Dadaşov sözü azərbaycan dilində

Dadaşov

Yazılış

  • Dadaşov • 99.6411%
  • DADAŞOV • 0.3332%
  • dadaşov • 0.0256%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aqil Dadaşov
Aqil İsax oğlu Dadaşov — Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, "Ülfət" qəzetinin baş redaktoru. == Həyatı == Aqil Dadaşov 1955-ci ildə Qazax şəhərində anadan olmuşdur. 1978-ci ildən Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirmişdir. Evlidir. İki övladı var. == Fəaliyyəti == Aqil Dadaşov əmək fəaliyyətinə "Bakı" və "Baku" axşam qəzetləri redaksiyasında başlamışdır. 1991-ci ildən 1992-ci ilə kimi Azərbaycan Həmkarlar İttifaqları Şurasının (indiki AHİK) "Ülfət" qəzetinin məsul katibi, baş redaktorun müavini vəzifələrində işləmişdir. 1992-ci ildən qəzetin baş redaktorudur. Aqil Dadaşov 1998-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini seçilmişdir. Həmçinin, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Şurasının, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Məclis və İcraiyyə Komitəsinin üzvüdür.
Aydın Dadaşov
Aydın Ərşad oğlu Dadaşov (1 mart 1952, Ağdam – 15 mart 2017, Bakı) — Azərbaycan kinoşünası, kinodramaturq, rejissor, filologiya üzrə elmlər doktoru, professor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2005), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1988). == Həyatı == Aydın Dadaşov 1 mart 1952-ci ildə Ağdam şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu ( indiki Azərbaycan Dövlət İqtisad Universiteti) iqtisad fakültəsini bitirib. 1980-ci ildə Leninqrad Dövlət Теаtr, Мusiqi və Kinematoqrafiya İnstitutunu (indiki Sankt-Peterburq Teatr Akademiyasının) dram sənəti fakültəsini, 1982-ci ildə isə Moskvada ikiillik ali rejissorluq və ssenari kurslarını bitirmişdir. Aydın Dadaşov15 mart 2017-ci ildə qəfil ürək tutmasından dünyasını dəyişib. == Fəaliyyəti == Aydın Dadaşov 1975-ci ildə C.Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasında bədii flimlər üzrə direktor, rejissor və rekdaktor kimi çalışıb. 1989-cu ildən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin "Televiziya və radio jurnalistikası" kafedrasında çalışmışdır. 2000-ci ildən həmin kafedranın dosenti, 2006-cı ildən isə kafedranın professoru idi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kino və televiziya" fakültəsinin "Kinoşünaslıq" kafedrasının rəhbər olmuşdur. Burada o, "Ekran dramaturgiyası", "Ssenari yaradıcılığı", "Televiziya tənqidi" və "KİV-də reklam və marketinq problemləri" fənnlərini tədris etmişdir.
Azər Dadaşov
Azər Dadaşov (1 dekabr 1946, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2018). == Həyatı == Dadaşov Azər İsmayıl oğlu (01.12.1946, Bakı) – bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti (2018), Əməkdar incəsənət xadimi (2005), Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru (2009), "Humay" milli mükafatı laureatı (2001), bir çox respublika və ümumittifaq (keçmiş SSRİ) müsabiqələrinin qalibidir. Roma Papası II İoann Pavelin xüsusi medalı ilə təltif edilmişdir (2002). MDB dövlətləri Parlamentlərarası Assambleyası Şurasının "Mədəniyyət və incəsənətin inkişafındakı xidmətlərinə görə" Fəxri Nişanı ilə təltif edilmişdir (2013). 1971-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini dahi bəstəkar, akademik Qara Qarayevin sinfi üzrə bitirmişdir. 1973-cü ildən SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının, hadelə Azərbaycan Peşəkar Rejissorlar Gildiyasının üzvüdür (2003). Yaradıcılığ diapazonu çox genişdir: 14 simfoniya, 20 kantata və oda, "Kiçik Mukun sərgüzəştləri" uşaq operası, "Şərq freskası" balet miniatürü, piano ücün 3 Konsert, fleyta, viola üçün Konsertlər, kamera, nəfəs alətləri, xalq çalğı alətləri orkestrləri üçün süitalar, çoxlu sayda kamera-instrumental və xor əsərləri, 20-dən artıq kinofilmlərə musiqi, mahnılar. Həmçinin Milli Paraolimpiya Himnin müəllifidir. A. Dadaşovun əsərləri 1968-ci ildən başlayaraq Azərbaycan Bəstəkarlar İttifaqının Qurultay və Plenumlarında səslənmiş, Respublikanın görkəmli dirijorları – Niyazi, Rauf Abdullayev, Nazim Rzayev, Ramiz Məlikaslanov, Yalçin Adıgözəlov, Teymur Göyçayev, Fəxrəddin Kərimov və b., xarici dirijorlar – D. Kitaenko (Rusiya), R. Matsov (Estoniya), R. Şilakadze (Gürcüstan), V. Runçak (Ukrayna) və b. tərəfindən təfsir edilmişdir.
Ağadadaş Dadaşov
Ağadadaş Hacıbala oğlu Dadaşov (30 avqust 1935, Bakı) — bəstəkar, tarzən, Azərbaycan Respublikasının xalq artisti (2008). == Həyatı == 1950–1954-cü illərdə Asəf Zeynallı adına Orta ixtisas musiqi məktəbində tar ifaçısı kimi püxtələşərək, tanınmış pedaqoq, bir sıra mahnı və pyeslərin müəllifi Adil Gərayın tar məktəbini keçir. Dadaş Dadaşov məktəbdə oxuduğu illərdə ən istedadlı tar ifaçıları sırasında olmuş, 1963-cü ilədək Azərbaycan Televiziya və Radio Komitəsi nəzdindəki Xalq Çalğı Alətləri Orkestrində fəaliyyət göstərmişdir. 1958–1963-cü illərdə Cövdət Hacıyevin bəstəkarlıq sinfində təhsilini davam etdirir. Bəstəkar 2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, 2008-ci ildə Respublikanın Xalq Artisti adına layiq görülmüşdür. == Əsərləri == Vokal əsərləriƏ. Cavadın sözlərinə iki romans (1996) Rəsul Rzanın sözlərinə "Rənglər" vokal silsiləsi (1985) A. İldırım, B. Vahabzadə, Y. Həsənbəy və b. şairlərin sözlərinə mahnılar (1990–2001).İnstrumental əsərləriCövdət Hacıyevə ithaf olunmuş fortepiano üçün 12 prelüd (1977–1978) Qanun və piano üçün poema (1996) Simli trio (1986) Simli kvartet üçün poema (1990) Tar və piano, kamança və piano, qanun və piano üçün pyeslər (1990–2001).Orkestr üçünXalq çalğı alətləri orkestri üçün 5 saylı süita (1993) Böyük Vətən Müharibəsində həlak olmuş azərbaycanlılara ithaf 1 saylı Simfoniya Simli orkestr üçün 2 saylı simfoniya (1995) Nəfəsli orkestr üçün "Zəfər marşı" (1996) Nəfəsli orkestr üçün "Təyyarəçilər marşı" (1998) Qanun və simfonik orkestr üçün Konsert (2009)[1] Arxivləşdirilib 2016-02-15 at the Wayback Machine == Ədəbiyyat == Azəri, L. Bəstəkar ömrünün naxışları: [Xalq artistinin yubileyinə həsr olunmuş musiqi festivalı haqqında] //Mədəniyyət.- 2015.- 9 dekabr.- S.11. Azəri, L. Vətənə sevgidən yaranan musiqi əsərləri: Xalq artisti Dadaş Dadaşovun 80 illiyinə həsr olunmuş musiqi festivalı //Mədəniyyət.- 2015.- 4 dekabr.- S.4. Xalq Artisti Dadaş Dadaşovun 80 illiyinə həsr olunmuş musiqi festivalı keçiriləcək //Mövqe.- 2015.- 2015.- 3 dekabr.- S.4.
