* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Ananın qardaşı. 2. Qoca və ya yaşlı kişiyə müraciət edərkən, ya haqqında danışarkən hörmət əlaməti olaraq deyilir. [Əsəd bəy:] Hayıf, hayıf, Dursun dayı, qocaldın. C.Cabbarlı. Məni qəmgin görsə əgər; Düşmən gülər, dost qəm yeyər; Qızlar baxıb "dayı” deyər; Ağarma, saçım, ağarma! M.Araz. // Bəzən kinayə və ya istehza ilə deyilir. Boşla, ay molla dayı, sən də bizi çəkmə zora; Biz sənin hiylən ilə düşmərik əsla bu tora. M.Ə.Sabir. 3. məc. dan. Öz hüququndan sui-istifadə edərək birisinə qeyri-qanuni kömək edən, himayəsi altına alan adam haqqında (adətən mənfi mənada). Onun burada dayısı var.
Azərbaycan dilinin izahlı lüğəti / dayı2 ananın qardaşı; yaşlı kişilərə müraciət forması; Osmanlı dövlətində valilərə verilən titul; gəmi kapitanı; rəis, süvari.
Azərbaycan kişi adlarının izahlı lüğəti / dayı1 Ana qohumlarının hamısı birlikdə day adlanıb: dayza-xala, dağay, tağay -dayı, daybaş, taybaş – ana babası kimi şərh olunub. Ata tərəfindən qohumlar ən çox əm sözü ilə bağlıdır (əmi - atanın qardaşı, əmə, məmə, mama - atanın bacısı və s.) Bu, əmmək feili ilə qohumdur, “eyni döşdən süd içənlər” deməkdir. Ana tərəfdən olan qohumların day sözü ilə ifadəsi göstərir ki, həmin kəlmə doğmaq sözü ilə qohumdur. Dayı “doğan tərəfin (ananın) vasitəsilə olan qohum”dur. Mənbələrdə “кормилец” mənasını verən tuydırıcı kəlməsi də var. (Bəşir Əhmədov. Etimologiya lüğəti) Birinin arxası olanda deyirik: ”dayısı var”. Burada dayı “ananın qardaşı” yox, dayaq sozünün dəyişmiş formasıdır. Söz mənbələrdəarxadayaq kimi də qeydə alınmışdır, sinonimlər birləşməsidir. Türkmənlər “himayəçi” mənasında arxa dayanc işlədirlər. Buradakı dayanc (dayaq) sözü ilədayı (“arxa” mənasında) eyni söz olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / dayı1 1. DAYI (ananın qardaşı) [Aytəmiz:] Elə-belə, məktub kimi. Cəmi üç dəftərdir. Dayıma göndərnək istəyirdim (Ə.Qasımov); DAYDAY (uşaq dilində) Əkizlər gəlib dedilər ki, dayday işdən getməyib... (H.Abbaszadə); ƏMİ (bax). 2. dayı bax əmi 2
Azərbaycan dilinin sinonimlər lüğəti / dayı2 сущ. дядя: 1. брат матери 2. обращение к взрослому мужчине 3. разг. перен. покровитель. Dayısı var kimin имеет дядю (покровителя) кто; в сочет. с собственными именами. Səftər dayı дядя Сафтар
Azərbaycanca-rusca lüğət / dayı1 сущ. 1. халу (дидедин стха); 2. халу (кьуьзуь ва я яшариз жувалай чӀехи касдив рахадамаз ва я адан тӀвар кьадамаз гьуьрмет патал лугьудай гаф; гагь-гагь айгьамдалдини лугьуда); 3. пер. рах. далу гудай кас, къанунсуз кар туькӀуьрдайди, халу (пис манада).
Azərbaycanca-ləzgicə lüğəti / dayı