darayı sözü azərbaycan dilində

darayı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • darayı • 84.2105%
  • Darayı • 15.7895%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Darayı
Darayı — kətan qrupuna daxil olub toxunuşlu, sapı tovlu, bişmiş baramadan toxunan, üzü qeyri-şəffaf parçadır. Hələ XVII əsrdə Azərbaycanın Təbriz, Ərdəbil, daha sonra Şamaxı və Gəncə şəhərlərində darayı toxumanın yüksək səviyyədə istehsal edildiyi məlumdur. Kətan qrupuna aid toxumalar kimi, darayı da arşınüma və ədədi toxunurdu. XIX əsrdə toxumanın hər iki növü Şamaxı, Gəncə və Şuşa şəhər istehsalında mühüm yer tuturdu. Darayı toxumalar zolaqlı və dama-dama naxışlı olurdu. Lakin bu toxumanın ədədi növü nisbətən zəngin tərtibata malikdir. Belə ki, darayının ədədi nümunələrinin, məsələn, fitə, boğça və s. bu qəbildən olan əşyaların aydın, ifadəli, xoş və yumşaq boyalarla nəzərə çarpan zolaq və damaları üzərinə sərbəst olaraq “bulud” və ya “ot” təsvirli çox xırda ağ cizgilər və ya rəngli metal saplar da əlavə olunurdu. Bu sadə və bədii detallar ayrılıqda heç bir dekorativ məna kəsb etmir. Bunlar yalnız müəyyən formaya malik qeyri-şəffaf ədədi darayı toxumalara tətbiq edildikdə sözsüz ki, quru zolaq və dama naxışların qismən yumşaq və mülayim olmasını təmin etmiş olur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2012 •••••••••••••••••••• 0.09

darayı sözünün leksik mənası və izahı

  • 1 is. köhn. Qırmızı-bənövşəyi rəngli nazik, zərif ipək parça. Darayı yorğanüzü. – Ayı handa, darayı handa. (Ata. sözü). Gözəllər geyinib darayıdan xası; Silinsin, könlümün qalmasın pası. (Qoşma). // sif. Bu parçadan tikilmiş. …Allahqulu qurcuxub darayı kisəsini çıxartdı. Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / darayı

darayı sözünün etimologiyası

darayı sözünün rus dilinə tərcüməsi

darayı sözünün inglis dilinə tərcüməsi

darayı sözünün fransız dilinə tərcüməsi

darayı sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. куьгьн. кьелечӀ пекдин парча (яру-фичӀи рангунин); // прил. гьахьтин парчадикай цвайи (мес. тенбекдин кисе).

    Azərbaycanca-ləzgicə lüğəti / darayı

darayı sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Qalın ipək ipdən toxunan sıx parça. Darayıdan, əsasən, qadın paltarları tikilirdi. Hərbi bayraq hazırlanmasında da istifadə olunurdu. Əyninə geyibsən gözəl darayı, Şana alıb tellərini darayı, Səyyad olan tərlanını arayı, Ala gözlüm, tərlanımı gətir ver!                                 (“Əsli və Kərəm”)

Azərbaycan dastanlarının leksikası

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Mingəçevir) kobud, lakin sıx toxunmuş ipək parça

Azərbaycan dilinin dialektoloji lüğəti.

"darayı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#darayı nədir? #darayı sözünün mənası #darayı nə deməkdir? #darayı sözünün izahı #darayı sözünün yazılışı #darayı necə yazılır? #darayı sözünün düzgün yazılışı #darayı leksik mənası #darayı sözünün sinonimi #darayı sözünün yaxın mənalı sözlər #darayı sözünün əks mənası #darayı sözünün etimologiyası #darayı sözünün orfoqrafiyası #darayı rusca #darayı inglisça #darayı fransızca #darayı sözünün istifadəsi #sözlük