* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Yer altında gizlədilmiş, yaxud gizli halda qalan xəzinə. Heydərbaba, səndə dəfinələr var; Dağlar vədiəsi xəzinələr var… Şəhriyar. // məc. Yeraltı sərvət mənasında. Biz açdıq torpağın altında qalmış; Gün üzü görməmiş dəfinələri. S.Vurğun. Çocuq açılmamış bir dəfinədir; İnsan dövlət üçün bir xəzinədir. M.Müşfiq.
Azərbaycan dilinin izahlı lüğəti / dəfinə2 yer altında gizlədilmiş, yaxud gizli halda qalan xəzinə.
Azərbaycan qadın adlarının izahlı lüğəti. / dəfinə3 ə. yerə basdırılıb gizlədilmiş var-dövlət.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / dəfinə1 Ərəbcə dəfn (basdırma) sözündəndir, mədfən sözü ilə qohumdur. “Yerə basdırılmış daş-qaş (xəzinə)” mənasını verir. Dəfnə isə bitki növüdür (“lavr”dır), bakalavr sözü də lavr kəlməsi ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / dəfinə1 [ər.] сущ. хазина (чилик ва я масана кӀевнавай); // пер. сервет (ччилин кӀаник квай).
Azərbaycanca-ləzgicə lüğəti / dəfinə