Ağaməmməd Dadaşov
Ağaməmməd Həsənağa Ələkbər oğlu Dadaşov(d. 1902 – ö. 1966) — Azərbaycanın görkəmli iqtisadçı alimi, professor. == Həyatı == == Elmi fəaliyyəti == 1939-cu ildə SSRİ EM İqtisadiyyat İnstitutunda "Fiziokratların sinfi təbiətinin dərk edilməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Elmi fəaliyyəti ona "Azərbaycanda aqrar münasibətlər və torpağın milliləşdirilməsi" adlı monoqrafiyanı yazmağa imkan vermişdir. 1959-cu ildə ona professor adı, 1964-cü ildə isə Azərbaycan SSR əməkdar iqtisadçı fəxri adı verilmişdir. 1945-1951-ci illərdə SSRİ EA Azərbaycan filialının İqtisadiyyat sektorunun müdiri, 1945-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Universitetinin "Siyasi İqtisad" kafedrasını müdiri vəzifəsində çalışmışdır. O, ilk dəfə olaraq siyasi iqtisadın tarixi üzrə dərs vəsaiti hazırlamış, klassiklərin əsərlərini, o cümlədən Karl Marksın "Kapital" əsərinin Azərbaycan dilinə tərcüməsi və redaktəsi ilə məşğul olmuşdur. Onun redaktorluğu və müəllifliyi ilə "İqtisadi təlimlər tarixi" üzrə dərslik çap olunmuş, "Marksist siyasi iqtisadı və inkişaf etməkdə olan ölkələr" məqaləsini və "İnkişaf etməkdə olan ölkələrin iqtisadi problemləri" dərsliyini yazmaqla keçmiş SSRİ-də siyasi iqtisadın yeni bir bölməsini—inkişaf etməkdə olan ölkələrin siyasi iqtisadını yaratmışdır. Azərbaycan torpaqlarının milliləşdirilməsi mövzusunda tədqiqatlar aparmaqla Azərbaycanın kapitalizm istiqamətində inkişafının elmi-nəzəri təhlilini vermişdir.
Ağaəli Dadaşov
Ağəli Dadaşov (tam adı: Ağəli Abbasəli oğlu Dadaşov; 20 mart 1906, Bakı – 7 dekabr 1973, Bakı) — quruluşçu rejissor, rejissor-pedaqoq, Azərbaycan SSR əməkdar artisti (1959). == Həyatı == Ağa Əli Abbas Əli oğlu Dadaşov 20 mart 1906-cı ildə Bakıda anadan olub. 1923-cü ildə N. Nərimanov adına Sənaye Texnikumuna daxil olub. 1926–1929-cu illərdə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbində, 1930–1935-ci illərdə Moskvada Lunaçarski adına Ümumittifaq Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. 1935-ci ildə Akademik Milli Dram Teatrında işləməyə başlayan Ağəli Dadaşov 1936–1938-ci illərdə burada "Almas" və "Vətən namusu" əsərlərinin quruluşunu verir. 1938-ci ildə o, həbs olunaraq ailəsi ilə birlikdə Orta Asiyaya sürgün edilir. Həmin il yenidən Azərbaycana qayıdan Ağəli Dadaşov 1938–1948-ci illərdə Gəncə Dövlət Dram Teatrında və 1948-ci ildə Naxçıvan Dövlət Dram Teatrında rejissorluq edir. Bakıya qayıtdıqdan sonra M. Qorki adına Gənc Tamaşaçılar Teatrında, 1948–1954-cü illərdə quruluşçu rejissor və 1954–1956-cı illərdə baş rejissor kimi çalışır. 1956–1968-ci illərdə Azərbaycan Dövlət Radio Verilişləri və Televiziya Komitəsində baş rejissor işləyir. Ağəli Dadaşov 1968–1973-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyor və rejissorluq sənətindən dərs deyib.
Ağəli Dadaşov
Ağəli Dadaşov (tam adı: Ağəli Abbasəli oğlu Dadaşov; 20 mart 1906, Bakı – 7 dekabr 1973, Bakı) — quruluşçu rejissor, rejissor-pedaqoq, Azərbaycan SSR əməkdar artisti (1959). == Həyatı == Ağa Əli Abbas Əli oğlu Dadaşov 20 mart 1906-cı ildə Bakıda anadan olub. 1923-cü ildə N. Nərimanov adına Sənaye Texnikumuna daxil olub. 1926–1929-cu illərdə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbində, 1930–1935-ci illərdə Moskvada Lunaçarski adına Ümumittifaq Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. 1935-ci ildə Akademik Milli Dram Teatrında işləməyə başlayan Ağəli Dadaşov 1936–1938-ci illərdə burada "Almas" və "Vətən namusu" əsərlərinin quruluşunu verir. 1938-ci ildə o, həbs olunaraq ailəsi ilə birlikdə Orta Asiyaya sürgün edilir. Həmin il yenidən Azərbaycana qayıdan Ağəli Dadaşov 1938–1948-ci illərdə Gəncə Dövlət Dram Teatrında və 1948-ci ildə Naxçıvan Dövlət Dram Teatrında rejissorluq edir. Bakıya qayıtdıqdan sonra M. Qorki adına Gənc Tamaşaçılar Teatrında, 1948–1954-cü illərdə quruluşçu rejissor və 1954–1956-cı illərdə baş rejissor kimi çalışır. 1956–1968-ci illərdə Azərbaycan Dövlət Radio Verilişləri və Televiziya Komitəsində baş rejissor işləyir. Ağəli Dadaşov 1968–1973-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyor və rejissorluq sənətindən dərs deyib.
