daşlar sözü azərbaycan dilində

daşlar

Yazılış

  • daşlar • 94.4264%
  • Daşlar • 5.4439%
  • DAŞLAR • 0.1296%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qiymətli daşlar
Qiymətli daşlar — təbiətdə nadir tapılan, gözəl xarici görünüşə malik minerallar. Qiymətli daşlar ta qədimdən insanları cəlb etmiş, bu daşlara maraqlı xüsusiyyətlər uydurulmuş, onların müalicəvi əhəmiyyətinə inanmışlar. Məsələn, sapfirin ilanı öldürməsinə, heliotropun insanı gözə görünməz etməsinə, ametisti dilin altına qoyanda sərxoşluqdan qoruduğuna inanmışlar. Qədim Roma yazıçı və alimi Böyük Pliniy (bizim eranın 23–79-cu illər) özünün " Təbiətin tarixi" əsərində əqiq haqqında yazırdı ki, bəzən aqatda Apollon və doqquz muzanı görmək mümkündür, həm də onları "süni yolla ayırmaqla yox, təbiət elə rəng vermişdir ki, hər muzanın öz xüsusiyyətlərini təbii olaraq ayrılıqda görmək olar". Orta Asiya alimi Biruni (973 −1050-ci illər) yazırdı: " Əgər ilanın qarşısında zümrüdü saxlasan, onun gözündən yaş axacaq, və o kor olacaqdır. Bu faktı çoxları təcrübələrinə görə təsdiq edir…". Daşlar haqqında qədim kitablarda –"lapidariya"larda insanların ilkin məlumatları çox primitiv olmuş, inanca əsaslanmışdır. Bütün bunlara baxmayaraq, elə orada bəzi elmi fikirlərin cücərtilərini görmək olar. Misal üçün, almazı dayanıqlığın və cəsarətin, qorxmazlığın, bədbəxtliyə üstün gəlməyin simvolu kimi görürdülər. İndi bir çox insanlara məlumdur ki, almaz ən bərk metalları belə aşılaya bilir.
Daşlar Danışanda (1976)
== Məzmun == Bu film əcdadlarımızın Azərbaycan ərazisində daşlardan məişətdə ilk dəfə necə istifadə etmələrindən, bizim günlərə qədər gəlib çıxmış qədim tarixi abidələrdən, respublikamızın müxtəlif bölgələrində — Kəlbəcər, Laçın, Ağdam, Naxçıvan, Şamaxı və başqa yerlərdə fəaliyyət göstərən açıq səma altındakı muzeylərdən, bu muzeylərdə nümayiş etdirilən müxtəlif daş kitabələrdən, insan və heyvan fiqurlarından, Qobustan və Gəmiqayadakı qayaüstü təsvirlərdən danışır.
Rəngli daşlar (roman)
Daşlar danışanda (film, 1976)
== Məzmun == Bu film əcdadlarımızın Azərbaycan ərazisində daşlardan məişətdə ilk dəfə necə istifadə etmələrindən, bizim günlərə qədər gəlib çıxmış qədim tarixi abidələrdən, respublikamızın müxtəlif bölgələrində — Kəlbəcər, Laçın, Ağdam, Naxçıvan, Şamaxı və başqa yerlərdə fəaliyyət göstərən açıq səma altındakı muzeylərdən, bu muzeylərdə nümayiş etdirilən müxtəlif daş kitabələrdən, insan və heyvan fiqurlarından, Qobustan və Gəmiqayadakı qayaüstü təsvirlərdən danışır.
