Cəfərov sözü azərbaycan dilində

Cəfərov

Yazılış

  • Cəfərov • 99.4490%
  • CƏFƏROV • 0.5420%
  • cəfərov • 0.0090%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abumüslim Cəfərov
Abumüslim Pirmaqomedoviç Cəfərov (tab. Абумуслим Пирмягьямедович Джяфаров; 1909–1969) — Tabasaran yazıçısı, şairi və dramaturqu. Tabasaran sovet ədəbiyyatının banisi. == Həyatı == Əbumüslim Cəfərov 1909-cu ildə Xiv kəndində (indiki Xiv rayonu) kəndli ailəsində anadan olub. Dərbənddə fəhlə fakültəsində təhsil almış, doğma kəndində müəllim, eləcə də Dağıstan tədris-pedaqoji nəşrində çalışmışdır. Cəfərov ilk əsərini hələ 1924-cü ildə yazıb, 1931-ci ildə Dadaş Rəcəbovla birgə külliyyatı çap olunub. O, Krılovun, Aleksandr Puşkinin, Maksim Qorkinin, Mayakovskinin, Həmzət Çadasanın əsərlərini Tabasarana tərcümə edib.Əbumüslim Cəfərov 1937-ci ildə repressiyaya məruz qalıb. Şairə qarşı "Faşist İtaliyası və Mussolinini mədh etmək!" ittihamı irəli sürüb. Belə ki, "Yaşasın İtaliya!", "Yaşasın Sosializm!", "Yaşasın Parma!" ifadələri Tabasaran məktəbləri üçün oxu kitabı tərtib edərkən, o, M.Qorkinin "İtaliya nağılları" silsiləsindən "Parmadan olan uşaqlar" hekayəsini tabasaran dilinə tərcümə edərək oraya yerləşdirib. Qorkinin əsərində isə "Yaşasın İtaliya!" , "Yaşasın sosializm!", "Yaşasın Parma!" kimi ifadələr vardı.
Allahverdi Cəfərov
Allahverdi Məmməd oğlu Cəfərov (30 iyun 1930 – 2004) — texnika elmlər doktoru, professor. == Həyatı == Allahverdi Məmməd oğlu Cəfərov 1930-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 1937-ci ildə orta məktəbin birinci sinfinə getmişdir. 1943-cü ildə atası cəbhəyə çağırıldığından 13 yaşlı Allahverdi orta təhsilini yarımçıq qoyub, at-araba artelində arabaçı işləməyə başlamışdır. 1945-ci ildə atası cəbhədən qayıtdıqdan sonra təhsilini davam etdirmiş və 1949-cu ildə orta məktəbi bitirərək kamal attestatı almişdır. Allahverdi Cəfərov 1949-cu ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Sənaye İnstitutunun (indiki ADNSU) neft-mexanika fakultəsinə daxil olmuş və 1954-cü ildə Neft və qazın nəqliyyatı və saxlanması ixtisası üzrə tam kursu bitirərək mühəndis-mexanik kvalifikasiyasını almışdır. 1954-cü ildə institutu bitirdikdən sonra qaynaqçı mühəndis kimi ixtisasartırma kursu keçmiş və ASİ-nin Metallar texnologiyası kafedrasında assistent vəzifəsində saxlanılmışdır. A.Cəfərov hələ gənclik illərində elmi tədqiqatlara böyuk həvəs göstərmişdir. Ilk elmi axtarışları tələbəlik illərinə təsadüf edir. Bu tədqiqatın nəticələri haqqında 1955-ci ildə İrəvan Politexnik İnstitutunda Zaqafqaziya Ali məktəblərinin elmi konfransında məruzə etmişdir.
Anar Cəfərov
Anar Eyvaz oğlu Cəfərov (19 dekabr 1977, Ağcabədi – 3 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anar Cəfərov 19 dekabr 1977-ci ildə Ağcabədi şəhərində anadan olmuşdur. 1984-cü ildə Ağcabədi şəhər 7 saylı şəhər tam orta məktəbinə daxil olmuşdur. Təhsilini Ağcabədi şəhər 12 saylı tam orta məktəbində davam etdirmişdir. Məktəbi bitirdikdən sonra sürücü olaraq çalışmışdır. Həmçinin, şəxsi təsərrüfatla məşğul olmuşdur. Ailəli idi, Rəhman və Eyvaz adlı övladları yadigar qaldı. == Hərbi xidməti == Anar Cəfərov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Sonra hərbi xidmətini müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq davam etdirmişdir. Xüsusi hərbi kurs bitirərək "Həmlə" Taborunda həmlə bölüyünün baş tuşlayıcı minaatanı təyin edilmişdir.
