Danyeri sözü azərbaycan dilində

Danyeri

Yazılış

  • Danyeri • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Danyeri
Danyeri (əvvəlki adı: Şəhidməmməd) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Xanlıqlar kənd inzibati ərazi dairəsi tərkibindəki Yenikənd kəndi Danyeri kəndi adlandırılmış, Danyeri kəndi Xanlıqlar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Danyeri kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Danyeri qalası
Danyeri qalası — Şərur rayonunun Danyeri kəndinin yaxınlığında arxeoloji abidə. Danyeri qalası böyük qala və kiçik qala adlanan hissələrdən ibarətdir. Qala divarları yonulmamış qaya parçalarından hörülərək gil məhlulu ilə bərkidilmişdir. Divarların bəzi qismləri yonulmuş daşlardan inşa edilmişdir. Qala divarları yarımdairəvi bürclər və kontrforslarla möhkəmləndirilmişdir. Qalanın içərisində, qala divarına bitişik, dördkünc formalı binaların qalıqları qalmaqdadır. Aşkar olunan keramika məmulatı çəhrayı və boz rəngdə bişirilmiş qabların parçalarından ibarətdir. Keramika məmulatı içərisində şirli qabların parçaları da vardır. Qalanı arxeoloji materiallara əsasən VIII–XVIII əsrlərə aid etmək olar. == Mənbə == Naxçıvan Abidələri Ensiklopediyası.
Danyeri qəbiristanlığı
Danyeri qəbiristanlığı — Azərbaycan Respublikası Şərur rayonu ərazisində arxeoloji abidə. == Haqqında == Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən arxeoloji abidədir. Eyniadlı yaşayış yerinin yaxınlığında yerləşir. Əsas hissəsinin izləri itmişdir. Bir neçə sənduqə dövrümüzədək qalmışdır. Düzbucalıq formalı sənduqənin üç tərəfi cızma, döymə və oyma üsulu ilə zəngin nəbati naxışlarla bəzədilmişdir. Sənduqənin kitabəsi ərəb əlifbası ilə həkk edilmiş Quran ayələrindən, mərhumun adı, doğum və ölüm tarixinə aid məlumatlardan ibarətdir. == Mənbə == "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. Azərbaycan Milli Ensiklopediyası. Bakı.
Danyeri yaşayış yeri
Dаn yeri yаşаyış yеri — Yaşayış yeri Qara dağın ətrafında, Yastan deyilən yerdə yerləşir. Yaşayış binalarının bünövrəsi daşdan, divarları isə möhrədən tikilmişdir. Bəzi binaların divarları iri daşlardan inşa olunmuşdur. Aparılan araşdırmalar zamanı çəhrayı rəngdə bişirilmiş şirli və şirsiz saxsı məmulatı aşkar edilmişdir. Mədəni təbəqənin 1,5-2 m arasında olması burada həyatın uzun müddət davam etdiyini göstərir. Yаşаyış yеrinin хаrаbаlıqlаrındаn аşkаr еdilmiş mаtеriаllаr əsаsındа оnu 9-17 əsrlərə аid еtmək оlаr.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.28 dəfə / 1 mln.
2003 ••••••••••••••••• 1.18
2006 ••••••• 0.45
2009 ••••••••• 0.64
2010 •••• 0.27
2012 •••••••••••••••••••• 1.46
2018 ••• 0.15
2019 •• 0.14
2020 •• 0.13

Oxşar sözlər

#danyeri nədir? #danyeri sözünün mənası #danyeri nə deməkdir? #danyeri sözünün izahı #danyeri sözünün yazılışı #danyeri necə yazılır? #danyeri sözünün düzgün yazılışı #danyeri leksik mənası #danyeri sözünün sinonimi #danyeri sözünün yaxın mənalı sözlər #danyeri sözünün əks mənası #danyeri sözünün etimologiyası #danyeri sözünün orfoqrafiyası #danyeri rusca #danyeri inglisça #danyeri fransızca #danyeri sözünün istifadəsi #sözlük