dalğalar sözü azərbaycan dilində

dalğalar

Yazılış

  • dalğalar • 91.1392%
  • Dalğalar • 8.4388%
  • DALĞALAR • 0.4219%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Akustik dalğalar
Akustik dalğalar, səs dalğaları – fəzada yayılan elastiki maddi mühitin (qaz, maye və ya bərk) həyəcanlanmaları. Həyacanlanmalar mühitdə sıxlığın və təzyiqin tarazlıq qiymətlərindən lokal yayınmaları və mühit hissəciklərinin tarazlıq vəziyyətindən yerdəyişmələridir. Mühitin hal dəyişmələrinin maddənin bir hissəciyindən digərinə ötürülməsi səs sahəsini səciyyələndirir. Akustik dalğalarda enerjinin və hərəkət miqdarının ötürülməsi maddənin özü daşınmadan baş verir. Həcmi elastikliyə malik olan qaz və maye mühitlərdə hissəciklərin yerdəyişməsi yalnız dalğanın yayılma istiqamətilə üst-üstə düşən uzununa Akustik dalğalar ilə yayıla bilər. Bu halda səs təzyiqi skalyar kəmiyyət olur. Həcmi elastiklikdən başqa həm də yerdəyişmə elastikliyinə malik olan qeyri-məhdud bərk mühitlərdə uzununa Akustik dalğalarla yanaşı eninə Akustik dalğalar da yayıla bilər; onlarda hissəciklərin yerdəyişməsi və dalğaların yayılma istiqamətləri bir-birinə perpendikulyardır. Bərk mühitlərdə səs təzyiqinin analoqu mexaniki gərginlik tenzorudur. Bərk cismlərdə sərhəd mövcud olduğu zaman digər növ Akustik dalğalar da yaranır. Akustik dalğalar forması səs sahəsinin xarakteristikalarınn zamandan asılılığına uyğun olaraq dəyişir.
Mexaniki dalğalar
Dalğa — rəqslərin mühitdə yayılması prosesidir. Mexaniki dalğa mexaniki rəqslərin elastik mühitdə yayılmasıdır. Mexaniki dalğaların yaranması və yayılması üçün ən vacib şərt elastik mühitin olmasıdır. Ümumi dalğa tənliyi budur: x = a cos ⁡ ω ( t − r v ) {\displaystyle x=a\cos \omega (t-{\frac {r}{v}})} Burada x-nöqtənin tarazlıq vəziyyətindən olan yerdəyişməsi, A-rəqsin amplitududur, t-rəqsin başlanması anından hesablanan zaman, v-dalğanın yayılma sürəti, r-rəqsin koordinat başlanğıcından t müddətinə yayıldığı məsafədir. == Dalğanın növləri == Dalğanın 2 növü vardır: Uzununa dalğa – rəqs istiqamətində yayılan dalğaya deylir. Eninə dalğa – rəqslərə perpendikulyar istiqamətində yayılan dalğaya deyilir.Eninə dalğa zərrəciklərin rəqs istiqamətinə perpendikulyar istiqamətdə yayılan dalğaya deyilir. Eninə dalğa dalğa qabarıqlarının və çökəkliklərinin növbə ilə təkrarlanmasıdır. Eninə dalğalar elə mühitdə yayıla bilər ki, orada mühitün formasının dəyişməsi nəticəsində elastiklik qüvvələri yaransın. Ona görə də eninə elastik dalğalar ancaq bərk cisimlərdə yayılır. Qaytanın bir ucunu divara bərkidib digər ucunu yuxarı-aşağı rəqs etdirməklə eninə dalğaların qaytan boyunca necə yayıdığını görə bilərik.
