.Hacızadənin "Qisas qiyamətə qalmaz" tamaşasında Nurlan rolunu ifa edib. Elşən Cəbrayılov 1999-cu ildə Akademik Milli Dram Teatrının truppasına aktyor qəbul olunub. O, teatrda aşağıdakı rolları oynayıb: Şiruyə ("Fərhad və Şirin" S.Vurğun), 3-cü ərizəçisi ("Lənkəran xanının vəziri" M.F.Axundov), İlyas ("Aydın"C.Cabbarlı), 2-ci aktyor və Kapitan ("Hamlet"V.Şekspir), Patrik ("Brüsseldən məktublar" H.Həsənov), Vəkil ("Varlı qadın" Ə.Əmirli), Fikrət ("ikinci səs" B.Vahabzadə), Oğlan ("İnsan səsi" J.Kokto), Xlestakov ("Müfəttiş", Nikolay Qoqol), Fuad ("Almaz", Cəfər Cabbarlı). Elşən Cəbrayılov bir çox Dövlət səviyyəli tədbirlərdə yaxından və fəal iştirak edir. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Azərbaycan Respublikasının əməkdar artisti” fəxri adı ilə təltif olunub.9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. Aktyor Şahin Cəbrayılovun oğludur.
Emin Cəbrayılov
Emin Cəbrayılov (17 yanvar 1978) — Azərbaycanı təmsil edən suya tullanan. == Karyerası == Emin Cəbrayılov Azərbaycanı 1996-cı ildə Birləşmiş Ştatların Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil elədi. Nəticədə o, platformadan tullanma turnirində 294.94 xal topladı və olimpidanı 27-ci pillədə başa vurdu.Daha sonra isə Emin Cəbrayılov Azərbaycanı 2020-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi. Nəticədə o, platformadan tullanma turnirnində 334.74 xal topladı və olimpiadanı 26-cı pillədə başa vurdu.
Eynulla Cəbrayılov
Eynulla Eynulla oğlu Cəbrayılov (8 aprel 1935–14 sentyabr 1992) — xanəndə. == Həyatı == E.Cəbrayılov 1952-ci ildən ömrünün sonuna kimi Kürdəmir rayonu Mədəniyyət İdarəsində çalışmış, eyni zamanda, respublikanın musiqi həyatında yaxından iştirak etmişdir. 1956 və 1957-ci illərdə Azərbaycan gənclərinin birinci və ikinci festivallarının laureatı olmuşdur. == Yaradıcılığı == Şirvan musiqi mühitində yetişən Eynulla Cəbrayılov bu bölgənin ustad sənətkarlarının ənənələrindən bəhrələnir, muğam və aşıq sənətinin sirlərinə yiyələnir. O, ifaçılığında bu iki sənətin xüsusiyyətlərini qovuşdurmağa nail olur. Gənc yaşlarından peşəkar xanəndə kimi respublikada tanınan E.Cəbrayılovun Aşıq Şakir və nəfəs alətləri ifaçısı Həsrət Hüseynovla birgə çıxışları xüsusilə əlamətdar olmuşdur. E.Cəbrayılov aşıq havalarını ("Nazlana-nazlana", "Bala nərgiz", "Kimə yalvarım" və s.) böyük şövqlə oxuyan xanəndə kimi məşhurlaşmışdır. Bu havalar bu gün xanəndələrin repertuarında kök salmışdır. E.Cəbrayılov geniş diapazonlu, rəngarəng tembrli güclü səsə malik xanəndə olmuşdur. Onun ifasında "Rast", "Segah-Zabul", "Mirzə Hüseyn Segahı", "Çahargah" və başqa muğamlar AzRT Fondunda saxlanılır.
