dağarcıq sözü azərbaycan dilində

dağarcıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dağarcıq • 70.8333%
  • Dağarcıq • 25.0000%
  • DAĞARCIQ • 4.1667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dağarcıq
Dağarcıq - keçmişdə ərzaq məhsulunu saxlamaq üçün istifadə olunan qab. Dağarcığı hazırlamaq üçün, bütöv soyulmuş və qurudulmuş qoyun dərsinin, qol yerlərini tikir, boğaz hissəsini isə ərzaq tökə bilmək üçün açıq saxlayırdılar. Qoşqu və minik heyvanlarına yüklənə bilirdi. Hələ e.ə. 3-cü minillikdən meydana çıxan dağarcıq, orta əsrlərdə də Azərbaycanda maldar əhali arasında geniş yayılmış əşya olmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2011 •••••••••• 0.09
2014 •••••••••••••••••••• 0.17

dağarcıq sözünün leksik mənası və izahı

  • 1 is. Kiçik dağar; çox vaxt dəridən tikilən kiçik torba, çanta. Dağarcığını çuvala tay tutur. (Ata. sözü). Amma məbada dağarcığın ağzı bərk bağlanmış olmuya, əgər pişik oradan özünü xilas eləsə, üz-gözünü cırmaqlayıb qanadar. C.Məmmədquluzadə. Dilənçi dağarcığından bir qədər çörək və soğan çıxardıb, Nurəddinə verdi. S.S.Axundov. [Qəhrəman:] Bütün məktəb uşaqları kimi biz də dağarcığa qum doldurub … gətirirdik. Ə.Vəliyev. ◊ Sirr dağarcığı – sirr ilə dolu, anlaşılmaz, başçıxarılmaz adam, şey haqqında. [Nurcahan:] Mən başdan-ayağa sirr dağarcığıyam. N.Vəzirov. Ancaq … əmək haqqı bölgüsü olub sirr dağarcığı. “Kirpi”.

    Azərbaycan dilinin izahlı lüğəti / dağarcıq

dağarcıq sözünün etimologiyası

dağarcıq sözünün omonimləri (çox mənalı sözlər)

dağarcıq sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. уменьш. котомка, кожаный мешок, котомочка. Çiynində dağarcıq с котомкой на плече ◊ boş dağarcıq пустой (о человеке); söz dağarcığı: 1. пустозвон; 2. находчивый; такой, который за словом в карман не лезет; söz dağarcığını açmaq высказать своё слово, высказаться; sirr dağarcığı умеющий хранить тайну

    Azərbaycanca-rusca lüğət / dağarcıq

dağarcıq sözünün inglis dilinə tərcüməsi

dağarcıq sözünün fransız dilinə tərcüməsi

dağarcıq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. гъвечӀи тагъар; гзафни-гзаф хамуникай цванвай турба, чанта; ** sirr dağarcığı сирерин кӀват (кьил акъудиз тежер касдин ва я кардин гьакъинда).

    Azərbaycanca-ləzgicə lüğəti / dağarcıq

"dağarcıq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dağarcıq nədir? #dağarcıq sözünün mənası #dağarcıq nə deməkdir? #dağarcıq sözünün izahı #dağarcıq sözünün yazılışı #dağarcıq necə yazılır? #dağarcıq sözünün düzgün yazılışı #dağarcıq leksik mənası #dağarcıq sözünün sinonimi #dağarcıq sözünün yaxın mənalı sözlər #dağarcıq sözünün əks mənası #dağarcıq sözünün etimologiyası #dağarcıq sözünün orfoqrafiyası #dağarcıq rusca #dağarcıq inglisça #dağarcıq fransızca #dağarcıq sözünün istifadəsi #sözlük