dayanıq sözü azərbaycan dilində

dayanıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dayanıq • 95.6522%
  • Dayanıq • 4.3478%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
DOST Agentliyi (Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi)
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi — "DOST" mərkəzlərinin idarə edilməsi, onların fəaliyyətinə nəzarət və qiymətləndirmənin həyata keçirilməsi, eləcə də məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində, habelə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi siyahıda göstərilən xidmətlərin "DOST" mərkəzlərində göstərilməsinin təşkili ilə bağlı fəaliyyət göstərən publik hüquqi şəxsdir. == Tarixi == DOST Agentliyi Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2018-ci il tarixli 229 saylı Fərmanına əsasən yaradılıb. Azərbaycan Respublikası Prezidentinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) fəaliyyətinin təmin edilməsi haqqında 10 dekabr 2018-ci il tarixli 387 saylı Fərmanına əsasən DOST Agentliyin Nizamnaməsi, Strukturu, "DOST" mərkəzlərində göstərilən xidmətlərin siyahısı və xidmətlərin göstərilmə Qaydası təsdiq edilib. 9 may 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə DOST Agentliyinin və 1 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 24 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 19 may 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə 3 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 30 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 4 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 14 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Abşeron DOST Mərkəzinin açılışı həyata keçirilib. 22 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı həyata keçirilib. 28 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 5 saylı Bakı DOST Mərkəzinin açılışı olub.
Dayanıqlı enerji
Dayanıqlı enerji — "gələcək nəsillərin öz ehtiyaclarını ödəmək qabiliyyətindən ödün vermədən bu günün ehtiyaclarını qarşılayacaq" şəkildə istehsal olunan və istifadə olunan enerji. Bu, onun ətraf mühitə olan təsirləri nəzərə alındıqda (baxmayaraq ki, dayanıqlı enerji konsepsiyası iqtisadi və sosial təsirləri də əhatə edir) yaşıl enerji və təmiz enerji konsepsiyaları yaxın olduğunu göstərir. Dünyanın elektrik, istilik, soyutma və transport gücünü dayanıqlı enerji vasitəsi ilə əldə etmək 21-ci əsrdə bəşəriyyətin qarşılaşdığı ən böyük çətinliklərdən biri olaraq qəbul edilir. Enerji istehsalı və istehlakı insanın səbəb olduğu və qlobal istiləşməyə gətirib istixana qaz emissiyasının 70%-ni təşkil edir. Dünya üzərində 1 milyarda yaxın insanın elektrik çatışmazlığı ilə üz-üzədir və təxminən 3 milyad insan yemək bişirmək üçün odun, kömür və heyvan peyini kimi tüstülü yanacaqlardan istifadə edir. Bu və digər təbii yanacaqlar hər il təxmini 7 milyon insanın ölümünə səbəb olan [Atmosferin çirklənməsi|hava çirkliliyini]] yaradan əsas faktorlardır. Ümumilikdə, günəş, külək və hidroelektrik enerji kimi bərpa edilən enerji mənbələrinin dayanıqlı olduğu düşünülür. Ancaq bioyanacaq istehsalı üçün meşələrin təmizlənməsi kimi bəzi yenilənə bilən enerji layihə aspektləri təbii yanacaq istifadəsindən daha zərərli problemlərin yarana biləcəyini göstərir. Nüvə energetikasıAtom enerjisi daha az karbon tələb edən mənbədir və külək və günəşlə müqayisədə daha təhlükəsiz görünür, ancaq radioaktiv tullantılar və böyük əzariskləri bu texnologiyanın dezavantajlarıdır. Dəyişən enerji mənbəyi olan orta miqdarda külək və günəş enerjisi şəbəkə enerjisi anbarı və tələbə cavab tədbirləri kimi əlavə infrastruktur olmadan elektrik şəbəkəsinə inteqrasiya edilə bilər.
Dayanıqlı inkişaf
Dayanıqlı inkişaf (ing. sustainable development) — hazırkı zamanın tələblərini ödəyən, lakin gələcək nəsillərin öz şəxsi tələbatlarını ödəməyi təhlükə altına qoymayan və bu zaman digər ölkələrin milli suverenliyinə təhlükə yaratmayan inkişaf. == Əsas anlayışları == Ona iki əsas anlayış daxildir: tələbatlar anlayışı, xüsusi olaraq birinci dərəcəli prioritetlərin predmeti olmalı olan kasıb əhali təbəqəsinin mövcudluğu üçün lazım olan tələbatlar; məhdudiyyətlər anlayışı, ətraf mühitin indiki və gələcək tələbatları ödəmək bacarığına qoyulan, cəmiyyətin təşkili və texnologiyaların vəziyyəti ilə şərtlənən.Bu anlayış ilk dəfə KOSR-un "Bizim ümumi gələcəyimiz" (bax) məruzəsində yaranmışdır. BMT BA 42/186 və 42/187 qətnamələri ilə bu məruzə dayanıqlı inkişaf strategiyalarının