darıxmaq sözü azərbaycan dilində

darıxmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • darıxmaq • 85.0746%
  • Darıxmaq • 10.4478%
  • DARIXMAQ • 4.4776%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

darıxmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Sıxılmaq, canı sıxılmaq, bıqmaq, bezmək, təngə gəlmək, narahat olmaq, əsəbiləşmək. Hər şey üçün adam darıxmaz. Darıxıram, vaxt az qalıb. // Ürəyi sıxılmaq, hövsələsizlik göstərmək. Qulu, sən heç darıxma, ancaq bir az döz. N.Nərimanov. Mirzağa indi öz evlərində darıxır, könlü heç açılmayırdı. S.Hüseyn. // Sıxılmaq, özünü çox pis hiss etmək. Qədir kişi bu hörmətlərdən darıxmır, bunu özünün yaxşı işləməsi ilə əlaqədar bilirdi. Ə.Sadıq. 2. Təngnəfəs olmaq, nəfəsi kəsilmək, boğulan kimi olmaq, hava çatmamaq. İstidən adamın ürəyi darıxır. 3. Bir şəxsin, ya şeyin olmadığını iztirab və ürək acısı ilə hiss etmək, bir şəxsi, ya şeyi görməyi, yaxud onunla bir yerdə olmağı həsrətlə arzu etmək. Vətən üçün darıxmaq. İş üçün darıxmaq.

    Azərbaycan dilinin izahlı lüğəti / darıxmaq

darıxmaq sözünün etimologiyası

  • 1 Kökü dar (uzkiy) sifətidir. Darıx isə ondan düzəlmiş feildir, -ıq şəkilçisi ad­lardan feil düzəldə bilir: ot-ux-maq, qan-ıx-maq və s. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / darıxmaq

darıxmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 bezikmək — sıxılmaq — bıqmaq — əsəbiləşmək

    Azərbaycan dilinin sinonimlər lüğəti / darıxmaq
  • 2 1. DARIXMAQ Darıxıram indi çox, sıxır könlümü həsrət; Meşəni tərənnüm et (M.Rahim); DARILMAQ Amma Yavər darılmırdı. Medineyə arxaymdı... (M.İbrahimov); XİFFƏT ELƏMƏK [Qaraqaşlı:] ...ikisini də bir yerdə rədd eləmək lazımdır ki, ayrı düşüb xiffət eləməsinlər (Ə.Kərim); KÜRLÜK ETMƏK (dan.) Qəndab: Mən yamanca kürlük edir, ağlayır, hər xırda sözdən, xüsusən yeməkdən küsürdüm (B.Bayramov); QƏRİBÇİLİYİNİ ÇƏKMƏK Səttarxan Əli dayını düşünür, onun və başqa dostlarının qəribçiliyini çəkirdi (A.Makulu). 2. darıxmaq bax qəribsəmək

    Azərbaycan dilinin sinonimlər lüğəti / darıxmaq

darıxmaq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 DARIXMAQ – ŞADLANMAQ Atanı düşünmə, mənim üçün darıxsan, ana vətənə qulluq et (A.Şaiq); Bir şeydən hamımız şadlanırdıq ki, atamın halı düşündüyünüz qədər də ağır deyildi (S.Qədirzadə).

    Azərbaycan dilinin antonimlər lüğəti / darıxmaq

darıxmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. скучать, томиться, тосковать; 2. беспокоиться;

    Azərbaycanca-rusca lüğət / darıxmaq
  • 2 глаг. скучать, тосковать, чувствовать уныние, испытывать скуку; соскучиться. İşsizlikdən darıxmaq скучать от безделья, əllərim iş üçün darıxır руки тоскуют по делу, təzə yerdə darıxmaq скучать на новом месте, Bakı üçün darıxıram скучаю по Баку, atası üçün darıxmaq скучать по отцу, uşaqları üçün дарыхмаг скучать по детям

    Azərbaycanca-rusca lüğət / darıxmaq

darıxmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to be* bored, to have* a tedious time; 2. to miss (d.); ev üçün ~ to be* homesick, to miss one’s home-life; Mən dostum üçün çox darıxıram I miss my friend very much; 3. (narahat olmaq) to worry (about), to be* anxious / uneasy (about); 4. bax tələsmək

    Azərbaycanca-ingiliscə lüğət / darıxmaq

darıxmaq sözünün fransız dilinə tərcüməsi

darıxmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. дарих хьун; икрагь хьун, бизар хьун, нарагьат хьун; // рикӀ чуькьуьн, сабурсузвал авун; // рикӀ чӀулав хьун, сугъул хьун; 2. ял кьун, нефес дар хьун, гьава агакь тавун, рикӀ дарих хьун (мес. чими гьавадикай); 3. гъарикӀ хьун; цӀигел хьун, рикӀ акъатун, вил (галаз) хьун (мес. ватандихъ).

    Azərbaycanca-ləzgicə lüğəti / darıxmaq

darıxmaq sözünün türk dilinə tərcüməsi

"darıxmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#darıxmaq nədir? #darıxmaq sözünün mənası #darıxmaq nə deməkdir? #darıxmaq sözünün izahı #darıxmaq sözünün yazılışı #darıxmaq necə yazılır? #darıxmaq sözünün düzgün yazılışı #darıxmaq leksik mənası #darıxmaq sözünün sinonimi #darıxmaq sözünün yaxın mənalı sözlər #darıxmaq sözünün əks mənası #darıxmaq sözünün etimologiyası #darıxmaq sözünün orfoqrafiyası #darıxmaq rusca #darıxmaq inglisça #darıxmaq fransızca #darıxmaq sözünün istifadəsi #sözlük