* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 zərf Bir-birinin dalınca, birbirinin ardınca; ardıcıl, peydərpey. Dalbadal axışıb gəlmək. Dalbadal papiros çəkmək. – Dəvə, maya, nər, köşək; Lökləyirlər dalbadal. A.Səhhət. [Cabbar bəy] on beş il bundan qabaq evlənmiş və dalbadal beş uşağı olmuşdu. S.Rəhman. Bütün sədd boyu dalbadal atılan tüfənglərin arası kəsilmir. M.Rzaquluzadə. // Arası kəsilmədən, ara vermədən; fasiləsiz. Dalbadal öskürmək.
Azərbaycan dilinin izahlı lüğəti / dalbadal2 DALBADAL Dalbadal göndərdiyi məktubların hamısı cavabsız qalırdı (X.Hasilova); ARAMSIZ Səhərdən bəri aramsız atılan güllələr vıyıltı ilə uçuşaraq harada isə yerə düşür... (M.Hüseyn); ARASI KƏSİLMƏDƏN Arası kəsilmədən çalman zəngdən Cövdət diksinib gözlərini açdı (H.Abbaszadə); BİLAARAM Rza bütün günü bilaaram gah körük basar, gah dəmir döyərdi (M.İbrahimov); BİR-BİRİNİN ARDINCA (DALINCA) Daha Könül özünü saxlaya bilməyib, onun barəsində dürüst öyrəndiklərini bir-birinin dalınca üzünə vurdu (X.Hasilova); PEYDƏRPEY ... çomaqlar peydərpey enib qalxırdı (Çəmənzəminli).
Azərbaycan dilinin sinonimlər lüğəti / dalbadal2 нареч. 1. один за другим (следуя друг за другом, вереницей). Dalbadal girmək входить один за другим 2. беспрерывно, непрерывно, беспрестанно, не переставая, не прекращая, без передышки. Yağışlar dalbadal yağırdı дожди шли беспрерывно 3. подряд. Beş il dalbadal пять лет подряд, iki il dalbadal два года подряд, üç gün dalbadal три дня подряд, dalbadal iki məğlubiyyət два поражения подряд, dalbadal çalınan qələbələr победы, одержанные подряд (кряду)
Azərbaycanca-rusca lüğət / dalbadal1 z. running, in succession; one after the other, iki gün ~ two days running; yeddi saat ~ seven hours in succession, seven hours running; Onlar dalbadal otağa girdilər They entered the room one after the other
Azərbaycanca-ingiliscə lüğət / dalbadal2 1. (sıra ilə) at a run подряд; 2. (biri o birinin ardınca) things have piled up (usually against someone) * одно к одному (о каких-либо неприятностях, следующих одна за другой)
Azərbaycanca-İngiliscə-Rusca frazeoloji lüğət / dalbadal1 zərf. l’un après l’autre, à la file, à la queue leu- leu, en rang d’oignons ; yeddi saat ~ sept heures sans cesse
Azərbaycanca-fransızca lüğət / dalbadal1 нареч. галамаз-галамаз, далбадал, галаз-галаз, сад-садан гуьгъуьналлаз (мес. пӀапӀрус чӀугун); // ара датӀана, ара тагана, акъваз тавуна (мес. уьгьуь ягъун).
Azərbaycanca-ləzgicə lüğəti / dalbadal