damba sözü azərbaycan dilində

damba

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • damba • 69.0909%
  • Damba • 30.9091%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Damba
Damba (nid. dam) — qorunan, yaxud sədd çəkilən ərazinin və ya akvatoriyanın sərhədi boyunca yerləşdirilən hidrotexniki qurğu; quruluşuna görə torpaq bəndə oxşayır. Basqılı və basqısız Damba növlərinə ayrılır. Basqılı Damba çay və dəniz sahillərini (ovalıqları) daşqınlardan, küləyin və qabarmaların təsirindən qorumaq (bənd-Damba); şlüzlərə, kanallara və s. çıxan port akvatoriyalarını dalğalardan, buz axınlarından, dalğalarla gətirilən torpaqlardan mühafizə etmək (qoruyucu Damba); hidrotexniki istinad tikililərini sahillə əlaqələndirmək (birləşdirici Damba); hidrotexniki qurğu tikilən yeri hasarlamaq (sədd Dambası); süni hovuzlar (basqılı hovuzlar və SES-lərin sutkalıq tənzimlənmə hovuzları, İES-lərin soyuducu hovuzları və s.) və kanal məcraları (yolu) yaratmaq üçün qurulur. Basqısız Damba məcraları tənzimləmək və düzəltmək (tənzimləyici Damba); səth axınlarını azaltmaq və leysan axınları nəticəsində yuyulub aparılan çaylaq qruntunu saxlamaq (torpaqqoruyan Damba); gəmiçilik şəraitini, eləcə də suburaxan və sutoplayan hidrotexniki qurğuların işini yaxşılaşdırmaq (şırnaqyönəldən Damba); çaylaq və su anbarı körfəzlərindən yol salmaq (nəql. Dambası) məqsədilə tikilir. Damba adətən, yerli materiallardan (qrunt, daş qırıntıları), həmçinin beton bloklardan və dəmir-beton yortaclardan qurulur. Dambaların intensiv tikintisinə 1282 ildə Hollandiyadakı daşqınlardan sonra başlanmışdır. Ən iri Damba (uz.
Dambarton
Dambarton (ing. Dumbarton, şot.kelt Dùn Breatann) — Şotlandiya şəhəri. Vest Danbartonşir dairəsinin inzibati mərkəzi. Klayd çayının sahilində yerləşir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.17 dəfə / 1 mln.
2008 •••••••••••••••••••• 0.97
2012 •••• 0.17
2013 ••••••••• 0.44
2014 •••• 0.17
2016 •••••••• 0.35
2017 ••••••••••• 0.49
2019 ••••••••• 0.42
2020 ••• 0.13

damba sözünün leksik mənası və izahı

  • 1 [holl.] xüs. Alçaq yerləri su basmaqdan qorumaq, sututarlarda isə suyu saxlamaq və s. üçün düzəldilən hidrotexniki qurğu; bənd. // Üzərində yol salmaq üçün suda düzəldilən uzun sədd. Həmin damba sahili ayrı-ayrı dəniz buruqları ilə birləşdirəcəkdir. (Qəzetlərdən).

    Azərbaycan dilinin izahlı lüğəti / damba

damba sözünün etimologiyası

damba sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. дамба (гидротехническое сооружение для ограждения местности от затопления или направления потока с целью регулирования и выправления русел). Yüksək damba высокая дамба, təzyiqli damba напорная дамба, təzyiqsiz damba безнапорная дамба

    Azərbaycanca-rusca lüğət / damba

damba sözünün inglis dilinə tərcüməsi

damba sözünün fransız dilinə tərcüməsi

damba sözünün ləzgi dilinə tərcüməsi

damba sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Salyan) balıq saxlamaq üçün düzəldilən hovuz. – Dambada çoxlu balığ var

Azərbaycan dilinin dialektoloji lüğəti.

"damba" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#damba nədir? #damba sözünün mənası #damba nə deməkdir? #damba sözünün izahı #damba sözünün yazılışı #damba necə yazılır? #damba sözünün düzgün yazılışı #damba leksik mənası #damba sözünün sinonimi #damba sözünün yaxın mənalı sözlər #damba sözünün əks mənası #damba sözünün etimologiyası #damba sözünün orfoqrafiyası #damba rusca #damba inglisça #damba fransızca #damba sözünün istifadəsi #sözlük