cəld sözü azərbaycan dilində

cəld

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • cəld • 90.6440%
  • Cəld • 8.2625%
  • CƏLD • 1.0936%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cəld kərtənkələcik
Cəld kərtənkələcik (lat. Eremias velox) — Kərtənkələcik fəsiləsinə aid kərtənkələ növü. == Xariçi görünüşü == Kiçik ölçülü olub 10,5 sm uzunluğa malik olurlar. Quyruqları 1,5–2 dəfə uzun olur. Rəngi və üzərindəki ləklər fərqli olur. Yuxarı hissəsi boz və qum rəngində olur. Üzərində isə qara və parlaq ləkələrlə örtülü olur. Qarın nahiyəsi ağ rəngdə olur. == Həyat tərzi == Əsasən səhra, yarımsəhra və dağlarda yayılırlar. Onlara 1700 m yüksəkliklərdə belə yayıla bilir.
Cəld vallabi
Cəld vallabi (lat. Macropus agilis) — kenquru cinsinə aid heyvan növü.
Cəld və yavaş düşünmək
Cəld və yavaş düşünmək — iqtisadiyyat üzrə Nobel mükafatı laureatı, psixoloq Deniel Kaneman tərəfindən 2011-ci ildə dərc edilmiş elmi-populyar kitab. Kitabın əsas tezisi iki düşüncə tərzi arasında fərqləndirmədir: “Sistem 1” sürətli, instinktiv və emosionaldır; "Sistem 2" daha ləng, daha çox düşünən və daha məntiqlidir. == Məzmunu == Məqsədyönlü qərarları və qərarvermə prosesini araşdıran və psixologiyaya dair baxışlarımızın üfüqlərini genişləndirən əsəri ilə Deniel Kaneman özünə müasir dövrün ən tanınmış mütəfəkkirləri arasında yer qazanıb. Düşüncələri ilə iqtisadiyyat, tibb və siyasət də daxil olmaqla bir çox elm sahələrinə ciddi təsir göstərmiş alim bu kitabında illərlə davam etdirdiyi araşdırmalarının nəticələrini toplayıb. Kitab oxucunu sanki bir “düşüncə səyahəti”nə çıxarır və fikirlərimizi idarə edən iki sistemi izah edir: sürətli, intuitiv və emosional olan I sistem və daha yavaş, daha təmkinli və daha məntiqli olan II sistem. Daniel Kaneman sürətli düşünməyin fövqəladə faydalarını, eyni zamanda çatışmazlıqlarını və şüurlu (koqnitiv) tərəfkeşliyini də diqqətə çatdırır. Bundan başqa, intuitiv təəssüratlarımızın düşüncə və davranışlarımıza təsirlərini də izah edir. Yanılma (səhv etmə) qorxusunun, ya da əksinə, həddən artıq özünəinamın fəaliyyət strategiyalarına nə dərəcədə təsir göstərdiyini, gələcəkdə bizi nəyin xoşbəxt edəcəyini proqnozlaşdırmaqda niyə bu qədər çətinlik çəkdiyimizi, birja oyunlarından tutmuş növbəti tətilimizi harada keçirəcəyimizə qədər həyatın bütün sahələrində təəssübkeşliyimizin necə həlledici rola malik olduğunu görürük. Oxucu ilə sanki canlı söhbətə girən Kaneman intuisiyamıza nə vaxt güvənib-güvənməyəcəyimizi və yavaş düşünməyin nə zaman daha faydalı olacağını öyrədir. İş və şəxsi həyatımızda necə seçim edə, necə davrana və bizə problemlər yaradan yanlış qərarlardan qaçmağın fərqli metodlarından necə yararlana biləcəyimizi göstərir.
Cəld və cəsəd (film, 1995)
Cəld və cəsəd — 1995-ci ildə Sem Reymi tərəfindən çəkilmiş filimdir. Filmdə baş rolları Şeron Stoun, Rassl Krov və Leonardo Di Kaprio oynayır.
Cəldiyan
Cəldiyan (Piranşəhr)
Cəldiyan (Lahican-i Qərbi dehistanı)
Cəldiyan (fars. پادگان جلديان‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan hərbi şəhərciyi. == Əhalisi == 2006-cı il məlumatına görə məntəqədə 333 nəfər yaşayır (96 ailə).
Cəldiyan (Piranşəhr)
Cəldiyan (fars. جلديان‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,446 nəfər yaşayır (269 ailə).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.97 dəfə / 1 mln.
2006 ••••• 0.90
2007 •••• 0.63
2009 •••••••••••••••• 2.88
2010 •••••••••••••••••••• 3.63
2011 ••••••••• 1.54
2012 ••••••••••••••• 2.67
2013 ••••••••••••••••••• 3.36
2014 •••••••••••••••••• 3.09
2015 ••••••••••••••• 2.72
2016 ••••• 0.87
2017 ••••••••• 1.63
2018 ••••••••••••• 2.25
2019 ••••• 0.83
2020 •••••••••••• 2.12

cəld sözünün leksik mənası və izahı

  • 1 sif. 1. zərf Tez, iti, yeyin, dərhal. Cəld oxumaq. Cəld addımlamaq. Cəld çevrilmək. – Xanlar cəld geriyə döndü. Çuxur bir yer tapıb, daldalanmaq istədi. M.Hüseyn. Əlləzoğlu taxta kimi quru ovcunu qorun üstünə basıb, cəld yerə atıldı. İ.Hüseynov. □ Cəld tərpənmək – cəld hərəkət etmək, qabaqlamaq. Cəld tərpənsəydin, belə olmazdı. 2. sif. Zirək, çevik, diribaş. Cəld uşaq. – Hər ikisi qızların; Bir-birindən qəşəngdi; Biri sakit görkəmli; Biri cəlddi, ürkəkdi. M.Dilbazi.