Qara daşlar (film, 1956)
"Qara daşlar" — rejissor Ağarza Quliyevin filmi. == Məzmun == Kinopovestdə neft uğrunda aparılan qəhrəmanlıq mübarizəsindən, qabaqcıl neftçilərin irəli sürdükləri cürətli təşəbbüslərin həyata keçirilməsinə mane olan mühafizəkarlarla yenilikçilərin toqquşmasından, gənclərimizin əmək fədakarlığından bəhs edilir. Film neft kəşfiyyatçılarının dənizdə qazma işləri apardıqları zaman baş verən dramatik hadisələrdən bəhs edir. == Film haqqında == Film quruluşçu rəssam Kamil Nəcəfzadənin kinoda ilk işidir. Film aktyor Həsənağa Turabovun kinoda ilk işidir. Film yazıçı Mehdi Hüseynin eyniadlı romanı əsasında ekranlaşdırılmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Mehdi Hüseyn Quruluşçu rejissor: Ağarza Quliyev Quruluşçu operator: Xan Babayev, Əsgər İsmayılov Quruluşçu rəssam: Kamil Nəcəfzadə, Elbəy Rzaquliyev Rejissor: Şamil Mahmudbəyov Bəstəkar: Rauf Hacıyev Mahnıların mətni: Ənvər Əlibəyli Səs operatoru: Ağahüseyn Kərimov Filmin direktoru: Teymur Hüseynov Çalır: Üzeyir Hacıbəyov Adına Azərbaycan Dövlət Simfonik Orkestri Dirijor: Çingiz Hacıbəyov Operator: Əlihüseyn Hüseynov Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Mahnı ifa edən: Mobil Əhmədov (titrlərdə yoxdur) === Rollarda === İsmayıl Əfəndiyev — Şeyda İmanov Ələsgər Ələkbərov — Qüdrət İsmayılzadə Adil İsgəndərov — Xəlilov İsmayıl Dağıstanlı — Aslanov Rüfət Əliyev—Tahir Nəzakət Hüseynova — Lətifə Əli Qurbanov — usta Ramazan Boris Çinkin — Koşkin Mustafa Mərdanov — Dəmirov Möhsün Sənani — usta Qurban Ələkbər Hüseynzadə — Ağanemət Sergey Yakuşev — neft kəşfiyyatçısı Sofa Bəsirzadə — Lalə F.Mustafayev — Teymur Əzizə Məmmədova — Nisə xala Vladimir İvanov Tələt Rəhmanov — mühəndis Məcid Şamxalov — həkim R.Həşimzadə Məmmədrza Şeyxzamanov Ə.Rəsulov Əliağa Ağayev — mühəndis Əliheydər Həsənzadə — mühəndis Həsənağa Turabov — rabitəçi Hüseyn === Filmi səsləndirənlər === Əli Zeynalov — Tahir (R.Əliyev) (titrlərdə yoxdur) Hökümə Qurbanova — Lətifə (Nəzakət Hüseynova) (titrlərdə yoxdur) Sadıq Hüseynov — mühəndis (titrlərdə yoxdur) Həsənağa Salayev — rus mühəndis (titrlərdə yoxdur) Yusif Vəliyev — rus neftçi (titrlərdə yoxdur) Hüseynağa Sadıqov — Teymur (F.Mustafayev) (titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл.
Məhəmməd bin Mənşur. Qiymətli daşlar haqqında (Cəvahirnamə)
Cəvahirnamə — Məhəmməd ibn Mənşur tərəfindən yazılmış və adından da göründüyü kimi qiymətli daşlardan bəhs edən bu əsər Uzun Həsən və onun oğlu Sultan Xəlilə həsr olunmuşdur. Əsər iki fəsildən ibarətdir. Əsər sultanın mədh olunmasıyla başlayır. Əsərin 1-ci hissəsi 20 babdan, ikinci hissəsi yeddi babdan ibarətdir. Həmin bablarda qiymətli metal və daşlar haqqında məlumat verilir. Əsər hicri-şəmsi tarixi ilə 1335-ci ildə İranda çap olunmuşdur. Əlyazma nüsxəsi şərq istehsalı olan qəhvəyi rəngli nazik kağıza yazılmışdır. Əsərin xətti nəsxdir. Başlıq və yarımbaşlıqlar qırmızı mürəkkəblə işarələnmişdir. Əsərin 1b vərəqində bir dənə kvadrat şəklində möhür basılmışdır.