Araz Cəfərov
Araz Səmədağa oğlu Cəfərov (28 yanvar 1993, Qarazəncir, Cəlilabad rayonu – 2 dekabr 2020, Laçın) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, Vətən Müharibəsi şəhidi. == Həyatı == Araz Cəfərov 28 yanvar 1993-ci ildə Cəlilabad rayonunun Qarazəncir kəndində anadan olmuşdur. Kənd orta məktəbində təhsilini almışdır. == Hərbi xidməti == Araz Cəfərov hərbi xidmətini başa vurduqdan sonra yenidən Azərbaycan Silahlı Qüvvələri tərkibində Azərbaycanın Sülhməramlı qüvvələrində müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına qoşulub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Laçın uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Müharibə bitəndən sonra axtarışlar nəticəsində şəhid Araz Cəfərovun nəşi tapılıb və 2 dekabrda doğulduğu Qarazəncir kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Araz Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Araz Cəfərov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Asəf Cəfərov
Asəf (Ağasəf) Əli İskəndər oğlu Cəfərov (28 iyul 1927, Bakı – 3 aprel 2000, Bakı) — Azərbaycan SSR xalq rəssamı (1989). == Haqqında == Asəf Əli İskəndər oğlu Cəfərov 1927-ci ildə Bakıda, İçərişəhərdə anadan olmuşdur. 1945–1950-ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində ilk rəssamlıq təhsilini almış, 1951–1957-ci illərdə B.İ. Surikov adına Rəssamlıq İnstitutunda ali təhsilini davam etdirmişdir. 1957-ci ildə İnstitut tərəfindən Hindistan va Pakistana yaradıcılıq ezamiyyətinə göndərilmişdir. "Bilərzik seçimi" (1957) həmin dövrün seçilən işlərindəndir. A. Cəfərov tematik tablo, portret, mənzərə və natürmort janrlarında özünə məxsuz kompozisiya, kolorit və işlənilmə üslubu ilə fərqlənən əsərlər qalereyası yaratmışdır. Rəssamın yaradcılığında milli çalarlar, folklora müraciət və ənənəvi məzmunlu mövzular üstünlük təşkil edir. Rəssam bədii estetik təsir yükünə malik süjetli əsərlər yaratmışdır. Buna misal olaraq "Tarlada", "Dəniz kənarında", "Görüş", "Mənim Azərbaycanım", "Musiqiçilər" və başqalarını qeyd etmək olar. Asəf Cəfərov həm də bir çox portretlərin muəllifidir.
Ayxan Cəfərov
Ayxan Cəmaləddin oğlu Cəfərov (6 sentyabr 1997; Üçtəpə, Cəlilabad, Azərbaycan — 15 oktyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgər'i, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ayxan Cəfərov 1996-ci ilin sentyabrın 6-da Cəlilabad rayonun Üçtəpə kəndində anadan olub. 2015-ci ilin iyul ayında hərbi xidmətə çağrılıb. Hərbi xidmətdə olduğu müddətdə kəşfiyyatçı ixtisası üzrə kurs keçib. == Hərbi xidmətləri == Ayxan 2016-ci ildə aprel döyüşlərində iştirak etmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ayxan Cəfərli Cəbrayıl və Qubadlının azad edilməsində savaşıb. Füzulinin azad edilməsində snayper kimi iştirak edən Ayxan Cəfərov 15 oktyabr 2020-ci ildə düşmənlə üzbəüz döyüşdə qəhrəmancasına şəhid olub. İki gün sonra Cəlilabad rayoununun Üçtəpə kəndində dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Cəfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ayxan Cəfərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ayxan Cəfərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azər Cəfərov
Azər Məmməd oğlu Cəfərov (1954, Zərdab) — Azərbaycan Respublikası ədliyyə nazirinin müavini, II dərəcəli dövlət ədliyyə müşaviri. == Həyatı == Azər Məmməd oğlu Cəfərov 1954-cü ildə Zərdab şəhərində anadan olmuşdur. O, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmiş, Rusiya Elmlər Akademiyasının Dövlət və hüquq institutunun doktorantı olmuşdur. Hüquqşunas kimi əmək fəaliyyətinə Vəkillər Kollegiyasının üzvü (vəkil) kimi başlamış, 1982–1986-cı illərdə Ədliyyə Nazirliyinin aparatında böyük məsləhətçi, Məhkəmə orqanları idarəsində şöbə rəisi vəzifələrində işləmişdir. 1986-cı ildə prokurorluq orqanlarına keçirilmiş, Bakı şəhər və respublika prokurorluqlarının cinayət işləri üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət şöbələrinin prokuroru, Bakı şəhər prokurorluğunda həmin şöbənin rəisi, 1992–2000-ci illərdə isə Bakı şəhəri Binəqədi və Nərimanov rayonlarının prokuroru, sonra Baş Prokurorluğun hüquqi təminat şöbəsinin rəisi vəzifələrində çalışmışdır. 2004-cü ildə Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəisi və nazirliyin Kollegiyasının üzvü, 2012-ci ilin iyul ayında ədliyyə nazirinin müavini təyin edilmişdir. II dərəcəli dövlət ədliyyə müşaviridir. 2005-ci ilin fevralından, həmçinin, Məhkəmə-Hüquq Şurasının üzvüdür, Dünya Bankı ilə birgə həyata keçirilən "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsinə rəhbərlik edir. Məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi problemləri üzrə Azərbaycan-Avropa Şurası İşçi qruplarının həmsədri, Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyasının (CEPEJ) üzvü kimi ölkəmizin məhkəmə sisteminin Avropa standartlarına uyğunlaşdırılması məsələləri ilə məşğul olmuş, müxtəlif vaxtlarda ədliyyə, məhkəmə və prokurorluq orqanlarının fəaliyyətini tənzimləyən və sair qanunvericilik aktlarının hazırlanmasında yaxından iştirak etmişdir. Beynəlxalq Prokurorlar Assosiasiyasının, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının üzvüdür.
Ağadadaş Cəfərov
Ağadadaş Müniri (1863, Hövsan – 1940, Buzovna) — azərbaycanlı şair, "Məcməüş-şüəra" ədəbi məclisinin nümayəndəsi. == Həyatı == Ağadadaş Müniri 1863-cü ildə Bakının Hövsan kəndində anadan olmuşdur. Yeddi yaşında atadan yetim qalmış, anasının təkidi ilə mədrəsəyə getmiş, on beş yaşınadək orada oxumuşdur. Müniri öz şerlərini qəzəl, məsnəvi, rübai, qitə, qəsidə şəkillərində yazmışdır. "Müniri" təxəllüsünün, "Münir" sözündən (ərəb sözüdür, mənaca, "işıq" deməkdir.) götürən şairin yazılarının bəziləri, inqilabdan əvvəl və sonra mətbuatda dərc olunmuşdur. ("Dirilik", 1916-cı il; "Türkcə qəzəllər" kitabı, 1917-ci il, "Ədəbi parçalar", 1926-cı il və s.) Şairin bədii irsi, onun klassik şerin müxtəlif janrlarında yazdığı ədəbi nümunələrdən ibarətdir. Bu günə kimi, Bakı şairləri haqqında yazılan müxtəlif kitablarda, şairin bir neçə qəzəli çap olunsa da bütövlükdə əsərləri tədqiq olunmamış qalmaqdadır. Bu əsərlər Azərbaycan Əlyazmalar İnstitutunun fondunda saxlanılır. O, Buzovnalı Məşhədi Azər və Haşım bəy Sağiblə dostluq etmişdir. Üç oğlu olmuşdur.
