D-nin sözü azərbaycan dilində

D-nin

Yazılış

  • D-nin • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
D
Latın qrafikalı Azərbaycan əlifbasında 5-ci hərf, 23 samitdən biri. D cingiltili samitdir və kar qarşılığı t samitidir.
Qao Nin
Qao Nin (11 oktyabr 1982, Hebei) — Sinqapuru təmsil edən stolüstü tennisçi. == Karyerası == Qao Nin Sinqapuru 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub. Daha sonra Qao Nin Sinqapuru 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, Komanda turnirində isə 5-ci pillənin sahibi olub. Qao Nin Sinqapuru 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
D-20
D-20 — Sovet (SSRİ) istehsalı olan 152 mm-lik yedəklənən haubiça-topu . İri kaliberli artilleriya silahi olub, sərrast və asma atəşi üçün nəzərdə tutulmuşdur. Maksimal atəş məsafəsi 24000m-dir. Haubiça-topu ikinci dünya müharibəsindən sonra hazırlanmağa başlamış və 1955-ci ildə ordu sıralarında görünmüşdür. == Konstruksiyası == D-20 topu ilk olaraq vertikal işləyən yarımavtomatik pazlı çaxmaq sistemi ilə təhciz olunmuş haubiçadır. Topun atəş qurğusu lülədən, mərmi kamerasından, daraqdan və lülə ucu əyləcdən (tormoz) ibarətdir. Top bir oxlu lafet üzərinə quraşdırılmış və yedəklənəndir. == Döyuş sursatları == Topdan atəş xüsusi hazırlanmış, ayrılıqda mərmi və giliz doldurucusu ilə aparılır. Mərmilər məqsədinə və dağıdıcı qabiliyyətinə görə müxtəlif tiplərə bölünür: Qəlpələnən-fuqaslı ОФ-32 mərmisi. Atış məsafəsi 17400m-dir .
D-30
122 mm-lik D-30 haubitsa — sovet istehsalı olan top. 1963-cü ildə ilk dəfə Sovet ordusunda xidmətə qəbul olunmuşdur. Maksimum atəş məsafəsi 15.4 km-dir. Variantları: 2A18 2A18M 2A18M1 2A31 2A32Üç ədəd dayaq üzərində dayanır və 360 dərəcə çevrilərək atəş aça bilir. Bu toplar hal-hazırda da 60-dan çox ölkənin silahlı qüvvələrində istifadə olunur və istehsalı da davam etdirilir. == Vəzifəsi == Düşmənin açıqda və qorunan yerlərdə olan canlı qüvvəsini məhv etmək; Düşmənin piyada hissələrinin atəş vasitələrini məhv etmək; Düşmənin DZOT və başqa istehkamlarını məhv etmək; Minalanmış ərazilərdə və tikanlı səddlərdə yol acmaq; Düşmənin motomexaniki vasitələri və tankları ilə mübarizə aparmaq.Haubitsa ayrılmış giliz–mərmi doldurulması sistemi ilə qurulmuşdur. Lafetin quruluşu dairəvidir. Haubisa qoşqulu təkərli və qoşqulu tırtıllı texnika ilə atəş zonasına çatdırılır. Normal sürət rəvan yolda 80 km–dır. Habelə lafet qarlı ərazılərdə təkər əvəzinə xizəklə də təmin oluna bilir.
D-8
D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı və ya qısaca D-8 (ing. D-8 Organization for Economic Cooperation, also known as Developing-8) — 8 müsəlman dövlətindən ibarət təşkilat. == Tarixi == D8 Türkiyənin baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə 22 oktyabr 1996-cı ildə İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransı ilə qurulmuşdur. D8 15 iyun 1997 tarixində ölkələrin dövlət və hökumət başçılarının iştirakıyla İstanbulda, Türkiyənin dövr başçılığında rəsmi olaraq toplanmışdır. 15 iyun 2017-ci ildə İstanbulda, Çırağan Sarayında təşkilatın 20 illiyi qeyd edilmişdir. == Hədəf və məqsədləri == Təşkilatın əsaslandığı əsas qarşılıqlı əlaqə prinsipləri: Münaqişələr əvəzinə sülh Mübahisələr əvəzinə dialoq İstismar əvəzinə kooperasiyalar İkili standartlar əvəzinə hüquq Zülm əvəzinə demokratiya Diskriminasiya əvəzinə hüquqi bərabərlik. == Struktur == == Sammitləri == == Baş katibləri == == Ticarət == == Nəqliyyat == == Kənd təsərrüffatı və ərzaq == == Sənaye == == Enerji və minerallar == == Xarici əlaqələr == == İstinadlar == == Həmçinin bax == İslam Əməkdaşlıq Təşkilatı Müsəlman dünyası == Xarici keçidlər == Rəsmi saytı (ing.) Facebookda D8 (ing.) Twitterdə D8 (ing.) Youtubeda D8 (ing.) D8 jurnalının 2014 buraxılışı D8 türkcə rəsmi bloqu (türk.) Necmettin ERBAKAN. "NO:103 Prof. Dr. NECMETTİN ERBAKAN, (D--8) Çırağan Buluşması. 2005" ( (türk.)).
