Davi sözü azərbaycan dilində

Davi

Yazılış

  • Davi • 89.4737%
  • davi • 10.5263%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ageratina davidsei
Ageratina davidsei (lat. Ageratina davidsei) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Anastasiya Davidova
Anastasiya Davidova — Rusiyalı sinxron üzgüçü. Anastasiya Davidova 2004, 2008 və 2012-ci illərdə 5 dəfə Olimpiya Oyunlarının qızıl medalını qazanmışdır. Anastasiya Davidova həmçinin 13 qat Dünya və 7 qat Avropa Çempionatının qızıl medalçısıdır. Anastasiya Davidova 2005-ci ildə "Dostluq" ordeninə, 2009-cu ildə "Şərəf" ordeninə, 2012-ci ildə isə "Vətənə xidmətə görə" 4-cü dərəcəli ordenə layiq görülmüşdür. == Həyatı == Anastasiya Davidova 2 fevral 1983-cü ildə Rusiyanın Moskva şəhərində anadan olmuşdur. Anastasiya Davidova 2000-ci ildən idman ilə məşğul olur. == Karyerası == Anastasiya Davidova birinci uğurunu 2000-ci ildə qazandı. O Finlandiyanın Helsinki şəhərində Avropa Çempionatında qızıl medal qazandı. 1 ildən sonra isə o 2001-ci ildə Dünya Çempionatında qızıl və gümüş medal qazandı. Elə həmin ildə Berlində karyerasında 3-cü dəfə Avropa Çempionu adını qazandı.
Anatoli Davidoviç
Anatoli Nikolayeviç Davidoviç (belar. Анато́ль Мікала́евіч Давідо́віч; 28 mart 1965, Skabin[d], Minsk vilayəti – 13 iyun 1992, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anatoli Davidoviç 28 mart 1965-ci ildə Belarus Respublikasının Minsk vilayətinin Kapıl rayonunun Skabin kəndində hərbçi ailəsində dünyaya göz açmışdır. Sonra ailələri ilə birlikdə Slutsk şəhərinə köçən Anatoli burada 10 saylı orta məktəbi bitirib. 1989-cu ildə Ukraynadakı Sumı Ali Hərbi Artilleriya Məktəbini bitirib, SSRİ-nin Almaniyadakı Qərb qoşun qrupunda, Zaqafqaziya hərbi dairəsində qulluq edib. 1991-ci ilin iyununadək SSRİ, sonra isə MDB ordusunda xidmət etmişdir. Mayor rütbəsinə yüksələn Anatoli sonrakı həyatını Azərbaycan ordusu ilə bağlayır. == Döyüşlərdə iştirakı == "N" saylı hərbi hissədə artilleriya qərargahının rəisi idi. O Azərbaycan Silahlı Qüvvələrinin möhkəmləndirilməsində böyük töhfələr verir. 1992-ci il Ağdam rayonunda qızğın döyüşlər gedirdi.
Anthemis davisii
Anthemis davisii (lat. Anthemis davisii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Artur Lumley Davids
Artur Lumley Davids (doğulduğu ad Asher Lumle Davids, 28 Avqust 1811 - 19 iyul 1832) İngilis şərqşünas və dilçi idi. == Həyatı == O, yəhudi valideynləri Sarah Lumley və Jonki Davidsin yeganə uşağı olan Hampshire şəhərində anadan olub. İngillis bilimadamı Artur Lumley Davids Sultan Səlimi Salisə (1789-1807), Kiabi İlmun Nafinini hədiye vermişdir.
Arvid David Hummel
Arvid David Hummel (Arvid David Hummel; 30 aprel 1778 – 20 oktyabr 1836) Isveç entomoloqu. == Ədəbiyyat == Tommila, P. 1963 [Hummel, A. D.] Ann. Ent. Fennici 29, 152–170.
