Cəfərabad sözü azərbaycan dilində

Cəfərabad

Yazılış

  • Cəfərabad • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cəfərabad
Toponimlər AzərbaycandaCəfərabad (Şəki) — Şəki rayonunda kənd. Cəfərabad (Cəbrayıl) — Cəbrayıl rayonunda kənd.ErmənistandaCəfərabad (Zəngibasar) — Zəngibasar rayonunda kənd. Cəfərabad (Sərdarabad) — Sərdarabad rayonunda kənd.İrandaCəfərabad (Bicar) Cəfərabad (Biləsuvar) — İranda şəhər. Cəfərabad (Kiyar) — İranda şəhər. Cəfərabad (Qərbi Azərbaycan ostanı) — Cəfərabad (Qoşaçay) — İranda kənd. Cəfərəbad (Əhər) — İranda kənd. Cəfərabad (Miyanə) — İranda kənd. Cəfərabad (Xoy) — İranda kənd. Cəfərabad (Çaroymaq) Cəfərabad (Vərzəqan) Cəfərabad-i Çəlik (Qoşaçay) — İranda kənd.
Cəfərabad (Bicar)
Cəfərabad (fars. جعفر آباد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 698 nəfər yaşayır (165 ailə). Əhalisini azərbaycan türkləri və kürdlər təşkil edir.
Cəfərabad (Biləsuvar)
Cəfərabad — İranın Ərdəbil ostanında, Biləsuvar şəhristanının Qışlaqdəşt bəxşində şəhər və bu bəxşin inzibati mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 7,024 nəfər və 1,508 ailədən ibarət idi.Cəfərabad şəhərinin əhalisi azərbaycanlılardan ibarətdir və Azərbaycan türkcəsində danışır.
Cəfərabad (Cəbrayıl)
Cəfərabad — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 4 oktyabr 2020-ci ildə Qarabağ döyüşlərində kənd erməni işğalından azad edilmişdir.Cəfərabad Cəbrayıl rayonunun Qarxun inzibati ərazi vahidiində kənd. Arazboyu düzənlikdədir. Yaşayış məntəqəsini 1806-cı ildə Rusiya himayəsinə keçmiş Xoy hakimi Cəfərqulu xana məxsus ailələr salmış və kəndi də xanın adı ilə adlandırmışlar. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Cəfərabad (Hurand)
Cəfərabad (fars. جعفرآباد‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 60 nəfər yaşayır (18 ailə).
Cəfərabad (Kiyar)
Cəfərabad— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Kiyar şəhristanının Mərkəzi bəxşində şəhər.
Cəfərabad (Meşkinşəhr)
Cəfərabad (fars. جعفرآباد‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 273 nəfər yaşayır (52 ailə).
Cəfərabad (Miyanə)
Cəfərabad — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Türkmən bölgəsinin Üçtəpə kəndistanında, Miyanə şəhərindən 14 km qərbdədir.
Cəfərabad (Qoşaçay)
Cəfərabad (fars. جعفراباد‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Miyandab bölgəsinin Mərhəmətabad kəndistanında, Miyanə şəhərindən 4,5 km şimaldadır. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 869 nəfər yaşayır (203 ailə).
Cəfərabad (Sərdarabad)
Cəfərabad — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km cənub-qərbdə, Araz çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Tarixən burada azərbaycanlılar yaşamışdır. Toponim Cəfər şəxs adı ilə fars dilindən Azərbayca dilinə keçən abad sözünün birləşməsindən əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 4. IV. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Getaşen (Çaykənd) qoyulmuşdur. == Əhalisi == Kəndə ermənilər, əsasən, 1917-1918-ci illərdə Türkiyənin Xoy, Sürməli, Muş vilayətlərindən köçürülmüşdür.
Cəfərabad (Vərzəqan)
Cəfərabad (fars. جعفراباد‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Vərzəqan bölgəsinin Dizmar kəndistanında, Vərzəqan qəsəbəsindən 27 km şimaldadır. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 25 nəfər yaşayır (4 ailə).