Seysmik dalğalar
Seysmik dalğalar — zəlzələ ocağında baş verən qırılma zamanı ayrılan enerjinin böyük bir hissəsi süxurlarının yerdəyişməsinə və istilik yaranmasına, bir hissəsi isə ocaqdan ətraf ərazilərə yayılan seysmik dalğalar adlanan elastik dalğaların əmələ gəlməsinə sərf olunur.Bu dalğalar yer səthinə çatarkən qruntu (torpağı) titrədir və insanlar zəlzələni hiss edirlər. == Elastik dalğalar == Elastik dalğalar ətrafa yayılarkən süxurları deformasiyaya uğradır, yəni onların ölçülərini və ya formasını dəyişir, lakin dalğanın təsirindən sonra süxurlar öz ilkin vəziyyətinə qayıdır. Elastik cisimdə (o cümlədən, dağ süxurlarında) əsas iki cür deformasiya qeyd olunur. === Həcmi deformasiya === Kənar qüvvələrin təsiri ilə cismin (süxurun) həcmi dəyişir, lakin onun forması dəyişməz qalır. === Sürüşmə deformasiyası (forma deformasiyası) === Kənar qüvvələrin təsiri ilə cismin (süxurun) həcmi deyil, forması dəyişir. == Seysmik dalğaların növləri == İki əsas növü vardır: həcmi dalğalar və səthi dalğalar. === Həcmi dalğalar === Sərhədsiz mühitdə baş verən deformasiyanın tipindən asılı olaraq iki cür dalğalar əmələ gəlir: uzununa dalğalar (P) və eninə dalğalar (S). ==== Uzununa dalğalar (P) ==== Həscmi deformasiya zamanı uzununa dalğa (P) əmələ gəlir və nəticədə bu dalğanın keçdiyi mühitdə sıxılma və gərilmə zonalarının növbələnməsi, hissəciklərin öz ilkin vəziyyətləri ətrafında dalğanın yayılma istiqamətində rəqsi hərəkətləri müşahidə edilir. Hissəciklər gərilmə zonalarında bir-birindən uzaqlaşır, sıxılma zonalarında isə yaxınlaşırlar. Uzununa dalğalar səs dalğalarının havada yayılmasına analoji formada yayılırlar.
Dalğalar (film)
Dalğalar (ing. Waves) — 2019-cu il ABŞ istehsalı dram filmi. Filmin rejissoru və ssenari müəllifi Trey Edvard Şultsdur. Film cənubi Floridada yaşayan afroamerikalı ailənin övladları, Tayler və Emili Vilyamsın həyatından bəhs edir. Filmin premyerası 30 avqust 2019-cu ildə Tellurayd Film Festivalında baş tutub. Film ABŞ-də A24 tərəfindən 15 noyabr 2019-cu ildə yayımlanıb.
Uzununa dalğalar (P)
P dalğaları — dalğanın yayılması istiqamətində elastik mühitin elementar hissəciklərinin rəqslərinə səbəb olan və mühitdə həcmli sıxılma-gərilmə deformasiyaları yaradan elastik uzununa dalğalardır. Həcmi dalğalar arasında ən sürətli, buna görə də Latın "prima" — ilkin "P-dalğaları" adını aldılar. Bərk, maye və qazlarda yayıla bilir. == Haqqında == Seysmik dalğalar – süxurlarda elastik (mexaniki) vibrasiyaların enerjisini daşıyan dalğalardır. Seysmik dalğanın mənbəyi zəlzələ, partlayış, vibrasiya, zərbə, eləcə də süxurlarda elastik vibrasiyaların yaranmasına səbəb olan hər hansı təsir ola bilər. Seysmik dalğalar seysmologiya və kəşfiyyat geofizikasında öyrənilir. Seysmik dalğaların yaratdığı titrəyişləri qeyd etmək üçün seysmik stansiyalara qoşulmuş müstəqil seysmik qeydlər və ya qəbuledicilərdən istifadə olunur. Dalğanın yayılma sürəti dalğanın yayıldığı mühitin sıxlığından və elastik modullarından asılıdır. Seysmik dalğaların sürətləri adətən dərinlik artdıqca artır, yer qabığının yuxarı hissəsində 1–8 km/s, mantiya səviyyəsində isə 13 km/s təşkil edir. Seysmik dalğaların tezliyi fraksiyalardan bir neçə yüz herts aralığında dəyişir.