D-Smart
D-Smart — 2006-cı ildə fəaliyyətə başlamış və 10 Fevral 2007-ci ildə istifadəyə verilən, Doğan Yayın Holdinq tərəfindən qurulan və 24 Mart 2018-ci ildə Demirören Holdinqə satılan rəqəmsal yayım platformasıdır. Türksat 3A və Türksat 4A peyklərində yayımlanır. 1 yanvar 2016-cı il tarixinə 85-i HD olmaqla, 270-dən çox yerli və xarici kanala sahib olan, D-Smart Türkiyədə ən çox kanala sahib olan rəqəmsal platformadır. D-Smart özəl kanallarda, VideoGuard şifrələmə sistemindən istifadə edir. D-Smart platformasında, "Hoş Geldin Paketi", "Aile Spor Paketi", "Sinema Dizi Paketi", "Mega Paket" olmaqla 4 əsas paketindən əlavə "Belgeselsever", "Eğlencesever", "Belgeselsever +" "Eğlencesever" və "Sporsever" adında 4 əlavə paket də vardır. == Tarixçəsi == UEFA Çempionlar Liqasının oyunları 2008-2009-cu il mövsümündən etibarən bu platformada yayımlanır və 2014-2015-ci il mövsümünə qədər yayım hüququnu saxlayır. Növbəti mövsüm UEFA Avropa Liqasının yayım hüquqlarını satın aldı. 2014-2015 mövsümünə qədər matçlar da D-Smart-da canlı yayımlanırdı. MTV və Nickelodeon kanalından sonra Türkiyədəki 2011 nəşrlərinin sona çatan müqaviləsi dayandırıldığı üçün D-Smartın hər iki kanalı da Avropada yayımlanır MTV Avropa və Nickelodeon da Avropa kanallarının siyahısına əlavə edildi. Daha sonra Digitürkün Viacom ilə razılaşması səbəbindən platformadakı yayımlara xitam verildi.
D-moll
D-moll — 2018-ci ildə Monteneqroda qurulmuş musiqi qrupu. D-moll qrupu Monteneqronu İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.Onlar Monteneqronun RTCG telekanalının Avroviziya 2019 üçün təşkil etdiyi Montevizija adlı seçim turuna "Heaven" mahnısı ilə qatılmışdırlar. Nəticədə qrup digər rəqiblərini geridə qoyaraq seçim turunun qalibi olmuş və Monteneqronu Avroviziyada təmsil etmək hüququ əldə etmişdir.
D (dəqiqləşdirmə)
D — Latın qrafikalı Azərbaycan əlifbasında 5-ci hərf. D (çay) — çay D (videooyun) — videooyun D (proqramlaşdırma dili) — obyekt-yönlü, imperativ proqramlaşdırma dillərindən biri.
D vitamini
D vitamini (кalsiferol) — yüksək dərəcədə və qısamüddətli olaraq qəbul edildikdə sümüklərdə kalsiumun artmasına səbəb olur. Mütəxəssislər D vitamininin diş və sümüklərin inkişafında çox vacib olduğunu xüsusilə qeyd edirlər. Kərə yağı, süd, pendir, balıq və qaraciyər başlıca olaraq D vitamini qaynağıdır. D vitamini antiraхit vitamini də adlanır. D2 və D3 formalarda rast gəlinir. Erqosterinlərin ultrabənövşəyi şüalarla şüalandırdıqda D vitamininə çevrilir. Balıq yağında, yumurta sarısında, süddə və qara ciyərdə var. Çatışmadıqda кalsium və fosfor mübadiləsi pozulur və uşaqlarda raхit хəstəliyi əmələ gəlir. Gündəliк tələbat 400 beynəlхalq vahidə və ya 10 mкq-a bərabərdir. Beynəlхalq vahid (BV) olaraq erqoкalsiferolun 0,025 miкroqramı qəbul edilmişdir.
