Dadiani sözü azərbaycan dilində

Dadiani

Yazılış

  • Dadiani • 50.0000%
  • dadiani • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dadiani sarayı
Dadianov sarayı — Dadiani nəslindən olan meqrel hakimlərinin Gürcüstanın Zugdidi şəhərindəki rezidensiyası. == Tarixi == XVII-ci əsrdə Gürcüstanda olan italyan missioneri Arkandjelo Lamberti yazırdı ki Knyazın 50-dən çox sarayı var hansıların için Zugdidi sarayı ən gözəlidir: o ən gözəl daşdan tikilib və onun iç otaqları fars üslubunda tasarlanıb.İndiki var olan saray 1873-1878-ci illərdə inşa edilib knyaqinya Yekaterina Dadiani üçün. Sarayın tasarlanması zamanı mühəndis Edqar Dj. Rays Alupkadakı Voronçov sarayının üslubundan istifadə edib. İkinci saray knyaqinanın oğlu, sonuncu meqrel hakimi üçün 1880-ci ildə inşa edilib, Leonid Vasilyevin layihəsi əsasinda. Nikolay Didiani hakimiyyətdən imtina etdikdən sonra (1866) onun qızı Salome anası ilə Parisə getdi və Parisdə 18 may 1868-ci ildə Marşal Myuratın nəvəsi Aşil Myuratla evləndi. Aşil Myurat bonapartislərin bəzi relikviyaları ilə Napolionun olüm maskasını Meqrelə gətirdi. Günümüzdə maska saray kompleksinin əsas hissəsi olan tarix muzeyində saxlanır. == Muzey == Muzey David Dadiani tərəfindən köhnə tarixi əşyalar və saray sahiblərinin xəzinsi əsasında 1849-cu ildə yaradılıb. Günümüzdə muzeydə 41.000 eksponat var — gürcü mədəniyyətinin nadir inciləri.
Nikolay Dadiani
Niko Dadiani (gürc. ნიკოლოზ (ნიკო) დავითის ძე დადიანი; 4 yanvar 1847, Zuqdidi – 24 yanvar 1903, Sankt-Peterburq) — Sameqrelonun son suveren şahzadəsi (1853-1866). Taxtını itirdikdən sonra rus tərzində: Əlahəzrət Şahzadə Nikolay Davidoviç Minqrelski çağrılmağa başladı. == Mənşəyi == Meqreliya suveren şahzadəsi I David Dadiani (1812-1853) və Yekaterina Alexandrovnanın oğludur. Şahzadə Çavçavadzenin anası, general-leytenant və şair Aleksander Qarsevanoviç Çavçavadzenin qızıdır. == Həyatı == Atasının öldüyü zaman onun 7 yaşı var idi və yetkinlik yaşına qədər knyazlığı anası saray şurası ilə birlikdə (atasının kiçik qardaşları: Qriqori Levanoviç və Konstantin Levanoviç) idarə edirdi. Osmanlı imperiyası tərəfindən Ömər paşanın komandanlığı altında Sameqreloya qarşı (Krım müharibəsi dövründə) hərbi əməliyyatlara başlaması ilə anası şahzadə Ketrinlə birlikdə knyazlığın ordusunda idi. 1856-cı ildə anası ilə birlikdə imperator II Aleksandrın tac tacına keçmiş, fliqel-adyudant olmuş və Əlahəzrətin Qafqaz Mühafizəçilər eskadronun leyb-qvardiyasına yazılmışdır. 1857-ci ildə anası Meqreliaya getdikdən sonra Sankt-Peterburqda qalır. Təhsilini başa vurmaq üçün Parisə göndərilir.
Şalva Dadiani
Şalva Nikolayeviç Dadiani (1874 - 1959) — gürcü aktyor, yazıçı və dramaturq, ictimai xadim, tərcüməçisi. Gürcüstan Xalq artisti (1923). == Həyatı == 9 may (21), 1874-cü ildə Zestafoni şəhərində anadan olub. Məşhur gürcü knyaz nəsli Dadiani sülaləsinin üzvü Georgi Lipartianinin oğlu Manuçarın nəslindəndir. Atası - məşhur gürcü şairi, nasir və tərcüməçi Knyaz N.T.Dadiani (1844-1896), anası - knyaginya Lidia Antonovna Sulukidzedir.Şalva Dadiani ədəbi və ictimai fəaliyyətə 1890-cı illərdə başlamışdır. Teatr fəaliyyətinin başlanğıcı da eyni vaxta təsadüf edir. Ş.Dadiani 1893-1923-cü illərdə aktyor və Gürcüstan teatrlarının rejissoru idi. Bu müddət ərzində o, teatrda aktyor kimi 200-dən çox rol ifa etmişdir. 1905-ci il inqilabının təsiri altında Sovet dövründə Gürcüstanın akademik teatrlarında səhnələşdirilən bir sıra inqilabi pyeslər yazmışdır. Gürcüstanda Sovet hakimiyyəti qurulduqdan sonra (1921) Sovet Gürcü teatrının inşasında fəal iştirak etmişdir.

Oxşar sözlər

#dadiani nədir? #dadiani sözünün mənası #dadiani nə deməkdir? #dadiani sözünün izahı #dadiani sözünün yazılışı #dadiani necə yazılır? #dadiani sözünün düzgün yazılışı #dadiani leksik mənası #dadiani sözünün sinonimi #dadiani sözünün yaxın mənalı sözlər #dadiani sözünün əks mənası #dadiani sözünün etimologiyası #dadiani sözünün orfoqrafiyası #dadiani rusca #dadiani inglisça #dadiani fransızca #dadiani sözünün istifadəsi #sözlük