Dalğalar Dənizə Qayıdır (1986)
Dalğalar dənizə qayıdır (film, 1986)
Dalğalarda qadın (Kurbe)
Dalğalarda qadın (fr. La femme à la vague) — Qüstav Kurbenin 1868 ci ildə yağlı boya texnikası ilə nü janrında çəkmiş olduğu rəsm əsəri. Tablonun ölçüləri 65,4 × 54 sm-dir. Halhazırda əsər Nyu Yorkun Metropoliten muzeyində sərgilənməkdədir. == Süjeti == Tabloda Kurbe gənc bir qadını dalğalar qoynunda çimərək təsvir etmişdir. Əsər nü janrındadır. Onun yarıya qədər suya batmış bədənini yarım şəffaf dərisi çox işıqlı təsvir edilmişdir. Dalğalı şabalıdı rəngli və bir qədər də nəmli görünən saçları seyrək şəkildə üzünə tökülmüşdür. Qolları başı üzərinə çar-çarpaz qaldırılmışdır. Köpüklü xırda ləpələr sanki onun üzərinə canatır.
Dalğaları yararkən (film, 1996)
Dalğaları yararkən (ing. Breaking the Waves) — rejissor Lars fon Trierin 1996-cı ildə Emili Uatsonun iştirakı ilə ekranlaşdrıdığı filmdir. Film Şimali Şotland Dağlarında yaşayan qeyri adı xarakterə malik gənc qız Bess MakNeyl və onun həyat yoldanı Yana qarşı hiss etdiyi məhəbbətdən bəhs edir. Filmin beynəlxalq istehsalı ilə Trierin rəhbərlik etdiyi "Zentropa" adlı Danimarka film şirkəti məşğul olmuşdur. "Dalğaları yararkən" filmi trierin "İdiotlar" (1998) və "Qaranlıqda rəqs edən" (2000) filmlərinin də daxil olduğu "Qızıl ürək trilogiyası"nın birinci filmidir. == Məzmunu == Dalğaları yararkən filmində psixoloji problemləri olmuş gənc şotland xanım Bess MakNeylin həyat hekayəsi danışılır. Yaşadığı toplumun və kalvinist kilsəsinin qarşı olmasına baxmayaraq, o, norveçli neftçi Yanla evlənir. Bess bir qədər kəm düşünəli və körpə uşaq kimi sadəlövhdür. Tez-tez kilsəni ziyarət edəən Bess Tanrıya inanır və çoxlu dua edir, Tanrının onun öz səsi ilə ona cavab verdiyini düşünür. Yan neft platformasında olduğu müddətdə Bess onsuz çətin yaşayır.
Dalğaların interferensiyası
Dalğaların interferensiyası — fəzanın hər bir nöqtəsində sabit amplitudlu rəqslər yarada bilən dalğaların toplanmasına deyilir. Yalnız koherent dalğalar dayanıqlı interferensiya mənzərəsi yarada bilər. Koherentlik şərtləri — toplanan dalğaların eyni tezlikli olmalı və fazalar fərqı zaman keçdikcə sabit qalmalıdır. Maksimumluq şərti — yollar fərqi tam sayda dalğa uzunluğuna bərabər olan yerlərdə baş verir, Δl=nλ. Minimumluq şərti — yollar fərqi tək sayda yarımdalğa uzunluğuna bərabər olan yerlərdə yaranır, Δl=(2n+1)λ\2. Mexaniki dalğalar — mexaniki rəqslərin elastik mühitdə yayılmasıdır. Elektromaqnit dalğaları — elektromaqnit rəqslərinin fəzada yayılmasıdır. Dalğa uzunluğu — dalğanın bir period ərzində dalğanın yayıldığı məsafədir, λ=v·T=v\ν. Burada v-dalğanın sürəti, T-periodu, ν-tezliyidir. Ölçü vahidi BS-də metrdir, 1m.