Fariz Cəbrayılov
Fariz Cəbrayılov - Qarabağ müharibəsi iştirakçısı, şəhid. Fariz Cəbrayılov 1973-cü ildə Qazıməmməd şəhərində anadan olub.2 saylı orta məktəbi bitirib.1992-ci ildə könüllü olaraq ordu sıralarına gedib.O, Baş Güneytəpə, Manikli, Drambon, Canyataq, Sırxavənd kəndləri və Caldıran yüksəkliyi uğrunda gedən qanlı döyüşlərdə iştirak edib.1992-ci il avqustun 13-də batalyonun 16 nəfər döyüşçüsü Ağdərənin 7 kəndini düşməndən azad etdilər. Səkkizinci kəndi azad etmək üçün irəli can atan Farizgilin BTP-i və başqa bir BTP minaya düşdü.Fariz alışıb yanan BTP-dən örtüyü qaldırıb çıxarkən düşmən gülləsi düz onun sinəsindən dəydi.
Fəxrəddin Cəbrayılov
Cəbrayılov Fəxrəddin Mövsüm oğlu (12 avqust 1958, Gorus) — General-mayor, Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının sabiq rəisi, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı xüsusi fəallıq göstərmiş zabit. == Həyatı == Fəxrəddin Cəbrayılov 12 avqust 1958-ci ildə Ermənistan SSR-in Gorus şəhərində anadan olmuşdur. Orta təhsilini Culfada almışdır. 1975-ci ldə BAÜQKM-nə daxil olur. 1979-cu ildə təhsilini başa vurur. Onu təyinatla Almaniyada yerləşən Sovet ordusuna qrup komandiri göndərirlər. 1984-cü ildə fəaliyyətnini Zaqafqaziya Hərbi Dairəsində davam etdirir. Vətənə dönəndən sonra Bakı şəhəri Nəsimi rayon Hərbi Komissarlığında çalışmağa başlayır. 1986-cı ildə Ali Zabitlər Kursunu bitirir. 1992-ci il Müdafiə Nazirliyində Beynəlxalq Əlaqələr İdarəsində müqavilələrin imzalanması şöbəsinin rəisi vəzifəsinə təyin edilir.
Həsən Cəbrayılov
Həsən Xəlil oğlu Cəbrayılov (Ahəngi) (1 may 1949, Tehran – 31 iyul 2019, Bakı) — tanımış parodiyaçı, aktyor, müğənni, yazıçı, jurnalist, publisist və şair-qəzəlxan. == Həyatı == Həsən Cəbrayılov, əslən Ərdəbil şəhərindən olsa da, 1949 ilin mayın 1-də İranın paytaxtı olan Tehran şəhərində dünyaya göz açmışdır. 1953-cü ildə ailəsi ilə birgə Bakıya köçüb. Bakı şəhəri 39 nömrəli tam orta məktəbini (1964), Rabitə Texnikumunu (1968) və Azərbaycan Politexnik İnstitutunu (hazırda AzTU) bitirib. Moskva Teatr İnstitutunun nəzdindəki estrada rejissorları fakültəsində 3 kursu bitirmişdir. 1970-ci illərin əvvəlində Bakı Elektrik Maşınqayırma Zavodunda işləyib. 1977-ci ildən Azərbaycan Televiziyasının elektromexaniki, 1994-cü ildən omrünün sonuna kimi Azərbaycan Televiziyasının videotekasında arxivarius kimi çalışıb. Verilişlərin bərpası ilə məşğul olub, arxivi əzbər bilirdi, fenomenal yaddaşa malik olub və günün istənilən anında tələb olunan materialı tapa bilirdi. 1970-ci illərin əvvəlindən çalışdığı zavodun bədii özfəaliyyət ansamblında müğənni, parodiyaçı və konfransye kimi çalışıb, Şərq xalqlarının populyar mahnı və təranələri ifa edirdi. O vaxtdan da özünəməxsus parodiya ustalığını geniş tamaşaçı kütləsinə təqdim etdi.