Hepatit D
Hepatit D — Viruslu hepatit D (delta, δ), (ing. Hepatitis delta virus, HDV) — hepatit delta virusunun yaratdığı xəstəlik. Hepatit delta virusu ilkin olaraq ağır Hepatit B infeksiyası olan xəstələrdə müşahidə olunur. Hepatit D ilə yoluxma həm hepatit B (koinfeksiya) ilə birlikdə həm də xroniki hepatit B ilə üst-üstə düşə bilər. Hər iki halda xəstələrdə xəstəliyin əlamətləri tək hepatit B olan xəstələrə nisbətən daha qabarıq şəkildə özünü göstərir. Həm hepatit B, həm də hepatit D-yə yoluxmuş xəstələrdə kəskin infeksiya, qaraciyər sirrozunun sürətli inkişafı nəticəsində son mərhələdə qaraciyər xəstəliyinə tutulma ehtimalı daha yüksək olur və xroniki infeksiya halında, hepatoselüler karsinom ehtimalı artır. == Patogeni == Hepatit delta virusu insan və heyvan patogenləri arasında bir sıra ümumi xüsusiyyətlərə malikdir, həm bitki viroidləri, həm də bitki viroidə bənzər satellit RNT-ləri ilə. Bu kiçik RNT tərkibli yoluxucu agent satellik virusdur, çünki o, hüceyrələrdə çoxalması və infeksiyanı inkişaf etdirməsi üçün hüceyrələrin hepatit B virusu ilə yoluxmasını tələb edir (genomunu paketləmək üçün hepatit B zərf zülallarından (S antigenləri) istifadə edir). Delta hepatit virusunun hüceyrə transkriptini tutan primitiv viroid kimi RNT-dən inkişaf etdiyinə dair fərziyyə var. Qanla ötürülən bu patogen qaraciyərdə çoxalır və tez-tez həm primatlarda, həm də primat olmayan məməlilərdə kəskin hepatitə səbəb olur.
Kanal D
Kanal D — 1993-cü ildə İstanbulda fəaliyyətə başlamış Türkiyənin özəl televiziya kanallarından biri. Hazırda "Dəmirörən Holdinq" şirkətinə məxsusdur. == Tarixçə == "Kanal D" Ayxan Şəhənk - Aydın Doğan ortaqlığı ilə təsis edilmişdir. O dövrdə Türkiyədə Interstar, Show TV, Flash TV, HBB, Kanal 6, Samanyolu TV, TGRT və ATV olmaqla 9 özəl-ümumrespublika telekanalı var idi. 10-cu ümumrespublika telekanalı olan "Kanal D" 1993-cü il sentyabrın 16-da test yayımına başlamış, 1993-cü il dekabrın 19-da isə əsas yayıma keçmişdir. Kanalın səhmləri 1994-cü ildə Aydın Doğana verilmişdi. Həmin il kanalın loqotipi də dəyişdi. 2004-cü ildə rəqəmsal yayıma keçmişdir. Baş qərargahı Almaniyada olan Euro D, kanalın, Türkiyə xaricindəki ilk şöbəsidir. Kanalın ikinci şöbəsi isə Rumıniyada yerləşir.
BMT-nin bayrağı
Birləşmiş Millətlər Təşkilatının bayrağı — 20 oktyabr 1947-ci ildə qəbul edilmiş, açıq mavi fonun mərkəzində yerləşdirilmiş ağ BMT emblemindən ibarət Birləşmiş Millətlər Təşkilatının bayrağı. == Tarixi == Birləşmiş Millətlər Təşkilatının bayrağının tarixi 1945-ci ilin aprelində ABŞ-nin Strateji Xidmətlər Ofisinin Nümayəndəlik şöbəsi tərəfindən hazırlanmış bir gerbi ilə başlayır. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini hazırlayan və qəbul edən San-Fransisko Konfransı üçün emblem hazırlamaq istəyinə cavab olaraq hazırlanmışdır. San-Fransisko Konfransı emblemi, mərkəzdə Şimal qütbü ilə dünyanın dairəvi xəritəsi idi. Xəritə 60-cı paralel cənubda, Qrinviçin 100-cü meridian qərbindən aşağıya doğru uzanır. 7 dekabr 1946-cı ildə baş katib, eskizin Birləşmiş Millətlər Təşkilatının rəsmi möhürü və gerbi kimi təsdiqlənməsinin arzu olunacağını və Assambleyanın San-Fransisko üçün eskizini təsdiqləndiyini bildirdi. == Bayrağın istifadəsi == Bayraq Birləşmiş Millətlər Təşkilatına və onun işinə dəstək nümayiş etdirmək üçün sərbəst şəkildə nümayiş oluna bilsə də, Birləşmiş Millətlər Təşkilatının gerbi, adı və ya baş həriflərinin istifadəsi Baş Assambleyanın 1946-cı ildə qəbul edilmiş 92 (I) saylı qətnaməsinin müddəaları ilə məhdudlaşır. Bu qətnamədə Assambleya, Birləşmiş Millətlər Təşkilatının möhürü və emblemindən sui-istifadə hallarının qarşısının alınması üçün Baş katibin icazəsi olmadan istifadə edilməməsi qərara alındı. Birləşmiş Millətlər Təşkilatının gerbindən istifadə etmək istəyən hər kəs, İcra katibi, Nəşriyyat Şurası, İctimai İnformasiya Departamenti və Birləşmiş Millətlər Təşkilatı ABŞ-yə rəsmi yazılı sorğu göndərməlidir.
