cərrahlıq sözü azərbaycan dilində

cərrahlıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • cərrahlıq • 74.8031%
  • Cərrahlıq • 25.1969%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cərrahlıq
Cərrahiyyə (cərrahlıq) — xəstəliklərin açıq cərrahi üsulları ilə müalicəsi, habelə tibb elminin xəstəliklərin əməliyyat yolu ilə müalicə üsullarından bəhs edən şöbəsi. == Etimologiya == Bəzi dilçilər "cərrah" sözünün ərəb dilindən gəldiyini və ərəbcə "cırma, yırtma, kəsmə" anlamına gəldiyini yazır. Ancaq "cır- / yar- / yırt-" kökü bütün türk dillərində də mövcuddur. == Tarix == Azərbaycanda kliniki cərrahiyyənin ilk inkişaf tarixi Bakı Universitetinin və onun tibb fakültəsinin yaradılması (1920) ilə əlaqədardır. Universitetin təşkilində böyük əməyi olan professor V. İ. Razumovski Rusiyanın görkəmli klinisist cərrahı idi. Təhsil ocağına ilk tələbə qəbulu 25–30 nəfər olmuşdu. Cərrahiyyə üzrə təhsil isə 1922–1923-cü illərdə başlamışdır. Həmin dövrdə milli kadrlar olmadığından yaradılmış cərrahiyyə kafedralarının müdirləri Rusiyadan dəvət olunmuşdular (professorlar Okinşeviç, B. Finkelşteyn və s). Hospital cərrahiyyəsi kafedrasında (müdiri B. Finkelşteyn) birinci assistent azərbaycanlı M. Mirqasımov olmuşdur. İlk illər universitetin kliniki bazalarının yararsızlığı və eləcə də peşəkar cərrah kadrlarının azlığı geniş cərrahi xidmətin yaradılmasına imkan verməmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.37 dəfə / 1 mln.
2003 •••••• 0.39
2004 •••••••••• 0.67
2005 •••••••••• 0.67
2006 •••• 0.23
2007 •••• 0.21
2008 •••••••• 0.49
2009 ••••• 0.32
2010 •••• 0.27
2011 •••••••• 0.51
2012 •••• 0.26
2013 ••• 0.15
2014 •••••••••••••••••••• 1.37
2017 ••• 0.16
2018 ••••• 0.30
2019 ••••• 0.28
2020 •••••••••••• 0.80

cərrahlıq sözünün leksik mənası və izahı

  • 1 is. 1. Xəstəliklərin operasiya üsulları ilə müalicəsi, habelə tibb elminin, xəstəlikləri operasiya yolu ilə müalicə üsullarından bəhs edən şöbəsi. Tibb institutunun cərrahlıq fakültəsi. Göz cərrahlığı (göz xəstəliklərinin operasiya üsulu ilə müalicəsi). // Cərrahlığa aid olan, cərrahlıqla bağlı olan. Cərrahlıq təcrübəsi. Cərrahlıq klinikası. – Son dərəcə müxtəlif olan zədələnmələrin öyrənilməsi cərrahlıq sahəsinə aid olduğu üçün bu amillərin orqanizmə ancaq ümumi təsirini nəzərdən keçirək. “İnsan nədən xəstələnir”. // Operasiya əməliyyatlarında istifadə edilən. Cərrahlıq alətləri. Cərrahlıq qayçısı. // Operasiya ilə həyata keçirilməli olan; operasiyalıq. On beş gün keçməmiş xəbər gəldi ki, Zahidin xəstəliyi bərkdir, cərrahlıq işi var. Mir Cəlal. 2. Cərrahın işi, peşəsi, sənəti, ixtisası. Cərrahlıqla məşğul olmaq. Cərrahlıq çətin sənətdir.

    Azərbaycan dilinin izahlı lüğəti / cərrahlıq

cərrahlıq sözünün rus dilinə tərcüməsi

  • 1 1. хирургия; 2. хирургический;

    Azərbaycanca-rusca lüğət / cərrahlıq
  • 2 I сущ. 1. см. cərrahiyyə; cərrahlıq fakültəsi факультет хирургии, cərrahlıq kafedrası кафедра хирургии 2. работа, должность, специальность хирурга II прил. см. cərrahiyyə II: 1. относящийся к хирургии, связанный с хирургией. Cərrahlıq təcrübəsi хирургическая практика, cərrahlıq klinikası хирургическая клиника 2. используемый при операциях. Cərrahlıq alətləri хирургические инструменты

    Azərbaycanca-rusca lüğət / cərrahlıq

cərrahlıq sözünün inglis dilinə tərcüməsi

cərrahlıq sözünün fransız dilinə tərcüməsi

cərrahlıq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. жерягьвал, хирургия; // жерягьвилин, хирургвилин; хирургиядин; cərrahlıq təcrübəsi жерягьвилин тежриба; 2. жерягьвал, хирургвал.

    Azərbaycanca-ləzgicə lüğəti / cərrahlıq

"cərrahlıq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#cərrahlıq nədir? #cərrahlıq sözünün mənası #cərrahlıq nə deməkdir? #cərrahlıq sözünün izahı #cərrahlıq sözünün yazılışı #cərrahlıq necə yazılır? #cərrahlıq sözünün düzgün yazılışı #cərrahlıq leksik mənası #cərrahlıq sözünün sinonimi #cərrahlıq sözünün yaxın mənalı sözlər #cərrahlıq sözünün əks mənası #cərrahlıq sözünün etimologiyası #cərrahlıq sözünün orfoqrafiyası #cərrahlıq rusca #cərrahlıq inglisça #cərrahlıq fransızca #cərrahlıq sözünün istifadəsi #sözlük