Darkənd sözü azərbaycan dilində

Darkənd

Yazılış

  • Darkənd • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Darkənd
Darkənd (əvvəlki adı: Dər) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aza kənd inzibati ərazi dairəsi tərkibindəki Dər kəndi Darkənd adlandırılmışdır. == Tarixi == Kənd Gilançayın sağ sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. Tədqiqatçılar bu oykonimi ərəb dilindəki deyr (məbəd, monastır) sözü ilə əlaqələndirir və güman edirlər ki, bu coğrafi ad kəndin ərazisində qədim məbəd xarabalıqlarının olduğunu bildirir. Əslində, Zəngəzur silsiləsinin ən yüksək zirvəsi olan Qapıcıq dağının rayonun ərazisində yerləşməsi "qapı", "kecid" mənalı Dər toponiminin də yaranmasına səbəb olmuşdur. Fars dilində dər "qapı" deməkdir.. == Əhalisi == Əhalisi 525 nəfərdir.
Darkənd gümbəzi
Darkənd gümbəzi - Ordubad rayonunun Darkənd kəndində yerləşir. XIV əsrin axırlarında və ya XV əsrin əvvəllərində inşa edildiyi ehtimal olunur. Gümbəz kompozisiyası və dekorativ elementləri ilə fərqlənir. Darkənd türbəsi kərpicdən hörülmüş, orta hissəsi bürcvari türbələr biçimində olub, yuxarı hissədən günbəzlə tamamlanır. Darkənd gümbəzi dörd tərəfində yerləşən portallar qülləvarı türbələrə xas olsa da, mərkəzi özəyə söykənən, bir növ, dayaq divarlarını xatırladan quruluşa malikdir. Türbənin üzərindəki tünd-bənövşəyi rəngli kaşı və adi bişmiş kərpicdən hörülmüş sadə naxışlar yeganə bəzək elementidir. Üzərində kitabə olmadığından türbənin tarixini dürüst müəyyənləşdirmək mümkün deyildir. Lakin kompozisiya quruluşu, üzərindəki kaşı bəzəklərinin rəngi abidənin Qarabağlar və Bərdə türbələrindən daha sonra tikildiyi mülahizəsini irəli sürməyə imkan verir.
Darkənd hamamı
Darkənd hamamı — Ordubad rayonundakı Darkənddə memarlıq abidəsi.1979-cu ildə Dar türbəsindən 60 m şimal tərəfdə qabaqlar türbə hesab edilən abidənin qalıqları aşkar olunub. Hamamın planı altıbucaqlı formalı mərkəzi zaldan, iki çən hovuzdan və yardımçı otaqlardan ibarətdir. Hər səthdə çatma formalı giriş yerləri düzəldilib. Mərkəzi zalın ölçüləri: diaqonal xətt üzrə 3,8 m, hər tərəfin uzunluğu 2,1 m, giriş yerinin eni 0,8 m, hündürlüyü 2 m.-dən ibarətdir. XVI–XIX əsrlərdə hamamlarda isti su olan hovuzların altında xüsusi ocaq kamerası-"Külxan" tağbənd və ya günbəz örtüklə düzəldilirdi. Abidə öz təyinatına və plan quruluşuna görə Zaqafqaziyada nadirdir. XV əsrə aid edilən Darkənd hamamı qəbiristanlıqdakı tikintilər kompleksinə daxil olmuşdur.
Darkənd türbəsi
Dər türbəsi — Ordubad rayonunun Darkənd kəndində yerləşən tarix-memarlıq abidəsi. Türbə üzərində olmuş, lakin sonradan itirilmiş kitabəni tədqiq etmiş Vasili Sısoyev və İsa Əzimbəyov, onun 1487–1488-ci illərdə Şеyх ibn Cühənnа tərəfindən inşа еdildiyini göstərirlər. Dər türbəsi kənd mərkəzindən 1.5 km cənubda, Araz çayına enən kiçik təpə üzərində yerləşir. Əvvəl təpə üzərində yanaşı yerləşən üç türbə olsa da, onlardan ikisi tamamilə dağılaraq dövrümüzə çatmamış, biri isə qəzalı vəziyyətdədir. Dər türbəsi həcm-məkan həllinə, fasadlarının dekorasiyası və dekorasiyada istifadə edilmiş kərpiclərin formasına görə Azərbaycan ərazisində yayılmış digər kərpic türbələrdən əsaslı şəkildə fərqlənir.Dər türbəsi iki yaruslu struktura malikdir. Türbənin birinci yarusu sərdabə xarakteri daşımaqla yer səviyyəsindən aşağıdadır. Türbənin yerüstü hissəsi 5.15–5.20 metr hündürlüyə malik düzgün səkkizguşəli prizma formasına malikdir. Prizma üzərində yerləşdirilmiş uzun barabanın üzəri isə kiçik günbəzlə tamamlanmışdı. Türbənin yerdən olan ümumi hündürlüyü 8.0–8.20 metrə bərabər olmuşdur. == Tarixi və tədqiqi == Türbə üzərində olmuş, lakin sonradan itirilmiş kitabəni tədqiq etmiş V. M. Sısoyev]] və İ. Əzimbəyov, onun 1487–1488-ci illərdə Şеyх ibn Cühənnа tərəfindən inşа еdildiyini göstərirlər.
Darkənd yaşayış yeri
Dаrkənd yаşаyış yеri — Qаlıqlаrı hаzırdа еynikəndin ərаzisində yеrləşir. Оrtа əsr yаşаyış еvlərinin bir qisminin yаlnız qаlıqlаrı sахlаnır. Yаşаyış еvləri dördkünc fоrmаlı çiy kərpicdən inşа оlunmuş, оnlаrın dаmı tаğbəndlərlə tаmаmlаnmışdır. Yаşаyış binаlаrının tikintisində bişmiş kərpic və dаşdаn dа istifаdə еdilmişdir. Hаzırdа kəndin içərisində mədəni təbəqənin dаğılmаsı nəticəsində çəhrаyı rəngli kеrаmikа məmulаtı ətrаfа yаyılmışdır. Оnlаrın bir qismi şirlidir. Kəndin ətrаfındа Оrtа əsrlərə аid türbə və qəbiristаnlıqlаr indiyədək qаlmаqdаdır. Yаşаyış yеrindən аşkаr оlunаn аrхеоlоji mаtеriаllаr XI-XVIII əsrlərə аiddir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.07 dəfə / 1 mln.
2003 ••••••••• 0.39
2009 •••••••••••••••••••• 0.96
2020 ••• 0.13

Oxşar sözlər

#darkənd nədir? #darkənd sözünün mənası #darkənd nə deməkdir? #darkənd sözünün izahı #darkənd sözünün yazılışı #darkənd necə yazılır? #darkənd sözünün düzgün yazılışı #darkənd leksik mənası #darkənd sözünün sinonimi #darkənd sözünün yaxın mənalı sözlər #darkənd sözünün əks mənası #darkənd sözünün etimologiyası #darkənd sözünün orfoqrafiyası #darkənd rusca #darkənd inglisça #darkənd fransızca #darkənd sözünün istifadəsi #sözlük