ABŞ-nin ştatları
ABŞ ştatları — Öz suverenliyni ABŞ federal hökuməti ilə bölüşən 50 inzibati ərazi vahidinin hər biri. Hər bir ştat öz suverenliyini federal hökumət ilə bölüşdüyü üçün Amerika vətandaşları həm ABŞ-nin, həm də yaşadığı ştatın vətəndaşı sayılır. Ştat vətandaşlığı və ya oranın sakini olma şərtidir və ştatlararası yerdəyişmə üçün heçbir xüsusi icazə tələb olunmur (əksini göstərən məhkəmə əmri yoxdursa). Ştatların əhalisi müxtəlif ola bilir (məs. Vayominq — 600 000, Kaliforniya 38 mln.) Ştatlar qraflıqlara və ya buna bərabər inzibati ərazi vahidlərinə bölünür. Qraflıqlar heçbir suverenliyə malik deyillər. Bu bölgü hər ştatda müxtəlifdir. Hər bir ştatın öz konstitusiyası vardır. ABŞ Konstitusiyasına ratifikasiya etməklə, ştatlar öz məhdud suverenliklərini bu konstitusiya vasitəsi ilə federal hökumətə köçürülür. Tarixən hüquq-mühafizə, ictimai təhsil, səhiyyə, nəqliyyat və infrastruktur əsasən ştatların məsuliyyətində olub, lakin federal hökumətin bütün bu sahələrdə də nəzərəçarpan maliyyələşdirməsi və nəzarəti mövcuddur.
ABŞ-nin əraziləri
ABŞ-nin əraziləri ABŞ federal hökumətinin nəzarət etdiyi inzibati-ərazi vahididir. Onlar məhdud suverenliyə malik ABŞ ştatları və yerli amerikalı qəbilələrindən fərqlidirlər. Ərazilər inkorporativliyinə və ABŞ Konqresinin qəbul etdiyi orqanik akta əsasən "mütəşkil" bir hökumətin varlığına görə təsnif edilir.Hal-hazırda ABŞ Karib dənizində və Sakit Okeanda on altı əraziyə malikdir. Beşi (Amerika Samoası, Quam, Şimali Marian adaları, Puerto-Riko və ABŞ Vircin adaları) daimi məskunlaşmış, qeyri-inkorporativ ərazidir; digər on bir ərazi yerliləri (və ya daimi əhalisi) olmayan kiçik ada, atoll və riflərdir. Bu on bir dənədən yalnız biri (Palmira rifi) inkorporativ ərazi kimi təsnif edilir. İki ərazi (Baxo-Nueva və Serranilla bankəsi) de-fakto Kolumbiya tərəfindən idarə olunur.Tarixən, ərazilər yeni əldə edilmiş torpaqları idarə etmək üçün yaradılmışdır. Bir çox ərazi nəticədə ştatlığa çevrildilər. Filippin, Mikroneziya Federativ Ştatları, Marşall adaları və Palau kimi müəyyən vaxt ərzində ABŞ tərəfindən idarə olunan digər ərazilər nəticədə daha sonra müstəqil ölkələr oldular. ABŞ-nin bir çox mütəşəkkil inkorporativ əraziləri 1789-cu ildən 1959-cu ilə qədər mövcud olmuşdur. Şimal-qərb və Cənub-qərb əraziləri ilk və Alyaska Ərazisi və Havay Ərazisi sonuncu olmuşdu.
