Dağüstü sözü azərbaycan dilində

Dağüstü

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Dağüstü • 77.7283%
  • dağüstü • 21.8263%
  • DAĞÜSTÜ • 0.4454%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dağüstü
Dağüstü – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Buduq bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Dağüstü oyk., mür. Quba r-nunun Buduq i.ə.v.-də kənd. Yan silsiləsinin (Böyük Qafqaz) yamacındadır. Oykonim "dağ üstündə salınmış kənd" mənasında olub, kəndin yerləşdiyi coğrafi mövqeyi bildirir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 114 nəfər əhali yaşayır.
Dağüstü qəbiristanlığı
Dağüstü qəbiristanlığı və ya Pirvənzərə qəbiristanlığı — Azərbaycanın Bakı şəhərində 1930-cu illərin əvvəllərinə qədər mövcud olan müxtəlif məzhəbli qəbiristanlıq . Qəbiristanlıq Bakı təpəsinin üstündə, Çəmbərəkənd kəndinin cənub-şərqində, Pirvənzərə kimi tanınan yerdə yerləşirdi. Şəhər mühəndisi polkovnik Nikolay fon der Nonne tərəfindən tərtib olunmuş 1899-cu il Bakı şəhərinin planında qəbiristanlıq bir neçə ərazilərə bölünürdü: müsəlman, erməni həvari, pravoslav, katolik, lüteran, yəhudi və molokan. Qəbiristanlıq ərazisində bir neçə kilsə də vardı. 1930-cu illərin ilk yarısında qəbiristanlıq söküldü və onun yerində Sergey Kirov adına park salındı. 1990-cı ildə qəbiristanlığın köhnə müsəlman hissəsində, Qara Yanvar faciəsi qurbanlarının cəsədləri və sonra Qarabağ münaqişəsi zamanı həlak olanlar dəfn edilmişdir. Bu gün bu sahə Şəhidlər Xiyabanı olaraq tanınır. == Tarixi == === Dağüstü qəbiristanlığın yaranması === 1882-ci il tarixli Bakının "Kaspi" qəzetinin avqust sayında qeyd olunurdu ki, yaşayış binalarının yaxınlığında qəbiristanlığın yerləşməsi əhaliyə zərərlidir.. Qəzet xüsusilə qeyd etdi ki, qəbiristanlıq, xüsusən də rus qəbiristanlığı, xarici şəhər evlərinin damlarından başlayır və qəbiristanlığa girmək üçün ilk evin əsas pilləsindən sonuncu pilləsinə kimi gedib, məzarları adlamaq üçün kifayətdir və ya, bu evlərin hər birinin damından kiçik bir addım attıb, qəbiristanlığa girmək olar.Bir çox sakinlər qəzetin müxbirlərinə məlumat vermişdilər ki, qızmar havada cəsədlərin parçalanmasından güclü qoxu gəlirdi. Qəzetdə qeyd olunurdu ki, qəbiristanlıqda epidemiya xəstəliklərindən ölənlər üçün xüsusi bir şöbə yox idi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.58 dəfə / 1 mln.
2003 ••••• 1.18
2004 •• 0.34
2006 0.23
2007 •••• 0.85
2008 ••• 0.73
2009 ••••• 1.12
2010 ••• 0.82
2011 •••• 0.86
2012 •••••••••••••• 3.61
2013 •••••••••••••••••••• 5.54
2014 •••••••••••• 3.26
2015 •••••••••• 2.72
2016 ••• 0.69
2017 ••• 0.65
2018 ••••• 1.35
2019 ••• 0.56
2020 •• 0.53

dağüstü sözünün leksik mənası və izahı

  • 1 sif. Dağın üstündə olan, hündür yerdə olan. Dağüstü park. – …Çalbayır dağlarından başlamış dağüstü Şuşaya, Əsgəran qalasına qədər nazik qar yer üzünü örtür… S.Rəhimov.

    Azərbaycan dilinin izahlı lüğəti / dağüstü

dağüstü sözünün rus dilinə tərcüməsi

dağüstü sözünün inglis dilinə tərcüməsi

dağüstü sözünün fransız dilinə tərcüməsi

dağüstü sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#dağüstü nədir? #dağüstü sözünün mənası #dağüstü nə deməkdir? #dağüstü sözünün izahı #dağüstü sözünün yazılışı #dağüstü necə yazılır? #dağüstü sözünün düzgün yazılışı #dağüstü leksik mənası #dağüstü sözünün sinonimi #dağüstü sözünün yaxın mənalı sözlər #dağüstü sözünün əks mənası #dağüstü sözünün etimologiyası #dağüstü sözünün orfoqrafiyası #dağüstü rusca #dağüstü inglisça #dağüstü fransızca #dağüstü sözünün istifadəsi #sözlük