Cəfərabad (Xalxal)
Cəfərabad (fars. جعفرآباد‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 231 nəfər yaşayır (52 ailə).
Cəfərabad (Xoy)
Cəfərabad (fars. جعفراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 21 nəfər. yaşayır (10 ailə).
Cəfərabad (Xudafərin)
Cəfərabad (fars. جعفراباد‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 116 nəfər yaşayır (27 ailə).
Cəfərabad (Zəngibasar)
Cəfərabad — İrəvan xanlığı, Zəngibasar mahalı İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 13 km şimalda yerləşir. Zəngibasar rayonu təşkil edilənədək Vağarşabad (Eçmiədzin) rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Cəfər şəxs adı ilə fars dilində «müntəzəm və çoxlu tikintisi, yaşayış üçün hər cür şəraiti olan yer» mənasında işlənən abad sözündən əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Arqavand qoyulmuşdur.
Cəfərabad (Çaroymaq)
Cəfərabad (fars. جعفراباد‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 26 nəfər yaşayır (6 ailə).
Cəfərabad (Şəki)
Cəfərabad — Azərbaycan Respublikasının Şəki rayonunun Cəfərabad kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Alazan-Əyriçay çökəkliyindədir. Kəndin əsasını car I Aleksandr tərəfindən Şəki xanı təyin edilmış xoylu Cəfərqulu xan qoymuşdur. XIX əsrin sonunda kənd icmasına Cəfərabad-Xoy və Cəfərabad-Şəki adlı iki yaşayış məntəqəsi daxil idi. Hazırda bu kəndlərdən biri Cəfərabaddır. Bu kəndlərin bünövrəsini əslən dumbuli tayfasından olan Cəfərqulu xanla birlikdə buraya gələn ailələr (əsasən Şəkkaki tayfasına mənsub idilər) qoymuşdular. Oykonim Cəfər (Cəfərqulu xana iŞarədir) və abad (kənd) komponentlərindən düzəlib. Antropotoponimdir. == Əhalisi == Kəndin əhalisi 2005 nəfər təşkil edir ki, onun da 1015 nəfəri kişi, 990 nəfəri isə qadındır. .
Cəfərabad (Əsədabad)
Cəfərabad (fars. جعفرآباد‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 130 nəfər yaşayır (45 ailə).
Cəfərabad bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Cəfərabad rayonu
Cəfərabad rayonu — 1930-1931-ci illərdə Azərbaycan SSR ərazisində, Nuxa, yaxud Şəki dairəsinin tərkibində inzibati ərazi. == Haqqında == Rayonun inzibati mərkəzi Cəfərabad kəndi idi. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust 1930-cu il tarixli qərarı ilə Göynük rayonu və bir çox rayonlarla birlikdə yaradılmış və 1931-ci ilin fevralında hər ikisinin bəzi rayonlarla birlikdə ləğv edilmişdir. Lakin ilin sonunda nəşr olunmuş "Şəki fəhləsi" qəzetində Cəfərabad rayonunun hələ ləğv edilmədiyi görünür. Ləğv edildikdən sonra ərazisi yeni yaradılmış Nuxa rayonunun tərkibinə keçmişdir. == Qeydlər == == Mənbə == İnzibati-ərazi vahidləri. Səh.: 4.