AXC-nin Lənkəran əməliyyatı
Lənkəran əməliyyatı (1919) — Azərbaycanın cənub bölgəsində ölkənin ərazi bütövlüyünün təmin edilməsi üçün AXC ordu hissələrinin 1919-cu ilin avqustunda həyata keçirdiyi hərb əməliyyat. == Əməliyyatın səbəbləri və hazırlanması == Ölkənin cənub bölgəsi hələ Azərbaycanın müstəqilliyinin elan edilməsindən əvvəl bolşeviklərin, sonra isə ağ qvardiyaçı qüvvələrin nəzarətində olduğundan, orada hərbi əməliyyat keçirilməsi zəruri idi. 1919-cu il, iyulun sonu, avqustun əvvəllərində Lənkəran bölgəsinə hərbi qüvvə yeritmək imkanı yarandı. Bu məqsədlə xüsusi dəstə yaradıldı, general-mayor Həbib bəy Səlimov dəstənin komandiri təyin edildi. 1919-cu il, avqustun 4-də hərbi nazir Səməd bəy Mehmandarov Lənkərana qoşun dəstəsi göndərilməsi haqqında əmr imzaladı. Əmrə görə dəstə Hacıqabul, Salyan, Xol-Təklə (Pokrovsk), Prişib (Göytəpə) marşrutu ilə Lənkəran qəzasına doğru hərəkət etməli, bölgədə olan silahlı dəstələr neytrallaşdırmalı və onları tərk-silah etməli idi. Lənkəran əməliyyatının başlanması ərəfəsində hərbi nazir Səməd bəy Mehmandarov əhaliyə müraciət etdi və onları silahları təhvil verməyə dəvət etdi. Hərbi nazirin əmrinə əsasən hərbi qruplaşmalar 1919-cu ilin avqustun 12-də Hacıqabul məntəqəsində toplaşdılar. Hərbi qruplaşmaya V Bakı Piyada alayı, III Şəki süvari alayı, II yüngül topçu, VI dağ topçu və əlahiddə qaubitsa batareyaları, istehkam taqımı və zirehli maşınlar taqımından ibarət idi. == Əməliyyatın başlanması == Dəstə avqustun 14-ü hərəkətə başladı və ertəsi günü Salyana çatdı.
Azərbaycan SSR-nin himni
Azərbaycan Sovet Sosialist Respublikası himni — 1944–1992-ci illərdə Azərbaycan SSR-nin dövlət himni. == Ümumi məlumat == Himnin musiqisi Üzeyir Hacıbəyova, sözləri isə Səməd Vurğun , Süleyman Rüstəm və Hüseyn Arifə məxsusdur. 1978-ci ildə himnin sözlərində müəyyən dəyişikliklər edilmiş, həmçinin İosif Stalin haqdakı sözlər mətndən çıxarılmışdır.
BMT-nin Baş Qərargahı
Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahı və ya BMT-nin Baş Qərargahı — Nyu-York şəhərində yerləşən BMT-yə aid bina kompleksi. Planı Volles Harrisonun rəhbərlik etdiyi heyət tərəfindən hazırlanıb və Harrison & Abramovits memarlıq şirkəti tərəfindən inşa edilib. Kompleks 1952-ci ildə inşası başa çatdıqdan sonra BMT-nin rəsmi baş qərargahı kimi fəaliyyət göstərib. Manhettenin Tertl Bey məhəlləsində, İst-River çayına baxan 17–18 akr (6.9–7.3 hektar) ərazidə yerləşir. Qərbində Birinci Xiyaban, cənubunda 42-ci küçə, şimalında 42-ci küçə, şərqində isə İst-River çayı yerləşir. "Tertl Bey" ifadəsi bəzən BMT-nin Baş Qərargahı və ya bütövlükdə BMT-yə münasibətdə metonimiya kimi işlənir.Baş Qərargahda Baş Məclis və Təhlükəsizlik Şurası da daxil olmaqla BMT-nin əsas qurumları yerləşir, Beynəlxalq Ədalət Məhkəməsi isə Haaqadadır. BMT-nin üç əlavə, köməkçi, regional qərargahı, başqa sözlə qərargah bölgələri də var. Bunlar 1946-cı ildə Cenevrədə (İsveçrə), 1980-ci ildə Vyanada (Avstriya) və 1996-cı ildə Nayrobidə (Keniya) açılmışdır. Bu əlavə ofislər BMT-nin maraqlarını təmsil edir, diplomatik fəaliyyətə kömək edir və müəyyən eksterritorial imtiyazlara malikdir, lakin əsas orqanların yerlərini tutmur. Nyu-Yorkda yerləşsə də, Birləşmiş Millətlər Təşkilatının qərargahının yerləşdiyi torpaq və tutduğu bina sahələri ABŞ hökumətinin deyil, Birləşmiş Millətlər Təşkilatının təkbaşına nəzarətindədir.
