Düyünlər (roman)
"Düyünlər" romanı – stalinizmin ədalətsiz represiyallarına məruz qalmış insan haqqında Süleyman Vəliyevin romanıdır. Roman stalinizmin ədalətsiz repressiyalarına məruz qalmış bir insanın qayıdışından sonra olan taleyini təsvir edir.
== Yazılma tarixi ==
Roman 1966-cı ildə Süleyman Vəliyev tərəfindən Bakı şəhərində qələmə alınmışdır. Əsər stalinizmin ifşasından cəmi 10 il sonra ortaya gəlmişdi. Bakı şəhərində Azərneşr nəşriyyatında 1970-ci ildə ayrı kitab ilə çap olunmuşdu. Bu mövzu ilə əlaqədar Azərbaycan ədəbiyyatında ciddi əsərlərdən biridir. Bu əsər haqsız olaraq məhv edilmiş minlərlə həmvətənlərimizin xatirəsinə qoyulan söz abidəsi idi.
== Süjeti ==
Əsərdə neft mexaniki Vasifə öz qohumu, xalaoğlusu Balaxan, şər atır və onun yazdığı məktub Vasifin taleyini sındırır. Çətinlikləri mərdliklə dəf edən Vasif adamlara inamını itirməmişdir. Lakin Vasifin doğma şəhər dönüşü ilə hər şey öz yoluna düşmür, qarşısında geniş yollar açılmır; o, I yenə də müxtəlif adamlarla qarşılaşır.