Bilal Dadaşov
Bilal Ataş oğlu Dadaşov (30 dekabr 1915, Şamaxı – 13 fevral 2007) — azərbaycanlı alim, Azərbaycan SSR EA‐nın müxbir üzvü, kimya üzrə elmlər doktoru, professor. == Həyatı == Dadaşov Bilal Ataş oğlu 1915‐ci il dekabrın 30‐da Şamaxı qəzasında (indiki Hacıqabul rayonu) Rəncbər kəndində anadan olmuşdur. 1931-ci il — Rəncbər kəndində məktəbi bitirmişdir. 1931–1934-cü illər — Xalq Təsərrüfatı İnstitutunun fəhlə fakültəsinin tələbəsi olmuşdur. 1934–1939-cu illər — Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinin tələbəsi,eyni zamanda üzvi kimya kafedrasının laborantı işləmişdir.Dövlət imtahan komissiyasının qərarı ilə fakültəni əla qiymətlərlə bitirdikdən sonra fiziki kimya kafedrasında assistent kimi saxlanılmışdır. 1939-cu ildə BDU-nun fiziki-kimya kafedrasının aspirantı olmuşdur. 1940–1945-ci illər BDU-nun kimya fakültəsində Y.H.Məmmədəliyev ilə birgə işləmişdir. 1944-cü il — Kimya elmləri namizədi alimlik dərəcəsi almaq üçün ''Azərbaycanın vulkanik küllərinin təsirindən piroqazın propilen fraksiyasının katalitik oksidləşməsi''mövzusunda dissertasiya müdafiə etmişdir. Onun elmi rəhbəri D.İ.Mendeleyevin tələbəsi V.İ.Tixomirov olmuşdur. 1944–1945-ci illər — SSRİ XKŞ yanında AAK -ın qərarı ilə kimya elmləri namizədi alimlik dərəcəsi almışdır və eyni zamanda Fiziki kimya ixtisası üzrə baş elmi işçi və BDU-nun fiziki kimya kafedrasının dosenti elmi adları təsdiq olunmuşdur.
Cavanşir Dadaşov
Cavanşir Əjdər oğlu Dadaşov (1956, Novxanı) — Azərbaycan rəssamı və heykəltaraşı. == Həyatı == Cavanşir Dadaşov 1956-cı ildə Novxanı kəndində anadan olub. O, 1973-1979-cu illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil almış, 1979-1985-ci illərdə Xarkov Rəssamlıq İnstitutunun heykəltaraşlıq fakültəsində təhsilini davam etdirmişdir. Cavanşir Dadaşov 1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. == İşləri == Xarkov şəhərində Nikolay Astrivskinin abidəsi, 2-ci dünya müharibəsində həlak olmuş tələbələrin abidəsi Novxanı qəsəbəsində Məhəmməd Əmin Rəsulzadənin abidəsi Şamaxı şəhərində İmadəddin Nəsimin abidəsi, Yevlax şəhərində Səməd Vurğunun abidəsi, Bakı şəhərində "20 Yanvar" abidəsi, Koroğlu Rəhimovun büstü, Topçubaşovun memorialı Gədəbəy rayonunda Azərbaycanın milli qəhrəmanı Məzahir Rüstəmovun abidəsi. == Həmçinin bax == Məhəmməd Əmin Rəsulzadənin heykəli 20 Yanvar abidə-kompleksi == Mənbə == Sevda İsmayıllı. "Rəsulzadənin Novxanıdakı abidəsi bir təsadüfi görüşdən yaranıb". azadliq.org. 2014-01-29. İstifadə tarixi: 2014-01-29.
Ceyhun Dadaşov
Ceyhun Arif oğlu Dadaşov — Azərbaycan rejissoru və aktyoru. == Həyatı == Ceyhun Dadaşov 1983-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1990–2000-ci illərdə Sumqayıt şəhər 33 saylı orta məktəbdə təhsil almış, 2000–2004-cü illərdə Azərbaycan Dövlət Mədədniyyət və İncəsənət Universitetinin Teatr kollektivinin rejissoru ixtisasının bakalavr səviyyəsini, 2004–2006-cı illərdə isə Teatr rejissoru ixtisasının magistr pilləsini bitirmişdir. 2000–2003-cü illərdə Sumqayıt şəhər "Dostluq" mədəniyyət evində "Dram dərnəyinin rəhbəri", 2003–2004-cü illərdə həmin mədəniyyət evində "Dram dərnəyinin rejissoru" vəzifələrində çalışmışdır. 6 mart 2003-cü ildən — 2014-cü ilə qədər Dövlət Pantomima Teatrının aktyorvəzifəsində çalışmış və eyni zamanda elə həmin tearda rejissoru fəaliyyəti ilə də məşqul olmuşdur. O, M. Musabəyov "Şəngül, Şüngül, Məngül" – (Məngül, Kupa), Ç. Aytmatov "Manqurt" – (Juanjuan döyüşçüsü), B. Xanızadə "Zibillik pərvanələri" – (Hamlet, Skripkaçı), B. Xanızadə "Eşq" – (Ulduz, Vərəq), Z. Zeynalov "Maska" -(Üçbucaq), A. Kamyu "İnsan" -(Polis, Vəkil, Ərəb), B. Xanızadə "Kölgə" -(Sərxoş), A. Məmmədov "Korlar" – (Həyat)A. Ekzüperi "Balaca şahzadə" – (qızılgül), Şeyx Əttar "Uçuş" – (Saliq) və sairə tamaşalar da oynamış "Mən və Mən", Manqurt" kişi tamaşalara quruluş vermişdir. 2015-ci ildən etibarən – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, "SABAH" qruplarında – pedaqoq kimi fəaliyyət göstərərək — "Aktyor sənəti", "Səhnə hərəkəti", "Qılınc təlimi", "Səhnə döyüşü" kimi fənnləri tədris edir. Eyni zamanda 2017-ci ildən etibarən — Gənc Tamaşaçılar Teatrı (Plastik həll üzrə rejissor) və "Dövlət Uşaq Filarmoniyası"nda – Teatr studiyasının rəhbəri və rejissoru vəzifəsində çalışır. 2010-cu ildə "Dünya Gənclərinin Alyansı" ictimai birliyinin apardığı sorğuya görə 2009-cu ilin "Gənc İstdadlı Aktyor" nominasiyası üzrə qaliblərdən biri oldum və Fəxri. 2015 – "Fəxri Mədəniyyət işçisi" döş nişanı.