Baccharis davidsonii
Baccharis davidsonii (lat. Baccharis davidsonii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Bella Davidoviç
Bella Mixaylovna Davidoviç ( rus. Бе́лла Миха́йловна Давидо́вич) — yəhudi əsilli sovet-amerikan pianoçusu.Bella Mixayılovna Davidoviç 1928-ci ilin 16 iyun tarixində Bakı şəhərində yəhudi ailəsində anadan olub. 6 yaşı olarkən piano təhsili almağa başlayır və cəmi üç il sonra Lüdviq van Bethovenin 1 nömrəli piano konserti parçasını sərbəst işləyir. 1939-cu ildə musiqi təhsilini genişləndirmək üçün Moskva şəhərinə köçür. 18 yaşı olarkən daxil olduğu Çaykovski adına Moskva Dövlət Konservatoriyasında dövrünün tanınmış musiqişünasları Konstantin İqumunov və Yakov Filyerdən dərslər almışdır. Pianoçunun ilk böyük uğuru Frederik Şopenin xatirəsinə həsr olunmuş musiqi yarışmasında dərəcə qazanması olmuşdur. Frederik Şopenin xatirəsinə həsr olunmuş musiqi yarışmasında qazanılmış uğur Bella Davidoviçin gələcək karyerasında dönüş nöqtəsi oldu və bundan sonra pianoçu SSRİ və Şərqi Avropada tanınmağa başlandı. Bella Davidoviç Sankt-Peterburq Filarmoniya orkestrında 28 mövsüm solist kimi fəaliyyət göstərmiş və eyni zamanda 16 il Çaykovski adına Moskva Dövlət Konservatoriyasında dərs demişdir. Pianoçu SSRİ musiqisi üçün əhəmiyyətli şəxs olmaqla yanaşı SSRİ mədəniyyət dairələrində qəbul edilmiş bir necə qadın sənətçidən biri olmuşdur.
Buddleja davidii
David buddlеyası (lat. Buddleja davidii) — qaraşəngikimilər fəsiləsinin buddleya cinsinə aid biki növü. == Təbii yayılması == Vətəni Çindir. == Botaniki təsviri == Hündürlüyü 2-3 m-ə çatan, düz budaqlı gövdəsi olan kоldur. Yarpaqları uzun, ucu biz, kənarları dişli, uzunluğu 8-25 sm, alt tərəfi məxməridir. Uzunluğu 1 sm-ə qədər оlan ətirli, bənövşəyi, ağ, çəhrayı, narıncı rəngli, çiçəkləri zоğların uclarında düz dayanan, bir az sallaq süpürgələrə yığılmışdır. Avqustdan оktyabr ayına qədər bоl və uzun müddət çiçəkləyir. == Ekologiyası == Abşеrоnda sərt şaxtalarda bəzən yеrüstü hissəsi məhv оlur, lakin yazda bərpa оlunur. Kölgəyə az davamlıdır. == Azərbaycanda yayılması == Böyük və Kiçik Qafqazda təbii halda rast gəlinir.
Coreopsis davilae
Coreopsis davilae (lat. Coreopsis davilae) — mürəkkəbçiçəklilər fəsiləsinin koreopsis cinsinə aid biki növü.
Cotoneaster davidianus
Üfüqi dovşanalması (lat. Cotoneaster horizontalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Sinonimləri == Cotoneaster acuminatus var. prostratus Hook. ex Decne. Cotoneaster davidianus hort. ex Dippel Cotoneaster horizontalis var. horizontalis horizontalis Diospyros chaffanjonii H.L‚v. == Təbii yayılması == Təbii şəraitdə Krımda, Qafqazda, Sibirdə, Orta və Mərkəzi Avropada, Monqolustanın şimalında, Himalayda, Çində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2-3 m-ə çatan, dəyirmi çətirli, yarpağını tökən, çox budaqlı koldur.
Dalbergia davidii
Dalbergia davidii (lat. Dalbergia davidii) — paxlakimilər fəsiləsinin dalbergiya cinsinə aid bitki növü.