Mikayıl Cəbrayılov
Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu (27 aprel 1952, Oxud, Nuxa rayonu – 15 dekabr 1990, Mikayıllı (Xocalı)) — milis baş leytenantı, Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ münaqişəsi iştirakçısı. == Həyatı == Mikayıl Cəbrayılov 27 aprel 1950-ci ildə Şəki rayonunun Oxud kəndində, ikinci dünya müharibəsində əfsanəvi partizan olan Fransa milli qəhrəmanı Əhmədiyyə Cəbrayılovun ("Armed Mişel") ailəsində doğulmuşdur. Orta təhsilini doğulduğu kənddə almağa başlayır. O, səkkizinci sinfə qədər doğulduğu kənddə oxumuş, sonra isə təhsilini Şəki şəhər 5 saylı fəhlə gənclər məktəbində davam etdirmişdir. 1971-ci ildə Şəki Şəhər Daxili İşlər Şöbəsində milis nəfəri vəzifəsinə qəbul edilir. Daha sonra Milis məktəbinə daxil olur, 1978-ci ildə bu məktəbi bitirir, leytenant rütbəsi alır və sahə müvəkkili təyin edilir. == Döyüşlərdə iştirakı == 1990-cı ildə Mikayıl Cəbrayılov tabeliyində 4 milis işçisi Eyvaz,Nazim,Azər və Arzu Əliyevlə birlikdə Qarabağa ezam olunur. Onlar Cəmilli kəndini düşməndən müdafiə etməli idilər. Bir müddət sonra o Kosalara, əhali üçün ayrılmış taxılı gətirməyə gedir. Cəmilli-Kosalar arasındakı yolda erməni döyüşçülər onları pusquya salır və onların olduğu maşını atəşə tuturlar.
Nazim Cəbrayılov
Nazim İbrahim oğlu Cəbrayılov (2 mart 1949, Ağdam – 18 aprel 1994, Qarabağ) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və fəaliyyəti == Nazim Cəbrayılov 1949-cu il martın 2-də Ağdam şəhərində anadan olub. Ağdam şəhər 1 nömrəli orta məktəbi bitirən Nazim Cəbrayılov 1966-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub. Ali təhsilini bitirdikdən sonra təyinatla Türkmənistanın Aşqabad şəhərinə göndərilib. Aşqabad şəhər DİŞ-nin SƏDM bölməsində işləyib. Daha sonra Kalininqrad Milis Məktəbində oxuyan Nazim Cəbrayılov ikinci ixtisas diplomu alıb. Bir müddət işlədikdən sonra vətənə qayıdıb və 2711 nömrəli hərbi avtomobil dəstəsində hərbi mühəndis vəzifəsində çalışıb. == Hərbi xidməti == 1988-ci ilin Ermənistanın Azərbaycan torpaqlarına hücumundan sonra baş leytenant Nazim Cəbrayılov Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi üçün hərbi xidmətə yollanıb. O, Müdafiə Nazirliyinin əmri ilə taqım komandiri təyin edilib. 1994-cü il aprelin 13-də Nazim Cəbrayılov vaxtından əvvəl kapitan rütbəsinə təqdim edilib.
Rafael Cəbrayılov
Rafael Cəbrayılov (28 dekabr 1958, Qırmızıkənd, Neftçala rayonu – 30 sentyabr 2021, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin III çağırış, IV çağırış və V çağırış deputatı. == Həyatı == 1958-ci il dekabrın 28-də Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Hüquq üzrə fəlsəfə doktorudur. 10 kitabın və 100-dən çox elmi-publisistik məqalənin müəllifidir. Rus və ingilis dillərini bilirdi. Evli idi, 2 övladı var.29 sentyabr 2021-ci ildə koronavirusdan ölmüşdür. == Fəaliyyəti == 1985-ci ildən Sabirabad Rayon Prokurorluğunun müstəntiqi, baş müstəntiqi, 1992-ci ildən Azərbaycan Respublikası Prokurorluğu Ümumi nəzarət idarəsinin prokuroru, rəis müavini, Sosial və iqtisadi sahələrdə qanunların icrasına nəzarət idarəsinin, Mülki sahədə qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifələrində çalışmışdır. 2001–2002-ci illərdə Dəvəçi rayon prokurorunun, 2005-ci ildə Gədəbəy rayon prokurorunun köməkçisi olmuşdur. Üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin bitərəf deputatı olmuşdur.
