darılmaq sözü azərbaycan dilində

darılmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • darılmaq • 86.6667%
  • DARILMAQ • 10.0000%
  • Darılmaq • 3.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

darılmaq sözünün leksik mənası və izahı

  • 1 f. Acığı tutmaq, hirslənmək, hiddətlənmək, hövsələdən çıxmaq. [Şərifzadə] Mehribanı boşadığı üçün olduqca darılmış, Zeynalın belə yersiz hərəkətindən dolayı acıqlanmışdı. S.Hüseyn. [Veys:] Paxıl oğlu, paxıl, – deyə Dövlətə darıldı. Ə.Əbülhəsən. Sənsiz gördüm, mələklərə darıldım; Endim yerə, qədəminə sarıldım. Ə.Cavad. // Ürəyi sıxılmaq, kədərlənmək, məyus olmaq, incimək. [Heydər bəy:] Hacı, səfərdə adamın başına çox iş gələr, gərək darılmamaq, söyləmək vaxtı deyil, indi üstümüzə tökülərlər. M.F.Axundzadə. Özünü toxtaq tut bir az; Düşəndə dar günə insan darılmaz. S.Vurğun. Qaraş sıxılıb darılaraq divana oturub əvvəlcə heç kəslə danışmırdı. M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / darılmaq

darılmaq sözünün etimologiyası

  • 1 dar sözündən daru (darı) feili əmələ gəlib. Həm də “qəzəblənmək” anlamını əks etdirib. Yum-şa-l-maq qəlibi üzrə darı-l-maq feili də yaranıb. -ıl növ şəkilçisidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / darılmaq

darılmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

darılmaq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 DARILMAQ – SAKİTLƏŞMƏK Sənsiz gördüm, mələklərə darıldım; Endim yerə, qədəminə sarıldım (Ə.Cavad); Deyəsən, bu cavab anasının qəlbini bir az sakitləşdirdi (S.Qədirzadə).

    Azərbaycan dilinin antonimlər lüğəti / darılmaq

darılmaq sözünün rus dilinə tərcüməsi

darılmaq sözünün inglis dilinə tərcüməsi

darılmaq sözünün fransız dilinə tərcüməsi

darılmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. хъел атун, хъел куткун, сабур акьалтӀун, къапарай акъатун; 2. рикӀ чуькьуьн, рикӀ чӀулав хьун, гъарикӀ хьун, перт хьун, бейкеф хьун, инжиклу хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / darılmaq

darılmaq sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#darılmaq nədir? #darılmaq sözünün mənası #darılmaq nə deməkdir? #darılmaq sözünün izahı #darılmaq sözünün yazılışı #darılmaq necə yazılır? #darılmaq sözünün düzgün yazılışı #darılmaq leksik mənası #darılmaq sözünün sinonimi #darılmaq sözünün yaxın mənalı sözlər #darılmaq sözünün əks mənası #darılmaq sözünün etimologiyası #darılmaq sözünün orfoqrafiyası #darılmaq rusca #darılmaq inglisça #darılmaq fransızca #darılmaq sözünün istifadəsi #sözlük