    Azərbaycan dilinin izahlı lüğəti / cəld

cəld sözünün sinonimləri (yaxın mənalı sözlər)

cəld sözünün antonimləri (əks mənalı sözlər)

cəld sözünün rus dilinə tərcüməsi

  • 1 1. проворный, шустрый, быстрый, вертлявый, ловкий, изворотливый, юркий, прыткий, подвижной, шибкий; 2. проворно, живо, скоро, мигом, быстро;

    Azərbaycanca-rusca lüğət / cəld
  • 2 I прил. 1. быстрый: 1) происходящий, совершающийся с большой скоростью; стремительный (о движении, действии, каком-л. процессе). Cəld yeriş быстрая ходьба, cəld qaçış быстрый бег, cəld addımlarla быстрыми шагами, cəld nişanalma быстрая наводка, cəld hərəkət быстрое движение 2) скоро перемещающийся в пространстве. Cəld kərtəncik зоол. быстрая ящерка; cəld neytron физ. быстрый нейтрон 2. ловкий: 1) обладающий физической сноровкой, гибкостью, проворный, расторопный, хваткий, юркий, изворотливый, подвижный (живой, лёгкий и быстрый в движениях). Cəld oğlan ловкий мальчик, cəld güləşçi ловкий борец, hərəkətlərində cəlddir он ловок в движениях 2) отличающийся сноровкой, умением. Cəld əllər ловкие руки, cəld barmaqlar ловкие пальцы II нареч. 1. быстро. Cəld yerimək быстро ходить, cəld qaçmaq быстро бежать, cəld hərəkət etmək (tərpənmək) быстро действовать (двигаться), cəld dönmək (çevrilib baxmaq) быстро обернуться 2. ловко. Cəld atmaq nəyi ловко бросать что, cəld tutmaq kimi, nəyi ловко ловить кого, что; cəld olmaq: 1. быть быстрым, ловким, бойким, проворным, подвижным; 2. становиться, стать быстрым (ловким, бойким, проворным, подвижным); cəld ol! живо! живее! быстрее!

    Azərbaycanca-rusca lüğət / cəld

cəld sözünün inglis dilinə tərcüməsi

  • 1 I. s. fast, quick, rapid; energetic; prompt; swift; brisk, lively, nimble, agile, speedy; expeditious; ~ qaçan a fast runner; ~ (qaçan) at a fast horse; ~ olmaq to be* prompt / fast / quick / swift / brisk / rapid (+ to inf.); ~ cavab quick reply, swift response; ~ (diribaş) uşaq smart / bright child; Cəld ol! Be quick! II. z. fast, quick(ly); rapidly; promptly; swift(ly); speedily; nim ble; ~ qaçmaq / getmək to run* / to go* fast; ~ danışmaq to speak* fast; Belə cəld danışmayın! Don’t speak so fast!

    Azərbaycanca-ingiliscə lüğət / cəld

cəld sözünün fransız dilinə tərcüməsi

  • 1 1) sif. rapide, prompt, -e ; énergique ; leste ; expediti//f, -ve ; ~ qaçan un coureur rapide ; ~ olmaq être agile (rapide) ; ~cavab une réponse rapide ; ~ (diribaş) uşaq un enfant agile ; ~ olun! Dépêchez-vous! Vite! ; 2) zərf. vite, promptement, lestement, rapidement, vivement ; ~ danışmaq parler vite ; Belə ~ danışmayın! Ne parlez pas si vite!

    Azərbaycanca-fransızca lüğət / cəld

cəld sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. нареч. фад, йигиндиз; зарбдиз; тадиз; cəld oxumaq фад кӀелун; cəld tərpənmək фад юза хьун, вилик акатун; 2. цицӀи, векъи, зиринг, дирибаш; cəld uşaq цицӀи аял.

    Azərbaycanca-ləzgicə lüğəti / cəld

cəld sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) diribaş, zirək, iti; 2) tez, dayanmadan, əlüstü.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"cəld" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#cəld nədir? #cəld sözünün mənası #cəld nə deməkdir? #cəld sözünün izahı #cəld sözünün yazılışı #cəld necə yazılır? #cəld sözünün düzgün yazılışı #cəld leksik mənası #cəld sözünün sinonimi #cəld sözünün yaxın mənalı sözlər #cəld sözünün əks mənası #cəld sözünün etimologiyası #cəld sözünün orfoqrafiyası #cəld rusca #cəld inglisça #cəld fransızca #cəld sözünün istifadəsi #sözlük