Sürüşən daşlar
Sürüşən daşlar, həmçinin yelkənli daşlar, yeriyən daşlar, yuvarlanan daşlar adı ilə də bilinən bu hadisə daşların heçbir insan və ya heyvan müdaxiləsi olmadan yumuşaq torpağın üzəri ilə sürüşməsi kimi qeydə alınmış hadisədir.Qaya hərəkətləri ən müxtəlif yerlərdə qeydə alınsa da bunlar içindən ən çox nəzərə çarpanı (hərəkət məsafəsinə görə) Kaliforniyanın Ölüm Dərəsi Milli Parkındakı sürüşmələrdir. == Əfsanələr == Yerli xalq arasında bəzən bu yer lənətli yer kimi də sayılırdı. Bəzi əfsanələrə görə isə hətta bu daşların şəkil dəyiştirə bilən məxluqlar olduğu və ya yad planetlilər tərəfindən kosmosdan buraya yerləştirildiyi deyilirdi. == Təsfiri == Qayaların yerləştiyi ərazi köhnə bir göl yatağıdır və bu qayalar bəzən 200 metrə qədər hərələt edə bilir. İlk əvvəllər qayaların küləyin gücü ilə hərəkətə gəldiyi iddiası irəli sürülsə də sonralar 350 kiloqrama qədər çatan bu qayaların torpağın da quru və çat olmasına görə bu cür hərəkət edə bilməsi iddiası yalanlandı.İçin ən maraqlı yanı isə o idi ki, bu qayaların indiyə kimi hərəkət etdiklərini hələ heç kəs görməmişdi. Qayalar bir gecənin içində yerlərini dəyişərək səhər torpaqda iz salırdılar. Bu izlər əksərən düz olsa da bəzən ixtiyari formada ola bilərdi. == Qayaların sirri == Hərəkət edən bu qayalar haqqında ilk araşdırmalar 1915-ci ildən başladı.2013-cü ildə GPS üzərindən daha dəqiq elmi araşdırmalar ilə qayaların sirri ortaya çıxdı. Belə ki, elmi araşdırmalara görə Ölüm vadisində gecələr tempratur çox soyuq olduğundan bu göl yatağında suyun donmasına səbəb olur. Qayaların daha intensiv hərəkəridekabr ayının 20-si yanvar ayında müşahidə edildi.Belə ki, 60-a yaxın qayanın hərəkəti aşkarlandı və hətta bəzisinin 224m hərəkət etdiyi üzə çıxdı.Bu hadisənin Dekabrda daha intensiv baş verməsinin səbəbi sirrin suyun donması ilə əlaqədar olmasında olduğunu göstərdi.
"Neft Daşları"nda faciə
"Neft Daşları"nda faciə — 21 noyabr 1957-ci ildə gecə vaxtı Neft Daşlarında saniyədə 44 metr sürətlə əsən güclü külək və 13 metr hündürlüyündə dalğa ilə müşayiət olunan qasırğa zamanı baş vermiş hadisə. Hadisə nəticəsində 21 nəfər faciəli şəkildə həlak olmuşdur. Bu hadisə Neft Daşları tarixində baş vermiş ən faciəvi hadisədir. == Səbəbləri == Faciənin baş verməsinin əsas səbəbi hava şəraiti olmuşdur. Belə ki, həmin vaxt Neft Daşlarında saniyədə 44 metr sürətlə güclü külək əsirdi ki, bu da 13 metr hündürlüyündə dalğa ilə müşayiət olunan qasırğanın yaranmasına səbəb olmuşdur. Nəticədə dəniz özülü qasırğanın gücünə tab gətirməyərək dağılmış və həmin ərazidə olan 21 nəfər bataraq həlak olmuşlar. Onların batdığı yerdə səhərədək qışqırıq, köməyə çağırış səsləri eşidilsə də o dövrdəki texniki imkanlar şəraitində onlara kömək etmək mümkün olmamışdır. == Həlak olanlar == Hadisə nəticəsində "Neft daşları" Neft və Qaz Çıxarma İdarəsinin əməkdaşları — Neft Daşlarının əsasını qoyanlardan M. P. Kaveroçkinin və S. Bağırovun rəhbərlik etdiyi 2 qazma briqadasının 21 üzvü faciəli şəkildə həlak olmuşdur.. Əksəriyyəti gənc və subay oğlan olan neftçi şəhidlərinin meyidlərini tapmaq mümkün olmamışdır Həlak olanlar bunlardır: Mixail Pavloviç Kaveroçkin; Süleyman Bağırov; İbrahim Qurban oğlu Sadıqov; Nikolay Duplixin; Məmməd Muradov; Bala Mirzəyev. Əbdülhəsən Babayev Hemidullah Elizade[mənbə göstərin] == Xatirəsi == Faciədən sonra hər il noyabrın 21-də onların batdığı yerə 21 dəst qərənfil atmaqla onların ruhları yad edilir.