David Usupaşvili
David Usupaşvili (gürcü: დავით უსუფაშვილი, Davit Usupašvili; 5 mart 1968) — 2012-2016 -cı illərdə Gürcüstan Parlamentinin sədri olmuş gürcü hüquqşünas və siyasətçidir. Respublika Partiyasının sədri vəzifəsində çalışıb. 27 İyun 2005 -ci ildən 3 Noyabr 2013-cü ilə qədər Gürcüstanın Lelo Siyasi Şurasının sədridir. == Karyera == Sovet Gürcüstanının Magharo şəhərində anadan olan Usupaşvili 1992 -ci ildə Tbilisi Dövlət Universitetində hüquq fakültəsini bitirib və 1999 -cu ildə Duke Universitetində Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsi alıb. Gürcüstan Dövlət Şurasının hüquq məsləhətçisi olaraq o, 1993-1995-ci illərdə Gürcüstan Konstitusiyasını hazırlayıb. 1994-cü ildə insan hüquqlarının və qanunun aliliyinin təşviqinə həsr olunmuş Gürcüstan Gənc Hüquqşünaslar Dərnəyinin qurucu üzvləri arasında idi və 1994-cü ildən 1997-ci ilə qədər birinci sədr vəzifəsini icra etdi. Mixail Saakaşvilini Gürcüstan prezidentliyinə aparan 2003-cü ilin Noyabr Gül İnqilabı zamanı QHT-nin təşkil etdiyi etiraz aksiyalarında fəal iştirak etdi. Usupaşvili daha sonra Saakaşvili ilə ittifaqdan uzaqlaşaraq müxalifətə çəkildi və 2005 -ci ilin iyununda Gürcüstan Respublika Partiyasının sədri oldu və 2013 -cü ilin noyabrında Xatuna Samnidzenin yerinə keçməsinə qədər bu vəzifədə çalışdı.2011-ci ildə Usupaşvili çox milyarder iş adamı olan siyasətçi Bidzina İvanişvili ilə əlaqə qurdu və Respublika Partiyasının üzv olduğu İvanişvilinin "Gürcü Arzusu" koalisiyasının liderlərindən biri oldu. 2012 -ci il parlament seçkilərində koalisiyanın qələbəsindən sonra Usupaşvili 21 oktyabr 2012 -ci ildə Gürcüstan Parlamentinin sədri seçildi. Respublikaçılar Partiyası "Gürcü Arzusu" ilə əlqaəni kəsdi və 2016 -cı ilin oktyabrında keçiriləcək parlament seçkilərində iştirak etmək üçün lazım olan həddi aşa bilmədi.
David Vaçnadze
David Vladimiroviç Vaçnadze (gürc. დავით ვაჩნაძე ;4 avqust 1884, Tiflis – 23 yanvar 1962, Münhen) — Gürcü siyasətçisi, Gürcüstan Milli Demokrat Partiyasının yaradıcılarından biri. == Həyatı == Rusiya imperiyası ordusunun polkovniki Vladimir Vaçnadze və Helen Maçabelinin ailəsində anadan olub. Tiflis Kadet Korpusunda (1894–1902), sonra Sankt-Peterburq Hərbi Məktəbində təhsil alıb. 1907-ci ildən kiçik zabit kimi hərbi xidmətə qəbul olunmuşdur. David Vaçnadze Hərbi işlə yanaşı ictimai və jurnalist fəaliyyətlərində də iştirak etmişdir. 1912-ci ildə Revaz Qabaşvili ilə birlikdə həftəlik "Klde" jurnalının təsisçisi olmuşdur. Birinci Dünya müharibəsi zamanı Tiflis gürcü dəstəsinin rəisi polkovnik Georgi Jandyenin köməkçisi idi. David Vaçnadze 1915-ci ildən 1914-cü ildə Cenevrədə Petr Surguladze tərəfindən qurulan "Müstəqil Gürcüstan Komitəsi" ilə əlaqələr saxlamağa başlamışdır. Vaçnadze Georgi Maçabeliyə kömək edirdi.
David Vendetta
David Paparusso və ya DJ David Vendetta (25 avqust 1971, Lonqvi[d]) — fransız DJ və prodüser. == Həyatı və yaradıcılığı == 25 avqust 1968-ci ildə Fransanın Lotaringiya bölgəsində anadan olmuşdur. 2000-ci ildə DJ-lik dərsləri almışdır. Dünyanın bir çox məşhurları ilə çalışmışdır. Bunlara livanlı müğənni Haifa Wahbi, türkiyəli müğənni Hande Yener, xalq artisti Alim Qasımovu və bir çox ulduzları misal göstərmək olar. 2018-ci ildə Aygün Kazımovanın Duy albomundakı Duy mahnısını remiks etmişdir. == Diskoqrafiyası == === Albomları === === Sinqlları === 2003: Party People 2003: She Loves Me 2004: No Sex 2004: Fiction 2004: Alicante 2004: Cleopatra 2006: Love to Love You Baby 2007: Unidos Para La Musica 2007: Break 4 Love 2007: Bleeding Heart 2008: Hold That Sucker Down 2008: Freaky Girl 2009: Anticipation (with Barbara Tucker) 2009: I Hope She Turns Around (feat. Brian Lucas) 2010: I Am Your Goddess (feat. Tara McDonald & Alim Qasımov) 2010: Can You Feel It (feat. Brian Lucas) 2010: Make Boys Cry (feat.