Ağaşirin Cəfərov
Cəfərov Ağaşirin Ağaməmməd oğlu (10 iyul 1906, Ballıcalı, Cavad qəzası – 3 may 1984, Neftçala) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == 25 fevral 1906-cı ildə indiki Neftçala rayonunun Ballıcalı kəndində anadan olmuşdur. 1928-1930-cu illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. Böyük Vətən Müharibəsinin ilk günlərindən qələbə gününə kimi Qafqazdan başlayaraq Berlinədək döyüş yolu keçmiş, özünü bacarıqlı və igid komandir kimi tanıtmışdır. Döyüşlərdə üç dəfə yaralanmışdır. Pulemyotçu kiçik serjant Ağaşirin Cəfərov 1942-ci ilin noyabrında Cənub cəbhəsində 51-ci ordu tərkibindəki 416-ci Azərbaycan Milli diviziyasında döyüşə başlamışdır. 1943-cü ilin oktyabrında Melitopol şəhəri yaxınlığındakı döyüşlərdə sərrast atəş ilə şəxsi igidlik göstərərək, düşmənin atəş nəqtələrini və 300-dən artıq canlı qüvvəsini məhv etmiş, döyüş üçün mühüm yüksəkliyin zəbt edilməsini təmin etmişdir. Taqanroq şəhəri uğrunda gedən vuruşlarda xüsusi igidliyinə görə 1943-cü ilin 1 noyabrında Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüşdür. O, 416-cı diviziyada bu adı alan birinci qəhrəmandır. Starşina Ağaşirin Cəfərov müharibə qurtardıqdan sonra öz kəndində kolxoz və kənd soveti sədri olmuş, sonra isə Bakıda Neft-qazma idarəsində işləmişdir.
Babək Cəfərov
Babək Məxsus oğlu Cəfərov (15 avqust 1991, Qarayeri, Xanlar rayonu – 8 mart 2021, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Babək Cəfərov 15 avqust 1991-ci ildə Samux rayonunun Qarayeri qəsəbəsində anadan olub. Ailəli idi, 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Babək Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Babək Cəfərov oktyabrın 26-da Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi — Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə ağır yaralanıb və tibb müəssisəsinə yerləşdirilib. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Cəfərov "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.Babək Cəfərov 2021-ci il martın 8-də müalicə aldığı tibb müəssisəsində şəhid olub. Samux rayonunun Qarayeri qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Babək Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Babək Cəfərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Balaş Cəfərov
Balaş Namiq oğlu Cəfərov (18 iyul 2002, Hökməli, Abşeron rayonu – 23 dekabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Balaş Cəfərov 18 iyul 2002-ci ildə Abşeron rayonunun Hökməli qəsəbəsində anadan olmuşdur. == Hərbi xidməti == Balaş Cəfərov 2020-ci ilin iyul ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Balaş Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. Balaş Cəfərovun nəşi 23 dekabr 2020-ci ildə Abşeron rayonunun Hökməli qəsəbəsində torpağa tapşırılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Balaş Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Balaş Cəfərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Bəxtiyar Cəfərov
Cəfərov Bəxtiyar Rafiq oğlu — Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ müharibəsi şəhidi.Bəxtiyar Cəfərov 1966-ci il Yevlax rayonunun Xaldan kəndində anadan olub. 1993-cü il 18 yanvarda şəhid olmuşdur.
Cavanşir Cəfərov
Cavanşir Cəfərov (23 aprel 1953, Bakı) — məşhur azərbaycanlı dirijor, Azərbaycan Respublikasının xalq artisti(2005), əməkdar incəsənət xadimi,Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü,Bakı Musiqi Akademiyasının müəllimi,professor. == Həyatı == Ca­van­şir Cə­fə­rov 1953-cü il­də Ba­kı şə­hə­rin­də ana­dan ol­muş­dur. 1972-ci il­də Asəf Zey­nal­lı adı­na Ba­kı Mu­si­qi tex­ni­ku­mu­nu, 1977-ci il­də isə Rims­ki-Kor­sa­kov adı­na Sankt-Pe­ter­burq Döv­lət Kon­ser­va­to­ri­ya­sı­nın di­ri­jor­luq fa­kül­tə­si­ni bi­tir­miş­dir. Hə­lə gənc yaş­la­rın­dan “ca­zi­bə­dar di­ri­jor çu­bu­ğu”, xo­ra və da­ha son­ra sim­fo­nik or­kest­rə rəh­bər­lik et­mə im­ka­nı Ca­van­şir Cə­fə­ro­vu da­im özü­nə çə­kir­di. Azər­bay­can res­pub­li­ka­sı­nın əmək­dar in­cə­sə­nət xa­di­mi, pro­fes­sor E.Nov­ru­zo­vun ye­tir­mə­si olan C.Cə­fə­rov di­ri­jor sə­nə­ti­ni da­ha da də­rin­dən öy­rən­mək üçün 1972-ci il­də Le­ninq­rad (in­di­ki Sankt-Pe­ter­burq) Döv­lət Kon­ser­va­to­ri­ya­sın­da xor di­ri­jor­lu­ğu ix­ti­sa­sı üz­rə pro­fes­sor A.İ.Ani­si­mo­vun sin­fin­də təh­si­li­ni da­vam et­dir­mə­yi qə­ra­ra alır. Bu­ra­da gör­kəm­li rus xor­meys­ter­lə­ri olan N.V.Şyol­kov, Ro­ma­novs­ki və K.A.Ol­xov da ona dərs de­miş­lər. 1979-cu il­də Ba­kı­ya qa­yıt­dan­dan son­ra Ca­van­şir Cə­fə­rov, Azər­bay­can Döv­lət Ope­ra və Ba­let Te­at­rı­nın di­rek­to­ru Azər Rza­ye­vin də­və­ti­lə te­at­rın xor­meys­te­ri və­zi­fə­si­nə tə­yin olu­nur. Sim­fo­nik or­kest­rin di­ri­jo­ru ki­mi ilk də­fə Ca­van­şir Cə­fə­rov 1983-cü il­də Üze­yir Ha­cı­bəy­li­nin “Ko­roğ­lu” ope­ra­sın­dan üver­tü­ra­nın və “Çən­li­bel” xo­ru­nun ifa­sı ilə çı­xış et­miş­dir. 1985-ci il­də Ca­van­şir Cə­fə­rov Mu­si­qi­li Ko­me­di­ya Te­at­rı­nın di­ri­jo­ru və­zi­fə­si­nə tə­yin olu­nur və 1990-cı ilə qə­dər baş dirijor vəzifəsini ic­ra edir. C.Cə­fə­rov teatrın səhnəsində Le­qa­rın “Şən dul qa­dın”, Ştrau­sun “Ya­ra­sa”, R.Ha­cı­ye­vin “Yol ay­rı­cı”, “Mən ev­lə­ni­rəm, ana”, E.Sa­bi­toğ­lu­nun “Bir gün Bağ­dad­da” və di­gər ta­ma­şa­la­rı səh­nə­yə qo­yur.