reallaşması üçün rəhbər sənəd kimi bəyənmişdir. KOSR-da qəbul edilmiş Ətraf mühit və inkişaf üzrə Rio-deJaneyra Bəyannaməsi (bax) bütövlükdə dayanıqlı inkişaf konsepsiyasının reallaşması məqsədlərini açıqlayır və onun dövlət və dövlətlərarası siyasət səviyyəsinə keçməsi vacibliyini təsdiq edir. UNSED-ə hazırlığın gedişində BMT çərçivəsində dayanıqlı inkişaf üzrə xüsusi komissiyanın (bax) yaradılması vacibliyi haqda qarşılıqlı anlaşmaya nail olunmuşdur. == Tarixi == XX əsrin sonunda insan təbiət münasibətlərinin tənzimləndiyi davamlı cəmiyyətə keçid haqqında bir çox təlim və konsepsiyalar yaradılmışdır. Hazırda dünya birliyi tərəfindən ən çox bəyənilən və tətbiq edilən inkişaf konsepsiyalarından biri "Davamlı inkişaf" ("Sustainable development") konsepsiyasıdır. Bu konsepsiyanın yaranması və qəbul edilməsi BMT-nin təbiəti mühafizə fəaliyyəti ilə əlaqədar olmuşdur. Hələ 1984-cü ildə BMT Baş Katibinin təşəbbüsü ilə BMT nəzdində "Ətraf mühit və inkişaf" üzrə Beynəlxalq Komissiya yaradılmışdır.
Dayanıqlı turizm
Ərazidə turizm fəaliyyətinin davamlı olması üçün atılan addımları əhatə edərək, turizm resurslarında hərtərəfli və məqsədyönlü şəkildə istifadəni stimullaşdırır. Dayanıqlı turizmin əsasında turizm resurslarından maksimum səmərəli istifadə dayanır. Buna görə də dayanıqlı turizm həm də davamlı turizm adlanır. Müasir dövrdə bir çox ölkələr təbiət, cəmiyyət, iqtisadi inkişaf və ekoloji vəziyyət arasında dayanıqlı əlaqələr yaratmağa çalışır. Planetdə insan sayının və mədəni tələbatların artması ilə bərabər, eyni zamanda ehtiyatların məhdudluğu da turizmdə dayanıqlı inkişafın təkcə bir region üçün deyil, bütün dünya üçün vacib olduğunu ortaya qoyur. Turizmin dayanıqlığının təmin olunması turizm ehtiyatlarının öyrənilməsi, genişləndirilməsi, turistlərin tələbatının ödənilməsi üçün zəruri xidmətlərin təşkili və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort imkanlarının genişləndirilməsi, mehmanxanaların və digər turizm obyektlərinin sayının artırılması, turizm marşrutlarının çoxaldılması və s. fəaliyyətləri nəzərdə tutur. Dayanıqlı turizmin həll etmək istədiyi ən vacib problem turizm resurslarından səmərəli istifadə etməklə yanaşı, bu resursları gələcək nəsillər üçün qoruyub saxlamaqdır. Bundan başqa, dayanıqlı turizm seçilmiş ərazidə turizm fəaliyyətinin mövsümi deyil, daimi səciyyə daşımasını hədəfləyir. Dünya üzrə neft sənayesinin zəifləməsi ölkəmizi yeni gəlir mənbələrinə yönəlməyə məcbur edir.
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi — "DOST" mərkəzlərinin idarə edilməsi, onların fəaliyyətinə nəzarət və qiymətləndirmənin həyata keçirilməsi, eləcə də məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində, habelə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi siyahıda göstərilən xidmətlərin "DOST" mərkəzlərində göstərilməsinin təşkili ilə bağlı fəaliyyət göstərən publik hüquqi şəxsdir. == Tarixi == DOST Agentliyi Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2018-ci il tarixli 229 saylı Fərmanına əsasən yaradılıb. Azərbaycan Respublikası Prezidentinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) fəaliyyətinin təmin edilməsi haqqında 10 dekabr 2018-ci il tarixli 387 saylı Fərmanına əsasən DOST Agentliyin Nizamnaməsi, Strukturu, "DOST" mərkəzlərində göstərilən xidmətlərin siyahısı və xidmətlərin göstərilmə Qaydası təsdiq edilib. 9 may 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə DOST Agentliyinin və 1 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 24 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 19 may 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə 3 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 30 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 4 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 14 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Abşeron DOST Mərkəzinin açılışı həyata keçirilib. 22 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı həyata keçirilib. 28 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 5 saylı Bakı DOST Mərkəzinin açılışı olub.
Dayanıqlı İnkişaf Məqsədləri