Dadaş Dadaşov
Ağadadaş Hacıbala oğlu Dadaşov (30 avqust 1935, Bakı) — bəstəkar, tarzən, Azərbaycan Respublikasının xalq artisti (2008). == Həyatı == 1950–1954-cü illərdə Asəf Zeynallı adına Orta ixtisas musiqi məktəbində tar ifaçısı kimi püxtələşərək, tanınmış pedaqoq, bir sıra mahnı və pyeslərin müəllifi Adil Gərayın tar məktəbini keçir. Dadaş Dadaşov məktəbdə oxuduğu illərdə ən istedadlı tar ifaçıları sırasında olmuş, 1963-cü ilədək Azərbaycan Televiziya və Radio Komitəsi nəzdindəki Xalq Çalğı Alətləri Orkestrində fəaliyyət göstərmişdir. 1958–1963-cü illərdə Cövdət Hacıyevin bəstəkarlıq sinfində təhsilini davam etdirir. Bəstəkar 2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, 2008-ci ildə Respublikanın Xalq Artisti adına layiq görülmüşdür. == Əsərləri == Vokal əsərləriƏ. Cavadın sözlərinə iki romans (1996) Rəsul Rzanın sözlərinə "Rənglər" vokal silsiləsi (1985) A. İldırım, B. Vahabzadə, Y. Həsənbəy və b. şairlərin sözlərinə mahnılar (1990–2001).İnstrumental əsərləriCövdət Hacıyevə ithaf olunmuş fortepiano üçün 12 prelüd (1977–1978) Qanun və piano üçün poema (1996) Simli trio (1986) Simli kvartet üçün poema (1990) Tar və piano, kamança və piano, qanun və piano üçün pyeslər (1990–2001).Orkestr üçünXalq çalğı alətləri orkestri üçün 5 saylı süita (1993) Böyük Vətən Müharibəsində həlak olmuş azərbaycanlılara ithaf 1 saylı Simfoniya Simli orkestr üçün 2 saylı simfoniya (1995) Nəfəsli orkestr üçün "Zəfər marşı" (1996) Nəfəsli orkestr üçün "Təyyarəçilər marşı" (1998) Qanun və simfonik orkestr üçün Konsert (2009)[1] Arxivləşdirilib 2016-02-15 at the Wayback Machine == Ədəbiyyat == Azəri, L. Bəstəkar ömrünün naxışları: [Xalq artistinin yubileyinə həsr olunmuş musiqi festivalı haqqında] //Mədəniyyət.- 2015.- 9 dekabr.- S.11. Azəri, L. Vətənə sevgidən yaranan musiqi əsərləri: Xalq artisti Dadaş Dadaşovun 80 illiyinə həsr olunmuş musiqi festivalı //Mədəniyyət.- 2015.- 4 dekabr.- S.4. Xalq Artisti Dadaş Dadaşovun 80 illiyinə həsr olunmuş musiqi festivalı keçiriləcək //Mövqe.- 2015.- 2015.- 3 dekabr.- S.4.
Elvin Dadaşov
Elvin İmanqulu oğlu Dadaşov (14 avqust 1993; Neftçala, Azərbaycan — 6 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Dadaşov 1993-cü il avqustun 14-də Neftçala şəhərində anadan olub. Türkan xanımla ailəli idi, bir oğlu var. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Elvin Dadaşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin Dadaşov noyabrın 6-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Dadaşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Dadaşov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Fərid Dadaşov
Dadaşov Fərid Həsən oğlu — görkəmli alim-geoloq, pedaqoq, elmi təşkilatçı və elmi biliklərin təbliğatçısı. Geologiya-mineralogiya elmləri doktoru, professor. == Həyatı == Dadaşov Fərid Həsən oğlu 1930-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1952-ci mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun (indiki ADNSU) geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. 1952—1954-cü illərdə AzSİ-nin aspiranturasında oxumuş, "Neft yataqlarının geologiyası" kafedrasında işləmişdir. 1955-ci ildə "Bakı arxipelağının Səngaçal burnundan Gil adasına qədər olan şimal hissəsinin geoloji quruluşu və neft-qazlılıq perspektivliyi" mövzusunda namizədlik, 1965-ci ildə isə "Azərbaycanın karbohidrogen qazları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1957-ci ildən Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) işləyir. 1977—1984-cü illərdə Geologiya İnstitutunda elmi işlər üzrə direktor müavini işləmişdir. “Neft və qaz yataqlarının genezisi və əmələgəlməsi” şöbəsinin rəhbəridir. == Elmi fəaliyyət == Elmi fəaliyyəti — təbii qazların geologiyası və geokimyası, palçıq vulkanizmi, neft-qaz yataqlarını geologiyası, axtarışı və kəşfiyyatı ilə bağlıdır.
Fəxrəddin Dadaşov
Fəxrəddin Əlisahib oğlu Dadaşov (d. 26 sentyabr 1950, Bakı) — musiqiçi, kamança ifaçısı, professor, dosent (2007), Azərbaycan Respublikasının xalq artisti (2005). == Həyatı == F.Dadaşov 1963-cü ildə 2 nömrəli uşaq musiqi məktəbini bitirdikdən sonra, Bülbül adına orta-ixtisas musiqi məktəbinə daxil olub və 1972-ci ildə həmin sənət ocağını bitirmişdir. O, 1977-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını kamança ixtisası üzrə bitirmişdir. 1966-cı ildən indiyədək Azərbaycan Televiziya və Radiosunun Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblında konsertmeyster vəzifəsində çalışır. Dünyanın bir neçə ölkəsində, o cümlədən Hollandiya, Fransada, Almaniyada, İtaliyada və Kanadada kompakt diskləri çıxıb. 1988 və 1998-ci illərdə Fransada keçirilən Beynəlxalq festivalın laureatı olmuşdur. 69 xarici ölkədə, F.Dadaşov o cümlədən Kanada, ABŞ-nin Texas ştatında, Nikaraqua, Kuba, Braziliya, Meksika, İngiltərə, Almaniya, Fransa, İsveç, İsveçrə, İtaliyada, İspaniya, Norveç, Avstriya, Tayland, Tayvan, Hindistan, Mərakeş və s. ölkələrdə konsertlər vermişdir. C.Qaryağdıoğlu adına muğam üçlüyünün solisti, Azərbaycan Milli Konservatoriyasının dosentidir.
Haqverdi Dadaşov
Haqverdi Xudadverdi oğlu Dadaşov (1975; Qubadlı, Azərbaycan SSR) — Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin polkovniki, İkinci Qarabağ müharibəsi veteranı. == Həyatı == Haqverdi Dadaşov 1975-ci ildə Qubadlı şəhərində anadan olub. 1995-1999-cu illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Haqverdi Dadaşov 1993-1995-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib və Birinci Qarabağ müharibəsi zamanı Ağdam rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə savaşıb. 1999-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında zabit olaraq xidmətə başladı. Baş leytenant Haqverdi Dadaşov Azərbaycan Prezidenti Heydər Əliyevin 24 iyun 2003-cü il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. Polkovnik-leytenant Haqverdi Dadaşov Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "İgidliyə görə" medalı ilə təltif edildi. Polkovnik-leytenant Haqverdi Dadaşov Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2018-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin polkovniki olan Haqverdi Dadaşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin məhv edilməsində fərqlənib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Haqverdi Dadaşov "Zəfər" ordeni ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Haqverdi Dadaşov "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Kənan Dadaşov
Kənan Həsrət oğlu Dadaşov (12 aprel 2000; Dürriyə, Astara rayonu, Azərbaycan – 3 sentyabr 2018; Ağdam rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. == Həyatı == Kənan Həsrət oğlu Dadaşov 12 aprel 2000-ci ildə Astara rayonunun Dürriyə kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2018-ci ilin aprel ayında hərbi xidmətə yola düşüb. == Hərbi xidməti == Kənan Dadaşov 3 sentyabr 2018-ci il Azərbaycan-Ermənistan təmas xəttinin Ağdam rayonu istiqamətində şəhid olub. Kənan Dadaşov doğulduğu Dürriyə kənd qəbirstanlığında dəfn edilib. Dəfn mərasimində şəhidin hərbçi yoldaşları, dövlət nümayəndələri və kənd camaatı iştirak edib.Qeyd edək ki, Şəhid Dadaşov Kənan evin tək oğlu idi.