Rahib Cəbrayılov
Rahib Ramil oğlu Cəbrayılov (26 dekabr 2001; Yevlax, Azərbaycan — 28 sentyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgər'i, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rahib Cəbrayılov 2001-ci il dekabrın 26-sında Yevlax şəhərində anadan olub.2007-ci ildə Quşçu kənd ümumi orta məktəbin 1-ci sinfinə daxil olub. 2016-2018-ci illərdə Xaldan kənd kompleks tam orta məktəbində 10-11-ci sinifləri oxuyub. Rahib hərbçi olmağı arzulasa da, səhhətindəki problem Hərbi Akademiyaya getməsinə mane olur. Həmin problemə görə hərbi xidmətə də aparılmayacaqdı. Ancaq Rahibin ard-arda müraciəti nəticəsində könüllü 2020-ci il mayın 27-də hərbi xidmətə yollanır. Xidmətini Füzulinin Kürmahmudlu kəndində yerləşən hərbi hissədə yerinə yetirib. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Rahib Cəbrayılov Madagizin azad edilməsində savaşıb. Rahib Cəbrayılov 28 sentyabr 2020-ci il tarixində şəhid olub. Yevlaxda dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahib Cəbrayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rahib Cəbrayılov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Ramiz Cəbrayılov
Ramiz Cəbrayılov (tam adı: Cəbrayılov Ramiz Məhərrəm oğlu; d. 4 iyun 1961, Laçın rayonu, Ağanus) — Laçın rayonu İcra Hakimiyyətinin başçısı (2007 – 4 mart 2013). == Həyatı == Ramiz Cəbrayılov 1961-ci ildə Laçın rayonunun Ağanus kəndində anadan olmuşdur. 1968-1978 illərdə Ağanus kənd orta məktəbində təhsil almışdır. İlk əmək fəaliyyətinə Şuşa rayonunun Kirov adına sovxozunda təsərrüfat fəhləsi kimi başlamışdır. 1984- cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitunu baytarlıq, sonra isə 1989-cu ildə Bakı Sosial İdarəetmə və Politologiya İnsititunu politoloq ixtisası üzrə bitirmişdir. 1985- ci il yanvar-mart aylarında Laçın rayon Baytarlıq laboratoriyasında sereloq həkim, 1985-c i ilin mart ayından 1986- cı ilin noyabr ayınadək Azərbaycan LKGİ Laçın Rayon Komitəsində şöbə müdirinin müavini, 1986-cı il noyabr ayından 1987- ci ilin dekabr ayınadək həmin Komitədə ikinci katib işləmişdir. 1987-1992 ci illərdə LKGİ Laçın rayon Komitəsinin birinci katibi vəzifəsində işləmişdir. 1992-1994 illərində Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1994- cü ildən 2003- cü ilə qədər Laçın Rayon Əmək və Məşğulluq Mərkəzinin direktoru vəzifəsində işləmişdir.
Rüstəm Cəbrayılov
Rüstəm Abil oğlu Cəbrayılov (8 iyun 1986, Luqansk) — azərbaycanlı aktyor və model. == Həyatı == Rüstəm Cəbrayılov 8 iyun 1986-cı ildə Ukraynanın Luqansk şəhərində Abil və Sona Cəbrayılovların ailəsində anadan olub. Ailənin ən böyük övladıdır. Beş yaşında olarkən ailəsi ilə birlikdə Azərbaycanın Bakı şəhərinə köçüb. Orta təhsilini Azərbaycanda başa vurduqdan sonra 2004-cü ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə daxil olub. 2008-ci ildə universiteti bitirdikdən sonra coğrafiya müəllimi işləyib.Ailəlidir, bir oğlu var. Şəxsi məlumatlar — boyu: 193 sm, çəkisi: 86 kq, ölçüləri: 115–87–95, ayaqqabı ölçüsü: 45, gözləri: yaşıl, saç rəngi: qəhvəyi. == Karyerası == Rüstəm Cəbrayılov 2005-ci ildə modellik karyerasına başlayıb. Bakı Dövlət Universitetində oxuyarkən reklam çəkilişlərində iştirak etmək üçün dəvət alıb. Bir həftə sonra isə ona "Azercell"in reklam çarxlarına çəkilmək təklif olunub.