Cavid Cəfərov
Cavid Fərhad oğlu Cəfərov (1 dekabr 1993, Sumqayıt – 1 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cavid Cəfərov 1 dekabr 1993-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2000-2009-cu illərdə Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2009-2013-cü illərdə Sumqayıt Dövlət Texniki Kollecində təhsilini davam etdirmiş, 2013-cü ildə kolleci "nəqliyyatda daşımaların və idarə etmənin təşkili” ixtisası üzrə bitirmişdir. == Hərbi xidməti == 2016-cı ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə yollanan Cavid Cəfərov 2018-ci ilin yanvarında hərbi xidmətini başa vurmuşdur. Həmin ilin 13 oktyabr tarixindən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi "N" saylı hərbi hissədə xidmətini davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Cavid Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Cavid Cəfərov 1 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində yaralı komandirini xilas edərkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavid Cəfərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Ceyhun Cəfərov
Ceyhun Cəfərov (1 dekabr 1965, Yevlax) — Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı. == Həyatı == Cəfərov Ceyhun Fərrux oğlu 1 dekabr 1965-ci ildə Yevlax şəhərində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir. 1983-1984-cü illərdə Konstruktor-Texnoloji Bürosunda texnik vəzifəsində işləmiş, 1984-1986-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1986-1991-cı illərdə Nəsimi rayon İstilik-İstismar sahəsində çilingər, 1991-1993-cü illərdə Konstruktor-Texnoloji Bürosunda texnik, 1993-cü ildə “Pərviz” firmasında iqtisadçı-əmtəəşünas, 1993-1994-cü illərdə Maddi-texniki Təchizat idarəsində baş mühəndis, 1994-1995-ci illərdə “Azərbərpa” İstehsalat Birliyində rəis müavini, 1995-1996-cı illərdə Nərimanov Rayon İcra Hakimiyyətinin Kommunal Təsərrüfat şöbəsində müdir müavini, 1996-cı ildə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində Texniki Nəzarət şöbəsində müdir, 1996-1999-cu illərdə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində rəis, 2000-2006-cı illərdə Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində rəis, 2006-2011-ci illərdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 2011-2014-cü illərdə isə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycanın Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli Sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2020-ci ilin avqust ayının 20-də Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir.2000-ci ilin avqustundan Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı,1 nəvəsi var.
Cəfər Cəfərov
Cəfər Cəfərov (dilçi) — Azərbaycan dilçisi. Cəfər Cəfərov (teatrşünas) (Cəfər Haşım oğlu Cəfərov) — Azərbaycan teatrşünası. Cəfər Cəfərov (tarixçi) (Cəfər Məmməd oğlu Cəfərov) — Azərbaycan Turizm və Menecment Universitetinin rektoru. Cəfər Cəfərov (baş leytenant) — baş leytenant, şəhid.
Cəlil Cəfərov
Cəlil Cəfərov (8 avqust 1998, Şorkənd, Neftçala rayonu – 16 oktyabr 2020, Təpəkənd) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, Vətən Müharibəsi şəhidi. == Həyatı == Cəlil Sulduz oğlu Cəfərov 8 avqust 1998-ci ildə Neftçala rayonunun Şorkənd kəndində anadan olmuşdur. 2004-2015-ci illərdə Salyan şəhər 3 saylı tam orta məktəbdə təhsilini almışdır. Kiçik yaşlarından sərbəst güləşlə məşğul olmuş, bir sıra idman yarışlarının iştirakçısı olmuşdur. == Hərbi xidməti == Cəlil hərbi xidmətini başa vurduqdan sonra yenidən müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına qoşulub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsinə kəşfiyyatçı olaraq qatılmış, Suqovuşanın və Talış kəndinin alınmasında, Laçın uğrunda gedən döyüşlərdə şücaət göstərmişdir. Cəlil 16 oktyabr tarixdə Ağdərə yolunun üzərindəki Təpəkənd kəndi yaxınlığında kəşfiyyatda olarkən düşmənin snayper gülləsinə tuş gələrək şəhid olub. Noyabrın 19-da Şorkənd kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlil Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlil Cəfərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlil Cəfərov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi. == Xatirəsi == Şəhid Cəlilin Neftçala rayonu Şorkənd kəndində xatirə bulağının açılışı olub.