De Broyl dalğaları
De Broyl dalğaları — 1923-cü ildə fransız fiziki Lui de Broyl fotonun dalğa-korpuskul dualizm xassəsinin maddənin bütün zərrəciklərinə-elektron, proton, neytron və atomlara da xas ola bilmə hipotezini irəli sürür. Onun ideyasına görə, hər hansı bir zərrəcik E enerjiyə, eləcə də, p impulsuna malik olarsa, belə halda həmin zərrəciyin hərəkətinə tezliyi ν= E : h {\displaystyle E:h} və dalğa uzunluğu λ= h : p {\displaystyle h:p} olan dalğaya uyğun gəlir. Belə dalğalara de Broyl dalğaları deyilir. == Təsdiqi == De Broylun nəzəri əsaslandırdığı adıçəkilən hipotez 1927–1928-ci illərdə aparılan təcrübələr nəticəsində təstiqləndi. Fərziyyənin təsdiqi elektronların kristal qəfəsdə difraksiyası təcrübələrinə əsaslanır. Maddə zərrəciyi olan elektronun dalğa xassələrini təsbit etmək məqsədilə elə cihaz tələb olunurdu ki, həmin cihazın parametrləri elektron dalğasının uzunluğu tərtibində olsun. Bu zaman aşkarlanmışdır ki, dalğa uzunluğunun bu qiyməti kristal qəfəslərdə atomlararası məsafə tərtibindədirlər. Məhz bu səbəbdən, aparılan təcrübələrdə kristal qəfəsdən keçərkən elektron dəstəsinin difraksiya və interferensiyası müşahidə edildi. Bununla da, təbiətin ən vacib qanunlarından biri sayılan- materiyanın dalğa-korpuskulyar xassəsinə sahib olması nəzəri və eləcə də, təcrübi yolla təsdiq edildi. == Ehtimal dalğaları == Mikrozərrəciklərin dualist (ikili) təbiəti barədə nəzəriyyə mikroaləm haqqında təsəvvürləri tamamilə dəyişdi.
Dunay dalğaları (tort)
Dunay dalğaları (alm. Donauwelle‎) — albalılı yağlı xəmirdən və kərə yağ kremindən tort. Tort ikiqatlıdır: üst qat — qəhvəyidir, kakao əlavə olunur, aşağı qat — parlaqdır. Şirniyyat üçün formada olan iki qat xəmirin üstündə albalı (konservləşdirilmiş) qoyulur. Albanının ağırlığı altında, xəmir qatları qarışdırılır və "dalğalar" forması təşkil edir. Bişirildikdən sonra, tort krem və ya pudinq yağı ilə örtülür, sonra dalğaların imitasiyası ilə şokolad şirəsi (bəzən albalı suyu) əlavə olunur. == Qalereya == == Ədəbiyyat == Рецепт торта "Дунайские волны" (rus.) Nikolai Buroh: Das Teubner Buch- deutsche Küche. Gräfe Und Unzer, 2008, ISBN 978–3833804649, S. 488 (alm.) Гудрун Рушицка. Пироги и торты. Несложно и вкусно.
Elektromaqnit dalğaları
Elektromaqnit dalğaları (rus. Электромагнитные колебания) — dövri olaraq dəyişən elektrik və maqnit sahələrinin fəzada yayılmasıdır. Elektromaqnit dalğasında elektrik sahəsinin intensivlik vektoru (E) və maqnit induksiya vektoru (B) bir-birinə, həm də dalğanın yayılma istiqamətinə perpendikulyar istiqamətdə rəqs edir, yəni eninə dalğadır. Elektromaqnit dalğalarının yayılma sürəti - sonludur və işıq sürətinə bərabərdir, c=300 000km/san=3·108m/san. Vakuumdan mühitə keçdikdə dalğanın tezliyi dəyişmir. Sürəti və deməli dalğa uzunluğu azalır. Görünən işıq - dalğa uzunluğu 0,4mkm÷0,76 mkm (1mkm=10-6m) intervalında olan elektromaqnit dalğalarıdır. Ultrabənövşəyi şüalar - dalğa uzunluğu 4·10-7÷4·10-9m intervalında yerləşən elektromaqnit dalğalarıdır. Rentgen şüaları - dalğa uzunluğu 2·10-9÷6·10-10m intervalında yerləşən elektromaqnit dalğalarıdır. ɣ(qamma) şüalanma - dalğa uzunluğu 10-11÷10-13m intervalında olan elektromaqnit dalğalarıdır.
