cəzalandırmaq sözü azərbaycan dilində

cəzalandırmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • cəzalandırmaq • 99.3277%
  • Cəzalandırmaq • 0.5042%
  • CƏZALANDIRMAQ • 0.1681%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.96 dəfə / 1 mln.
2003 ••••••• 1.57
2004 ••••••••••••••• 3.37
2005 ••• 0.67
2006 •••••••••••••••••••• 4.50
2007 ••••••••• 1.90
2008 •••• 0.73
2009 •••••••••• 2.08
2010 ••••••••• 1.82
2011 •••••• 1.29
2012 •••••••••• 2.15
2013 ••••••••••••• 2.77
2014 •••••••••••••• 3.09
2015 ••••••••••• 2.38
2016 ••••• 1.04
2017 •••••••• 1.63
2018 •• 0.45
2019 •••••••• 1.67
2020 •••••••••••• 2.65

cəzalandırmaq sözünün leksik mənası və izahı

  • 1 f. Cəza vermək, cəzaya məhkum etmək, cəzaya layiq olanın cəzasını həyata keçirmək. [Firəngiz Şahinə:] Əgər günahının əzabını çəkmisənsə, səni ikinci dəfə cəzalandırmaq insafsızlıq olar. B.Bayramov.

    Azərbaycan dilinin izahlı lüğəti / cəzalandırmaq

cəzalandırmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 CƏZALANDIRMAQ [Pavluşa:] Qoy təşkilat məni cəzalandırsın (M.S.Ordubadi); AŞININ SUYUNU VERMƏK (fr.v.) Bəhmənin əlləri gicişirdi. Əgər bu həyasız kişi Qəni əminin doğma oğlu olmasaydı ayaqlarının altına yıxıb, onun aşının suyunu verərdi (H.Abbaszadə); ATASINI YANDIRMAQ Xəlil: Qoy bir işlərim yoluna düşsün, men onun atasını necə yandıraram, özüm bilirəm (M.Hüseyn); BURNUNU OVMAQ İbrahim xan: Kəlbəli qudurub, məni tanımaq istəmir. Onun burnunu ovmaq lazımdır (Çəmənzəminli); DƏRİSİNİ SOYMAQ (fr.v.) Aslan bəy: Tarverdi get uşaqlara söylə ki, odun yığıb qayanın başında bir çıraqban etsinlər ki, bütün mahal işığını görməsə, dərilərin soyaram (C.Cabbarlı); DİVAN TUTMAQ Kosaoğlu: İndiyə qədər men üzüyumşaqlıq eləmişəm, bundan sonra kolxozun işinə mane olanlara divan tutmaq mənim boynuma! (İ.Şıxlı); GÖNÜNÜ ALMAQ Ağa Kərim: Tez ol, yoxsa, vallah, gönünü allam (N.Vəzirov); GÖNÜNÜ SOYMAQ (fr.v.) Yaxşı: Qaynım.. mənim gönümü soyardı (C.Cabbarlı); QULAQBURMASI VERMƏK Mirzə Əsgər: Lazımdır ki, bir qulaqburması verib, sonra bir iş üstə qoyasız, bikar gəzməsin (N.Vəzirov); TƏNBEH ETMƏK (ELƏMƏK) Mürtəzaqulu xan: Amma gərək Ağa Məhəmməd əsir olub əlimə keçə, and olsun Allaha, ona bir elə tənbeh edəcəyəm ki, min baş kəsmiş cəllad ağlasın.. (Ə.Haqverdiyev).

    Azərbaycan dilinin sinonimlər lüğəti / cəzalandırmaq

cəzalandırmaq sözünün rus dilinə tərcüməsi

  • 1 наказать, покарать, расправиться, подвергнуть наказанию

    Azərbaycanca-rusca lüğət / cəzalandırmaq
  • 2 глаг. 1. наказывать, наказать (подвергнуть, подвергать наказанию); карать, покарать. Qatili cəzalandırmaq наказать убийцу, müqəssiri cəzalandırmaq наказать виновного, intizamı pozanları cəzalandırmaq наказать нарушителей дисциплины, inzibati qaydada cəzalandırmaq наказать в административном порядке, qanun ciddiliyi ilə cəzalandırmaq наказать со всей строгостью закона 2. репрессировать (подвергнуть репрессии)

    Azərbaycanca-rusca lüğət / cəzalandırmaq

cəzalandırmaq sözünün inglis dilinə tərcüməsi

cəzalandırmaq sözünün fransız dilinə tərcüməsi

cəzalandırmaq sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#cəzalandırmaq nədir? #cəzalandırmaq sözünün mənası #cəzalandırmaq nə deməkdir? #cəzalandırmaq sözünün izahı #cəzalandırmaq sözünün yazılışı #cəzalandırmaq necə yazılır? #cəzalandırmaq sözünün düzgün yazılışı #cəzalandırmaq leksik mənası #cəzalandırmaq sözünün sinonimi #cəzalandırmaq sözünün yaxın mənalı sözlər #cəzalandırmaq sözünün əks mənası #cəzalandırmaq sözünün etimologiyası #cəzalandırmaq sözünün orfoqrafiyası #cəzalandırmaq rusca #cəzalandırmaq inglisça #cəzalandırmaq fransızca #cəzalandırmaq sözünün istifadəsi #sözlük