BMT-nin rəsmi dilləri
BMT-nin rəsmi dilləri — Birləşmiş Millətlər Təşkilatının iclaslarında istifadə edilən və bütün rəsmi BMT sənədlərinin tərtib olunduğu altı rəsmi dil. Əlifba sırası ilə bunlara daxildir: Çin dili (Sadələşdirilmiş Çincə Mandarin Çin dili) Ərəb dili (ərəb ədəbi dili) Fransız dili İngilis dili (İngilis dilinin Britaniya variantı Oksford orfoqrafiyası ilə) İspan dili Rus dili == Haqqında == Yuxarıda qeyd edilən dillərdən müxtəlif BMT qurumlarının, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin (Prosedur qaydaların 51-ci maddəsinə müvafiq olaraq), İqtisadi və Sosial Şuranın və Təhlükəsizlik Şurasının (Prosedur qaydaların 41-ci maddəsinə müvafiq olaraq) iclaslarında istifadə olunur. Hər dövlətin nümayəndəsi bu altı dildən hər hansı birində çıxış edə bilər; digər dildə çıxış etdiyi halda, onun çıxışı qeyd edilən altı dildən birinə tərcümə olunur. BMT özünün tərcümə xidmətləri vasitəsilə bir rəsmi dildən digər beş rəsmi dilə sinxron tərcüməni təmin edir. Rəsmi dillərdən, həmçinin rəsmi sənədlərin yayımlanması zamanı da istifadə olunur. Altı dildə olan mətnlərin hər biri, adətən, eyni hüquqi qüvvəyə malik olmaqla autentik hesab edilirlər. Birləşmiş Millətlər Təşkilatının Katibliyində işçi dillər aşağıdakılardır: ingilis və fransız dili.BMT beş rəsmi dilə kifayət qədər yer vermədiyinə, ingilis dilindən daha çox istifadə etdiyinə görə zaman-zaman tənqidlərə məruz qalırdı. İspandilli üzv dövlətlər 2001-ci ildə bu məsələni rəsmi olaraq Baş katibin diqqətinə çatdırdılar. Məsələ ilə bağlı Baş katib Kofi Annan altı rəsmi dilin tam bərabərliyini mövcud büdcə ilə təmin edə bilməyəcəklərini söyləsə də, dillər arasındakı balansı qorumağın əhəmiyyətli olduğunu da vurğulamışdı. Baş Məclisin 2008 və 2009-cu illərdə qəbul etdiyi qərarlar Katibliyi, xüsusən də ictimai məlumatların yayımlanması zamanı altı rəsmi dilin bərabərliyinə hörmət etməyə çağırırdı.Baş Məclis BMT-də insan resurslarının idarə edilməsinə dair 8 iyun 2007-ci il tarixli qərarlarında "Birləşmiş Millətlər Təşkilatının altı rəsmi dilinin bərabərliyinin vacibliyini" vurğulamış və Baş katibdən tələb etmişdi ki, "müvafiq vəzifə üçün xüsusi işçi dil tələb edilmədiyi təqdirdə vakansiya elanlarında Katibliyin işçi dillərindən hər hansı birinə ehtiyacın müəyyənləşdirilməsini təmin etsin".
