dağıdılması sözü azərbaycan dilində

dağıdılması

Yazılış

  • dağıdılması • 99.8702%
  • Dağıdılması • 0.1298%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bəqi məzarlığının dağıdılması
Bəqi məzarlığı (ərəb: مقبرة البقیع) Səudiyyə Ərəbistanın Mədinə şəhərində Məhəmməd peyğəmbərin məqbərəsinin cənub-şərqində yerləşən bir qəbirsanlıqdır. Bu məzarlıq müsəlmanların ik qəbirsanlığıdır və orada Məhəmməd Peyğəmbərin xanımları, imamlar, səhabələr və bir sıra tanınmış şəxslər dəfn edilib. Məzarlığın dağıdılması müsəlman dünyasında ciddi tənqidlərə səbəb olub. == Tarixi == Bəqi mızarlığı tarixdə iki dəfə dağıntılara məruz qalıb. Birinci dəfə 1806-cı ildə ilk Səudiyyə Dövlətinin Ərəbistan Yarımadasında genişlənməsi zamanı baş verib. Belə ki, adıçəkilən krallığın vuran əli olan Dəriyyə Əmirliyinin ordusu və ona dəstək verən vəhhabi təriqətinin üzvləri Mədinə şəhərini ələ keçirəndən sonra Bəqi məzarlığında olan bütün türbələri, ziyarətgahları və baş daşılarını dağıdıblar. Onlar qəbirlərin yerlə bir edilməsi işinin Allaha şərik qoşmağın günah olması ilə əlaqələndiriblər. Məzarlıq ikinci dəfə 1926-cı ildə yəni İkinci Səudiyyə Krallığının yaranması dövründə Mədinə şəhəri yenidən ələ keçirilən zaman dağıdılıb. Bəzi müsəlman ölkələrində hicri-qəməri tarixi ilə şəvval ayının 8-i Bəqi məzarlığının dağıdılması faciəsi kimi qeyd edilir. Bu məzarlıqda Məhəmməd Peyğəmbərin xanımları və övladları, eləcə də şiələrin dörd imamı, Peyğəmbərin bir neçə əmisi və əmisi uşaqları, Osman ibn Əfvan da daxil olmaqla bir sıra səhabələr və və Şeyx Şamil kimi məşhur tarixi şəxslər dəfn edilib.
Kaxovka bəndinin dağıdılması
6 iyun 2023-cü ildə Ukraynada Kaxovka bəndi yarıldı və geniş daşqınlara səbəb oldu. Xerson vilayətində Dnepr çayı üzərində yerləşən bənd Rusiyanın Ukraynaya hücumunun ilk günlərində onu ələ keçirən rus ordusunun nəzarəti altında idi. Səhər tezdən həm Ukrayna, həm də Rusiya tərəfindən bəndin su elektrik stansiyasından partlayış səsləri eşidildi. The New York Times-ın məsləhətləşdiyi mühəndis və döyüş sursatları ekspertləri bildiriblər ki, ən çox ehtimal olunan səbəb daxildən gələn partlayışdır. Müharibənin Tədqiqi İnstitutu bildirib ki, sübutlar Rusiya qüvvələrinin bəndi partlatdığını göstərir. Rusiya qüvvələri Ukraynanın planlaşdırılan əks-hücum əməliyyatına mane olmaq üçün bəndi partlatmaqda günahlandırılır, lakin Rusiya rəsmiləri bunu təkzib ediblər. Kaxovka su anbarında suyun səviyyəsi aylardır yüksəlirdi və bənd sıradan çıxanda 30 ilin ən yüksək həddinə çatmışdı. Aşağı axarda minlərlə sakin təxliyə edilib, daşqınlar Ukrayna və Rusiyanın nəzarətində olan ərazilərdə bir neçə kəndi su altında qoyub. 9 iyun 2023-cü il tarixinə kimi 9 nəfərin öldüyü bildirilir. Onlardan üçü Rusiya tərəfindən işğal edilmiş Oleşki şəhərindən, beşi isə Nova Kaxovkadan idi.
