dağların sözü azərbaycan dilində

dağların

Yazılış

  • dağların • 67.1084%
  • Dağların • 32.8916%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Türkiyədəki dağların siyahısı
Bu maddədə Türkiyədəki ən yüksək dağlar, dəniz səviyyəsindən hündürlüklərinə görə sıralanmışlardır.
Altay və Sayan dağlarının torpaqları
And dağlarında təyyarə qəzası (13 oktyabr 1972)
Uruqvay Hava Qüvvələri Uçuş 571 və ya And dağlarında təyyarə qəzası, aviasiya tarixində xüsusi yeri olan bir təyyarə qəzası. 13 oktyabr 1972-ci il tarixində 45 adamı daşıyan bir təyyarə And dağları ilə toqquşmuş, həyatda qalan 16 adam ancaq 23 Dekabr 1972 günü qəzanın üzərindən iki aydan uzun bir müddət keçdikdən sonra qurtarıla bilmişdir. == Qəza və xilasetmə işləri == 13 oktyabr 1972 Cümə günü , bir Uruqvay Hava qüvvələrinə məxsus Fairchild FH- 227D təyyarəsi , Uruqvayın Montevideo şəhərindəki Stella Maris Kollecinin "Old Christians " adlı reqbi komandasını And Dağları üzərindən keçən bir uçuşla Çilinin Santiaqo şəhərində keçiriləcək qarşılaşmaya aparırdı. Səfər bir gün əvvəl 12 Oktyabrda Carrasco Beynəlxalq Aerodromundan başlamışdı ancaq fırtınalı dağ havası üzündən , təyyarə gecəni keçirmək üzrə Argentinanın Mendoza şəhərinə enmişdi. 13 oktyabr günortadan sonra səfərə davam etmək üzrə havalanan təyyarə qısa müddət sonra dağlardakı bir keçid üzərindən uçmağa başlamışdı. Təyyarənin pilotu Santiaqodakı hava nəzarət vəzifəlilərinə Çilinin Curicó şəhəri üzərində olduğunu bildirmiş və eniş üçün lazım olan icazəsi almışdı. Daha sonra bunun ölümcül bir səhv olduğu ortaya çıxacaq. Hələ dağların üzərindən seyr etməsinə baxmayaraq bulud örtüyünün içindən keçərək alçalmağa başlayan təyyarə qısa müddət sonra adsız bir zirvə ilə toqquşdu. Sonralar Cerro Seler adı verilən , Glaciar de las Lagrimas (Gözyaşları buzlağı) olaraq da bilinən zirvə , Çili ilə Argentina arasındakı uzaq dağlıq sərhəddə Cerro Sosneado və Tinguiririca vulkanı arasında yerləşir. 4.200 metrlik hündürlüyə sahib olan zirvəyə dəyən təyyarənin sağ qanadı qoparaq geriyə doğru atıldığında quyruq üzərindəki şaquli sabitləyici qopararaq gövdə üzərində arxada böyük bir dəlik açılmasına səbəb olmuşdur.
And dağlarının yüksəklik qurşaqları
Böyük və Kiçik Qafqaz dağlarının heyvanat aləmi
Herakl Kalpe və Abula dağlarını ayırır
Herakl Kalpe və Abula dağlarını ayırır — 1634-cü ildə Françisko de Zurbaran tərəfindən yaradılmış, kətan üzərində yağlı boya ilə işlənmiş rəsm əsəridir. == Təsviri == Rəsm əsəri 136 sm × 167 sm ölçülərində çəkilmişdir. Rəsm əsərinin kolleksiyası Prado muzeyində saxlanılır. == Analizi == Tabloda Herakl təsvir olunmuşdur. Rəsm əsərində biz onun Herkules sütunları kimi də tanınan Kalpe və Abula dağlarını bir-birindən ayırdığını görə bilərik. Françisko de Zurbaranın Herakla həsr olunmuş 10 rəsm əsəri Buen Ritero Sarayının Şahzadələr Zalının IV Filipp üçün ayrılmış zalında nümayiş olunmuşdur. Hal-hazırda həmin seriya Prado muzeyində saxlanılır və nümayiş olunur. == İstinadlar == == Biblioqrafiya == Juan Antonio Gaya Nuño et Tiziana Frati, La obra pictórica de Zurbarán, éditions Planeta, Barcelone, 1988, ISBN 84-320-2866-5 p. 131-132.
Herkules Kalpe və Abula dağlarını ayırır