Manaf Dadaşov
Manaf Məcid oğlu Dadaşov (21 noyabr 1981, Bakı) — azərbaycanlı aktyor. == Həyatı == Manaf Dadaşov 21 noyabr 1981-ci ildə Bakıda anadan olmuşdur. 2002—2006-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Kütləvi tədbirlər və tamaşalar rejissorluğu" ixtisası üzrə təhsil almışdır. 1 oktyabr 2002-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. Türkiyə, Rusiya, Tatarıstanda qastrol səfərlərində olmuşdur. Bir neçə bədii filmlərdə və teleseriallarda çəkilmişdir. Aktyor Məcid Dadaşovun oğludur. == Əsas rolları == Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Ələddinin sehrli çırağı (ərəb xalq nağılı) — carçı Xeyir və Şər (N.Gəncəvi) — şah Ana qaz (R.Rza) — qonşu Qaraca qız (S.S.Axundov, A.Şaiq) — qaraçı; Oruc Ağ dəvə (Elçin) — 2-ci NKVD işçisi Hacı Qara (M.F.Axundov) — Əsgər bəy Ezop (Q.Fiqeyredo) — həbəş Cənnətin üç alması (N.Kazımov) — Şirməmməd İki tonqal (A.Həsənoğlu) — Tərlan Güc birlikdədir (R.Tohidoğlu) — Nazim; vəzir Pəri Cadu (Ə.Haqverdiyev) — çoban Şeyx Sənan (H.Cavid) — dəliqanlı Şelkunçik (E.T.A.Hofman) — ata Oliver Tvistin macəraları (Ç.Dikkens) — polis Mən səni sevirəm (M.S.S) — Marlen Romeo və Cülyetta (U.Şekspir) — Merkusio Qoca kloun (M.Vişnek) — Manaf Şahzadə Xəzrin nağılı (K.Ağabalayev, N.Kazımov) — Basat Buratinonun macəraları (A.Tolstoy) — Duremar Konnemarada bir kəllə (M.Makdonax) — Martin HənlonYUĞ teatrı Günlərin bir günündə (İbrahim İbrahimli)Akademik Milli Dram Teatrı Kölgə (Y.Şvarts) — maliyyə naziri == Filmoqrafiya == Yol yoldaşları (film, 2003) Əlvida, cənub şəhəri (film, 2006) Hökmdarın taleyi (film, 2008) Üfüqü ötənlər (film, 2011) Sirr (serial, 2012) Həkimlər Bir ovuc torpaq (teleserial,2013) Bir ailəm var ( teleserial, 2013) Məriz (film, 2015) Xüsusi təyinatlı İbad (film, 2016) Sən olmasaydın ( teleserial, 2016) Nar bağı (film, 2017) İkinci güllə (film, 2017) Ümidlər puç olanda ( film,2018) Könül yarası ( teleserial, 2018) Son iclas (film, 2018) Dalan (film, 2019) Qarabağ. Birinci film “Bir topa adam” ( film, 2021) S.Ə.S. “Cındır adamlar” ( 2-ci bölüm) (serial, 2021) Əqrəb mövsümü (teleserial, 2022) == İstinadlar == == Xarici keçidlər == Manaf Dadaşovun “Müasir düşüncə” layihəsində (az.) “Xüsusi təyinatlı İbad” filimi təqdim olundu “Sarı gəlin” tamaşası İmran Axundov. İstedadla zəhmət birləşəndə...
Mehman Dadaşov
Dadaşov Mehman Əsədulla oğlu — şəhid. == Həyatı == Mehman Dadaşov 13 may 1971-ci ildə Bərdə rayonunda doğulmuşdur. 10 avqust 1992-ci ildə Bərdə RHK-dan orduya çağırılmışdır. Sıravi əsgər Dadaşov Mehman 701-ci hərbi hissənin avtomatçısı olmuşdur. 11 fevral 1994-cü ildə Kəlbəcər rayonu istiqamətində itkin düşüb. == Mənbə == Azərbaycan Respublikası Xatirə Kitabı, 3-cü cild, Bakı, 2003. səh.30.
Murad Dadaşov
Murad Əli oğlu Dadaşov (21 dekabr 1978, Bakı) — şoumen, tanınmış teleaparıcı, prodüser, aktyor, "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun üzvü, "M Group Production" şirkətinin prezidenti, "20-ci əsrin çempionları" titulunun sahiblərindən biri (2000), Azərbaycan Respublikasının əməkdar artisti (2014) və Azərbaycan Respublikasının xalq artisti (2018), Xəzər TV-nin prezidenti (2020). == Həyatı == === Erkən illəri === Murad Əli oğlu Dadaşov 21 dekabr 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.O 1985–1995-ci illərdə Bakı şəhəri 160 saylı tam orta məktəbdə təhsil alıb. 1996–2000-ci illərdə Bakı Dövlət Universitetinin "Sosial elmlər və psixologiya" fakültəsində təhsil alıb, ixtisasca psixoloqdur. == Fəaliyyəti == XX əsrin sonları Azərbaycan gəncliyinin inkişafında rolu olan "Bakılı oğlanlar" ŞHK ilə tanışlığı oxuduğu məktəbdən başlayıb və bununla da 1993-cü ilin dekabrında böyük və peşəkar səhnəyə gəlib.2000-ci ildə isə "Bakılı oğlanlar" komandası "XX əsrin çempionları" tituluna sahib oldu. Şən və hazırcavab çempionlardan biri də Murad Dadaşov idi.Universitetdə təhsil aldığı müddətdə, 1999–2002-ci ildə həm də Proqnoz Müstəqil Sosioloji Tədqiqatlar mərkəzində müdür müavini vəzifəsində çalışıb.Televiziyada ilk fəaliyyətinə 1990-cı illərin ortalarında Azərbaycan Televiziyasında başlayıb. Burada "Bakılı oğlanlar" ŞHK-ın digər üzvü Cabir İmanov ilə bərabər "Bir Cənub şəhərində" adlı layihə hazırlayıb.1990-cı illərin sonlarında isə Space televiziyasında "Road Master" adlı layihənin aparıcısı olub.2002-ci ilin yanvar ayından həmin ilin oktyabr ayına kimi ANS Müstəqil Yayım və Media Şirkətində Baş Prodüser vəzifəsinə təyin edilib. Eyni zamanda həmin dövrdə bu kanalda yayımlanan "Yeriniz Məlum" adlı gündəlik şou proqramın müəllif və aparıcısı olub.2003-cü il fevralın 7-də M Group Production şirkətini təsis edib. Burada 2008-ci ilədək baş direktor vəzifəsində olub.2003-cü ildə Lider telekanalında M Group Production şirkətinin ilk layihəsi olan "Mərc şou", 2005-ci ildə isə həmin telekanalda "Maşın" realiti şousu efirə gedib. Hər iki layihənin müəllif və aparıcısı Murad Dadaşov olmuşdur.2008–2010-cu illərdə "Lider Media Holdinq" — Lider televiziyasında Baş prodüser vəzifəsinə təyin olunub.2010-cu ildən bu günə qədər M Group Production şirkətinin Prezidentidir. M Group Production hər bir layihənin işlənməsinə bütün yaradıcı gücünü və potensialını cəlb edir.
