Damokl Qılıncı
Damokl qılıncı (lat. Damoclis gladius) — qədim yunan mifologiyasının bu günə qədər gəlmiş ibarə xarakterli əfsanələrindən biri. Tavromeniyalı Timeyin (e.ə. 356 — e.ə. 260) itirilmiş sayılan Siciliya tarixinə dair kitabında qeyd edilir. "Damokl qılıncı" ifadəsi bu gün "təhdid", "təhlükə" mənasında da istifadə olunur.
Qədim roma əfsanəsinə görə, e.ə. IV əsrdə Sarakuzyalina hökmdarı kral Sezar idi. O, sadə bir ailədə böyüməsinə baxmayaraq cəsarəti və hiyləgərliyi ilə məşhur idi. Kartaca ilə apardığı döyüşlərdən sonra Sarakuzyalina o dövrün ən güclü dövlətlərindən birinə çevrilmişdi.