Ahlat məzar daşları
Ahlatda yüzlərlə məzar daşı torpaq üzərində, ondan daha çoxu da torpaqaltındadır. Bunlar türk plastik sənətinin meydana gətirdiyi saysız nümunələrdir. Ümumiyyətlə 1203–1300 illərinə tarixlənən bu əsərlər üzərində Axa sözcüyünə rast gəlinməkdədir. Bu söz o dövrlərdə türklərə yaraşdırılan bir sifətdir. Bu məzar daşları eyni zamanda Şərq Anadolu və xüsusilə Ahlat tarixini işıqlandırmaqdadır. Ahlat məzar daşları çölümüzü tüf daşından edilmişlər. Ayrıca sandığalar silindr, sütun formasında və üç parçadan meydana gəlmiş üzəri açıq nümunələrdir. Bunun yanında gəmi formasında və düzbucaqlı prizma formasında tək parça daşdan oyularaq edilmiş nümunələr də var. Ahlat məzar daşları üç ana qrupda toplanmaqdadırlar: == Çatma qəbirlər == Çatma qəbirlər boz tüf daşıdan kəsilmiş iki uzun lövhənin, üst kənarlarda bir bucaq meydana gətirəcək şəkildə bir-birləriylə bağlanmasıyla meydana gəlməkdədir. Bu qəbirlərdə baş və ayaq ucları üçbucaq formalı boşluqların önünə qoyulan kiçik daş bloklardan meydana gəlmişdir.
Alban xaç daşları
Xaçdaş nəzəriyyəsi — memarlıq elmləri doktoru Davud Axundov və tarix elmləri doktoru Murad Axundov tərəfindən 1980-ci illərdə müxtəlif elmi və dövri ədəbiyyatda təqdim edilmiş tarix nəzəriyyəsidir. Nəzəriyyə müəllifləri Azərbaycan və Ermənistan ərazilərində yerləşən, bir çoxu Qafqaz Albaniyası və orta əsrlər xristian knyazlıqları dövrlərinə aid olan monumental stellaları "xaçdaş" adlandırır, onların üzərindəki dini simvolikanı isə xristianlıqdan əvvəlki dinlərlə - Zərdüştilik və Mitraizmlə əlaqələndirirlər.D. A. Axundov və M. D. Axundovun 1983-cü ildə nəşr edilmiş "Qafqaz Albaniyası məbədləri və stellalarında dini simvolika və dünyanın təsviri" adlı kitabda əks olunmuş fikirlər əsasında hazırlanmış elmi məruzə, nəzəriyyə müəllifləri tərəfindən 1985-ci ildə Bakıda keçirilən Ümumittifaq Arxeologiya Konqressində səsləndirilmiş və qalmaqala səbəb olmuşdur. Nəzəriyyə müəllifləri tədqiq etdikləri monumental xristian stellalarını dörd növə bölürlər: Xaçın xaçdaşları, Arsak Xaçdaşları, Cuğa xaçdaşları və Yenivəng xaçdaşları. Xaçdaş nəzəriyyəsinə görə, müəlliflərin müxtəlif qruplara aid etdikləri bu stellalar bədii tərtibat və dizayn baxımından bir-birindən fərqlənən qrup xüsusiyyətlərinə malikdir. == Nəzəriyyənin elan edilməsi və qəbulu == 1983-cü ildə nəşr edilmiş "Qafqaz Albaniyası məbədləri və stellalarında dini simvolika və dünyanın təsviri" adlı əsərində (rus. "Культовая символика и картина мира, запечатленная на храмах и стелах Кавказской Албании) D. A. Axundov və M. D. Axundov bildirirlər ki, müxtəlif dövrlərdə Qafqaz Albaniyasının tərkibinə daxil olmuş və Alban Həvari Kilsəsinin tabeliyində olmuş ərazilərdə (müasir Azərbaycan Respublikası, Naxçıvan MR və Ermənistan Respublikasının Sünik mərzi) aşkarlanmış stellalar və məzar daşları Qafqaz Albaniyasının xristianlıqdan əvvəlki dini görüşləri (xüsusilə Zərdüştilik və Mitraizm) ilə əlaqəli olub, xristian