David Vilya
David Vilya Sançes (isp. David Villa Sánchez; 3 dekabr 1981, Lanqreo, Asturiya, İspaniya) — Atletiko Madrid klubunun və İspaniya milli futbol komandasının heyətində hücumçu mövqeyində çıxış edən ispan futbolçu. == Klub karieri == UP Lanqreoda qollarını atmağa başlayan David Villa, bölgənin ən böyük klubu Sporting Qijona transfer olaraq karierində əhəmiyyətli bir addım atdı. 1999-2000 mövsümündə Sporting Gijon formasıyla 35 matçda 25 qol atınca A komandaya yüksələrək peşəkar bir oyunçu oldu. İspaniya 2.Liqasında top qaçdırdığı ilk ildə 40 matçda 29 qol vuraraq etibarı boşa çıxartmadımı. David Villa, 2. mövsümündə qol sayını 39 matçda 20-yə çıxardı. Sporting Qijonda 79 liqa matçında 38 qol vurdu. 2003-cü ildə Real Zaraqozaya imza atdı. İlk mövsümündə liqası 12.
David Vudord
David Vudord (ing. David Woodard (brit. /ˈwʊdɑrd/); 6 aprel 1964-cü ildə Santa-Barbara, Kaliforniya anadan olmuşdur) Amerikan yazıçısı və dirijorudur. 1990-cı illər ərzində o, mövzunun əhəmiyyətsizləşməsi dövründə və ya ondan biraz əvvəl ifa üçün bəstələnmiş olan özünün Buddist təcrübəsini təsvir etmək məqsədilə "matəm duası", duyğulandırıcı və hüzn dolu musiqidən ibarət olan bir portmanto, terminini yaratdı.Vudordun dirijor və musiqi direktoru kimi çalışdığı Los-Anceles memorial xidmətlərinə bədbəxt hadisə zəmnində həyatını itirmiş Leon Praport və onun yaralanaraq dul qalan həyat yoldaşı Lolanın xatirəsinə həsr olunan,:125 hazırda Mələklər qanadlanır adlı fünikulyor dəmir yolunda 2001-ci ildə keçirilmiş təntənəli əhali mərasimi də aiddir. O, Kaliforniya Palıdı Qutanquşu üçün dəniz sahilinin zirvəsində, həmin heyvanın öldüyü yerdə keçirilmiş mərasim də daxil olmaqla, vəhşi aləmə dair matəm musiqilərinə də dirijorluq etmişdir.:152–153Vudord özünün bütün dünya incəsənət muzeylərində sərgilənmiş Xəyal maşını və yumşaq psixoaktiv lampanın replikaları ilə tanınır. Almaniya və Nepalda, o, növlərarası karma, bitki şüuru və Paraqvayda yerləşən Yeni Almaniya adlı qəsəbə barəsində yazdıqları da daxil olmaqla Der Freund (Dost) ədəbi jurnalına verdiyi töhfələrlə məşhurdur. == Təhsil == Vudord Sosial Tədqiqat üzrə Yeni Məktəbdə və Santa-Barbara Kaliforniya Universiteti təhsil almışdır. == Yeni Almaniya == 2003-cü ildə Vudord Juniper Hills(Ardıc təpəcikləri)- də (Los-Anceles ştatında), Kaliforniyada konsul seçildi. Bu vəzifəyə yiyələndikdən sonra o, Paraqvaydakı Yeni Almaniya ilə "bacı şəhər" qohumluğunun (əlaqəsinin) yaradılmasını təklif etdi. Öz planını həyata keçirmək üçün o, erkən vegeteriyan/qadın tərəfdarı olan utopiyaya səyahət etdi və onun bələdiyyə rəhbərliyi ilə görüşdü.