Lahıc Dağlarında Əks-Səda (1971)
== Məzmun == Ta qədim zamanlardan Azərbaycan özünün mis məmulatları ilə şöhrət tapmışdır. Bunların əsas istehsal mərkəzi Böyük Qafqaz dağlarında yerləşən kiçik Lahıc kəndidir. Burada misdən hazırlanan dolça, satıl, sərnic, məcməyi, sərpuş, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və s. dünyanın bir çox ölkələrinə, o cümlədən Rusiyaya, Orta Asiyaya və Yaxın Şərqə aparılmışdır. Lahıcda dəmir üzərində döymə sənətinin sirləri nəsildən nəslə ötürülür. Filmdə Lahıc sənətkarlarından, onların yaradıcılığından məhəbbətlə söhbət açılır.
Lahıc dağlarında əks-səda (film, 1971)

Britaniyalıların Alp dağlarına Hannibal ekspedisiyası
Britaniyalıların Alp dağlarına Hannibal ekspedisiyası — 1959-cu ildə baş vermiş eksperimental arxeologiya hadisəsi. Ekspedisiyaya rəhbərlik edən britaniyalı mühəndis Con Hoytun məqsədi İkinci Pun müharibəsi zamanı e.ə. 218-ci ildə Hannibalın əfsanəvi şəkildə Alp dağlarını keçməsini yenidən canlandırmaq olmuşdur. Ekspedisiya üzvləri Turindəki zooparkın verdiyi dişi fil olan Jumbo ilə birlikdə uğurlu bir şəkildə Fransadan Alp dağlarının Kol du Mon Cenis zirvəsi vasitəsiylə İtaliyaya daxil olmuşdurlar. == Zəmin == E.ə. 264 — e.ə. 241-ci illəri əhatə edən Birinci Pun müharibəsindən sonra Karfagen məğlub olsa da, Hamilkar Barka Karfagen üçün İberiya yarımadasında ciddi ölçüdə torpaq qoruya bildi. İkinci müharibənin başlanğıcında, yəni e.ə. 218-ci ildə Hamilkarın oğlu Hannibal çox gümanki 50 min döyüşçüdən və 37 fildən ibarət ordusunu götürərək Hispaniyadan (müasir İspaniya) İtaliyaya yürüşə başladı. Onun bu yürüşü 15 il davam edəcəkdi.
Azərbaycan dağlarının siyahısı
== Böyük Qafqaz dağ sistemi == Böyük Qafqaz dağ sistemi Baş Qafqaz (silsilənin yan hissəsi heç bir yerdə çay dərələri ilə kəsilmir buna görə o, bəzən də Suayrıcı silsilə adlanır) və Yan silsilələrinin Azərbaycan hissəsinə, Xəzər dənizinə tərəf getdikcə alçalan və çay dərələri ilə bir-birindən ayrılan Gədi-Kürkeçidağ, Aladaş, Kəmçi və s. silsilələrə, Baş Qafqaz silsiləsinin cənub yamacına paralel uzanan Alazan-Əyriçay çökəkliyinə, Yan silsiləyə şimal-qərbdə paralel istiqamətdə Tələbi-Qaynarca tirəsinə, cənub-şərqdə Baş Qafqaz silsiləsindən Lahıc çökəkliyilə ayrılan Niyaldağ silsiləsinə bölünür: == Kiçik Qafqaz dağ sistemi == Kiçik Qafqaz dağ sistemi Azərbaycan Respublikasındakı hissəsi Murovdağ, Qarabağ, Mıxtökən silsilələri, Şahdağ, Şərqi-Göyçə, Zəngəzur, Dərələyəz silsilələrinin bir hissəsi, vulkanik Qarabağ yaylasının çox hissəsi, Başkənd-Dəstəfur çökəkliyi və s. ibarətdir. == Talış dağ sistemi == Talış dağ sistemi Aşağı Araz çökəkliyindən cənub-şərqdə yerləşir (bəzi tədqiqatçılar Talış dağlarını Əlburz dağ sisteminin şimal-qərb davamı hesab edirlər). Əsasən, şimal-qərbdən cənub-şərqə təqribən paralel uzanan Talış, Peştəsər və Burovar silsilələrindən ibarətdir. Bunlardan ən uzunu (təqr. 100 km) və hündürü (2500 m-dək) İranla dövlət sərhədi boyu uzanan Talış silsiləsidir. Talış dağ sisteminin ən hündür nöqtələri Gömürgöy (2493 m) və Qızyurdu (2433 m) zirvələridir. Talış dağları ilə Xəzər dənizi arasından Lənkəran ovalığı uzanır.

"dağların" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dağların nədir? #dağların sözünün mənası #dağların nə deməkdir? #dağların sözünün izahı #dağların sözünün yazılışı #dağların necə yazılır? #dağların sözünün düzgün yazılışı #dağların leksik mənası #dağların sözünün sinonimi #dağların sözünün yaxın mənalı sözlər #dağların sözünün əks mənası #dağların sözünün etimologiyası #dağların sözünün orfoqrafiyası #dağların rusca #dağların inglisça #dağların fransızca #dağların sözünün istifadəsi #sözlük