Mosul muzeyi artefaktlarının dağıdılması
Mosul muzeyi artefaktlarının dağıdılması 26 fevral 2015-ci ildə İŞİD tərəfindən dağıntıları əks etdirən videonun yayımlanması zamanı məlum olmuşdur. 1952-ci ildə açılmış Mosul muzeyi İraq Milli Muzeyindən sonra ölkənin ikinci böyük muzeyidir. Muzey əsasən dörd istiqamətdə toplanmış kolleksiya və onlara həsr edilmiş zallarla məşhurdur: Assuriya zalı, Hatra zalı, İslam zalı və Qədim dövr zalı. Müasir İraq dövlətinin sərhədləri tarixi Mesopotamiyanın demək olar bütün ərazisini əhatə edir. Ən qədim şəhərsalma mədəniyyəti mərkəzlərindən biri olan Mesopotamiyada insan yaşayış məntəqələrinin tarixi e.ə. IV minilliyə kimi gedib çatır. “Şəhər” yeni sosial sistemin mərkəzinə çevrilməklə mərkəzləşdirmə həyata keçirən güclərin mərkəzi kimi formalaşırdı. Bədii baxımdan İraq torpağı stilləşdirilmiş təsvirlərdən insan fiqurunun daha realistik təsvirlərinə keçid dövrünə şahidlik etmişdir. Həmin dövrlərdə bu ərazidə ilk dəfə yazının yaranması ilahi fiqurları təsvir etməyə və dini nəzəriyyələşdirməyə imkan vermişdir. Arxeoloji qazıntılar nəticəsində Mesopotamiyada Bibliya hekayələrində təsvir edilən hadisələr qədər qədim artefaktlar aşkarlnmış, əldə edilmiş mixi yazılı kitabələrdən isə Bibliya hekayələrinin daha qədim variantları öyrənilmişdir.
SSRİ-də qəbiristanlıqların dağıdılması
Qəbiristanlıqların dağıdılması — SSRİ-də 1920-1930-cu illərdə geniş vüsət alan müxtəlif konfessiyaların nekropollarının dağıdılması təcrübəsidir. Nəticədə keçmiş SSRİ ölkələrində inqilabdan əvvəlki qəbirlər demək olar ki, tamamilə yox olub. Kilsə və monastır nekropollarının dağıdılması, eləcə də məbədlərin özlərinin dağıdılması 1920-ci illərin sonlarında SSRİ hökuməti tərəfindən başladılan və Böyük Vətən müharibəsinin başlanmasına qədər ən fəal şəkildə həyata keçirilən din əleyhinə kampaniyanın təzahürlərindən biridir. Kilsə və qəbiristanlıqların dağıdılması, ibadət yerlərinin bağlanması, profilinin dəyişdirilməsi və sökülməsi ilə əsaslandırıldı. Ümummilli 1941-ci il Vətən Müharibəsi ateist ideologiyası xristian ziyarətgahlarının, o cümlədən qəbiristanlıqların dağıdılmasını nəzərdə tuturdu. Məbədlərin yaxınlığında qəbiristanlıqlar olduğuna görə sovet adamları onların yanında duran məbədləri də ziyarət edirdilər. Xalq Komissarları Sovetinin 7 dekabr 1918-ci il tarixli “Qəbiristanlıqlar və dəfn mərasimləri haqqında” Fərmanı ilə pravoslav kilsəsi və digər konfessiyalarin, dəfn mərasimlərin keçirilməsinə xitam verildi.Digər tərəfdən, tarixən inkişaf etmiş şəhər quruluşu, o cümlədən məbədlərdəki çoxsaylı qəbiristanlıqlar sənayeləşmə şəraitində sürətlə inkişaf edən şəhərlərin inkişafına mane olurdu.Meqapolislərdə, Moskvada, Sankt-Peterburqda, Nijni Novqorodda biznes rəhbərləri boşalmış əraziləri tez bir zamanda inkişaf etdirmək üçün təkcə kilsənin deyil, həm də ümumşəhər qəbiristanlıqlarının sökülməsində təkid edirdilər.Çox vaxt onların üzərində parklar,yaşayış binaları və hətta sənaye obyektləri görünürdü. Nəhayət, II Yekaterinanın dövründə olduğu kimi, 1771-ci ildə Senat Moskvada dağıdıcı vəba epidemiyası ilə əlaqədar öz fərmanı ilə ölülərin şəhərdə dəfn edilməsini qadağan etdikdə, hakimiyyət sanitar şəraitin yaxşılaşdırılması mülahizələrinə istinad etdi. 1920-ci illərdə qəbul edilmiş qəbiristanlıqların təşkili və saxlanilmasına dair sanitar norma və qaydalar, qəbiristanlıqların ictimai binaların yanında yerləşdirilməsinə qadağa qoyuldu. Böyük şəhərlərdəki keçmiş monastırlar müxtəlif qurumların yerləşdirilməsi üçün istifadə edildiyindən, onlarda yerləşən nekropollar sökülməyə məruz qalırdı.