Rəsmi Cəbrayılov
Rəsmi Cəbrayılov (8 dekabr 1932, Qasımkənd, Dağıstan MSSR – 22 yanvar 2022, Moskva) — Aktyor. == Həyatı == Milliyətcə ləzgi olan Rəsmi Cəbrayılov 1932-ci il dekabrın 8-də Rusiyanın Dağıstan respublikasının Qasımkənd rayonunda anadan olub. Rusiyanın Mayakovski adına Moskva Akademik Teatrında çalışır. Azərbaycan kinosunda "1001-ci qastrol", "De ki, məni sevirsən!", "İşgüzar səfər", "Nizami", "Bəyin oğurlanması", "Alman klinikasına şəxsi səfər" "Ölsəm… bağışla" filmlərində maraqlı obrazlar yaradıb.Aktyor 22 yanvar 2022-ci ildə 89 yaşında vəfat etmişdir. == Filmoqrafiya == 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film) De ki, məni sevirsən! (film, 1977) İşgüzar səfər (film, 1982) Nizami (film, 1982) Bəyin oğurlanması (film, 1985) Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film)-rol: Burantikov Ölsəm...
Sübhan Cəbrayılov
Sübhan Rahim oğlu Cəbrayılov (23 oktyabr 1983; Salyan rayonu, Azərbaycan SSR, SSRİ— 19 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin heyətində Cəbrayıl rayonu, Füzuli rayonu və Qubadlı rayonu istiqamətlərində, həmçinin Ərgünəş dağı və Hadrut qəsəbəsi istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 24 gün ərzində 30-dan çox yaşayış məntəqəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə olmuşdur. Sübhan Cəbrayılovda daxil olduğu Xüsusi Təyinatlı Qüvvələrin 15 nəfər hərbi qulluqçudan ibarət olan qrupu, həmçinin digər dəstələrin olan 30 nəfər hərbi qulluqçuları oktyabrın 19-da Qubadlı rayonu istiqamətində ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə daxil olmuşdular. Qeyri-bərabər döyüşlər nəticəsində Sübhan Cəbrayılov və dəstənin bir neçə üzvü həlak olmuşdur. == Həyatı == Sübhan Cəbrayılov 1983-cü il oktyabrın 23-də Salyan rayonunun Marışlı kəndində anadan olub.Sübhan Cəbrayılov 1989-cu ildə Salyan rayonunda R.Qafarov adına Marışlı kənd tam orta məktəbinin adına birinci sinfinə qəbul olmuşdur. 2000-ci ildə oradan məzun olmuşdur və hərbi xidmətə yollanmışdır. Azərbaycan, rus və erməni dillərində sərbəst danışırdı. === Ailəsi === Sübhan Cəbrayılov Sevda Cəbrayılova ilə ailəli həyatı qurmuşdur. 2008-ci il təvəllüdlü Rahim adında oğlu və 2010-cu il təvəllüdlü Fidan adında qızı yadigar qalmışdır.
Xəqani Cəbrayılov
Cəbrayılov Xəqani Sərdar oğlu (24 yanvar 1968, Cahangirbəyli, Zəngilan rayonu) — ehtiyatda olan general-mayor. == Həyatı == Xəqani Cəbrayılov 24 yanvar 1968-ci ildə Zəngilan rayonun Cahangirbəyli kəndində anadan olub. 1985-ci ildə Cahangirbəyli kənd orta məktəbini bitirdikdən sonra Blaqoveşensk Ali Tank Komandanlıq Məktəbinə daxil olub. 23 iyul 1989-cu ildə həmin məktəbi bitirdikdən sonra leytenant hərbi rütbəsi alıb. 1989-1992-ci illərdə Uzaq Şərq Hərbi Dairəsində taqım və bölük komandiri vəzifələrində xidmət edib. 1992-ci ilin mart ayından etibarən Azərbaycan Ordusunda xidmətə başlayıb. Bölük, tabor və birləşmə komandiri vəzifələrində xidmət edib. Birləşmə komandiri vəzifəsinə təyin edilib. 1992-1994-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə tabor komandiri olub. 1998-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasını bitirib.