Külək dalğaları
Külək dalğaları — Dənizlər çox az hallarda sakit olur. Hətta küləklər əsməsə belə onun səthində daim yüngül xəfif dalğalar yaranır. Küləklərin sürəti yüksəldikcə dənizlərdə mənzərə ani olaraq dəyişir. Bu zaman dalğalar yüksəlir,onlar arasındakı məsaf artır. Əvvəlcə sahilə alçaq,bir-birinə paralel olan bəndlər ardıcıl sıralarla gedir. Tədricən külək güclənir, dalğalar da təpələr formasını alır. Ymaclar çökəklik və yallarla bir-birindən ayrılır, yallarda köpüklər əmələ gəlir. Köpüklər dalğaların yamaclarında zolaqlar şəklində uzanır, havaya su damcıları uçur. Köpüklər dənizi ağ rəngə boyayır. Dalğalar küləyin təsirilə yaranır (sürəti 1m/san-dən çox olduqda) və onun gücü küləyin sürətindən asılıdır.
Oktyabrın Dalğaları (1977)
== Məzmun == Film Rusiyada Oktyabr Sosialist İnqilabı qələbə çalandan sonra Azərbaycanda baş verən hadisələrdən — Bakı sovetinin hakimiyyəti öz əlinə almasından, 1919-cu ildə Muğan Sovet Respublikası qurulmasından, 1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyətinin qələbə çalmasından, Bakıda Şərq xalqlarının I qurultayının keçirilməsindən (sentyabr, 1920-ci il) və s. bəhs edir.
Oktyabrın dalğaları (film, 1977)
== Məzmun == Film Rusiyada Oktyabr Sosialist İnqilabı qələbə çalandan sonra Azərbaycanda baş verən hadisələrdən — Bakı sovetinin hakimiyyəti öz əlinə almasından, 1919-cu ildə Muğan Sovet Respublikası qurulmasından, 1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyətinin qələbə çalmasından, Bakıda Şərq xalqlarının I qurultayının keçirilməsindən (sentyabr, 1920-ci il) və s. bəhs edir.
Qatil dalğaları
Qatil dalğaları (doqquzuncu dalğa, gəzən dalğalar, canavar dalğaları, ağ dalğa, ing. rogue wave — yaramaz dalğa, freak wave — dəli dalğa; fr. onde scélérate — cani dalğa, galéjade — pis zarafat) — 20-30 metr hündürlüyündə (və bəzən daha da çox) okeanda yaranan, dəniz dalğalarına xas olmayan davranışa sahib nəhəng tək dalğalar. "Qatil dalğaları" gəmilər və dəniz strukturları üçün ən çox təhlükə yaradır: belə bir dalğaya rast gəlmiş bir gəminin gövdəsi, üzərinə düşən suyun (1000 kPa ya da 10 atm-a qədər) böyük təzyiqinə dözə bilməz və gəmi bir neçə dəqiqə ərzində batacaq. Yaramaz dalğalar fenomenini ayrı bir elmi və praktik mövzu olaraq ayırmağa və anormal dərəcədə böyük amplituda (məsələn, sunami) dalğaları ilə əlaqəli digər fenomenlərdən ayırmağa imkan verən vacib bir vəziyyət, görünüşlərinin qəfil olmasıdır. Sualtı zəlzələlər və ya torpaq sürüşmələri nəticəsində meydana gələn və yalnız dayaz sularda böyük bir hündürlük əldə edən sunamilərdən fərqli olaraq, "yaramaz dalğalar" ın görünüşü fəlakətli geofiziki hadisələrlə əlaqəli deyil. Göründüyü kimi yaramaz dalğaların tək bir səbəbi olmasa da, səth dalğalarının suda qeyri-xətti dinamikası okeanda yaramaz dalğaların meydana gəlməsinin xarakterik səbəblərindən biridir. Uzun müddət gəzişən dalğalar o dövrdə mövcud olan dəniz dalğalarının görünüşü və davranışının heç bir riyazi modelinə sığmadığı üçün qondarma sayılırdı və kifayət qədər etibarlı dəlil də yox idi. Ancaq 1 yanvar 1995-ci ildə Norveç sahillərində Şimal dənizindəki Dropner neft platformasında 25,5 metr yüksəklikdə Dropner dalğası adlandı. Avropa Kosmik Agentliyinin (ESA) ERS-1 və ERS-2 radar peyklərindən istifadə edərək okeanların səthinin izlənilməsini nəzərdə tutan MaxWave layihəsi ("Maksimum Dalğa") çərçivəsində daha çox iş, 10-dan çox tək nəhəng qeyd etdi hündürlüyü 25 metrdən artıq olan dünyanın dörd həftəsində dalğalar.
