* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [monq.] 1. tar. Şəhər, qəza, mahal, ya vilayət hakimi. Padşahın şəhər darğası yolnan gedirdi, güzarı düşdü bu bağa. (Nağıl). Sən demə, bu bina şəhərin darğasının eviymiş. “M.N.lətif.” // Keçmiş zamanda vergi yığmaq üçün hakim, hökmdar, xan və b. tərəfindən kəndə göndərilən məmur. [Nəcəf bəy:] Buyur, mirzə, aparıb kənddə verərsən darğaya. Necə ki lazımdır əməl eylər. Ə.Haqverdiyev. Darğa lələş məhsul vaxtı bir dərzi gözündən qaçırmaz( dı). S.Rəhimov. 2. tar. Bazar keşikçilərinin başçısı. Sübh olunca gecələr darğa kimi; Yatmayır, qırqır edir qarğa kimi. M.Ə.Sabir. 3. məc. Özünü böyük sayan, heç kəs tərəfindən vəkil edilmədiyi halda özünü vəkil kimi aparan adam haqqında. □ Darğa tikmək – hakim qoymaq, hakim təyin etmək, vəkil etmək. [Xan:] Səni bu evdə kim darğa tikib, kim? N.Vəzirov.
Azərbaycan dilinin izahlı lüğəti / darğa1 1. начальник ночной базарной охраны; 2. управляющий, приказчик помещика, бурмистр;
Azərbaycanca-rusca lüğət / darğa1 [monq.] сущ. даргъа (1. ист. шегьердин, вилаятдин, магьалдин гьаким; // вилик девирра гьакимди, ханди ва мс. налок кӀватӀун патал ракъурдай кас; 2. ист. базардин къаравулрин чӀехиди; 3. пер. вичи-вич чӀехиз кьадай, вич векил хьиз тухудай касдин гьакъинда; // darğa tikmək гьаким эцигун, гьакимвиле тайин авун, векил авун).
Azərbaycanca-ləzgicə lüğəti / darğamonqol mənşəli sözdür Şəhər və s. hakimi. Bu bağ kimin ola, kimin olmaya? Hələb paşasının darğası Gülxanın. (“Əsli və Kərəm”)
Azərbaycan dastanlarının leksikasımonqol mənşəli sözdür Şəhər hakimi. (“Koroğlu” dastanının lüğəti) Almaçı dedi: – Get, ay ağa, darğa şəhərdə deyil, sakitlikdi. (Paris nüsxəsi, 8-ci məclis)
Azərbaycan dastanlarının leksikası(Qazax, Tovuz) suyabaxan, cuvar. – Darğa gələr, su alıb yoncoyu sularam (Qazax); – Hər kətdə bir darğa olordu (Tovuz)
Azərbaycan dilinin dialektoloji lüğəti.şəhər, qəza hakimi, bazar və gecə gözətçilərinin başçısı.
Azərbaycan kişi adlarının izahlı lüğəti