cəllad sözü azərbaycan dilində

cəllad

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • cəllad • 79.5367%
  • Cəllad • 19.6911%
  • CƏLLAD • 0.7722%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cəllad
Cəllad və ya Başkəsən — Edam cəzası almış şəxslərin edam edilməsi ilə məşğul olan şəxs. Müasir edam silahları ixtira edilənə qədər Avropa və Asiya ölkələrinin saraylarında cəlladlar saxlanılırdı. Cəlladlar heç vaxt ailə qura bilməzdilər. Onlar bazarda malları pulsuz alırdılar. Bəzən satıcılar onların əlindən pul götürməyə belə çəkinirdilər. Kral saray üçün başqa bir cəllad təyin edərdisə, əvvəlki cəllad yeni cəlladı şəhər əhalisinə tanıtmalıydı.
Qara Cəllad (film, 1971)
Kara Cəllad, Yılmaz Atadeniz'in rejissoru olduğu 1971-ci ildə çəkilən Türk filmidir . == Rollarda == İrfan Atasoy (səs. Əbdurrəhman Palay) Feri Cansel (səs. Nevin Akkaya) Ərol Taş (səs.
Cəlladın cəzası (film, 1945)
Cəlladın cəzası — 1945-ci ildə istehsal olunmuş Misir filmi. == Mövzu == Film gecə klubları, narkotika alveri, qətl və polislərlə dolu qaranlıq bir melodram idi. == Festivallarda == "Cəlladın cəzası" filmi çəkildikdən bir il sonra Kannda göstərilmışdir.
Cəlladlar (Makdonaldın romanı)
Cəlladlar (ing. The Executioners) — Con Dann Makdonald tərəfindən yazılmış və 1957-ci ildə nəşr olunmuş psixoloji triller saspens romanı. Əsərin məzmunu vəkilin həbs edilməsində töhfəsi olduğu cinayətkar tərəfindən təqib edilməsi və işgəncələrə məruz qalması ilə bağlıdır."Cəlladlar" əsəri 1962-ci ildə və yenidən 1991-ci ildə iki dəfə "Qorxu burunu" adı ilə ekranlaşdırılmışdır. Birinci film adaptasiyası romanın məzmununa daha sadiqdir, 1991-ci ildəki adaptasiya isə xeyli dərəcədə daha qəddar və zorakı xarakter daşıyır. == Məzmun == Romanın əsas süjeti savadsız, qəddar təcavüzçü Maks Kedini cinayət başında yaxalayan Sem Bouden adlı vəkil ilə bağlıdır. Bouden daha sonra onun əleyhinə ifadə verir. Münsiflər heyəti Kedini günahkar hesab edir və Kedi on dörd il müddətinə həbsxanaya göndərilirş O, burada Boudenin onu bilərəkdən həbsxanaya göndərdiyinə görə ona qarşı qəzəb və nifrət ilə alovlanan obsessiv bir kin inkişaf etdirir və ona qulluq edir. Kedi şərti azadlığa buraxıldıqdan sonra Bouden və ailəsini təqib etməyə başlayır. O, nəinki qisas almaq, həm də Boudenin sahib olduqları şeylərə, xüsusən də Boudenin yeniyetmə qızına həsəd aparmağa başlayır. Kedinin vendettası yavaş-yavaş ailəni təqib etməkdən və qıcıqlandırmaqdan ailəsinə yaxın hesab etdiyi insanları öldürməyə cəhd göstərməyə qədər yüksəlir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.71 dəfə / 1 mln.
2003 •••••• 0.79
2004 ••• 0.34
2006 •••• 0.45
2007 •••• 0.42
2009 •••••••••• 1.28
2010 •• 0.18
2011 •••••• 0.77
2012 •• 0.26
2013 ••••••••••••• 1.60
2014 ••• 0.34
2015 ••• 0.34
2016 •••••• 0.69
2017 •••• 0.49
2019 •••••••••• 1.25
2020 •••••••••••••••••••• 2.65

cəllad sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Ölüm hökmünü icra edən adam. [Xan] cəllad çağırıb əmr elədi ki, Alı kişinin boynunu vursun. “Koroğlu”. …Başım cəllad əlində; Dilim səni haraylar. (Bayatı). 2. məc. Qaniçən, qəddar, mərhəmətsiz adam. [Rəhim:] Mahmud cəlladın biridir, arvadı ondan bədtər. Ə.Haqverdiyev. [Dərviş:] O baxış öylə bir baxış idi ki, cəllad görsə idi, xəncərini yerə atardı. A.Divanbəyoğlu. 3. məc. klas. Gözəlin məftunedici qaşlarına, gözlərinə işarə. Siz bilin, mail oldum; Bir qaşı cəllada bu gün. Aşıq Ələsgər.