Qravitasiya dalğalarının kəşfi
Qravitasiya dalğalarının kəşfi — 11 fevral 2016-cı ildə LIGO və İtalyanın Piza şəhərindəki Avropa rəsədxanası Virgo-nun qravitasiya dalğalarının kəşfi haqqında açıqlaması. Qeydə alınmış siqnal GW150914 adlandırılmışdır. == Tarix == Qravitasiya dalğaları – bu zaman fəzasında çox rast gəlinən elə zaman fəzasının işıq sürəti ilə geometrik strukturunun vibrasiyasıdır. Bu dalğaların mövcudluğu haqqında ilk fərziyələrin ortaya çıxması Albert Eynşteynin adı ilə bağlıdır. 1916-cı ildə Albert Eynşteyn Ümumi nisbilik nəzəriyyəsi ilə cazibə qüvvəsi deyə bir şeyin olmadığını açıqladı. Cazibə qüvvəsi hesab edilən şeylərin isə əslində kainat-zamanda olan bükülmələr olduğunu iddia etdi. Yəni, Eynşteynə görə biz insanların Yer üzərində gəzə bilməsini təmin edən şey şey, yerin cazibə qüvvəsi deyil, kainatdakı bükülmələrin bizə olan təsiridir. Eynşteynə görə heç bir şey olmayan sahədə düz şəkildə olan kainat, sahəyə hər hansı bir cisim daxil olduğu zaman əyilib-bükülür. Bu əyilmə və bükülmələr nəticəsində cazibə qüvvəsi kainatda mövcud ola bilir. Günəşin bükdüyü kosmosda Yer öz orbitində, Yerin bükdüyü kosmosda isə Ay öz orbitində fırlanmaqdadır.
Spin dalğaları
Spin dalğaları maqnit materialların (ferromaqnit, antiferromaqnit və ferrimaqnit) nizamlılığındakı həyəcanlanmaların yayılmasıdır. Bu kollektiv həyəcanlanmalar ardıcıl simmetriyaya malik maqnit qəfəslərində baş verir. Spin dalğalarının mövcudluğunu ilk dəfə ferromaqnitlər üçün 1930-cu ildə Feliks Blox söyləmişdir. Əsas halda ferromaqnit atomların spinləri bir-birinə paraleldir. Onlar anizotropiya oxu istiqamətində düzülürlər. Spinin bu istiqamətdən hər hansı meyli enerjinin artmasına gətirir. Əlbəttə, kristalda belə meyletmələr ola bilər. Məsələn, tam spinin proyeksiyası S z = N S − 1 {\displaystyle S_{z}=NS-1} olduğu stasionar hala baxaq. Belə hal atomlardan birinin spin proyeksiyasının vahid qədər azalması hesabına reallaşır. Spinin meyletməsi bütün kristala aid edilməlidir, yəni mübadilə qarşılıqlı təsiri nəticəsində spinin meyli atomdan atoma ötürülür.