Cəmşid Cəfərov
Cəmşid Oruc oğlu Cəfərov (18 yanvar 1973 – 28 iyun 1994, Gədəbəy rayonu) — Azərbaycanlı şəhid. == Həyatı == Cəfərov Cəmşid Oruc oğlu 18 yanvar 1973-cü il tarixdə Gədəbəy rayonu İsalı Sovetliyinin Mutudərə kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1980-ci ildə Mutudərə kənd məktəbinin 1-ci sinfinə daxil olmuş və 1989-cu ildə həmin məktəbin IX sinfini bitirmişdir. 1991-ci ilin may ayında hərbi xidmətə yola düşmüşdür. Hərbi xidmətdə olarkən Azərbaycan torpaqları uğrunda gedən döyüşlərdə iştirak etmiş və 1994-cü il iyun ayının 28-də döyüş zamanı mərdliklə vuruşaraq şəhid olmuşdur. == İstinadlar == http://www.gedebey-ih.gov.az/userfiles/files/%C5%9Eehidlerimiz.doc.
Cəfərov
Cəfərov — Azərbaycan soyadı. === A === Ağaşirin Cəfərov (1906—1984) — azərbaycanlı hərbi qulluqçu. Akif Cəfərov (neftçi) (1930—1992) — neft mühəndisi və siyasətçi. Allahverdi Cəfərov (1930—2004) — texnika elmlər doktoru. Asəf Cəfərov (1927—2000) — azərbaycanlı rəssam. Aslan Cəfərov (d. 1928) — Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatı. Aşıq Əkbər Cəfərov (1923—1992) — azərbaycanlı aşıq. Aydın Cəfərov (d. 1958) — azərbaycanlı fizik.
Elbrus Cəfərov
Elbrus Mahmud oğlu Cəfərov (1946, Kərkibaş, Basarkeçər rayonu) — İstanbul Texniki Universitetinin Aero-Kosmik fakültəsinin kafedra müdiri (1996 – indi), professor (1987). "Ən yaxşı ixtiraçı" (1981), Leninqrad Beynəlxalq Texnologiya Kibernetika Akademiyasının üzvü (1988), == Həyatı == Elbrus Cəfərov 1946-cı ildə Göyçə mahalının Kərkibaş (Şəfəq) kəndində kolxozçu ailəsində anadan olub. Çaxırlı kənd orta məktəbini qızıl medalla bitirib, elə həmin ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna daxil olaraq 1969-cu ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. Oxuduğu illərdə o dövr üçün ən yüksək hesab olunan Lenin təqaüdçüsü olmuşdur.1969-cu ildən 1984-cü ilə kimi SSRİ cihazqayırma sənayesinin neft-kimya avto-maşınqayırma institutunda baş texnikdən laboratoriya müdiri vəzifəsinədək yüksəlmişdir.Elbrus Cəfərov Azərbaycanda ilk dəfə olaraq "Dəyişən quruluşlu avtomatik sistemlər" laboratoriyasını yaratmışdır. 1972-ci ildə "Kəsilmiş prosessorların çoxquruluşlu sistemlərinin idarə edilməsi" mövzusunda namizədlik, 1980-ci ildə isə Moskva şəhərində doktorluq dissertasiyası müdafiə etmişdir.1984–1996-cı illərdə Azərbaycan Texniki Universitetində Avtomatika və robot-texnika kafedrasına rəhbərlik etmişdir. Robottexniki sistemlər ixtisasını Azərbaycanda ilk dəfə Elbrus müəllim açmışdır. O, 1987-ci ildə SSRİ AK tərəfındən professor adını almış və bir il sonra Leninqrad Beynəlxalq Texnologiya Kibernetika Akademiyasının üzvü seçilmişdir.Elbrus Cəfərov bir çox ölkələrin elmi konfranslarında 200-dən çox elmi məqalələri ilə çıxış etmişdir. Keçmiş SSRİ dövründə 27 ixtiranın şəhadətnaməsini almışdır. Elə ona görə də, 1981-ci ildə ona SSRİ cihazqayırma sənayesinin "Ən yaxşı ixtiraçı" rütbəsi verilmişdir.1993-cü ildən Çinin dövlət universiteti Beyhanq Universitetində bir il dərs aparmış, universitetin fəxri professoru seçilmişdir.Elbrus Cəfərov İstanbul Texniki Universitetinin professorudur. Beynəlxalq səviyyəli universitetin Aerokosmik fakültənin professoru kimi ingilis dilində fakültənin bakalavr, magistratura və doktorantura pillələrində bütün ölkələrdən gəlib təhsil alan tələbələr qarşısında fundamental ixtisas fənlərindən dərs aparır.
Eldar Cəfərov
Eldar Cəfərov — rəqqas. Azərbaycanı 2008 Avroviziya Rəqs Müsabiqəsində Anna Sajina ilə birlikdə təmsil etmişdir. == Həyatı == Eldar Cəfərov 1987-ci ildə Yekaterenburq şəhərində anadan olub. Eldar rəqs etməyə yeddi yaşında başlayıb. Həftədə bir dəfə özəl rəqs dərsləri alıb. Onun nə vaxtsa peşakar bal rəqqası olacağı hələ heç kimin ağlına gəlmirdi. Bir müddət sonra Eldar karyerasının başlanğıcı sayılan "Gəl rəqs edək" rəqs klubuna yazılır. Qeyd edək ki, həmin vaxt onun anası Natalya xanım musiqi məktəbində dərs deyirdi. O, məktəb və rəqs dərslərindən başqa piano çalmağı və tennis oynamağı da öyrənirdi. Amma zaman keçdikcə onun rəqsə daha çox üstünlük verdiyi məlum olub.
