cəncəl sözü azərbaycan dilində

cəncəl

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • cəncəl • 87.5000%
  • Cəncəl • 10.7143%
  • CƏNCƏL • 1.7857%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2006 •••••••••••••••••••• 0.23

cəncəl sözünün leksik mənası və izahı

  • 1 1. sif. Qarışıq, dolaşıq, davalı, qalmaqallı, şər. [Dilara Ağagülə:] Nə üçün bütün bu cəncəl işlərdə gərək həmişə sən iştirak eləyəsən? Ə.Məmmədxanlı. Fotoqraf… özünü cəncəl işlərdən uzaq tuturdu… S.Vəliyev. 2. Davakar, qalmaqalçı, öcəşkən, böhtançı, şər. Cəncəl adam. – [Mürşüd:] Sadığı gözləyirəm, bəs necə? O yazıq da mənim kimi düşmüşdü bir cəncəl arvadın əlinə, güclə yaxasını qurtardı. S.Rəhman. [Çiyələk Hidayətə:] Cəncəl müştəri görməmisən… B.Bayramov. // is. Dava, qalmaqal, qovğa, mübahisə. [Pəri Bəhrama:] Yenə nə olub, Saranın əhvalındanmı əhvalın qarışıb? C.Cabbarlı. Bunun nigahında da cəncəldən başqa bir şey görmədim. S.Rəhimov. [Zülfüqar:] Rayona təzə gəlmişəm, aqronomam. Sizin camaatın cəncəlini kəsməyə gəlmişəm. B.Bayramov. □ Cəncəl çıxartmaq – səbəbsiz yerə dava salmaq, qalmaqal salmaq, qovğa salmaq. [Baxşı:] Canım, bir şey yoxdur, biz hələ burada çalıb oynayırdıq, bu oğlan gəldi, cəncəl çıxartdı. C.Cabbarlı. [Cəmilə] özilə həyat yoldaşı olacaq bir adamın … ictimai bir yerdə cəncəl çıxarıb xuliqanlıq etməsinə bir məna verə bilməyirdi. S.Hüseyn. Cəncəl eləmək (salmaq) – dava eləmək (salmaq), qalmaqal salmaq. [Məşədi İbad Həsənqulu bəy və Həsən bəyə:] Cəncəl eləmək neyçün? Kişinin hamamında iki saatdır ki, çimibsiniz… Ü.Hacıbəyov. Cəncələ salmaq – davaya salmaq, qalmaqala salmaq, pis, xoşagəlməz bir işə salmaq. [İmamyar Türbətə:] Axır bilirəm, siz məni bir cəncələ salacaqsınız. C.Cabbarlı.

    Azərbaycan dilinin izahlı lüğəti / cəncəl

cəncəl sözünün sinonimləri (yaxın mənalı sözlər)

cəncəl sözünün rus dilinə tərcüməsi

  • 1 путаница, кляуза

    Azərbaycanca-rusca lüğət / cəncəl
  • 2 I прил. 1. скандальный: 1) постоянно устраивающий скандалы, склонный к ссорам, сварливый. Cəncəl adam скандальный человек 2) свойственный, присущий такому человеку. Cəncəl xasiyyət скандальный характер 2. кляузный (содержащий в себе кляузу – лживую, мелочную жалобу, наговор). Cəncəl iş кляузное дело 3. запутанный, каверзный, спорный. Cəncəl məsələ запутанный вопрос II сущ. 1. скандал (ссора, сопровождающаяся криками, шумом, дракой); дебош 2. разг. передряга (неприятное, хлопотливое, затруднительное дело, положение) 3. путаница (нечто запутанное, неясное) 4. затруднение, неловкое, трудное положение; cəncələ düşmək: 1. попасть в передрягу (в неприятное, затруднительное положение); 2. попасть как кур во щи (в неожиданную беду, неприятность); cəncəldən qurtarmaq выйти из неприятного, затруднительного положения; cəncəl eləmək (salmaq, çıxartmaq) устроить (поднять) скандал (дебош); cəncələ salmaq kimi впутать кого-л. в неприятное дело

    Azərbaycanca-rusca lüğət / cəncəl

cəncəl sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. muddle, mess, tangle; (dolaşıqlıq) mish-mash, jumble; cavil, slander; ~ə salmaq to be* tangled in lies; to entangle (oneself); ~ə düşmək to get* into a muddle; ~ salmaq (şər atmaq) to slander smb.; Bizi bu cəncələ kim saldı? Who got us into this mess? II. s. tangled, muddled up, difficult; captious, pettifogging; (pırtlaşıq) intricate; (qarışıq) involved; ~ iş captious case, intricate business, tangled knot; ~ məsələ an intricate problem

    Azərbaycanca-ingiliscə lüğət / cəncəl

cəncəl sözünün fransız dilinə tərcüməsi

  • 1 1) is. scandale m, grabuge m ; mésaventure f ; confusion f, méli-mélo m ; imbroglio m ; ~ə salmaq entraîner (və ya mêler) qn dans une mésaventure ; ~ə düşmək avoir un scandale ; ~ salmaq (şər atmaq) calomnier vt, diffamer vt ; Bizi bu ~ə kim saldı? Qui nous a entraînés dans ce scandale? ; 2) sif. scandaleu//x, -se ; compliqué, -e ; difficile ; délicat, -e ; embarrassant, -e ; sophistiqué, -e

    Azərbaycanca-fransızca lüğət / cəncəl

cəncəl sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. женжел, акахьай, къал квай, шер (мес. кар); 2. къал квай, дявекар, гьуьжетчи, шер, буьгьтенчи (мес. кас); 3. дяве, къалмакъал, гьуьжет; cəncəl çıxartmaq са себебни авачиз къал ттун, дяве ттун; cəncəl eləmək (salmaq) дяве авун (ттун), къал ттун (кутун); cəncələ salmaq женжелдик кутун, женжелда ттун, пис (хушуниз текъвер) са кардик кутун.

    Azərbaycanca-ləzgicə lüğəti / cəncəl

"cəncəl" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#cəncəl nədir? #cəncəl sözünün mənası #cəncəl nə deməkdir? #cəncəl sözünün izahı #cəncəl sözünün yazılışı #cəncəl necə yazılır? #cəncəl sözünün düzgün yazılışı #cəncəl leksik mənası #cəncəl sözünün sinonimi #cəncəl sözünün yaxın mənalı sözlər #cəncəl sözünün əks mənası #cəncəl sözünün etimologiyası #cəncəl sözünün orfoqrafiyası #cəncəl rusca #cəncəl inglisça #cəncəl fransızca #cəncəl sözünün istifadəsi #sözlük