və paqan dini baxışlarının qarışımından yaranmış dünyagörüşünü əks etdirir. Müəlliflər bu cür tarixi abidələr üçün ümumiləşdirici ad kimi "xaçdaş" (Azərbaycan dilində "xaç" və "daş" sözlərindən) termini istifadə etməyi təklif edirlər.1985-ci ildə Bakıda keçirilən Ümumittifaq Arxeologiya Konqressində D. Axundov məruzə ilə çıxış edərək nəzəriyyəni səsləndirir və bu hadisə qalmaqala səbəb olur. Ermənistandan gələn nümayəndə heyəti konqresi tərk etməyə hazır olduğunu bəyan edir, Leninqraddan gəlmiş elm xadimləri isə Axundovun məruzəsini psevdo-elmi siyasi aksiya kimi qiymətləndirirlər. ABŞ-dən olan arxeoloq Filipp Kol və Gürcüstandan olan arxeoloq Qoça Çeçxladze hesab edirlər ki, bu hesabat düşünülmüş siyasi təxribat olmaqla, bilərəkdən saxta mədəni mif yaratmağa hesablanmışdı.Sonradan nəzəriyyə haqqında fikir bildirmiş Rusiya və Ermənistandan olan alimlər qeyd edirlər ki, ya Axundov xristian ikonoqrafiyasının məşhur xüsusiyyətlərini bilmir, ya da bilərəkdən onlara məhəl qoymayaraq xristian süjetlərini mitraistik elan edir.Xaçdaş nəzəriyyəsinin tam yekunlaşdırılması Axundovların 1986-cı ildə nəşr edilmiş "Qədim və erkən orta əsrlər Azərbaycan memarlığı" (rus. Архитектура древнего и раннесредневекового Азербайджана) əsəri ilə (redaktor N. İ. Rzayev, rəyçilər Z. M. Bünyadov, V. Q. Əliyev, N. A. Sarkisov) baş tutmuşdur.
Bobrovıye daşları
Bobrovıye daşları — Komandor adalarının tərkibinə daxil olan adadan ibarət olan qrup. Mednı adasının şimal-şərqində yerləşir. Adalar Rusiya Kamçatka diyarı Aleut rayonu ərazisinə daxildir. Adalarda yaşayış yoxdur. Adalar öz növbəsində hündür qayalıqlardan ibarətdir. Çəkilmə zamanı adalar bir-biri ilə birləşir. Mednı adası ilə aralarında olan boğaz çəkilmə zamanı belə mövcudluğunu saxlayır. Boğazın eni 0,2 km təşkil edir. Adalar bir km məsafədə uzanır. Gilli çimərliklərlə birlikdə uzunluğu 1,3 km-dir.
Boris daşları
[[Şəkil:Belarus-Polatsk-Boris_Stone.jpg|link=https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:Belarus-Polatsk-Boris_Stone.jpg%7Cthumb%7C[[Müqəddəs Sofiya kafedralı (Polotsk)|Müqəddəs Sofiya kafedralinin]] yaxınlığında Boris daşı. Polatsk, Belarusiya]] Boris daşları (belar. Барысавы камяні, rus. Борисовы камни ) və ya Dvina daşları (rus. Двинские камни ) — Belarusun Polotsk və Drissa şəhərləri arasında, Dauqava sahillərində tapılmış orta əsrlərə aid 7 maddi tapıntı. Bu ərazidə xristianlıqdan əvvəl yaşanılsa da, daşlar XII əsrə aiddir və üzərində yazı və Məsihin təsviri var. Daşların ən böyüyünün çevrəsi 17 metrdir. == Tarix == Bu daşlar 16-cı əsrdə Maçey Striykovski tərəfindən izah edilsə də, onları ilk dəfə elmi diqqətə çatdıran 1818-ci ildə Corc von Kankrin idi. Kankrin, Orşa yaxınlığındakı bir daş üzərində aşağıdakı yazını aşkarladı: “1171-ci ildə, martın 7-də bu xaç tamamlandı. Rəbb, xahiş edirəm digər adı Borisin oğlu Roqvolod olan qulunuz Bazilə kömək edin." Sonralar Borisin adını daşıyan bir neçə başqa daş da aşkar edildi.