David Woodard
David Vudord (ing. David Woodard (brit. /ˈwʊdɑrd/); 6 aprel 1964-cü ildə Santa-Barbara, Kaliforniya anadan olmuşdur) Amerikan yazıçısı və dirijorudur. 1990-cı illər ərzində o, mövzunun əhəmiyyətsizləşməsi dövründə və ya ondan biraz əvvəl ifa üçün bəstələnmiş olan özünün Buddist təcrübəsini təsvir etmək məqsədilə "matəm duası", duyğulandırıcı və hüzn dolu musiqidən ibarət olan bir portmanto, terminini yaratdı.Vudordun dirijor və musiqi direktoru kimi çalışdığı Los-Anceles memorial xidmətlərinə bədbəxt hadisə zəmnində həyatını itirmiş Leon Praport və onun yaralanaraq dul qalan həyat yoldaşı Lolanın xatirəsinə həsr olunan,:125 hazırda Mələklər qanadlanır adlı fünikulyor dəmir yolunda 2001-ci ildə keçirilmiş təntənəli əhali mərasimi də aiddir. O, Kaliforniya Palıdı Qutanquşu üçün dəniz sahilinin zirvəsində, həmin heyvanın öldüyü yerdə keçirilmiş mərasim də daxil olmaqla, vəhşi aləmə dair matəm musiqilərinə də dirijorluq etmişdir.:152–153Vudord özünün bütün dünya incəsənət muzeylərində sərgilənmiş Xəyal maşını və yumşaq psixoaktiv lampanın replikaları ilə tanınır. Almaniya və Nepalda, o, növlərarası karma, bitki şüuru və Paraqvayda yerləşən Yeni Almaniya adlı qəsəbə barəsində yazdıqları da daxil olmaqla Der Freund (Dost) ədəbi jurnalına verdiyi töhfələrlə məşhurdur. == Təhsil == Vudord Sosial Tədqiqat üzrə Yeni Məktəbdə və Santa-Barbara Kaliforniya Universiteti təhsil almışdır. == Yeni Almaniya == 2003-cü ildə Vudord Juniper Hills(Ardıc təpəcikləri)- də (Los-Anceles ştatında), Kaliforniyada konsul seçildi. Bu vəzifəyə yiyələndikdən sonra o, Paraqvaydakı Yeni Almaniya ilə "bacı şəhər" qohumluğunun (əlaqəsinin) yaradılmasını təklif etdi. Öz planını həyata keçirmək üçün o, erkən vegeteriyan/qadın tərəfdarı olan utopiyaya səyahət etdi və onun bələdiyyə rəhbərliyi ilə görüşdü.
David adası
David adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. == Yerləşməsi == Arxipelaqın qərbində, Qeorq Torpağından 1.5 km cənub-qərbdə yerləşir. Ada dairəvi formaya malikdir. Diametri 500 metrdir. Adada yüksəklik və buz örtüyü yoxdur.
David buddleyası
David buddlеyası (lat. Buddleja davidii) — qaraşəngikimilər fəsiləsinin buddleya cinsinə aid biki növü. == Təbii yayılması == Vətəni Çindir. == Botaniki təsviri == Hündürlüyü 2-3 m-ə çatan, düz budaqlı gövdəsi olan kоldur. Yarpaqları uzun, ucu biz, kənarları dişli, uzunluğu 8-25 sm, alt tərəfi məxməridir. Uzunluğu 1 sm-ə qədər оlan ətirli, bənövşəyi, ağ, çəhrayı, narıncı rəngli, çiçəkləri zоğların uclarında düz dayanan, bir az sallaq süpürgələrə yığılmışdır. Avqustdan оktyabr ayına qədər bоl və uzun müddət çiçəkləyir. == Ekologiyası == Abşеrоnda sərt şaxtalarda bəzən yеrüstü hissəsi məhv оlur, lakin yazda bərpa оlunur. Kölgəyə az davamlıdır. == Azərbaycanda yayılması == Böyük və Kiçik Qafqazda təbii halda rast gəlinir.
