Dəlinmişyaraq oxlivə
Dəlinmişyaraq oxlivə (lat. Smyrnium perfoliatum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin oxlivə cinsinə aid bitki növü.
== Botaniki təsviri ==
Hündürlüyü 80 sm olan ikiillik çılpaq ot bitkisidir. Kökü yumurtaşəkilli və ya şarşəkilli qalınlaşmışdır. Gövdəsi düz, budaqlanmış, tinləri ensiz qanadlıdır. Kökətrafı yarpaqları saplaqlı, ikiqat və ya üçqat üçər-bölümlü yumurtavari; gövdə yarpaqları oturaq, yumurtavari, əsasında ürəkvari; yuxarı yarpaqları tamdır. Çətiri oturaq və ya saplaq üzərində, 6-10 ədəd şüalıdır. Ləçəkləri yaşılımtıl-sarı rənglidir. Sarğı və sarğıcıqları yoxdur. Meyvələri yumurtavari-şarvari, 3 mm uzunluqda, demək olar ki, qara, parlaq, qabırğalarının arası torvari qırışlıdır.