Böyrək daşları
Böyrək daşları - böyrəkdə və böyrək ətrafı nahiyələrdə şiddətli ağrılara səbəb olur. == Əlamətləri == Böyrəkdə daşın əlamətləri əsasən sidikdə yanma, qanama, ürək bulanması və qusma kimi hallardır. Günümüzdə bir çox insanın əziyyət çəkdiyi bu xəstəliyə yediyimiz qidaların səbəb olduğunu bilirdinizmi ?Böyrəkdə əmələ gələn daşın növünə görə onun hansı qida məhsulundan yarandığını bilmək mümkündür. Daşların yaranmasına əsasən aşağıdakı qida məhsulları səbəb ola bilər: Həddən artıq proteinli qida məhsulları Duzlu qidalar Şokolad Bəzi göyərtilər Həddən artıq çay və kofeDigər bir səbəb kimi isə gün ərzində az su içməkdir. Normal bir insan gün ərzində 10-12 stəkan su içməlidir.
Bəzək daşları
Bəzək daşları - yüksək sərtliyi, gözəl rəngi, yaxud naxışları ilə seçilən, cilalanan və pardaxlanan şəffaf, rəngsiz və rəngli qiymətli, yarımqiymətli minerallar və süxurlar. Zərgərlikdə, bədii və dekorativ məmulatlar hazırlanmasında istifadə edilir. Bəzək daşları üç sinifə bölünürlər: I sinifə – nefrit, lazurit, sodalit, amozonit, rodonit, malaxit, avanturin, dağ billuru, kvars, əqiq, yəşəm, vezuvian, çəhrayı kvars və b.; II sinifə — lepidolit, serpentin, selenit, obsidian, mərmər oniks, diatomit, fluorit, kəhrəba və s.; III sinifə — gips, mərmər, porfirlər, bəzi kvarsitlər, labrodorit, aqalmatolit, steatit və b. daxildir. == Həmçinin bax == Kiçik Qafqaz Zərgərlik Daş Salahlı bentonit gili == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Daşların sirdaşı... AMEA-nın müxbir üzvü Məşədixanım Nemət (2012)
== Məzmun == Film Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Məşədixanım Nemət haqqındadır.
Daşların sirdaşı (film, 2012)
== Məzmun == Film Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Məşədixanım Nemət haqqındadır.
Dropa daşları
Dropa daşları və ya Dropa diskləri – Çində tapılan və 12.000 il əvvəl Yer planetinə qəza etmiş dropalılar tərəfindən yaradıldığı iddia edilən daşlar. == Tarixçə == === Kəşf olunması === 1938-ci ildə Pekin Universitetinin professoru Çi Pu Tenin başçılıq etdiyi arxeoloji ekspedisiya Bayan-Kara-Ula dağlarında tədqiqat aparırdı. Bu zaman qrup qəribə kəşf etdi. Dağ mağaralarının birində məzarlar və məzarların içində çox qırılqan, 130 sm uzunluğunda, kəllə sümükləri geniş insanabənzər skeletlər aşkar olundu. Mağaraların divarlarında isə günəş, ay, Yer, ulduz təsvirləri tapıldı. Sonra təsadüf nəticəsində qəribə daş disklər tapıldı. Onlar dairəvi idilər, ortalarında diametri 2 sm olan yumru dəlik vardı və bu dəliklərdən kənara incə spiral xəttlər çıxırdı. Bu disklərin sayı 716 ədəd idi. Onların yaşı 10–12 min il idi. Hər biri 2 sm qalınlığına və 25 sm diametrinə malik idi.