Cəfərabad türbəsi
Pir Hüseyin türbəsi, Cəfərabad türbəsi, Pir Hüseyn sərdabəsi və ya Əmir Səəd məqbərəsi — Ermənistan'in Zəngibasar mahalında, Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən 14 km şimalda, İrəvan şəhəri yaxınlığında yerləşən Cəfərabad kəndində (indiki Arqavand) qırmızı tuf daşdan inşa edilmiş səkkiztinli türbə. XV əsrə aid müsəlman abidəsi. Türbədə əsas Qaraqoyunlu tayfalarından biri olan Saadlu (Səədli) türk tayfasının başçısı, Çuxur Sədin ilk hakimi Əmir Saad dəfn edilmişdir. == Xüsusiyyətləri == Qaraqoyunlu əmirinin sərdabəsi üzərində ucaldılan türbənin hündürlüyü 12 metrdir. Türbəni yuxarıdan kəmərvari əhatə edən 22 metr uzunluğunda ərəbdilli kitabədə Çuxursəd vilayətinin Saadlu türk tayfasından olan əmirləri Pir Hüseyin və Əmir Səədin (1411 – ci ildə vəfat etmişdir) adları çəkilmişdir. Başqa sözlə kitabədə yazılıb ki, "Mərhəmətli və bağışlayan Allahın adı ilə! Allah ... Allahdan başqa Allah yoxdur, diri (və ya) həqiqi. Nə yuxu, nə də mürgü onu tuta bilməz. Göylərdə və yerdə olan hər şeyə sahibdir.
Cəfərabad (Cəng Almaz)
Cəfərabad (fars. جعفر آباد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 141 nəfər yaşayır (31 ailə). Əhalisini kürdlər təşkil edir.
Cəfərabad rayonu (Pakistan)
Cəfərabad rayonu (Pakistan) —Pakistanın Bəlucistan əyalətinin cənub-şərqində yerləşən rayon. Cəfərabadın inzibati mərkəzi Dera Allah Yardır. Əvvəllər Chatpat bölməsi olaraq bilinən bölgə 1970-ci ilə qədər Yakobabad rayonunun və 1975-ci ilə qədər Sibi rayonunun bir hissəsi idi. 1987-ci ildə öz bölgəsinə çevrildi. Cəfərabad rayonu üç bölgəyə (tehsil) bölünür. 15-ci əsrin sonlarında Cəfərabad Laşarisin tərkibində idi. Bu bölgənin əsas tayfaları bunlardır: Camali, Xoso, Rind, Marri, Buqti, Bulledi, Maqsi, Menqal və digər icmalar Qola, Umrani, laşari, Domki, Kanrani, Gacani, Siapad Brohi və s. 2017-ci il siyahıyaalınmasına görə, rayonun ümumi əhalisi 513,813 nəfərdir. Əsas dili Bəluc (62%), 24% ilə Sindhi və 11% ilə Saraikidir.
Cəfərabad-i Çəlik (Qoşaçay)
Cəfərabad-i Çəlik (fars. جعفرابادچليك‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 394 nəfər yaşayır (85 ailə).
Zəviyə-i Cəfərabad
Zəviyə-i Cəfərabad (fars. زاويه جعفراباد‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 210 nəfər yaşayır (45 ailə).
Cəfərabad (Qərbi Azərbaycan ostanı)
Cəfərabad (fars. جعفراباد‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 217 nəfər yaşayır (54 ailə).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.49 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 3.43
2005 •••• 0.67
2006 •• 0.23
2007 •• 0.21
2008 ••• 0.49
2009 •••••••••••• 1.92
2010 •••• 0.64
2011 ••••• 0.77
2012 ••••• 0.69
2013 ••••• 0.73
2015 •• 0.34
2016 ••• 0.35
2017 •• 0.33
2018 0.15
2020 0.13

"cəfərabad" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#cəfərabad nədir? #cəfərabad sözünün mənası #cəfərabad nə deməkdir? #cəfərabad sözünün izahı #cəfərabad sözünün yazılışı #cəfərabad necə yazılır? #cəfərabad sözünün düzgün yazılışı #cəfərabad leksik mənası #cəfərabad sözünün sinonimi #cəfərabad sözünün yaxın mənalı sözlər #cəfərabad sözünün əks mənası #cəfərabad sözünün etimologiyası #cəfərabad sözünün orfoqrafiyası #cəfərabad rusca #cəfərabad inglisça #cəfərabad fransızca #cəfərabad sözünün istifadəsi #sözlük