Dayanıqlı inkişaf məqsədləri (ing. Sustainable Development Goals) – Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən qəbul edilmiş 17 məqsəd. BMT-nin 2015-ci ilin sentyabr ayında keçirilən tarixi sammitində dünya liderləri tərəfindən qəbul edilmiş "2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik"də əks olunan Dayanıqlı İnkişaf Məqsədləri (DİM-lər) 1 yanvar 2016-cı il tarixində rəsmi şəkildə qüvvəyə minib. Hər kəsi əhatə edən və universal xarakter daşıyan bu yeni Məqsədlər fonunda, qarşıdakı on beş il ərzində ölkələr "heç kəsi kənarda qoymamaq" prinsipini rəhbər tutaraq, yoxsulluğun bütün formalarına son qoymaq, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edəcəklər. "Qlobal Məqsədlər" kimi də tanınan DİM-lər Minilliyin İnkişaf Məqsədlərinin (MİM-lər) əldə etdiyi nəticələrə əsaslanır və daha da irəli gedərək, yoxsulluğun bütün formalarının aradan qaldırılmasını hədəfləyir. Yeni DİM-lərin özünəməxsusluğu onların bütün ölkələri, o cümlədən yoxsul, zəngin və orta gəlirli ölkələri planetin mühafizəsini təmin etmək şərtilə, tərəqqini təşviq etmək üçün tədbirlər görməyə səsləməsində əks olunur. DİM-lər təsdiq edir ki, yoxsulluğun aradan qaldırılması iqtisadi artımın təmin edilməsinə yönələn strategiyalarla əlaqəli şəkildə həyata keçirilməlidir. Onlar təhsil, sosial müdafiə və məşğulluq imkanları da daxil olmaqla geniş spektrli sosial ehtiyacları və bununla yanaşı, iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin mühafizəsini ön plana çəkir. == Arxa plan == Minilliyin İnkişaf Məqsədlərinin nailiyyətlərini davam etdirəcək yeni qlobal inkişaf çərçivəsinin müəyyənləşdirilməsi üzrə danışıqlar 2012-ci ildən 2015-ci ilədək davam etdi. Yekun sənəd 2015-ci ilin sentyabrında ABŞ-nin Nyu-York şəhərində keçirilən BMT-nin Dayanıqlı İnkişaf Sammitində imzalandı.
Dayanıqlığın pozulmasının ləğvi avtomatikası
Enerji sistemində dayanıqlığın pozulmasının ləğvi avtomatikası (DPLA) qəza zamanı dinamik dayanıqlığın pozulmasının qarşısının alınması və baxılan rayonun (şəbəkə) verilmiş hissəsi üçün statik dayanıqlığın qəzadan sonrakı şərtlərini təmin etmək məqsədilə nəzərdə tutulmuş ƏQA qurğularının cəmidir. DPLA əks-qəza avtomatikası sisteminin enerjisistemin dayanıqlığını təmin edən birinci hissəsidir. Dayanıqlığın pozulması halında ARAL-ın yarımsistemi yenidən sinxronlaşdırma və ya elektrik şəbəkəsini ayırmaqla asinxron rejimin qarşısının alınmasını təmin edir. DPLA sistemi mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş sistemlərə bölünür. Əksər hallarda DPLA mərkəzləşdirilməmiş təsir edən qurğuların köməyi ilə yerinə yetirilir. Lakin, ƏQA-nın inkişafı ilə mərkəzləşmiş komplekslər yaradılır və inkişaf etdirilir. == Avtomatikanın növləri == DPLA yarımsistemi aşağıdakı avtomatika növlərini əhatə edir: XAYA, DXAYA - bir və ya iki elektrik veriliş xəttinin açılması zamanı yükaçma avtomatikası SİYA - EVX-nin statik ifrat yüklənməsi zamanı yükaçma avtomatikası DİYA - EVX-nin dinamik ifrat yüklənməsi zamanı yükaçma avtomatikası QQYA - yaxın və ya uzaq qısaqapanma zamanı yükaçma avtomatiaksı GAYA - generatorların açılması zamanı yükaçma avtomatikası TAD - təsirlərin avtomatik dozalaşdırılması == İdarəedici təsirlər == DPLA-nın yarımsistemi tdemək olar ki, ƏQA-nın bütün mümkün idarəetmə təsirlərini yerinə yetirir: GA - generatorların açılması TQY, TUY - turbinin qısamüddətli (impuls) və uzunmüddətli yüksüzləşdirilməsi YA - yüklərin açılması TQ - hidroeneratorların tezliyə görə işə salınması və onların sinxron kompensator rejimindən aktiv rejimə keçirilməsi GY - hidro və turbogeneratorların yüklənməsi ET - aktiv müqavimətlərin qoşulması ilə aqreqatların elektriki tormozlanmasıEffektivliyin az olması səbəbindən dayanıqlığın sərhədlərini yüksəltmək üçün əlavə aşağıdakı idarəedici təsirlər var: RA - şuntlayıcı reaktorlarının açılması KF - uzununa və eninə kompensasiya qurğularının forsirovkası TF - təsirlənmənin forsirovkası GQD - gərginliyə görə TAT-ın qoyuluş qiymətlərinin dəyişdirilməsi dəyişdirilməsi == Ədəbiyyat == Окин А. А. Противоаварийная автоматика энергосистем. — М.: Издательство МЭИ, 1995. — 212 с. Глускин И.З., Иофьев Б.И. Противоаварийная автоматика в энергосистемах.
Uzununa dayanıqlıq
Uzununa sabitlik, Uzununa dayanıqlıq və ya Uzununa stabillik, təyyarənin burun-quyruq oxunda, yer düzlüyünə paralel olan düzlükdəki sabitliyini ifadə edir. Bir təyyarə, burun yuxarı və ya burun aşağı enərkən bir problem yaşayanda orijinal vəziyyətinə qayıtmağa meyl edərsə, buna uzununa dayanıqlıq deyilir. Əgər problem istiqamətində daha çox problemlərə meyllidirsə, bu dəfə uzununa qeyri-stabil adlandırılır. Uzununa qeyri-stabil təyyarələrdə baş verən problemdən sonra pilot müdaxiləsi baş vermirsə, təyyarə saxlanma itkisinə uğrayır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2012 •••••••••••••••••••• 0.09