Səs dalğaları
Səs — tezliyi 16 Hs-lə 20000 Hs arasında olan mexaniki dalğalar. Səs bütün dalğalar kimi amplituda və tezliyə malikdir. Hesab edilir ki, insan üçün 16 Hs-dən 20 kHs-ə qədər diapozondakı dalğalar eşitmə duyğusu yaradır. İnsanın eşitmə qabiliyyətindən aşağı səsə infrasəs, 1 QHs-dən yuxarı səsə isə hipersəs deyilir. İnsanın şifahi danışığı fonetik, danışıq və fonemdən ibarətdir. Musiqi səslərindən isə musiqi yaranır. == Səsin sürəti == Səsin sürəti orta dalğasının ötdüyü materiyanın əsas xassəsindən asılıdır. Səsin sürəti elastiklik modulunun (λ) sıxlığa (ρ) olan nisbətinin kvadrat kökü ilə tərs mütənasibdir. Bu fiziki xassələr və səsin surəti ətraf şəraitdən aslı olaraq dəyişir. Misal üçün, qazdan ötən səsin surəti onun temperaturundan asılı olaraq dəyişir.
Ultrasəs dalğaları
Ultrasəs dalğaları — İnsan qulağının eşidə bildiyi 20 kHs tezlikdən böyük tezlikli səs və ya akustik dalğalar. Akustik dalğalar elastiki mühitin zərrəciklərinin yaratdığı rəqslərin mühitdə yayılması və enerji daşımasından ibarətdir. Akustik dalğalar bərk mühitdə, mayelərdə və həm də qazlarda yayılir. Bioloji toxumalar həm elastiki maye mühitə (yumşaq toxumalar), bərk (sümüklər) və qaz mühitlərinə uyğun gəlir (ağ ciyərlər, mədə, bağırsaq). Ona görə demək olar ki, akustik dalğalar tibbi diaqnostikada istifadə olunan bütün növ bioloji toxumalarda yayıla bilir. Akustik dalğalar digər fiziki təbiətə malik dalğalar, məsələn, elektromaqnit dalğaları kimi fəza və zamana görə dəyişən bir sıra xarakteristikalara malikdir. Akustik dalğalarda əsas dəyişən kəmiyyət rəqs zamanı elastiki mühitin yerdəyişməsi və təzyiqyin rəqsləridir. == Uzununa akustik dalğalar == Ultrasəs diaqnostikasında uzununa akustik dalğalardan istifadə olunur. Uzununa dalğalarda mühitin zərrəciklərinin tarazlıq vəziyyəti ətrafında yerdəyişməsi rəqsin yayılması istiqamətində baş verir. Sıxılma və seyrəkləşmə zonalarının mühitdə yayılma sürəti dalğanın sürətinə bərabərdir.
Ultrasəs dalğaları. Akustik siqnal və onun spektri.
Ultrasəs dalğaları — İnsan qulağının eşidə bildiyi 20 kHs tezlikdən böyük tezlikli səs və ya akustik dalğalar. Akustik dalğalar elastiki mühitin zərrəciklərinin yaratdığı rəqslərin mühitdə yayılması və enerji daşımasından ibarətdir. Akustik dalğalar bərk mühitdə, mayelərdə və həm də qazlarda yayılir. Bioloji toxumalar həm elastiki maye mühitə (yumşaq toxumalar), bərk (sümüklər) və qaz mühitlərinə uyğun gəlir (ağ ciyərlər, mədə, bağırsaq). Ona görə demək olar ki, akustik dalğalar tibbi diaqnostikada istifadə olunan bütün növ bioloji toxumalarda yayıla bilir. Akustik dalğalar digər fiziki təbiətə malik dalğalar, məsələn, elektromaqnit dalğaları kimi fəza və zamana görə dəyişən bir sıra xarakteristikalara malikdir. Akustik dalğalarda əsas dəyişən kəmiyyət rəqs zamanı elastiki mühitin yerdəyişməsi və təzyiqyin rəqsləridir. == Uzununa akustik dalğalar == Ultrasəs diaqnostikasında uzununa akustik dalğalardan istifadə olunur. Uzununa dalğalarda mühitin zərrəciklərinin tarazlıq vəziyyəti ətrafında yerdəyişməsi rəqsin yayılması istiqamətində baş verir. Sıxılma və seyrəkləşmə zonalarının mühitdə yayılma sürəti dalğanın sürətinə bərabərdir.
