danışıqları sözü azərbaycan dilində

danışıqları

Yazılış

  • danışıqları • 97.9855%
  • Danışıqları • 1.9929%
  • DANIŞIQLARI • 0.0217%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Trabzon danışıqları
Trabzon konfransı və ya Trabzon sülh konfransı — 14 mart 1918-ci ildən 13 aprelə qədər Trabzon şəhərində Osmanlı imperiyası ilə Zaqafqaziya Seymi və hökumətinin nümayəndə heyəti arasında keçirilən konfrans. Açılış iclası 14 mart 1918-ci ildə baş tutmuşdur. Nümayəndələr heyətlərinin başçıları Osmanlı imperiyasından kontr-admiral Hüseyn Rauf bəy, Zaqafqaziya nümayəndə heyətində isə Akaki Çxenkeli idi. == Tarixi == Zaqafqaziya Seyminin Osmanlı hökuməti ilə danışıqlar platforması Osmanlı imperiyası ilə daimi sülhün bərqərar edilməsi və müharibədən əvvəlki dövlətlərarası sərhədlərin bərpası məqsədini daşıyırdı. Seym Osmanlı hökuməti ilə danışıqlar aparmaq üçün gürcü sosial-demokrat Akaki Çxenkelinin başçılıq etdiyi nümayəndə heyəti yaratmışdır. Nümayəndə heyətinin azərbaycanlılardan ibarət hissəsini "Müsavat"dan Xəlil bəy Xasməmmədov və Məmmədhəsən Hacınski, Müsəlman Sosialist Blokundan İbrahim bəy Heydərov, "İttihad"dan Mir Yaqub Mehdiyev, "Hümmət"dən Əkbər ağa Şeyxülislamov, bundan əlavə məsləhətçi və tərcüməçi kimi Əhməd bəy Pepinov və Məhəmməd Əmin Rəsulzadə təşkil edirdi. Danışıqların 12 martda başlaması planlaşdırılırdı və bu səbəbdən nümayəndə heyəti Trabzon şəhərinə getmişdi.Zaqafqaziya seymi Osmanlı hökuməti ilə sülh danışıqlarına hazırlaşarkən Brest-Litovskda Rusiya ilə Almaniya arasında separat sülh müqaviləsi imzalanmış, müqavilənin şərtlərinə görə Ərdəhan, Qars və Batum bölgələri Osmanlı imperiyasının hakimiyyətinə verilmişdi. Zaqafqaziya seymi bu qərarları tanımamış və Petroqrada Xalq Komissarları Sovetinə üvanlanmış teleqram göndərərək seym bolşevik hökumətini və Xalq Komissarları Sovetini tanımadığından müqaviləni də tanımadığını bildirmişdir.Osmanlı hökuməti Zaqafqaziya seyminə ultimatum verərək onlardan qoşunlarını Qars, Batum və Ərdəhandan dərhal çıxarmaqlarını tələb etmişdilər. 14 mart 1918-ci ildə Osmanlı hökuməti və Zaqafqaziya seymi Trabzonda sülh konfransı keçirmişdilər. Osmanlı nümayəndələri Zaqafqaziya müstəqilliyini elan etmədiyi üçün seymin nümayəndə heyətinin danışıqlar aparacaq hüquqi şəxs ola bilmədiyini bəyan etmişdir.
Moskva danışıqları (1939)
Moskva danışıqları — SSRİ, Böyük Britaniya və Fransa arasında qarşılıqlı yardım haqqında müqavilə bağlamaq barədə danışıqlar; Münhen sazişindən (1938) sonra dünya müharibəsi təhlükəsinin artması şəraitində aparılmışdır (aprel-avqust). Sovet hökuməti hələ 1939-cu il martın 18-də — gələcəkdə faşist təcavüzünün qarşısını almaq tədbirlərini nəzərdən keçirmək məqsədi ilə SSRİ, Böyük Britaniya, Fransa, Polşa, Rumıniya və Türkiyə nümayəndələrinin konfransını çağırmaq təklifini irəli sürmüşdü. Lakin İngiltərə bu əməli çağırışı rədd edərək aprelin 14-də Sovet hökumətinə təklif etdi ki, Şərqi Avropanın onunla qonşu dövlətlərinə hücum etməmək barədə birtərəfli qaydada təminat versin. Aprelin 17-də Sovet hökuməti İngiltərə, Fransa və SSRİ arasında qarşılıqlı yardım barədə müqavilə (Sovet hökuməti müqavilənin layihəsini iyunun 2-də təqdim etdi) və hərbi konvensiya bağlanmasını nəzərdə tutan yeni təklif irəli sürdü. Sovet təklifinin həyata keçirilməsi faşist Almaniyasının təcavüzü qarşısında möhkəm sədd yaradılmasına imkan verərdi. İngiltərə-Fransa tərəfinin mövqeyi üzündən uzun sürən siyasi danışıqlar konkret nəticə vermədi. Sovet tərəfi danışıqlara işgüzar xarakter vermək arzusu ilə, iyulun 23-də siyasi danışıqların başa çatmasını gözləmədən hərbi konvensiya bağlamaq məqsədi ilə üç dövlət arasında danışıqlara başlamağı təklif etdi. Lakin İngiltərə və Fransanın avqustun 11-də Moskvaya gəlmiş və ikinci dərəcəli şəxslərdən ibarət hərbi nümayəndəlikləri faşist təcavüzünə qarşı birgə mübarizə tədbirlərinə dair Sovet hökumətinin əməli təkliflərini cavabsız qoydu. Polşa, Latviya, Litva, Estoniya və Finlandiyanın mürtəce hökumətləri də Almaniya ilə hərbi münaqişə baş verəcəyi təqdirdə SSRİ ilə əməkdaşlıq etməkdən imtina etdilər. Moskva danışıqları ilə yanaşı, İngiltərə hakim dairələri xəyanətkar yol tutaraq SSRİ-yə qarşı sazişə gəlmək məqsədi güdərək Hitler Almaniyası ilə gizli danışıqlar aparırdı (bax: London danışıqları (1939)).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 25.96 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 44.54
2003 ••••••••• 19.68
2004 •••••••••••••••• 35.04
2005 •••••••••••••• 31.04
2006 •••••••••••••• 30.41
2007 •••••••••••••• 28.97
2008 ••••••••• 19.49
2009 ••••••••••• 24.00
2010 ••••••••••••••• 33.22
2011 ••••••••••••••• 31.49
2012 ••••••••• 19.70
2013 ••••••••••••••• 32.53
2014 •••••••••••• 26.26
2015 •••••••• 17.35
2016 ••••••••••••• 27.07
2017 ••••••••••• 23.90
2018 •••••••••• 21.72
2019 •••••••••••• 26.57
2020 ••••••••• 18.43

"danışıqları" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#danışıqları nədir? #danışıqları sözünün mənası #danışıqları nə deməkdir? #danışıqları sözünün izahı #danışıqları sözünün yazılışı #danışıqları necə yazılır? #danışıqları sözünün düzgün yazılışı #danışıqları leksik mənası #danışıqları sözünün sinonimi #danışıqları sözünün yaxın mənalı sözlər #danışıqları sözünün əks mənası #danışıqları sözünün etimologiyası #danışıqları sözünün orfoqrafiyası #danışıqları rusca #danışıqları inglisça #danışıqları fransızca #danışıqları sözünün istifadəsi #sözlük