Elimxan Cəfərov
Elimxan Cəfərov Süleyman oğlu - Azərbaycan alimi, biologiya elmlər doktoru == Həyatı == 9 aprel 1955-ci ildə Ermənistan SSR Kalinino rayonunun Soyuqbulaq kəndində ziyalı ailəsində anadan olmuşdur. 1972-ci ildə orta məktəbi qızıl medal ilə, 1977-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirmişdir. O, 1981-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Bioloji Tədqiqatlar Elmi Mərkəzində elmi fəaliyyətə başlamış və həmin ildə də təcrübəçi – tədqiqatçı qismində SSRİ EA-nın Kimyəvi-fizika İnstituna (Moskva ş.) ezam edilmişdir. Ezamiyyət müddəti bitdikdən sonra E.Cəfərov həmin İnstitutun əyani aspiranturasına daxil olmuş və 1986-cı ildə aspiranturanı müvəffəqiyyətlə bitirərək namizədlik dissertasiyası müdafiə etmişdir. E.Cəfərov aspiranturanı bitirdikdən sonra öz elmi fəaliyyətini Azərbaycan SSR EA-nın Fizika İnstitunun “ Fiziki – kimyəvi biologiya” sektorunda kiçik elmi işçi kimi davam etdirmişdir. İşlədiyi sektorun Azərbaycan EA-nın Botanika İnstitunun tabeçiliyinə verilməsi ilə əlaqədar olaraq, 1988-ci ildən həmin İnstitutun "Radiobiologiya və radiokimya" şöbəsində əvvəlcə böyük, sonra isə aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 2003-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarına əsasən "Radiobiologiya və radiokimya" şöbəsi yeni yaradılmış Radiasiya Problemləri İnstitutunun strukturuna daxil edilmiş və E.Cəfərov həmin tarixdən İnstitutun aparıcı elmi işçisi olmuşdur. Elmxan Cəfərov 1 mart 2003-cü il tarixindən etibarən İnstitutun "Radiobiologiya" laboratoriyasının rəhbəri vəzifəsində çalışır. == Əsas elmi fəaliyyəti == E.Cəfərovun rəhbərlik etdiyi laboratoriya kiçik dozalı radiasiyanın bioloji təsir mexanizminin araşdırılması ilə məşğul olur. Onun elmi işlərinin nəticələri bir çox nüfuzlu beynəlxalq konfranslarda dinlənilmiş və beynəlxalq jurnallarda çap edilmişdir.
Elmar Cəfərov
Cəfərov Elmar İlham oğlu (2 may 1995, Novoivanovka, Gədəbəy rayonu – 2020 və ya 6 noyabr 2020, Şuşa) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == 2 may 1995 ci ildə Gədəbəy Rayonunun Nova İvanovka kəndində anadan olmuşdur. Nişanlı idi. == Hərbi xidməti == Azərbaycan Xüsusi Təyinat Qüvvələrindən olan Cəfərov Elmar İlham oğlu 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı gedən döyüşlərdə iştirak etmişdir. Elmar 2- ci Qarabağ müharibəsindən əvvəl Aprel döyüşlərində də igidcəsinə iştirak etmiş və ayağında qəlpə qalmışdı. Cəfərov Elmar İlham oğlu İkinci Qarabağ müharibəsində çox güclü döyüşçü kimi tanınmış və tək məqsədi düşmənləri qovmaq yox, öldürüb torpaqlarımızdan onları birdəfəlik yox etmək olmuşdur. O, həm snayperçi, həm də topçu idi. Xəyalı polis olmaq olan İgidimiz, xəyalının gerçəkləşdiyi ərəfədə Vətənin ona ehtiyacı olduğunu bilmiş və öz borcunu ödəmək üçün Qarabağa yollanmışdı. Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qolundan yaralanmış, çox qan itirməyinə rəğmən döyüşə davam etmiş və son olaraq isə çənəsinə dəyən qəlpə ilə Şəhid olmuşdur. Şəhidimizin anasının qarşısında baş əyir və bütün Şəhidlərimizin Ruhunun şad olmasını diləyirik.
Elməddin Cəfərov
Elməddin Misir oğlu Cəfərov (1 yanvar 1981, Zod, Vardenis rayonu) — azərbaycanlı aktyor. == Həyatı == Elməddin Cəfərov 1 yanvar 1981-ci ildə Göyçə mahalının Zod kəndində anadan olub. Hazırda Bakı şəhərində yaşayır. İki övladı var. Evlidir. O, 13 yanvar 2012-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir. == Filmoqrafiya == Tək səbir (veriliş, 2004) Toy (film, 2005) — Taleh Ailəm (film, 2006) — Fərasət Qonşular (film, 2006) — Münasibət Milçək (film, 2006) — Kərim Kəndim+nizə qayıdın!?
Elnur Cəfərov
Elnur Cəfərov (kapitan) — kapitan
Akif Cəfərov (neftçi)
Akif Allahyar oğlu Cəfərov (9 oktyabr 1930, Tiflis – 30 noyabr 1992, Bakı) — Mühəndis-geoloq, geologiya-mineralogiya elmləri namizədi, Sosialist Əməyi Qəhrəmanı, Gürganneft Mədənlər İdarəsində mədən müdiri == Həyatı == Əmək fəaliyyətinə "Gürganneft" NMİ-də operator kimi başlamışdır. 1959-cu ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. 1971-ci ildə Cənub NQÇİ-nin rəisi təyin edilmiş, 1978–1984-cü illərdə "Xəzərdənizneftqaz" Sənaye Birliyinin Baş direktorunun müavini, baş mühədisi işləmişdir. 1984-cü ildən 1992-ci ilə qədər Azərneft İstehsalat Birliyinin Baş direktoru vəzifəsində çalışmışdır. A.Cəfərov çoxlu sayda dölət təltiflərinə layiq gürülmüş, seçki orqanlarında Azərbaycan neftçilərini layiqincə təmsil etmişdir. Akif Allahyar oğlu Cəfərov respublikamızda zərbəçi kommunist əməyi briqadaları yaradılmasının təşəbbüsçülərindən olmuş və onun rəhbərlik etdiyi briqada ilk dəfə bu ada layiq görülmüşdür.