İnqilab dalğaları
İnqilab dalğası — oxşar dövrdə müxtəlif yerlərdə baş verən inqilablar seriyası. Bir çox hallarda, keçmiş inqilablar və inqilabi dalğalar mövcud olanları ilhamlandırdılar, ya da ilkin inqilab digər eyni zamanda "oxşar inqilablar"la bağlı olur. İnqilabçı dalğaların səbəbləri Robert Rozuell Palmer, Kreyn Brinton, Hanna Arendt, Erik Hoffer və Jak Qodşo kimi tarixçilər və siyasi fəlsəfələr tərəfindən araşdırılmışdır.
Dalğaları yararkən
Dalğaları yararkən (ing. Breaking the Waves) — rejissor Lars fon Trierin 1996-cı ildə Emili Uatsonun iştirakı ilə ekranlaşdrıdığı filmdir. Film Şimali Şotland Dağlarında yaşayan qeyri adı xarakterə malik gənc qız Bess MakNeyl və onun həyat yoldanı Yana qarşı hiss etdiyi məhəbbətdən bəhs edir. Filmin beynəlxalq istehsalı ilə Trierin rəhbərlik etdiyi "Zentropa" adlı Danimarka film şirkəti məşğul olmuşdur. "Dalğaları yararkən" filmi trierin "İdiotlar" (1998) və "Qaranlıqda rəqs edən" (2000) filmlərinin də daxil olduğu "Qızıl ürək trilogiyası"nın birinci filmidir. == Məzmunu == Dalğaları yararkən filmində psixoloji problemləri olmuş gənc şotland xanım Bess MakNeylin həyat hekayəsi danışılır. Yaşadığı toplumun və kalvinist kilsəsinin qarşı olmasına baxmayaraq, o, norveçli neftçi Yanla evlənir. Bess bir qədər kəm düşünəli və körpə uşaq kimi sadəlövhdür. Tez-tez kilsəni ziyarət edəən Bess Tanrıya inanır və çoxlu dua edir, Tanrının onun öz səsi ilə ona cavab verdiyini düşünür. Yan neft platformasında olduğu müddətdə Bess onsuz çətin yaşayır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.50 dəfə / 1 mln.
2003 ••• 0.39
2004 ••••••• 1.01
2006 •••••••••••••• 2.03
2007 ••••••••• 1.27
2008 ••••••••••• 1.46
2009 ••• 0.32
2010 ••••••••••••• 1.82
2011 ••••••••••••••••••• 2.75
2012 •••••••••••••••• 2.24
2013 ••••••••••••• 1.75
2014 •••••••••••••••••••• 2.92
2015 ••••••••••• 1.53
2016 •••••••• 1.04
2017 •••••• 0.81
2018 ••••• 0.60
2019 ••••••• 0.97
2020 •••• 0.53

"dalğalar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dalğalar nədir? #dalğalar sözünün mənası #dalğalar nə deməkdir? #dalğalar sözünün izahı #dalğalar sözünün yazılışı #dalğalar necə yazılır? #dalğalar sözünün düzgün yazılışı #dalğalar leksik mənası #dalğalar sözünün sinonimi #dalğalar sözünün yaxın mənalı sözlər #dalğalar sözünün əks mənası #dalğalar sözünün etimologiyası #dalğalar sözünün orfoqrafiyası #dalğalar rusca #dalğalar inglisça #dalğalar fransızca #dalğalar sözünün istifadəsi #sözlük