BMT-nin İnkişaf proqramı
BMT-nin İnkişaf proqramı və ya BMTİP — Birləşmiş Millətlər Təşkilatının qlobal inkişaf şəbəkəsidir. Dəyişikliklərin tərəfdarıdır və insanları özləri üçün daha yaxşı bir həyat qurmaları üçün ölkələri bilik, təcrübə və qaynaqlarla əlaqələndirir. Ən az inkişaf etmiş ölkələrə göstərilən yardımlara diqqət artırmaqla inkişaf etməkdə olan ölkələrə ekspert məsləhətləri, təlim və qrant dəstəyi verir. Xalqlar arasında texniki və investisiya əməkdaşlığına təşviq edir. Qərargahı Nyu-Yorkda yerləşir, BMTİP statusu Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasındakı idarə heyətidir. BMTİP Administratoru, Birləşmiş Millətlər Təşkilatının Baş katibi və Baş katib müavinlərindən sonra üçüncü ən yüksək vəzifəli şəxsdir.BMTİP tamamilə BMT üzvü olan ölkələrin könüllü töhfələri hesabına maliyyələşdirilir. Təşkilat 177 ölkədə fəaliyyət göstərir və burada inkişaf problemlərini həll etmək və yerli potensialı inkişaf etdirmək üçün yerli hökumətlərlə işləyir. Ölkələrə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün beynəlxalq səviyyədə çalışır. BMTİP, 2015-ci ildən sonrakı İnkişaf Gündəliyinin hazırlanmasında iştirak edən BMT-nin əsas qurumlarından biri idi. DİM-ləri həyata keçirmək və qlobal inkişafı təşviq etmək üçün BMTİP yoxsulluğun azaldılması, HİV / AİDS, demokratik idarəetmə, enerji və ətraf mühit, sosial inkişaf və böhranın qarşısının alınması və bərpasına diqqət yetirir.
BMT-nin əsas qurumları
BMT (Birləşmiş Millətlər Təşkilatı) 6 əsas orqandan ibarətdir: Baş Assambleya, Katiblik, Təhlükəsizlik Şurası, Beynəlxalq Ədalət Məhkəməsi, Qəyyumluq Şurası, İctimai və İqtisadi Şura. BMT-nin 6 sahə üzrə orqanlarının olmasına baxmayaraq, bu sahələr qeyri-bərabər ölçü (bəzilərinin az, bəzilərinin isə çox köməkçi orqan və komitəsi olur), mövqe (bəziləri kifayət qədər səlahiyyətə malik olduğu halda, digərləri öz əhəmiyyətini itirmiş olur) və insan hüquqlarına münasibət (bəziləri insan hüquqlarının qorunması və yayılmasına olduqca geniş diqqət ayırdıqları halda, digərləri bu sahə ilə az əlaqədar olur və ya ümumiyyətlə maraqlanmır) baxımından bir-birilərindən fərqlənirlər. == Baş Assambleya == Baş Assambleya BMT-nin qanunverici orqanıdır. O, hal hazırda hər bir sessiyada iştirak etməli olan və 5-dən çox nümayəndəsi olmayan 191 üzv dövlətdən ibarətdir. Baş Assambleya, Baş Assambleyanın sessiyaları arası görüşən 7 Əsas Komitə, Prosessual Komissiya və Daimi Komissiyalar kimi Daimi Komitələr yaradıb. O, həmçinin Təhlükəsizlik Şurasının rəyi ilə növbəti 5 il müddətində fəaliyyət göstərəcək Baş Katibi təyin etmək üçün də məsuliyyət daşıyır. == Katiblik == Katibliyə Təhlükəsizlik Şurası tərəfindən tövsiyə edilən və daha sonra Baş Assambleyanın 5 il müddətinə təyin etdiyi BMT-nin Baş Katibi başçılıq edir. Bu sülhməramlı missiyalar, beynəlxalq münaqişə vasitəçiliyi, iqtisadi, mədəni, insan hüquqları və ya sosial istiqamətlər kimi Birləşmiş Millətlər Təşkilatının digər bölmələri tərəfindən hazırlanmış proqramları həyata keçirir. O həmçinin çıxış və sənəd tərcümələri, BMT-nin xəbər və məlumat buraxılışları və beynəlxalq konfrans koordinasiyaları kimi inzibati tapşırıqları yerinə yetirir. Katibliyin təxminən 9000 işçi heyəti vardır.
