Daşaltı sözü azərbaycan dilində

Daşaltı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Daşaltı • 98.6667%
  • daşaltı • 0.8000%
  • DAŞALTI • 0.5333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Daşaltı
Daşaltı — Azərbaycan Respublikasının Şuşa rayonunun Daşaltı kənd inzibati ərazi dairəsində kənd. 1991-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci il 9 noyabrda Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndin adı "qayaaltı" mənasındadır. XIX əsrin əvvəllərində Zəngəzurun Düzəbürd kəndindən gəlmiş erməni ailələri məskən salmışlar. Ondan sonra bu kənd azərbaycanlılar arasında "Daşaltı Neress uşaqları" adlanmışdır. XIX əsrin sonlarında bu kənddən Daşaltı-Xüzərbürd və Daşaltı Küngüt kəndləri yaranmışdır. Xüzəburt kəndinin adı isə şuşalılarda "Xəzinə qalası" adlı mağaranın ermənicə adıdır. Sonra bu ad ermənicə Xtsadberd adlanmışdır. XIX əsrin sonlarına aid məlumata görə indiki Şuşa rayonunda iki Daşaltı adlı kənd vardı: Daşaltı-Künnət və Daşaltı-Xəzəbür.
Daşaltı (Həştrud)
Daşaltı (fars. داش التي‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 53 nəfər yaşayır (15 ailə).
Daşaltı (Qoşaçay)
Daşaltı (fars. داش التي‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 40 nəfər yaşayır (8 ailə).
Daşaltı (Xudabəndə)
Daşaltı (fars. داشالتو‎) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 56 nəfər yaşayır (8 ailə).
Daşaltı (Şuşa)
Daşaltı — Azərbaycan Respublikasının Şuşa rayonunun Daşaltı kənd inzibati ərazi dairəsində kənd. 1991-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci il 9 noyabrda Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndin adı "qayaaltı" mənasındadır. XIX əsrin əvvəllərində Zəngəzurun Düzəbürd kəndindən gəlmiş erməni ailələri məskən salmışlar. Ondan sonra bu kənd azərbaycanlılar arasında "Daşaltı Neress uşaqları" adlanmışdır. XIX əsrin sonlarında bu kənddən Daşaltı-Xüzərbürd və Daşaltı Küngüt kəndləri yaranmışdır. Xüzəburt kəndinin adı isə şuşalılarda "Xəzinə qalası" adlı mağaranın ermənicə adıdır. Sonra bu ad ermənicə Xtsadberd adlanmışdır. XIX əsrin sonlarına aid məlumata görə indiki Şuşa rayonunda iki Daşaltı adlı kənd vardı: Daşaltı-Künnət və Daşaltı-Xəzəbür.
Daşaltı körpüsü
Daşaltı körpüsü — Azərbaycanın Şuşa rayonunda, Şuşa şəhərindən 1 kilometr (0.62 mil) şimal-şərqdə, Daşaltı dərəsi boyunda axan Qarqarçayın üzərində yerləşən körpü. Daşaltı dərəsinin rus sülhməramlılarının nəzarət etdikləri hissəsində yerləşir. == Tarixi == Daşaltı körpüsü 1720-ci ildə tikilmişdir. 1992-ci ildə Şuşanın işğalı ilə ermənilərin nəzarətinə keçmişdir. 2020-ci ildə Şuşanın azad edilməsindən sonra imzalanan üçtərəfli bəyanata əsasən, rus sülhməramlılarının nəzarətinə keçmişdir. Körpü indiki dövrdə də çayı keçmək üçün önəmli vasitə kimi xidmət edir. 2021-ci ildə rus sülhməramlıları körpünün təmirini həyata keçirmişdir. == Memarlığı == Körpü tağlıdır. Tağın künc hissələri yonulmuş daşlardan ibarətdir. Bundan başqa, körpünün qalan hissələri çay daşı, əhəngdaşı və əhəng məhlulu ilə üzlənmişdir.
Daşaltı əməliyyatı