Akif Cəfərovun briqadası (film, 1960)
Akif Cəfərovun briqadası filmi rejissor Zeynəb Kazımova tərəfindən 1960-cı ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. == Məzmun == Kinolent mühəndis-geoloq, geologiya-mineralogiya elmləri namizədi, Sosialist Əməyi Qəhrəmanı, Gürganneft Mədənlər İdarəsində mədən müdiri işləmiş Akif Cəfərovun başçılıq etdiyi kollektivin əmək fəaliyyətindən söhbət açır. Filmdə göstərilir ki, Akif Cəfərov respublikamızda zərbəçi kommunist əməyi briqadaları yaradılmasının təşəbbüsçülərindən olmuş və onun rəhbərlik etdiyi briqada ilk dəfə bu ada layiq görülmüşdür. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Pyotr Simonov Rejissor: Zeynəb Kazımova Operator: Arif Nərimanbəyov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Aşıq Əkbər Cəfərov
Aşıq Əkbər Cəfərov (1933, Tovuz rayonu – 24 avqust 1990) — Azərbaycan aşığı. == Həyatı == Aşıq Əkbər Zərbalı oğlu Cəfərov 1933-cü ildə Tovuz rayonunun Bozalqanlı kəndində dünyaya göz açıb. Saza-sözə vurğun olan Əkbər bir çox böyük ustad sənətkarların – Aşıq Mirzə Bayramovun, Aşıq Məhəmməd Rzayevin, Aşıq Hüseyn Dəmirçinin, Aşıq Yusif Həsənovun, Aşıq Mikayıl Azaflının, Aşıq Yunis Həsənovun, Aşıq Vəli Qaraxanlının yanında şəyirdlikdən ustadlığa qədər yüksəlib. Əsas müəllimi isə aşıq dastanlarının mahir bilicisi, böyük ustad, Aşıq Hüseyn Bozalqanlının bacısı oğlu Aşıq Qədir İsmayılov olub. Sazdan əvvəl balabanda, zurnada, tütəkdə əksər aşıq havalarını, el havalarını məharətlə ifa edən Aşıq Əkbər böyük ustad Mikayıl Azaflı və Yusif Yusifovun təkidi ilə cavanlığından sırf aşıqlığa keçərək, könlünü həmişəlik saza-sözə bağlayır. Aşıqlar adətən zil, orta və bəm köklərdən birində oxuya bilirlər. Aşıq Əkbər isə hər üç kökdə böyük ustalıq və məharətlə oxuya bilirdi. El ona "Zilxan" təxəllüsünü boş yerə verməmişdi. Əkbərin əsas özəlliklərindən biri də ondan ibarətdir ki, aşıq musiqisi ilə yanaşı, muğam və təsniflərimizi də gözəl ifa edirdi. Oxuduğu "Heyratı", "Mənsuriyyə", "Dilkeş", "Zabul segah"ı ilə hər kəsi heyrətləndirərdi.
Bəsti Cəfərova
Bəsti Cəfərova (13 iyun 1959, Bakı) — aktrisa. Azərbaycanın xalq artisti (1998), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru (2013). == Həyatı == Bəsti Əli qızı Cəfərova 13 iyun 1959-cu ildə Bakıda doğulub. 1976-cı ildə Bakı şəhəri 82 nömrəli tam orta məktəbi bitirib və həmin ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik dövründə baş rejissor, Əkrəm Əylislinin "Quşu uçan budaqlar" psixoloji dramını tamaşaya hazırlayan Tofiq Kazımovun dəvətilə Akademik Milli Dram Teatrına çağırılıb və adı çəkilən əsərdə Səltənət rolunu oynayıb. Milli rejissorlarımızın fəxri, səhnə klassiklərimizin cərgəsində layiqli yer tutan, böyük sənətkar Adil İsgəndərovun kursunda təhsil alan Bəsti Cəfərova ali təhsilini 1980-ci ildə başa vurub. Təyinatla Akademik Milli Dram Teatrına göndərilib və aktyor truppasına aktrisa götürülüb. Bəsti Cəfərova Akademik Milli Dram Teatrda işləyə-işləyə rejissor Vaqif İbrahimoğlunun Tədris teatrında hazırladığı özünün işləməsində "Mən Dədə Qorqud…" (Oğuz Xatunu və Dəli Domrulun anası), Antuan de Sent Ekzüperinin "Təskinlik verməyi unutmayın" ("Kiçik şahzadə", Qızılgül, Göl çiçəyi, və Fanarçı), Yuğ Dövlət Teatrında Məhəmmədhüseyn Şəhriyarın "Heydərbaba" əsəri əsasında səhnələşdirildiyi "Salam" (Qadın) əsərlərinin tamaşalarında da cazibəli rollar oynayıb. Akademik teatrda oynadığı rollar səhnə təcəssümündə daha geniş şəkildə üzə çıxıb. Səltənət ("Quşu uçan budaqlar", Ə.Əylisli), Nazlı ("Əliqulu evlənir"), Bənövşə ("Nişanlı qız" S. Rəhman), Qadın ("Sizi deyib gəlmişəm…", Anar), Əsmər ("Günah", R.Əlizadə), Bədidə və Nigar ("Qanlı Nigar", S.Şendil), Gülruh ("Şeyx Xiyabani"), Azadə xanım ("Dəlilər və ağıllılar"), Ağabəyim ağa ("Hökmdar və qızı"), Lalə ("Büllur sarayda"), Sürəyya ("Tənha iydə ağacı"), Xurşidbanu Natəvan ("Xurşidbanu Natəvan", İ.Əfəndiyev), Solmaz ("Od gəlini", C.Cabbarlı), Martrio ("Dişi canavar", F.Q. Lorka), Qonerilya ("Kral Lir", V.Şekspir), Qaliyə və Adlay ("Sokratı anma gecəsi", Ç.Aytmatov və M.Şahanov), Ədilə ("Poçt şöbəsində xəyal", Elçin), Fedra ("Fedra", J.Rassin), Afət ("Afət", H.Cavid), Qadın ("İnsan səsi", J.Kokto), Xanuma ("Xanuma", A. Saqarelli), Jivka ("Nazirin xanımı", B. Nuşiç), Qətibə İnanc ("Qətibə İnanc", M.S. Ordubadi) və s.