Muxtar Dadaşov
Muxtar Baba oğlu Dadaşov (11 sentyabr 1913, Bakı – 7 may 1998, Bakı) — Azərbaycan rejissoru, kinooperator, ssenarist, Azərbaycan SSR xalq artisti (1976), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1980). == Həyatı == Muxtar Baba oğlu Dadaşov 11 sentyabr 1913-cü ildə Bakıda anadan olmuşdur. 1933-cü ildə ali operator təhsili almaq məqsədilə Moskvaya gedir. Orada da bir sıra filmlərin çəklişində iştirak edir. 7 may 1998-ci ildə vəfat etmişdir. == Fəaliyyəti == Hələ erkən yaşlarından tale onun yolunu böyük sənət məbədindən salır. 1924-cü ildə ilk dəfə Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsinə çıxmış, dörd il sonra C. Cabbarlının "Sevil" pyesinin ilk tamaşasında Gündüzü oynamışdır. 1929-cu ildə Gənc Tamaşaçılar Teatrında rejissor assistenti kimi fəaliyyətə başlayır. Eyni zamanda tamaşalarda kiçik rollar oynayır.1931-ci ildə kinostudiyada operator assistenti vəzifəsinə düzəlir. Bir sıra sənədli və bədii filmlərin lentə alınmasında iştirak edir.Moskvada təhsilini başa vurduqdan sonra böyük ümidlərlə vətənə dönür, kinostudiyada operator işinə qayıdır.Muxtar Dadaşovun sənədli filmləri Azərbaycan kinosu tarixində əhəmiyyətli yer tutur.
Müseyib Dadaşov
Müseyib Mirzə oğlu Dadaşov (23 mart 1896, Balaxanı, Bakı qəzası – 13 avqust 1981, Bakı) — Azərbaycan SSR Ali Sovetinin VII, VIII, IX, X deputatı, Azərbaycan Kommunist Partiyası Yardımlı Rayon, Astara Rayon və Gədəbəy Rayon komitələrinin birinci katibi. == Həyatı == Müseyib Dadaşov 1896-cı ildə Balaxanı kəndində fəhlə ailəsində anadan olmuşdur. 1912–ci ildən Xəzər-Qara dəniz mexaniki emalatxanalarının çilingəri olaraq işləməyə başlamışdır.1957-ci ildən ittifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur. Müseyib Dadaşov 13 avqust 1981-ci ildə vəfat etmişdir. Vəfatı ilə bağlı "Kommunist" qəzetinin 14 avqust 1981-ci il tarixli nəşrinin 2-ci səhifəsində məlumat verilmiş, məlumatın sonunda Heydər Əliyev, Kamran Bağırov, Həsən Seyidov, Süleyman Tatlıyev, Lidiya Rəsulova, Ramiz Mehdiyev, Həsən Həsənov kimi dövlət xadimlərinin imzası əlavə olunmuş idi. O, Fəxri Xiyabanda dəfn olunmuşdur. == Siyasi fəaliyyəti == Müseyib Dadaşov 1917-ci ilin mart ayında Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) sıralarına daxil olmuşdur. Fevral inqilabından sonra Balaxanı Rayon Deputatları Sovetinin deputatı olmuşdur. Bakı Kommunası dövründə Müseyib Dadaşov Balaxanı Rayon Qızıl Qvardiya Qərargahının üzvü olmuşdur.Aprel işğalından sonra aktiv siyasi fəaliyyətinə açıq şəkildə davam edən Müseyib Dadaşov Azərbaycan LKGİ-nin I Qurultayının təşkilatçılarından olmuş və Azərbaycan LKGİ Mərkəzi Komitəsinin üzvü seçilmişdir.1921-ci ildə Müseyib Dadaşov Kommunist İnternasionalının III Konqresində iştirak etmişdir.Müseyib Dadaşov 1933-cü ilədək Azərbaycan Kommunist Partiyası Nuxa, Şamaxı, Lənkəran qəza komitələrində çalışmış, 1933–1937-ci illərdə Azərbaycan Kommunist Partiyası Yardımlı, Astara və Gədəbəy rayon komitələrinin birinci katibi vəzifəsində çalışmışdır. 1938-ci ildən isə rəhbər təsərrüfat işində fəaliyyətə başlamışdır.
Məhərrəm Dadaşov
Dadaşov Məhərrəm (tam adı: Dadaşov Məhərrəm Əkbər oğlu) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == 1912-ci ildə Salyan rayonunun Beştalı kəndində anadan olmuşdur. 1941-ci ildə xidmətə traktorçu peşəsindən çağırılmışdır. 233-cü tank briqadasında xidmət edən baş serjant Məhərrəm Dadaşov 1942-ci ildən döyüş cəbhələrində olmuşdur. 1942-ci ilin oktyabrından 1943-cü ilin yanvarınadək 223-cü atıcı diviziyanın tərkibində döyüşmüşdür. Rumıniyanın Vasluy şəhəri ətrəfında 1944-cü ilin avqustunda aparılan döyüşdə fərqlənmişdir. Onun conrakı döyüşləri Çexoslovakiyada olmuşdur. Baş serjant M. Dadaşovun tank heyəti avqustun 28-də düşmən ordusunun yerləşdiyi məntəqəyə daxil olaraq düşmənin 6 tank vuran topunu və bir neçə pulemyotunu şəxsi heyətləri ilə məhv etmişdir. Bu döyüşdə yaralanan M. Dadaşov tankını idarə etməkdə davam etmiş və tankın atəş nəqtələrinin mərmiləri qurtardıqdan sonra şəxsi silahla döyüşü davam etdirmişdir. Cəsur tankçı M. Dadaşov aldığı yaralardan sentyabrın 17-də hospitalda dünyasını dəyişmişdir.
Məlik Dadaşov
Məlik Yusif oğlu Dadaşov (7 iyun 1924, Bakı, Azərbaycan SSR – 2 dekabr 1996, Bakı) — Azərbaycan teatr və kino aktyoru. Azərbaycan SSR xalq artisti (1974), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986). Əsasən mənfi rolların ifaçısıdır. == Həyatı == Məlik Dadaşov 1924-cü il iyunun 7-də Bakıda doğulub. İkinci Dünya müharibəsində iştirak edən aktyor beynindən zədə alaraq uzun müddət müalicə olunur. 1945-ci ildə Gənc Tamaşaçılar Teatrında aktyor kimi işə başlayır. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirdikdən sonra M.Əzizbəyov adına Akademik Dram Teatrına işə gəlmişdi və burada ilk dəfə H. Muxtarovun "Ailə namusu" pyesində oynamışdı. Onun yaradıcılığının başlanğıcı Azərbaycan milli teatr sənətinin güclü inkişaf dövrünə təsadüf etmişdi. O vaxt Azərbaycan səhnəsinə Ə. Ələkbərov, M. Məmmədov, Adil İsgəndərov və onlarla digər sənət korifeyləri çalışırdı. Bu münbit sənət mühiti onun yaradıcılıq bioqrafiyasına güclü təsir göstərmiş və tezliklə onu səhnəmizin qüdrətli sənətkarları sırasına çıxarmışdı.
