Cəlaləddin Süyuti
Cəlaləddin Süyuti (ərəb. جلال الدين السيوطي; 11 oktyabr 1445, Qahirə, Misir, Məmlük dövləti – 17 oktyabr 1505, Qahirə, Misir, Məmlük dövləti), (tam adı:Hafiz Cəlaləddin Əbdürrəhman bin Əbu Bəkr Süyuti) — sünni və Şafii alimi.
== Haqqında ==
Cəlaləddin Süyuti hədisşünaslıq, tarix, təfsir və digər elmlərə dair çoxlu əsərlərin müəllifidir. O, "əd-Durrul-Mənsur fi Təfsiril-Məsur" adlı mühüm təfsirin və həmçinin "Əl-İtqan Fi Ulumil-Quran" adlı Quran elmləri haqqında ən əhatəli kitabın müəllifidir.
== Peyğəmbər zamanında da bidətin olması haqqında ==
Peyğəmbər zamanındakı bidətlərə nəzər salarkən, onların yaranma səbəblərini də öyrənmək mümkündür. Peyğəmbərin zamanında səhabələrdən üç nəfər Quranın haramlardan çəkinmək barədə ayələrini eşitdikdən sonra zahidliyə başladı. Onlardan biri söz verdi ki, bundan sonra ət xörəyi yeməyəcək. O birisi bir daha öz həyat yoldaşına yaxınlaşmayacağına, digəri də bir daha öz yatağında yatmayacağına and içdi. Peyğəmbərimiz bundan xəbər tutanda xütbə əsnasında buyurdu: "Sizlərdən bir dəstəyə nə olub ki, bu cür sözlər danışır? Mən həm oruc tutur, həm də iftar edirəm.