* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [ər. dükkan və fars. …dar] 1. köhn. bax dükançı. Üç adam bir stolun başında oturub çilov yeyirdi… Onlardan biri onu [Firidunu] bir dükandar, yaxud xırda tacir zənn edərək, ayağa durdu… M.İbrahimov. 2. Dükanda satıcı. [Dadaş:] Biz balaca bir dükandarıq, üzümüz danlağa öyrənibdir… S.Rəhimov. Dükandar irəli yeridi ki: “xahişiniz nədir?” Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / dükandar2 Dükan sahibi. Zöhrənin baxtı açıldı, Boyuna xələt biçildi. Bağlı dükanım açıldı, Gəl ol dükandarım, oğlan! (“Tahir və Zöhrə”)
Azərbaycan dastanlarının leksikası / dükandar