Darxan sözü azərbaycan dilində

Darxan

Yazılış

  • Darxan • 98.7179%
  • darxan • 1.2821%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Darxan
Darxan — türk, altay və monqol mifologiyasında ər-arvad metal tanrıları. == Darxan xan == Darxan xan - türk, altay və monqol mifologiyasında metal ilahı. Darqan xan və ya Darqah xan olaraq da bilinər. Metal ocaqlarını, metal işliklerini, metal ustalarını qoruyar. Əlində bir çəkic və qarşısında bir örs ilə betimlenir. Eyni zamanda atəş ilahı olaraq da görülər. Çünki metal və dəmir işçiliyi atəşdən ayrıla bilməz və od bu zanaat bir hissəsidir. Qısa boyludur. Özünə hörmətsizlik edildiyində çox hirslənər və hər tərəfi yandırar. Dəmir (geniş mənada metal) yer üzündəki hər cəmiyyətdə gücün və qəhrəmanlığın simvolu olaraq görülmüşdür və hərbi medallar ilə müsabiqələrdə verilən medallar bunun ən gözəl nümunəsidir.
Bacey Darxan
Bacey — XVI əsrdə Yakutiyanın Xanqalas ulusunda yaşamışdır. Müstəqil Yakutiya toyonlarının sülaləsini başlatmışdır. Bacey özünə Tüsülge Darxan titulunu seçmişdi. == Həyatı == Həyatı haqqında çox şey bilinmir. Bacey toyon yakut xalqının əfsanəvi qəhrəmanlarından biri hesab olunur. Yerli inanca görə o çox varlı biri olmuşdur. == Ailəsi və ölümü == 4 həyat yoldaşı və 2 oğlu olduğu məlumdur. Oğulları: Munnan Darxan MoldoqorXVI əsrdə Bacey Darxan tunquslarla müharibə zamanı öldürülmüşdür.
Darxan Kıdırali
Darxan Kuandık oğlu Kıdırali (16 aprel 1974, Tülkübas rayonu[d], Çimkənd vilayəti) — tarix elmləri doktoru, Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının müxbir üzvü (2017), Beynəlxalq Türk Akademiyasının Prezidenti (2014-cü ildən indiyədək), “Egemen Qazaxıstan”rəsmi dövlət qəzeti İdarə Heyətinin sədri (2016-cı ildən indiyədək). 28 dekabr 2017-ci il tarixində Azərbaycan və Qazaxıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Darxan Kyandıkulı Kıdırəli “Dostluq” ordeni ilə təltif edilmişdir. == Həyatı == Darxan Kıdırali 16 aprel 1974-ci ildə Cənubi Qazaxıstan vilayətinin Tülkibas rayonunda anadan olub. Fərabi adına Qazaxıstan Milli Universitetində (1991-1992), Türkiyənin Mərmərə (1992-1996), Dokuz Eylül (1996-1997), Ege (1997-1998) və İstanbul (1998-2001) universitetlərində ali təhsil alıb. 2001-ci ildə İstanbul Universitetinin doktorluq proqramını müvəffəqiyyətlə bitirərək fəlsəfə doktoru, 2010-ci ildə isə Abay adına Qazaxıstan Milli Pedaqoji Universitetində elmlər doktoru elmi dərəcəsi alıb. == Fəaliyyəti == 2001-2005 - Xoca Əhməd Yəsəvi Beynəlxalq Qazax-Türk Universitetində aparıcı mütəxəssis-tədqiqatçı, baş katib, şöbə müdiri, idarə rəisi, 1-ci dərəcəli aparıcı mütəxəssis-tədqiqatçı; 2005-2006 - L.Gumilyov adına Avrasiya Milli Universitetində dosent, 1-ci dərəcəli aparıcı mütəxəssis-tədqiqatçı; 2006-2007 - Qazaxıstan Respublikası Prezident Administrasiyası Mədəniyyət Mərkəzinin direktor müavini; 2007-2008 - Qazaxıstan Respublikası Elm və Təhsil Nazirliyində nazir müşaviri; 2008-2009 - Qazaxıstan Respublikası Prezident Administrasiyasında ekspert, idarə rəisi; 2009-2012 - Qazaxıstan Respublikası PrezidentAdministrasiyasında mətbuat katibinin müavini; 2012-2014 – Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Baş Katibinin müavini; 2014-ci ildən indiyədək Beynəlxalq Türk Akademiyasının Prezidentidir. 