    Azərbaycan dilinin izahlı lüğəti / cəllad

cəllad sözünün etimologiyası

cəllad sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 CƏLLAD [Xan:] Cəllad çağırıb əmr elədim ki, Alı kişinin boynunu vursun (“Koroğlu”); BAŞKƏSƏN Salman: Mən o evyıxanları, o başkəsənləri deyirəm ki.. quzğun kimi tökülüblər Koreyaya (Mir Cəlal); MİRQƏZƏB Mollayev bir gün mehriban görünür, adamı tərifləyib göyə qaldırır, o biri gün mirqəzəb kimi başını korş balta ilə kəsir (M.Hüseyn).

    Azərbaycan dilinin sinonimlər lüğəti / cəllad

cəllad sözünün rus dilinə tərcüməsi

  • 2 I сущ. палач: 1. человек, который приводит в исполнение приговор о смертной казни, производит пытки 2. перен. жестокий мучитель, угнетатель, тиран. Qaniçən cəlladlar кровожадные палачи, mənfur cəllad ненавистный палач, muzdlu cəllad наёмный палач, faşist cəlladları фашистские палачи II прил. палаческий: 1. принадлежащий палачу, относящийся к нему. Cəllad baltası палаческий топор 2. перен. жестокий, зверский. Cəllad qanunları палаческие законы 3. в классической поэзии: о пленительных глазах и бровях возлюбленной ◊ cəllad kimi как палач, жестоко, беспощадно, безжалостно; cəllad kötüyü плаха (большая деревянная колода, на которой в старину отсекали голову приговоренного к смертной казни, а также помост, на котором совершалась эта казнь)

    Azərbaycanca-rusca lüğət / cəllad

cəllad sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. executioner, hangman*; məc. butch er; məc. despot; merciless person; brute II. s. (rəhmsiz) cruel; inhuman; (vəhşi) savage; (sərt) brutal; ~ adam a brute, brutal / cruel man*

    Azərbaycanca-ingiliscə lüğət / cəllad

cəllad sözünün fransız dilinə tərcüməsi

  • 1 1) is. bourreau m, exécuteur m, tortionnaire ; məc. boucher m, charcutier m ; məc. despote m, tyran m ; 2) sif. cruel, -le ; inhumain, -e (rəhmsiz) ; sauvage (vəhşi) ; brutal, -e (sərt) ; ~ adam un homme brutal

    Azərbaycanca-fransızca lüğət / cəllad

cəllad sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. жаллатӀ (кьиникьин буйругъ кьилиз акъуддай кас); 2. пер. гзаф залум, къансар, инсандин иви хъвадай, мергьяметсуз кас; 3. пер. клас. гуьзелдин иер, аквадамаз гьейран жедай вилериз, рацӀамриз ишара.

    Azərbaycanca-ləzgicə lüğəti / cəllad

cəllad sözünün türk dilinə tərcüməsi

cəllad sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) ölüm hökmünü yerinə yetirən; 2) m. zalım, zülmkar.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"cəllad" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#cəllad nədir? #cəllad sözünün mənası #cəllad nə deməkdir? #cəllad sözünün izahı #cəllad sözünün yazılışı #cəllad necə yazılır? #cəllad sözünün düzgün yazılışı #cəllad leksik mənası #cəllad sözünün sinonimi #cəllad sözünün yaxın mənalı sözlər #cəllad sözünün əks mənası #cəllad sözünün etimologiyası #cəllad sözünün orfoqrafiyası #cəllad rusca #cəllad inglisça #cəllad fransızca #cəllad sözünün istifadəsi #sözlük