daqqa sözü azərbaycan dilində

daqqa

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • daqqa • 78.5714%
  • Daqqa • 21.4286%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Daqqa
Daqqa— çəki ölçü vahidi. == Ümumi məlumat == Daqqa silindrə oxşayan təkqulplu dəmir qabdır. Məişətdə ondan başlıca olaraq dən ölçmək üçün istifadə edilmişdir. Ağzının kənarı və dibi çöldən ensiz dəmir köbə ilə haşiyələnmişdir. Ağzının diametri təxminən 22 sm, dərinliyi 21 sm olur. Daqqa 10 girvənkə (4 kq) arpa, 15 girvənkə (6 kq) buğda tutur. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh.

daqqa sözünün leksik mənası və izahı

  • 1 is. məh. 1. Dəridən tikilmiş hündür papaq. Şiraslan … daqqa divan papağını başına qoydu, üfürülüb evdən çıxdı. S.Rəhimov. 2. Taxıl və b. səpələnən şeyləri ölçmək üçün dəmirdən qayrılmış dəyirmi qab. Daqqa ilə buğda ölçmək. // İçində taxıl və s. saxlamaq üçün qab.

    Azərbaycan dilinin izahlı lüğəti / daqqa

daqqa sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. диал. 1. деревянная бочка (мера веса зерна примерно в 8 кг) 2. сосуд для хранения нефтепродуктов в быту 3. количество жидкости, вмещающееся в бочку, кадку, чан 4. шапка из каракуля, по форме напоминающая кадку

    Azərbaycanca-rusca lüğət / daqqa

daqqa sözünün inglis dilinə tərcüməsi

daqqa sözünün fransız dilinə tərcüməsi

daqqa sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. нугъ. 1. хамуникай цвайи кьакьан бармак; 2. киле, такъа (техил ва мс. чкӀидай затӀар алцумун патал ракьукай раснавай элкъвей къаб); // пикӀ, такъа (къене техил, дуьгуь ва мс. хуьн патал ракьун къаб).

    Azərbaycanca-ləzgicə lüğəti / daqqa

daqqa sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Gəncə, Kürdəmir, Qax, Qazax, Oğuz, Şəki, Şəmkir, Tovuz) 1. neft, mazut və suqabı (Kürdəmir, Qazax, Şəmkir, Tovuz). – Kimdə mazıt qoymağa daqqa var? (Qazax); – Get daqqamızı nöyütnən doldur gə (Tovuz); – Daqqada mal-qarıya su verillər (Kürdəmir) 2. buğda, arpa saxlamaq üçün taxtadan, ağacdan hazırlanmış qab, çəllək (Gəncə, Qax, Şəki). – Buğdanı daqqıya tök ki, salamat olsun (Gəncə); – Daqqada naxarta buğda olar? (Şəki); – Daqqaya ne olsa qoyuylar (Qax) 3. taxılölçən qab (Kürdəmir, Oğuz, Şəki). – Daqqeynan keşmişdə taxıl ölçərdix’ (Oğuz); – Bir daqqa tutur on üç girvənkə bi çetver; – Uş daqqa bir putdı (Şəki); – Bi daqqa arpam qalıp (Kürdəmir) II (Mingəçevir, Şəki) qaragül dərisindən papaq. – Mən havı daqqanı tihdirən üç ildən artıxdı (Şəki) III (Bərdə, Hamamlı, Qazax, Yevlax) lovğa, ədabaz. – Nə hörməti olajax daqqa adamın? (Bərdə); – Həsən yaman daqqa adamdı (Hamamlı)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"daqqa" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#daqqa nədir? #daqqa sözünün mənası #daqqa nə deməkdir? #daqqa sözünün izahı #daqqa sözünün yazılışı #daqqa necə yazılır? #daqqa sözünün düzgün yazılışı #daqqa leksik mənası #daqqa sözünün sinonimi #daqqa sözünün yaxın mənalı sözlər #daqqa sözünün əks mənası #daqqa sözünün etimologiyası #daqqa sözünün orfoqrafiyası #daqqa rusca #daqqa inglisça #daqqa fransızca #daqqa sözünün istifadəsi #sözlük