Məmmədrza Dadaşov
Məmmədrza Həsən oğlu Dadaşov (16 avqust 1909, Bico, Şamaxı qəzası – 16 iyun 1984, Bico, Ağsu rayonu) — Azərbaycan kənd təsərrüfatı nümayəndəsi, Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == 1909-cu ildə avqustun 16-da indiki Ağsu rayonunun inzibati ərazi vahidinə daxil olan Bico kəndində doğulmuşdur. 1934–1976-cı illərdə müəllim, Şamaxı və Ağsu rayonlarının müxtəlif təsərrüfat idarələrində kollektiv rəhbəri işləmişdir. 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Eyni ildə Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif edilmiş, eyni kənddən olan 6 nəfərdən biridir. Fəaliyyəti dövründə Azərbaycan SSR Ali Sovetinə (6-cı çağırış) deputat seçilmiş, "Lenin", "Oktyabr inqlabi", "Qırmızı Əmək bayrağı" ordenləri ilə təltif olunmuşdur. 1978-ci ildən ömrünün sonuna kimi Bico kəndi XDS İcraiyə Komitəsinin sədri olmuşdur. 1984-cü il iyunun 16-da vəfat etmişdir.
Məmmədtağı Dadaşov
Məmmədtağı Dadaşov(Tam adı:Məmmədtağı Teymur oğlu Dadaşov; d.1899, Bakı - ö.?) — Praporşik, dövlət xadimi. == Həyatı == 1899-cu ildə Bakı şəhərində anadan olmuşdu. Uşaq yaşlarından çevikliyi və ciddiliyi ilə seçilən Məmmədtağı müstəqil Azərbaycan Respublikası dövründə fəaliyyətə başlamış, hərbi yunkerlər məktəbinə daxil olmuş və həmin məktəbi praporşik rütbəsi ilə başa vurduqdan sonra bir müddət milli ordu sıralarında xidmət etmişdi Dadaşov 1932-ci il yanvarın 1-də verdiyi ifadəsində bildirirdi ki, “1918-ci ildə “Müsavat” yunker məktəbini bitirərək 1-ci Azərbaycan Alayına alay yunkeri vəzifəsinə göndərilmişəm və orada 5-6 ay işləmişəm”. === Ailəsi === 1925-ci ildə o, Həbibə xanım adlı bir qadınla ailə qurmuşdu. Dadaşovun Həbibə xanımdan İsmət və Şövkət adlı iki qızı, Məmməd adlı bir oğlu olmuşdur. Həbibə xanım Azərbaycan Dövlət Siyasi İdarəsinə (Azərbaycan DSİ) göndərdiyi məktubların birində bildirirdi ki, Məmmədtağı həbs olunanda kiçik uşaqları Məmməd 5 aylıq idi. == Fəaliyyəti == 1919-cu il noyabrın 25-dən Balaxanı Sabunçu bölməsinin rəisi vəzifəsinə təyin edilmişdi. M.Dadaşov işlədiyi müddətdə həm denikinçilərə, həm əhali arasında Azərbaycan Respublikasının və onun rəhbərlərinin əleyhinə yönəldilmiş bolşevik təbliğatına, həm erməni daşnaklarına, həm də xarici müdaxiləçilərə qarşı inadla mübarizə aparmışdır. Elə ona görə də sovet hakimiyyəti illərində 4 dəfə həbs edilmişdir. == Azadlıqdan məhrum edilməsi == İlk dəfə onu AXC devrildikdən bir qədər sonra - 1920-ci ildə həbs etmiş və əməllərində cinayət tərkibi olmadığından azadlığa buraxılmışdı.
Ağa Abdulla Dadaşov
Dadaşov Ağa Abdulla Ələsgər oğlu (01.04.1902, Bakı - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == 1-ci Bakı realnı məktəbini bitirmişdi (1918). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün İngiltərəyə göndərilmişdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Bahar Dadaşova
Brilliant Dadaşova
Brilliant Süleyman qızı Dadaşova (15 sentyabr 1965 və ya 15 sentyabr 1959, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti (1998); Azərbaycan Respublikasının xalq artisti (2008). == Həyatı == Brilliant Dadaşova 15 sentyabr 1965-ci ildə (bəzi mənbələrə görə 1959-cu ildə) Bakı şəhərində anadan olub. Brilliant Dadaşovanın musiqi karyerası 1983-cü ildə Eldar Mansurovun mahnıları ilə başlandı. 1985-ci ildə Brilliant Dadaşova Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyük səhnəyə gəldi. 1986-cı ildə Brilliant Dadaşova və Akif İslamzadə "Hər şey gözəldir həyatda" adlı mahnını yazdırırlar və bu mahnı Azərbaycanda çox məşhur olur. Həmin ildə Dadaşovanın eyni adlı musiqi albomu çıxır. 1987-ci ildə o, sovet ifaçıları arasında keçirilən müsabiqədə birinci yerə nail ola bildi. 1988-ci ildə Topxana meşəsindəki hadisələrdən sonra müğənni "Haydı, ər igidlər" mahnısını ifa etdiyinə görə ciddi töhmət alır. 1989-cu ildə Brilliant Dadaşovanın çox məşhur "Bayatılar" adlı mahnısı işıq üzü görür. Qısa müddətdə xitə çevrilən "Bayatılar" mahnınısı Brilliantdan sonra Sezen Aksu, Edvvard Maya, Keti Garbi, Reno, Levent Yüksel, Monika Salmaso, "Brazilian girls", "N Dubz", DJ Brizi və Eusebio Belli və başqa dünya ulduzları tərəfindən yüzlərlə verisyada ifa olunmuşdur.
Brilyant Dadaşova
Brilliant Süleyman qızı Dadaşova (15 sentyabr 1965 və ya 15 sentyabr 1959, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti (1998); Azərbaycan Respublikasının xalq artisti (2008). == Həyatı == Brilliant Dadaşova 15 sentyabr 1965-ci ildə (bəzi mənbələrə görə 1959-cu ildə) Bakı şəhərində anadan olub. Brilliant Dadaşovanın musiqi karyerası 1983-cü ildə Eldar Mansurovun mahnıları ilə başlandı. 1985-ci ildə Brilliant Dadaşova Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyük səhnəyə gəldi. 1986-cı ildə Brilliant Dadaşova və Akif İslamzadə "Hər şey gözəldir həyatda" adlı mahnını yazdırırlar və bu mahnı Azərbaycanda çox məşhur olur. Həmin ildə Dadaşovanın eyni adlı musiqi albomu çıxır. 1987-ci ildə o, sovet ifaçıları arasında keçirilən müsabiqədə birinci yerə nail ola bildi. 1988-ci ildə Topxana meşəsindəki hadisələrdən sonra müğənni "Haydı, ər igidlər" mahnısını ifa etdiyinə görə ciddi töhmət alır. 1989-cu ildə Brilliant Dadaşovanın çox məşhur "Bayatılar" adlı mahnısı işıq üzü görür. Qısa müddətdə xitə çevrilən "Bayatılar" mahnınısı Brilliantdan sonra Sezen Aksu, Edvvard Maya, Keti Garbi, Reno, Levent Yüksel, Monika Salmaso, "Brazilian girls", "N Dubz", DJ Brizi və Eusebio Belli və başqa dünya ulduzları tərəfindən yüzlərlə verisyada ifa olunmuşdur.