David bəy üsyanı
1722–1730-cu illər Sünik üsyanı və ya Davud bəy üsyanı — David bəyin başçılığı ilə indiki Zəngəzur, Qarabağ və Naxçıvan Muxtar Respublikası ərazisində ermənilərin İran hakimiyyətinə qarşı üsyanı. Onlar 8 il ərzində regionda Hotaki hökmranlığını devirməyə nail olmuşdur. Xronoloji ardıcıllıqla Artsaxın azadlıq mübarizəsi (1724-1731) ilə üst-üstə düşür. Şərqi Ermənistanı o zamanlar Pakraduni, Sünik və Arranşahlar sülalələrindən olan zadəgan ailələrinin nümayəndələri, o cümlədən Həsən Cəlalyanlar, Dopyanlar, Proşyanlar, Orbelyanlar, Vaçutyanlar, Zəkəryanlar və Kürikilər idarə edirdilər. Onlar İranda "məlik" (ərəb. ملك‎; hökmdar). adlandırılırdılar. == Mədəniyyətdə == ==== Ədəbiyyat ==== Raffi, "David bəy" (roman). Sero Xanzadyan, "Mxitar Sparapet" (roman). ==== Filmlər ==== "David bəy" filmi, 1943, rejissor Amo Beəy Nəzəryan.
David de Xea
David de Xea Kintana (isp. David de Gea Quintana; d. 7 noyabr 1990, Madrid, İspaniya) — ispan futbolçu, İngiltərənin Mançester Yunayted klubunun və İspaniya milli yığmasının qapıçısı. Dünyanın ən yaxşı qapıçılarından biri hesab olunur.
David del Tredici
David del Tredici 16 mart 1937-ci ildə Kaliforniyada doğulan ABŞ musiqiçisi
David di Donatello
Devid di Donatello (it. David di Donatello) — İtaliyanın rəsmi film mükafatıdır. Bu mükafat 1955-ci ildən etibarən "İtalyan Kino Akademiyası" (it. L'accademia del Cinema Italiano) tərəfindən müxtəlif kateqoriyalar üzrə filmlərə hər il təqdim ediləm film mükafatıdır. İldən-ilə bu mükafatın kateqoriyaları dəyişilmişdir. Bu mükafat ABŞ-də verilən Oskar mükafatının analoqudur. == Tarixi == Mükafatın adı 1386–1466-cı illərdə yaşamış Florensiyanın tanınmış rəssamı Donatellonun (it. Donato di Niccolò di Betto Bardi) 1440-cı ildə hazırladığı "David heykəli" ifadəsindən götürülmüşdür. "David di Donatello" ifadəsi isə "Donatellonun Davidi" mənasını ifa edir. Əsası 1955-ci ildə yaradılmış və bu ildən başlayaraq 3 kateqoriya üzrə təqdim edilməyə başlanılmışdır.
David qovağı
== Ümumi yayılması == Koreya, Monqoliya, Rusiyada təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15 m-dək olan, şarşəkilli çətirli ağacdır. Qabığı hamar, bozumtul-yaşıl və ya bozumtul-ağdır. Yaşlı gövdənin əsas hissəsində qalınlaşır və kobudlaşır. Budaqları qırmızımtıl-qonur, cücərtiləri tükcüklüdür. Tumurcuqları yumurtavari-şarşəkilli, çılpaqdır. Yarpaq ayası yumurtavari, uzunluğu 3-6 sm, cavan vaxtı qırmızımtıl, yumru, kənarları dişli, ucu bizdir. Erkək çiçəyin uzunluğu 5-9 sm, dişi çiçəyin uzunluğu 4-7 sm, erkəkcikləri 5-12-dir. == Ekologiyası == Yarımkölgədə, gilli torpaqlarda yaxşı bitir. Rütubət sevəndir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2009 •••••••••••••••••••• 0.64
2015 •••••• 0.17

"davi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#davi nədir? #davi sözünün mənası #davi nə deməkdir? #davi sözünün izahı #davi sözünün yazılışı #davi necə yazılır? #davi sözünün düzgün yazılışı #davi leksik mənası #davi sözünün sinonimi #davi sözünün yaxın mənalı sözlər #davi sözünün əks mənası #davi sözünün etimologiyası #davi sözünün orfoqrafiyası #davi rusca #davi inglisça #davi fransızca #davi sözünün istifadəsi #sözlük