Xəyal Cəbrayılov
Xəyal Rafiq oğlu Cəbrayılov (1 sentyabr 1998; Lək, Ucar rayonu, Azərbaycan — 4 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəyal Cəbrayılov 1998-ci il sentyabrın 1-də Ucar rayonunun Lək kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Xəyal Cəbrayılov 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Xəyal Cəbrayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Cəbrayılov noyabrın 4-də Şuşanın azad edilməsi zamanı Daşaltı istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Cəbrayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Cəbrayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xəyal Cəbrayılov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ziyadxan Cəbrayılov
Ziyadxan Cəbrayılov — Azərbaycanlı teatr və kino aktyoru, Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru == Həyatı == Cəbrayılov Ziyadxan Azad oğlu – aktyor — 1 iyun 1947-ci ildə Şamaxı rayonunda doğulub. 1970-ci ildə N.K.Krupskaya adına kitabxanaçılıq texnikumunun Mədəni-maarif şöbəsinə daxil olub. 1973-cü ildə Bakı xalq yaradıcılıq evində "Qaravəli" xalq teatrının rejissoru vəzifəsində işləyib. 1975-ci ildə Əbilov adına Mədəniyyət evinin təşviqat briqadasının rəhbəri vəzifəsində çalışmışdır. 1977-ci ildə İncəsənət İnstitutunun Musiqili-komediya aktyorluğu fakültəsinə daxil olmuşdur. 1985-ci ildə "LRS" folklor ansamblında aktyor kimi fəaliyyətə başlamışdır. 1970-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə qəbul olunmuşdur. Teatrda işlədiyi müddət ərzində "Bəbirlinin kələyi"ndə Nazir, S.Ələsgərov "Subaylarınızdan görəsiniz"də Əbülhəsən, R.Səfər "Baş tutmayan hiylə"də Ağacdələn, Çaqqal, S.Ələsgərov "Özümüz bilərik"də Qəzetçi Səfdər, "Məlik Məmmədin nağılı"nda Aşbaz, "Məzəli əhvalat"da Təlxək, S.Rüstəmov "Beş manatlıq gəlin"də Kar Möhsüm, E.Sabitoğlu "Hicran"da Həkim, S.Ələsgərov "Hərənin öz ulduzu"nda Kələntər, E.Sabitoğlu "Nəğməli Könül"də Fərrux kişi, Ü.Hacıbəyov "O olmasın, bu olsun"da hambal, E.Sabitoğlu "Hələlik"də Kar kişi, R.Şəfəq "Bir saat xəlifəlik"də Axund Vali, E.Sabitoğlu "Qırmızı papaq"da Canavar, Meşəbəyi, C.Quliyev "Məhəbbət oyunu"nda Xəstə, S.Fərəcov "Səhnədə məhəbbət"də Cangüdən, Samuray, R.Hacıyev "Talelər qovuşanda" professor, O.Kazımov "Qızıl toy"da Əcnəbi, E.Sabitoğlu "92 dəqiqə gülüş"də polis, O.Rəcəbov "Əlin cibində olsun"da polis, R.Əkbər "Bəydullanın möhtəşəm toyu"nda Şəppəli, R.Mustafayev "Məsmə xala dayımdır"da Biznesmen, V.Adıgözəlov "Aldın payını, çağır dayını"da Zığ-Zığ, E.Sabitoğlu "Bankir adaxlı"da Zərgər, S.Fərəcov "Bir günlük siğə"də Sələmçi, O.Rəcəbov "Şeytanın yubileyi"ndə polis, cangüdən kimi obrazları özünəməxsuz ustalıqla oynamışdır.46 illik səhnə fəaliyyətinə baxmayaraq aktyor heç bir fəxri ad verilməyib. Ziyadxan Cəbrayılov uzun sürən xəstəlikdən sonra 30 aprel 2016-cı ildə vəfat etmişdir və aktyor doğulduğu Şamaxı rayonunda dəfn olunub.