Elnarə Dadaşova
Elnarə Dadaşova (25 iyun 1952) — Azərbaycan bəstəkarı və sənətşünası, xalq artisti, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru. == Həyatı == Bəstəkar Elnarə Dadaşova 1952-ci ildə İçərişəhərli Dadaşovların ailəsində anadan olmuşdur. Altı yaşında olanda vaxtı ilə Azərbaycan Dövlət Konservatoriyasının tərkibində olan Bülbül adına musiqi məktəbinə ilk addımlarını atır. 11 il milliyyətcə latış olan ilk müəlliməsi Qudelis İvetta Adolfovnadan musiqinin sirlərinə yiyələnmişdir. Onun qeyri-adi yaradıcılıq istedadı həmin illərdən hiss olunmuşdur. Elnarə Dadaşovanın bəstəkarlıq istedadını hiss edən müəllimləri ona bu sahədə istiqamət verməyə çalışırdılar. Bu məqsədlə də o, 9-cu sinifdən Nazim Əliverdibəyovun məsləhətilə Bülbül adına orta ixtisas musiqi məktəbində bəstəkar Ədilə Hüseynzadənin yanına gəlir. Ədilə xanım onu bir bəstəkar kimi istiqamətləndirir. Dadaşovanın ilk əsərləri Avropasayağı səslənirdi. Lakin Ədilə Hüseynzadənin tövsiyəsi ilə tez bir zamanda gənc bəstəkar milli ruhda çox sayda əsər bəstələdi.
Gülnaz Dadaşova
Gülnaz Dadaşova (Gülnaz Mahir qızı Dadaşova; Bakı) — Azərbaycan alimi, professor, tibb elmləri doktoru. Hazırda C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktorudur. == Həyatı == Gülnaz Mahir qızı Dadaşova Bakı şəhərində müəllim ailəsində anadan olmuşdur. İlk təhsilini 191 saylı orta məktəbdə almış və həmin məktəbi medal ilə bitirmişdir. 1992-ci ildə bakalavr dərəcəsi üzrə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1998-ci ildə məzun olmuşdur. 1999–2000-ci illərdə Bakı Dəmiryol Xəstəxanasında kardioloq kimi internatura keçmişdir. 2002–2005-ci illərdə Azərbaycan Tibb Universitetinin kliniki farmakologiya kafedrasında aspirantura təhsili almışdır. 2008-ci ildə "Postmenopozal qadınlarda arterial hipertenziya müalicəsinin optimallaşdırılması" elmi işini müdafiə edərək tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2016-cı ildə dosent elmi adını almışdır. 2018-ci ildə "Xroniki ürək çatışmazlığının gender xüsusiyyətləri, diaqnoz və dərman müalicəsinin təkmilləşdirilməsi imkanları, proqnoz və sağ qalma proqnozlarının müəyyən edilməsi" elmi işini müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsini almışdır.
Kübra Dadaşova
Dadaşova Kübra Məmmədağa qızı (31 avqust 1957 - 12 fevral 2017 ) — Azərbaycan aktrisası. == Həyatı == Kübra Dadaşova 31 avqust 1957-ci ildə doğulmuşdur. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirmişdir. O, yaradıcılıq fəaliyyətinə hələ tələbə ikən – 1982-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında başlamışdır. Aktrisa dramatik və komik səpkili rolları eyni bacarıqla yaradır. 16 may 2006-cı ildən Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunub. Aktrisa Kübra Dadaşova 12 fevral 2017-ci ildə 59 yaşında şəkər xəstəliyindən vəfat edib. == Əsas rolları == Cicixanım - ("Qonşu qonşu olsa, kor qız ərə gedər", Rəşid Bəy Əfəndiyev) Bibi - ("Ruhlar qapını döyür", Rauf İçərişəhərli) Mənzərə - ("Pul dəlisi", Əhməd Orucoğlu) Nazlı - ("O da mənəm, bu da", Dadaş Mehdi) Küpəgirən - ("Mağara", Aygün Həsənoğlu) Mürəbbiyə - ("Danışan gəlincik", Abdulla Şaiq) Xeyransa - ("Nəsrəddin", Yusif Əzimzadə) Göhər - ("Məhəbbət bir bəladır", Əhməd Orucoğlu) Qulməmməd - ("Cənnətin üç alması", Nicat Kazımov) Qəmərbanu - ("Mahmud və Məryəm", Elçin) Rəhilə – ("Ah, qadınlar, qadınlar", Marat Haqverdiyev) Ziba xala – ("Ağ dəvə", Elçin) Ana – ("Ələddinin sehrli çırağı", Ərəb xalq nağılı) Ana – ("İncəbel qarı" R.Tohidoğlu) Ögey ana – ("Göyçək Fatma" Azərbaycan xalq nağılları) Zümrüd – ("Mən səni sevirəm" Ə.Əmirli) Zübeydə – ("Buzovna kəndinin əhvalatları", Elçin)Azərbaycanın əməkdar artisti Məmmədağa Dadaşovun qızıdır. == Filmoqrafiya == Adı sənin, dadı mənim (film, 1980) (tammetrajlı televiziya tamaşası) (AzTV) Bağdada putyovka var... (film, 2000) Belə də olur (film, 1988) Cavid ömrü (film, 2007) Gecə qatarında qətl (film, 1990) Qəzəlxan (film, 1991) Layiqli namizəd (film, 1984) Metranpaj Nə gözəldir bu dünya...
Ləman Dadaşova

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 19.47 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 37.69
2003 ••••••• 12.99
2004 •••••• 10.11
2005 ••••••••••• 18.89
2006 •••••••••• 17.34
2007 •••••••••• 18.82
2008 ••••••• 12.91
2009 ••••••••••• 19.36
2010 ••••••••••• 19.70
2011 •••••••••••• 21.71
2012 •••••••••••• 22.37
2013 ••••••••••• 20.13
2014 ••••••••••••• 22.82
2015 •••••••• 14.80
2016 •••••••• 14.23
2017 ••••••••••• 19.51
2018 •••••••••••• 22.17
2019 ••••••••• 16.27
2020 ••••••••••••••• 26.92

"dadaşov" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dadaşov nədir? #dadaşov sözünün mənası #dadaşov nə deməkdir? #dadaşov sözünün izahı #dadaşov sözünün yazılışı #dadaşov necə yazılır? #dadaşov sözünün düzgün yazılışı #dadaşov leksik mənası #dadaşov sözünün sinonimi #dadaşov sözünün yaxın mənalı sözlər #dadaşov sözünün əks mənası #dadaşov sözünün etimologiyası #dadaşov sözünün orfoqrafiyası #dadaşov rusca #dadaşov inglisça #dadaşov fransızca #dadaşov sözünün istifadəsi #sözlük