Bəxtiyar Cəfərov (əsgər, 1973)
Bəxtiyar Yaqub oğlu Cəfərov — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bəxtiyar Cəfərov Xırdalan şəhərində anadan olmuşdur.[1] [2] == Təltifləri == Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 1992-ci il tarixli müvafiq Fərmanı ilə Elman Cavadov Respublikamızın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə “Azərbaycan Respublikasının Fəxri fərmanı” ilə (ölümündən sonra) təltif edilmişdir.Bəxtiyarin adı əbədiləşdirilərək oxuduğu 3 saylı Xırdalan şəhər orta məktəbinə onun adı verilmişdir.
Cəfər Cəfərov (baş leytenant)
Cəfər İbrahim oğlu Cəfərov (1985, Cəhri, Babək rayonu – 20 iyul 2012, Əlibəyli, Tovuz rayonu) — Azərbaycan hərbçisi, baş leytenant, 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı kavaleri. == Həyatı == Cəfər Cəfərov 1985-ci ildə Babək rayonunun Cəhri kəndində anadan olmuşdu. İlk təhsilini Cəhri kənd 1 №-li tam orta məktəbində alan şəhid Cəfər Cəfərov 2003-cü ildə Heydər Əliyev adına Hərbi Liseyi, 2007-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmişdi. 2009-cu ildə “N” hərbi hissədə taqım komandiri vəzifəsində xidmətə başlamışdı. Bir qədər sonra motoatıcı bölük komandiri vəzifəsinə təyin olunmuşdu. Hər iki vəzifədə komandirlərin tapşırıqlarını layiqincə yerinə yetirən Cəfər Cəfərov 2010-cu ildə baş leytenant rütbəsi almışdı. Hərbi xidmətdə olduğu qısa müddət ərzində hissə komandirliyinin, zabit yoldaşlarının, əsgərlərin dərin hörmətini qazanmışdı. Düşmən tapdağında olan torpaqlarımızın geri qaytarılması arzusu ilə yaşayan, 2012-ci il iyul ayının 20-də Tovuz rayonunun Əlibəyli kəndində döyüş tapşırığını yerinə yetirərkən şəhid olan gənc zabitin Vətənimiz qarşısında xidməti əvəzsiz qalmamışdır. O, ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medala layiq görülmüşdür.
Cəfər Cəfərov (dilçi)
Cəfər Mehdi oğlu Cəfərov (22 dekabr 1904–8 dekabr 1968) — dilçi, tərcüməçi. == Həyatı == Cəfər Mehdi oğlu Cəfərov 22 dekabr 1904-cü ildə Bakı şəhərində hərbçi ailəsində anadan olub. 1912–1917-ci illərdə Bakı şəhəri A. P. Yemilyanov adına gimnaziyada, 1918–1920-ci illərdə Bakı şəhəri IV kişi gimnaziyasında orta təhsil alıb. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Politexnik İnstitutunun Mühəndislik fakültəsinə daxil olub, lakin müəyyən səbəblərdən təhsilini Almaniyada davam etdirib. 1922-ci ildə Almaniyanın Berlin Universitetinin nəzdində fəaliyyət göstərən Alman dilinin Tədrisi İnstitutuna daxil olub, burada təhsilini bitirdikdən sonra Berlin Kommersiya İnstitutunda təhsilini davam etdirib və buranı 1926/27-ci illərdə bitirib. 1927-ci ildə hərbiyə cəlb olunub. 1937-ci ildə Təkminləşdirmə İntitutunun nəzdində fəaliyyət göstərən Xarici dil müəllimlərinin hazırlanması üzrə kurs keçib. 1937-ci ildən V. İ. Lenin adına APİ-nin Xarici dillər fakültəsində çalışıb. 1941–1943-cü illərdə Böyük Vətən Müharibəsində iştirak edib. 1943-cü ildə yenidən V. İ. Lenin adına APİ-də pedaqoji fəaliyyətini davam etdirib.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 70.32 dəfə / 1 mln.
2002 ••••••••••• 61.67
2003 ••••••••••• 62.20
2004 ••••••• 38.40
2005 ••••••••• 49.26
2006 •••••••••••• 68.02
2007 ••••••••••••• 74.85
2008 ••••••••••• 61.39
2009 ••••••••••• 60.79
2010 •••••••••••• 67.26
2011 •••••••••••• 70.61
2012 •••••••••••• 72.02
2013 ••••••••••• 64.18
2014 •••••••••••••••• 92.67
2015 •••••••••••••••••••• 120.27
2016 ••••••••••• 63.00
2017 •••••••••••• 69.26
2018 •••••••••• 59.48
2019 •••••••••• 59.11
2020 •••••••••••••• 78.90

"cəfərov" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#cəfərov nədir? #cəfərov sözünün mənası #cəfərov nə deməkdir? #cəfərov sözünün izahı #cəfərov sözünün yazılışı #cəfərov necə yazılır? #cəfərov sözünün düzgün yazılışı #cəfərov leksik mənası #cəfərov sözünün sinonimi #cəfərov sözünün yaxın mənalı sözlər #cəfərov sözünün əks mənası #cəfərov sözünün etimologiyası #cəfərov sözünün orfoqrafiyası #cəfərov rusca #cəfərov inglisça #cəfərov fransızca #cəfərov sözünün istifadəsi #sözlük