dayanıq sözünün leksik mənası və izahı

  • 1 is. 1. Davam, davamlılıq, möhkəmlik dərəcəsi, sürək. Dayanığı olmayan parça. 2. Dözüm, səbat, səbir. Onun heç dayanığı yoxdur. İşdə dayanıq. // Möhkəmlik, müqavimət qabiliyyəti. Mübarizədə dayanıq göstərmək. Soyuğa (istiyə) dayanıq. 3. məc. Sədaqət, etibar, dəyanət. Dostun dosta dayanığı. Dayanığı olmayan yoldaş.

    Azərbaycan dilinin izahlı lüğəti / dayanıq

dayanıq sözünün sinonimləri (yaxın mənalı sözlər)

dayanıq sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. 1. прочность 2. выдержка, терпение 3. преданность II прил. устойчивый. Dayanıq sistem устойчивая система

    Azərbaycanca-rusca lüğət / dayanıq

dayanıq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. давамлувал (мес. парчадин); 2. эхун, давамлувал; мягькемвал, дурумлувал; // сабур, эхи, сабурлувал; 3. пер. ихтибар, вафалувал.

    Azərbaycanca-ləzgicə lüğəti / dayanıq

"dayanıq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dayanıq nədir? #dayanıq sözünün mənası #dayanıq nə deməkdir? #dayanıq sözünün izahı #dayanıq sözünün yazılışı #dayanıq necə yazılır? #dayanıq sözünün düzgün yazılışı #dayanıq leksik mənası #dayanıq sözünün sinonimi #dayanıq sözünün yaxın mənalı sözlər #dayanıq sözünün əks mənası #dayanıq sözünün etimologiyası #dayanıq sözünün orfoqrafiyası #dayanıq rusca #dayanıq inglisça #dayanıq fransızca #dayanıq sözünün istifadəsi #sözlük