Hyue şəhərində buddist nümayişlərinin dağıdılması
Hyue şəhərində buddist nümayişlərinin dağıdılması — 8 may 1963-cü ildə Vyetnam Respublikasında (Cənubi Vyetnam) minlərlə buddistin Hyue şəhərində din azadlığı tələbi ilə nümayiş keçirdiyi hadisələr. == Hadisələr == Nümayiş Vesak bayramına təsadüf etmişdir. Burada dindarlar Roma Katolik kilsəsi tərəfindən buddistlərə qarşı diskriminasiyaya, buddist bayraqlarının asılmasına, dini ayin və mərasimlərin yerinə yetirilməsinə qadağalara etiraz etmişdilər. Nümayişlər zamanı camaata atəş açılmış və bir neçə qumbara atılmışdır. Nəticədə 9 dinc sakin həlak olmuşdur. Nqo Din Zyem hökuməti hadisəyə görə məsuliyyəti üzərinə götürməkdən imtina etmişdir. Onlar hadisəni Vyetkonqun üzərinə atmış və bu, əksər buddistlər arasında artan narazılığa səbəb olmuşdur. == Nəticələr == Sonradan yaranan gərginlik Vyetnam Respublikasında buddist böhranı adlanan hadisələr və genişmiqyaslı itaətsizlik aksiyaları ilə nəticələnmişdir. 1 noyabr 1963-cü ildə hərbi çevriliş baş vermiş, nəticədə prezident Nqo Din Zyem öldürülmüşdür. == Əlavə ədəbiyyat == Buttinger, Joseph.
Səudiyyə Ərəbistanında erkən islam abidələrinin dağıdılması
Erkən islama aid tikililərin dağıdılması Səudiyyə Ərəbistanın qərbində Hicaz ərazisində, xüsusən müqəddəs Məkkə və Mədinə şəhərlərinin ətrafında indi də davam edən bir fenomendir . Əsasən Məhəmmədləvə erkən islam tarixinin əsasını qoyan bir çox şəxslərlə əlaqəli olan məscidlər, qəbiristanlıqlar, evlər və tarixi ərazilər uçurulma məqsədilə hədəfə alınmışdır. Səudiyyə Ərəbistanında bu tikililərin dağıdılması durmadan artmaqda olan Həcc ziyarətçilərini yerləşdirmək məqsədilə Məkkədə Məscid əl-Həramın və Mədinədə Peyğəmbər Məscidinin və onların köməkçi xidmət vasitələrinin rəsmi surətdə genişləndirilməsi prosesinin bir hissəsidir. 1932-ci ilə qədər Ərəbistan yarımadasının əksər hissəsi üçüncü və hazırkı Səudiyyə hakimiyyəti tərəfindən siyasi olaraq birləşdirilmişdi. Kral Əbdüləziz ibn Səudun rəhbərliyi ilə onun ruhlandırılmış qəbilə üzvlərindən ibarət bədəvi ordusu tərəfindən həyata keçirilən hərbi əməliyyatlar nəticəsində Hicaz zəbt edildi və Haşimi tayfası hakimiyyətdən kənarlaşdırıldı. Əsasən tayfa üzvlərindən ibarət olan və yazı-pozu bilməyən Nəcdli yeni idarəçilər çox mürəkkəb bir cəmiyyətin başçıları oldular. “Məclis əş-Şura” (Məsləhət şurası) sisteminə əsaslanan birgə siyasi struktur yüz illər ərzində orada mövcud olmuşdur. Mərkəzi idarəetmə orqanı orta məktəblərə, hərbi və polis qüvvələrinə xərclənən büdcəyə nəzarət edirdi. Eynilə, Nəcd və Hicazın dini strukturu həddən artıq müxtəlif idi. Ənənəvi Hicaz mədəni adət-ənənə və ritualları təbiətcə demək olar ki, təmamilə dini idi.
İraqda ərəbləşdirmə kampaniyası zamanı kürd kəndlərinin dağıdılması
İraqda ərəbləşdirmə kampaniyası zamanı kürd kəndlərinin dağıdılması — 1970-ci il İraq-Kürd Muxtariyyət Müqaviləsi çərçivəsində Kürdüstandan çıxarılan ərazilərin "ərəbləşdirmə kampaniyası" zamanı BƏƏS-çi İraq hökuməti tərəfindən yerlə-yeksan edilmiş kəndlər. Ətraflı bax: Kürd qaçqınlar 1991-ci ilin sonlarında beynəlxalq ictimaiyyət Şimali İraqın dağıdılmış 4,000 kəndinin 1,500-də yaşayış evlərinin yenidən qurulması üçün genişmiqyaslı layihəyə start vermişdir.

"dağıdılması" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dağıdılması nədir? #dağıdılması sözünün mənası #dağıdılması nə deməkdir? #dağıdılması sözünün izahı #dağıdılması sözünün yazılışı #dağıdılması necə yazılır? #dağıdılması sözünün düzgün yazılışı #dağıdılması leksik mənası #dağıdılması sözünün sinonimi #dağıdılması sözünün yaxın mənalı sözlər #dağıdılması sözünün əks mənası #dağıdılması sözünün etimologiyası #dağıdılması sözünün orfoqrafiyası #dağıdılması rusca #dağıdılması inglisça #dağıdılması fransızca #dağıdılması sözünün istifadəsi #sözlük