daşdələn sözü azərbaycan dilində

daşdələn

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • daşdələn • 57.1429%
  • Daşdələn • 42.8571%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Daşdələn
Daşdələn (lat. Saxifraga) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin daşdələnkimilər fəsiləsinə aid bitki cinsi. Bu cinsə daxil olan bitkilər qayalıqlar arasında bitdiyinə görə daşdələn adlandırılmışdır (yunanca "saxum" - qaya deməkdir. Məlum olan 370 növdən gülçülükdə təxminən 80 növündən istifadə edilir. Onlardan ən geniş yayılanları aşağıdakılardır: Çimli daşdələn (S. caespitosa) hündürlüyü 20 sm-ə çatan, ağ gülləri süpürgə çiçək qrupuna toplanmış bitkidir. Daşdələnin vətəni tundradır. Əsasən bitkinin hibrid formalarından istifadə olunur. Dənəvər daşdələn (S. granulata) vegetativ çoxalma üçün rozetin bünövrəsində əmələ gələn xırda kök yumrularından istifadə edilir. Qığırdaqlı daşdələnin (S. cartilaginea) yarpaqları ağ, əhəngli dənəciklərlə örtülü olan bitkidir. Daşdələnin toxumlarını apreldə torpağa səpməklə çoxaltmaq olar.
Tilli daşdələn
Tilli daşdələn — (lat. Saxifraga cymbalaria) == Qısa morfoloji təsviri == Birillik bitkidir. Gövdəsi zəif, budaqlı, qalxan və ya əsasən sərilən, uzunluğu 30 sm qədər, demək olar ki, çılpaq bitkidir. Yarpaqları uzunsaplaqlı, yuvarlaq-böyrəkvari, əsası ürəkvari, qıraqları 3–11 dişli, qısa codtüklü, üstü yaşıl, altı solğun qonur rəngdə, yuxardakı yarpaqları daha xırdadır. Çiçəkləri nazik 20–35 mm uzunluqda çiçəksaplağı üstündə yerləşərək, azçiçəkli çiçəkqrupunda yığılmışlar. Kasacığı demək olar, əsasına kimi 2 mm uzunluqda yumurtavari-üçkünc və ya uzunsov-küttəhəri hissələrə yarılmışdır. Ləçəkləri (3) 4–5 (6) mm uzunluqda, uzunsov-ellipsvari, çox qısa dırnaqcıqlı, sarı (qurudulanda çəhrayı) rəngdədir. Qutucuğü 4 mm uzunluqda, ovalvaridir. Toxumları iri, kürəvari, xırda qabarıqlıdır. == Yayılması == BQ qərbi rayonlarında aşağı dağ qurşağından yuxarı dağ qurşağına kimi yayıılmışdır.
Vəsli daşdələn
Saxifraga exarata (lat. Saxifraga exarata) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin daşdələnkimilər fəsiləsinin daşdələn cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B2ab (i, ii, iii, iv). == Təbii yayılması == Böyük Qafqzın Quba hissəsi və Kiçik Qafqazın şimal hissəsində yayılmışdır. == Botaniki təsviri == Çoxillik ot bitkisidir. Gövdə zoğları sıx, kirəmitli yarpaqcıqlı, çiçəkli, düz vəziciklidir. Budaqlı zoğların yarpaqları 3 bölümlü, küt hissəciklərlə, aydın görünən damarlı, çılpaq, kənardan vəzciklidir. Çiçək qrupu azçiçəklidir. Kasacıq vəzicikli, 5 yumurtavari küt hissəiklidir. Ləçəklər ağ, tərs-yumurtavari, 3 damarlı, kasacığın hissəciklərindən 2 dəfə uzundur.
Üçbarmaq daşdələn
Üçbarmaq daşdələn (lat. Saxifraga tridactylites) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin daşdələnkimilər fəsiləsinin daşdələn cinsinə aid bitki növü.
Daşdələnkimilər
Daşdələnkimilər (lat. Saxifragaceae) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. == Cinsləri == Abrophyllum Hook.f. ex Benth. Astilbe Buch.-Ham. ex D.Don — Astilba Astilboides Bensoniella Morton Bergenia L. — Badan. Ən tanınmış növü — Bergenia cordata. Bolandra A.Gray Boykinia Nutt. Chondrosea Chrysosplenium L. Conimitella Rydb. Darmera Voss Elmera Rydb.
Daşdələnçiçəklilər
Daşdələnçiçəklilər (lat. Saxifragales) — bitkilər aləminə aid bitki dəstəsi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 0.39
2004 •••••••••••••••••• 0.34

daşdələn sözünün leksik mənası və izahı

daşdələn sözünün rus dilinə tərcüməsi

daşdələn sözünün ləzgi dilinə tərcüməsi

"daşdələn" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#daşdələn nədir? #daşdələn sözünün mənası #daşdələn nə deməkdir? #daşdələn sözünün izahı #daşdələn sözünün yazılışı #daşdələn necə yazılır? #daşdələn sözünün düzgün yazılışı #daşdələn leksik mənası #daşdələn sözünün sinonimi #daşdələn sözünün yaxın mənalı sözlər #daşdələn sözünün əks mənası #daşdələn sözünün etimologiyası #daşdələn sözünün orfoqrafiyası #daşdələn rusca #daşdələn inglisça #daşdələn fransızca #daşdələn sözünün istifadəsi #sözlük