Daşaltı əməliyyatı — Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədilə həyata keçirilən əməliyyat. 1992-ci il 25 yanvarda axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədilə həyata keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü birbaşa rəhbərlik edib. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan taqımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə taqım isə xeyli itki verərək geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirib. == Zəmin == 1992-ci ildə yanvarın ortasına doğru Qarabağda ağır vəziyyət yaranmışdı. Erməni qoşunları öz hərbi üstünlüyündən istifadə edərək Dağlıq Qarabağda azərbaycanlılar məskunlaşan məntəqələri mühasirəyə alır və bir-birindən onları təcrid edir, sonra isə müntəzəm surətdə bu məntəqələri tutmağa başlamışdılar.
Daşaltı (Dərələyəz)
Daşaltı — keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor mərzinin ərazisində mövcud olmuş kənd. Paşalı yaşayış məntəqəsindən 6–7 km cənubda, Arpaçayın sahilində yerləşirdi. == Etimologiyası == Toponim "dağ, qaya" mənasında işlənən "daş" sözü ilə mənsubiyyət şəkilçisi qəbul etmiş "alt" sözünün birləşməsindən əmələ gəlmişdir. == Əhalisi == Kənddə 1873-cü ildə 32 nəfər, 1886-cı ildə 37 nəfər, 1897-ci ildə 73 nəfər, 1904-cü ildə 28 nəfər, 1914-cü ildə 30 nəfər, 1916-cı ildə 24 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 15 nəfər azərbaycanlı yaşamışdır. 1924–1925-ci illərdə azərbaycanlılar yenidən erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuşlar. 1926-cı ildə kənd ləğv edilmişdir. Hazırda xarabalıqları qalır.
Daşaltı (dəqiqləşdirmə)
Kəndlər Daşaltı — Şuşa rayonunda kənd. Daşaltı (Dərələyəz) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. Daşaltı (xarabalıq) (xaraba kənd) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasınında, indiki Ermənistanın Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. Daşaltı (Həştrud) — İranda kənd. Daşaltı (Xudabəndə) — İranda kənd. Daşaltı (Qoşaçay) — İranda kənd.
Daşaltı Dövlət Təbiət Yasaqlığı
Daşaltı Dövlət Təbiət Yasaqlığı – 24 noyabr 1981-ci ildə Şuşa şəhərinin ətrafında yaradılmışdır. Sahəsi 450 hektardır. Şuşa şəhəri və Şuşa rayonu Qarabağın, Azərbaycanın ən səfalı və füsunkar təbiətli, zəngin tarixi abidəli sahələrindən biridir. Onların qorunmasının, etalon ərazi kimi saxlanılmasının təbiət və tarixi baxımdan mühüm əhəmiyyəti vardır. Yasaqlığın ərazisi zəngin meşə, kol və ot bitkilərinin təbii muzeyidir. 1981-ci ildə Şuşa və Əskəran rayonlarının ərazisində nadir təbiət komplekslərini qorumaq üçün təşkil edilən Daşaltı Dövlət Təbiət Yasaqlığı 1992-ci ildən Ermənistanın işğalı müddətində tamamilə məhv edilmişdi. 14 iyun 2024-cü ildə yasaqlığın bərpa olunması barədə qərar qəbul olunmuşdur. == Ərazisi == Şuşa və Xocalı ərazisində nadir təbiət komplekslərini qorumaq üçün 1988-ci ildə təşkil edilən yasaqlığ 450 hektar ərazini əhatə edir. Qoruğun ərazisinə Topxana meşəsi, Kirs dağının ərazisi, Cıdır düzü, Xocalı rayonunun qala divarları daxildir. Ərazidə triton əsrinə aid "Xan mağarası" təbiət abidəsi vardır.Şuşa şəhəri və Şuşa rayonu Qarabağın, Azərbaycanın ən səfalı və füsunkar təbiətli, zəngin tarixi abidəli sahələrindən biridir.

daşaltı sözünün rus dilinə tərcüməsi

Oxşar sözlər

#daşaltı nədir? #daşaltı sözünün mənası #daşaltı nə deməkdir? #daşaltı sözünün izahı #daşaltı sözünün yazılışı #daşaltı necə yazılır? #daşaltı sözünün düzgün yazılışı #daşaltı leksik mənası #daşaltı sözünün sinonimi #daşaltı sözünün yaxın mənalı sözlər #daşaltı sözünün əks mənası #daşaltı sözünün etimologiyası #daşaltı sözünün orfoqrafiyası #daşaltı rusca #daşaltı inglisça #daşaltı fransızca #daşaltı sözünün istifadəsi #sözlük