29 iyun 2015-ci il tarixindən Türk Dünyası Milli Elmlər Akademiyaları İttifaqının Katibliyinə sədrlik edir. Eyni zamanda, həmin Birliyin qurulmasında önəmli töhfələri olub. 2015-ci ildə UNESCO-nun Parisdəki iqamətgahında "Dədə Qorqud irsi və Türk Dünyası" mövzusunda beynəlxalq tədbiri, 2016-ci ildə isə Nyu-Yorkda, BMT-nin qərargahında “2030 gündəliyi: İpək Yolu Sinerjisi” mövzusunda Beynəlxalq simpoziumu təşkil edib. 2016-ci ilin iyun ayındanindiyədək “Egemen Qazaxıstan” rəsmi dövlət qəzeti İdarə Heyətinin sədridir.
Munnan Darxan
Munnan Darxan — Yakutların XVI əsrdəki toyonu. == Həyatı == Bacey Darxan və Xanqalasın oğlu idi. Atası kimi tunquslara qarşı mübarizə aparmış, lakin Tuymada yaxınlığında məğlub olub öldürülmüşdü. Vəsiyyətinə əsasən yerinə ən böyük oğlu Tigin Darxan keçmişdir. Digər oğlunun adı isə Usun Oyun idi.
Tigin Darxan
Tigin Darxan (yak. Тыгын Дархан) - Saxa xalq qəhrəmanı, toyon. == Həyatı == XVI əsrdə Saxanın Tuymada qəsəbəsində doğulmuşdu. Munnan Darxanın oğlu idi. Atasının ölümündən sonra tunqusları məğlub etmiş, Lena çayının sahilinədək Yakutiyanı birləşdirmişdi. Hökmdarlığının son dövründə Yenisey kazaklarının hücumuna uğrayan Tigin Darxan 1632-ci ildə ölmüşdür. == Ailəsi == Ölümündən sonra oğullarına knyaz titulu verilərək dvoryan sinfinə daxil edilmişdi. Oğulları: Beceke Ekurey Çallay Usun Oyun1642-ci ildə Tiginin oğulları üsyana başladı və 700 nəfər əsgərlə yığaraq Yakutsk şəhərini mühasirəyə aldılar. Lakin toyonlar arasındakı anlaşmazlıq mühasirənin götürülməsinə səbəb oldu. May-İyun aylarında, buzların açılmasından sonra Yakutsk kazaklarının komandanı Pyotr Qolovin əks-hücuma keçərək üsyançıları məğlub etdi və Tiginin oğullarını diri-diri yandırdı.
Darxan-Uul vilayəti
== Ərazisi == 1994-cü ildə yaradılan Darxan-Uul vilayətinin 3 275 ərazisi Km2-dır. Darxan-Uul vilayətinə 4 rayon (sum) daxilidir. == Əhalisi == 2017-ci ilə olan məlumatlara əsasən Darxan-Uul vilayətinin əhalisi 101 880 nəfərdir. Əhalinin mütləqi monqollardan ibarətdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.51 dəfə / 1 mln.
2010 ••• 0.27
2011 0.09
2012 ••••••••• 0.86
2013 •• 0.15
2015 •• 0.17
2016 •••• 0.35
2017 ••••••••••••••• 1.46
2018 •••••••••••••• 1.35
2019 •••••••••• 0.97
2020 •••••••••••••••••••• 1.99

Oxşar sözlər

#darxan nədir? #darxan sözünün mənası #darxan nə deməkdir? #darxan sözünün izahı #darxan sözünün yazılışı #darxan necə yazılır? #darxan sözünün düzgün yazılışı #darxan leksik mənası #darxan sözünün sinonimi #darxan sözünün yaxın mənalı sözlər #darxan sözünün əks mənası #darxan sözünün etimologiyası #darxan sözünün orfoqrafiyası #darxan rusca #darxan inglisça #darxan fransızca #darxan sözünün istifadəsi #sözlük