Ömər Cəbrayılov
Ömər Məzahir oğlu Cəbrayılov (d. 30 noyabr 1997; Ağdaş, Azərbaycan — ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Ömər Cəbrayılov 30 noyabr 1997-ci ildə Ağdaş rayonunun Şəkili kəndində anadan olub. == Hərbi xidməti == Əsgər Ömər Cəbrayılov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 5-i isə Ömər Cəbrayılov doğulduğu Ağdaş rayonunun Şəkili kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Cəbrayılov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Ömər Cəbrayılov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Dilarə Cəbrayılova
Dilarə Məmmədağa qızı Cəbrayılova — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı. == Həyatı == Dilarə Məmmədağa qızı Cəbrayılova 1971-ci il iyun ayının 3-də Bakı şəhərində anadan olmuşdur.1978-ci ildə Nardaran qəsəbəsində yerləşən 130 saylı tam orta məktbə daxil olmuş, 1988-ci ildə oranı bitirmişdir. Elə həmin ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstutuna daxil olmuş, 1993-cü ildə həmən İnsitutun Rus dili və Ədəbiyyatı ixtisası üzrə təhsilini tamamlamışdır 1996-cı ildən 2012-ci ilə qədər Sabunçu rayonu Nardaran qəsəbəsi 130 saylı tam orta məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 2004-cü ildə Bakı Slavyan Universitetinə daxil olmuş, 2005-ci ildə Yenidən hazırlanma və ixtisasartırma kursunu bitirərək tarix ixtisasına yiyələnmişdir.2012-ci ilin sentyabr ayından isə Nardaran qəsəbəsində yerləşən 295 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışır.2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, 2015-ci ildə 27 saylı Sabunçu II Seçki Dairəsindən Azərbaycan Respublikası V Çağırış Milli Məclisin deputatı seçilmişdir. Milli Məclisin Aliə ,qadın və uşaq məsələləri komitəsinin üzvüdür. Brazilya,İtaliya , Kanada ,Qazaxıstan, Qətər,Litva,Polşa, Türkiyə, Türkmənistən, parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Azərbaycan-Rusiya parlamentlərarası komissiyasının üzvüdür. Ailəlidir, iki övladı var.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 10.52 dəfə / 1 mln.
2002 •••• 3.43
2003 •••••• 5.51
2004 0.67
2005 ••• 2.70
2006 ••••• 5.18
2007 ••••••••• 8.46
2008 •••••••••••••••• 15.59
2009 ••••••• 6.40
2010 ••••••••••••• 12.98
2011 •••••••••• 9.44
2012 •••••••••• 10.07
2013 •••••••••••••••••••• 20.42
2014 •••••••••••••• 13.56
2015 •••••••••••••••••••• 20.75
2016 •••••••••••• 12.32
2017 •••••••••••• 12.36
2018 ••••••• 6.74
2019 ••••••• 6.54
2020 ••••••• 6.63

"cəbrayılov" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#cəbrayılov nədir? #cəbrayılov sözünün mənası #cəbrayılov nə deməkdir? #cəbrayılov sözünün izahı #cəbrayılov sözünün yazılışı #cəbrayılov necə yazılır? #cəbrayılov sözünün düzgün yazılışı #cəbrayılov leksik mənası #cəbrayılov sözünün sinonimi #cəbrayılov sözünün yaxın mənalı sözlər #cəbrayılov sözünün əks mənası #cəbrayılov sözünün etimologiyası #cəbrayılov sözünün orfoqrafiyası #cəbrayılov rusca #cəbrayılov inglisça #cəbrayılov fransızca #cəbrayılov sözünün istifadəsi #sözlük