Belarusiya SSR-nin himni
== Sözləri ==
Belorusiya SSR-nin himni
== Sözləri ==
DNT-nin bağlanma sahəsi
DNT-nin bağlanma sahəsi — DNT bağlanma sahələri, digər molekulların bağlana biləcəyi DNT-də olan bir növ bağlanma sahəsidir. DNT bağlanma sahələri digər bağlanma sahələrindən DNT ardıcıllığının bir parçası olması (məsələn, genom) və DNT bağlama zülalları ilə əlaqəli olmaları ilə fərqlənir . DNT bağlanma yerləri tez-tez transkripsiya faktorları kimi tanınan ixtisaslaşmış zülallarla əlaqələndirilir və bu səbəbdən transkripsiyanın tənzimlənməsi ilə əlaqələndirilir . Müəyyən bir transkripsiya faktoru üçün DNT bağlanma sahələrinin cəminə onun sistromu deyilir. DNT-yə bağlanma sahələri, məhdudlaşdırıcı fermentlər, sahəyə spesifik rekombinazlar və metiltransferazlar kimi digər proteinlərin hədəflərini də əhatə edir. Beləliklə, DNT-yə bağlanma sahələri, bir və ya daha çox DNT bağlayan zülal və ya protein kompleksi ilə xüsusi olaraq bağlanan qısa DNT ardıcıllığı olaraq təyin edilə bilər. Bəzi bağlayıcı sahələrin sürətli təkamül dəyişikliklərinə məruz qalma potensialına sahib olduğu bildirildi. == DNT bağlanma sahələrinin növləri == DNT-yə bağlanma sahələri bioloji funksiyalarına görə təsnif edilə bilər. Beləliklə, transkripsiya faktorları, məhdudlaşdırma sahələri və rekombinasiya sahələri üçün bağlanma sahələrini ayırd edə bilərik . Bəzi müəlliflər bağlayıcı saytların ən uyğun təqdimat üsuluna görə də təsnif edilə biləcəyini irəli sürmüşlər .
Ermənistan SSR-nin himni
Ermənistan Sovet Sosialist Respublikası himni — 1944–1991-ci illərdə Ermənistan SSR-nın himni. Sözləri Armenak Sarkisyanın, musiqisi Aram Xaçaturyanındır. == Sözləri == ERMƏNİ DİLİNDƏ Սովետական ազատ աշխարհ Հայաստան, Բազում դարեր դաժան ճամփա դու անցար, Քաջ որդիք քո մաքառեցին քեզ համար, Որ դառնաս դու մայր հայրենիք հայության:Կրկներգ:Փառք քեզ, միշտ փառք, Սովետական Հայաստան, Աշխատասեր, ճարտարագործ-շինարար, Ժողովրդոց սուրբ դաշինքով անսասան՝ Դու ծաղկում ես և կերտում լույս ապագադ:Լենինն անմահ մեզ հուրն անշեջ պարգևեց, Մեր դեմ շողաց երջանկաբեր այգաբաց, Հոկտեմբերը կործանումից մեզ փրկեց եվ տվեց մեզ նոր, պայծառ կյանք փառապանծ:ԿրկներգՄեծ Ռուսիան մեզ եղբայրության ձեռք մեկնեց, Մենք կերտեցինք ամրակուռ նոր պետություն, Լենինյան մեր կուսակցությունն իմաստուն Հաղթորեն մեզ դեպ կոմունիզմ է տանում:Կրկներգ AZƏRBAYCAN DİLİNDƏ TRANSLİTERASİYA Sovet azad dünya Ermənistanı, Çox qəddar əsrlərdən keçdin, İgid oğulların sənin üçün döyüşdü, Ermənilərin vətəni olmaq. Xor: Sənə şöhrət, həmişə şöhrət, Sovet Ermənistanı, Zəhmətkeş, memar-inşaatçı, Xalqın müqəddəs ittifaqı ilə sarsılmaz: Sən çiçəklənirsən, parlaq gələcək yaradırsan. Lenin bizə sönməz atəş verdi, Xoşbəxt bir bağ bizə qarşı parladı, Oktyabr bizi məhv olmaqdan xilas etdi və bizə yeni, şərəfli həyat bəxş etdi. Xor: Böyük Rusiya bizə qardaşlıq əli uzatdı, Biz güclü yeni dövlət qurduq, Lenin partiyamız müdrikdir O, zəfərlə bizi kommunizmə aparır.
Estoniya SSR-nin himni
== Tarix == Stalinin adını çıxarmaq üçün 1956-cı il iyul ayının 21-də mətnin üçüncü bəndi dəyişdirilmişdir. Burada dəyişiklikdən sonrakı versiya verilmişdir. Himnin mətnini yazdığına görə Yohannes Semper 1947-ci ildə Sovet Estoniyasının mükafatını almışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2013 •••••••••••••••••••• 0.15

Oxşar sözlər

#d-nin nədir? #d-nin sözünün mənası #d-nin nə deməkdir? #d-nin sözünün izahı #d-nin sözünün yazılışı #d-nin necə yazılır? #d-nin sözünün düzgün yazılışı #d-nin leksik mənası #d-nin sözünün sinonimi #d-nin sözünün yaxın mənalı sözlər #d-nin sözünün əks mənası #d-nin sözünün etimologiyası #d-nin sözünün orfoqrafiyası #d-nin rusca #d-nin inglisça #d-nin fransızca #d-nin sözünün istifadəsi #sözlük