Hakkari məzar daşları
Hakkari məzar daşları - Türkiyənin Hakkari şəhərində tapıntı.1998-ci ilin iyulunda Hakkari şəhər mərkəzində Hakkari Qalasının şimal ətəklərində bir təsadüflə obelisklər tapıldı. Hadisəyə qısa zamanda əl qoyan arxeoloqlar sayı 13-ə çatan bu daşların ilk tikildikləri günkü vəziyyətlərini qoruduqlarını müəyyən etdilər. Torpaq zəminə, kürəkləri qayalığa gələcək şəkildə yan-yana və qismən də arxa arxaya düzülmüşlər idi.Prof. Dr. Vəli Sevinin Hakkaridə etdiyi qazıntıda M.Ö. 1200-cü illərə aid "Balbal" adı verilən Türklərin istifadə etdiyi məzar daşları tapıldı. Türklərin "M.Ö. 1200-cü illərdə bu bölgədə yaşadıqlarını" sübut edən çox əhəmiyyətli bir tapıldı xüsusiyyətini daşıyan məzar daşlarıdır. Prof. Dr. Halaçoğlu, Hakkaridə edilən qazıntılarda M.Ö. 1200-cü illərə aid "Balbal" adı verilən Türklərin istifadə etdiyi məzar daşları tapıldığını ifadə edərək, bunları qeyd etdi: "Balballar, üzərində Türk motivləri olan, Orta Asiya Türk dünyasında tez-tez rast gəlinən Göytürk əvvəlinə aid məzar daşlarıdır. Anadoluda ilk dəfə bu cür bir fiqura rast gəlindi.
Neft Daşları
Neft Daşları — Azərbaycan Respublikasının daxilində, Bakının Pirallahı inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2012-ci il tarixli, 519-IVQ saylı Qərarı ilə Bakı şəhəri Xəzər rayonunun Neft Daşları qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Neft Daşları qəsəbəsi Bakı şəhəri Pirallahı rayonunun inzibati ərazi bölgüsünə daxil edilmiş, Neft Daşları qəsəbə inzibati ərazi dairəsi Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə verilmişdir.Xəzərin dibində neftin olması qədim vaxtlardan məlum idi. Bir çox tarixçilərin, səyyahların əsərlərində dəniz səthi üzərində mazutlu daşların görünməsi, suda qaz qabarcıqlarının çıxması təsvir edilmişdi. Dənizin həmin hissəsinin “Qara daşlar” adlandırılması da məhz bununla əlaqədar idi. Yerli sakinlər su üzərinə yayılmış nefti vedrələrlə yığıb istifadə edirlərmiş. Sakit, küləksiz günlərdə dənizə yanan bir kağız düşəndə həmin yer bir an içində alova bürünərmiş. Gecələr bu mənzərə daha cazibədar olurmuş. Bayram günlərində və ya hörmətli qonaqlar gələndə bu möcüzəli atəşfəşanlıq məxsusi nümayiş etdilər, hamını heyrətləndirərdi. == Ümumi məlumat == Neft Daşları dünyanın ilk neft platformasıdır. Neft Daşları şəhər tipli qəsəbədir və Bakının Pirallahı rayonunun ərazisinə daxildir.
Neft Daşları (1990)
Neft Daşları – 1990-cı ildə Neft Daşları barəsində çəkilmiş sənədli film. == Məzmun == Sənədli filmdə Xəzərin ortasında polad dirəklər üzərində salınmış Neft Daşlarının dünəni, bu günü və sabahı haqqında söhbət açılır. == Film haqqında == Film "Azərneft" Şirkətinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Zaur Məhərrəmov Ssenari müəllifi: Zaur Məhərrəmov, İmran İsmayıl Operator: Zaur Məhərrəmov, Nemət Rzayev Bəstəkar: Rauf Əliyev Səs operatoru: Şamil Kərimov == Sponsor == "Azərneft" Şirkəti == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.
Neft Daşları (film, 1990)
Neft Daşları – 1990-cı ildə Neft Daşları barəsində çəkilmiş sənədli film. == Məzmun == Sənədli filmdə Xəzərin ortasında polad dirəklər üzərində salınmış Neft Daşlarının dünəni, bu günü və sabahı haqqında söhbət açılır. == Film haqqında == Film "Azərneft" Şirkətinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Zaur Məhərrəmov Ssenari müəllifi: Zaur Məhərrəmov, İmran İsmayıl Operator: Zaur Məhərrəmov, Nemət Rzayev Bəstəkar: Rauf Əliyev Səs operatoru: Şamil Kərimov == Sponsor == "Azərneft" Şirkəti == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.
Neft Daşlarında faciə (1957)
"Neft Daşları"nda faciə — 21 noyabr 1957-ci ildə gecə vaxtı Neft Daşlarında saniyədə 44 metr sürətlə əsən güclü külək və 13 metr hündürlüyündə dalğa ilə müşayiət olunan qasırğa zamanı baş vermiş hadisə. Hadisə nəticəsində 21 nəfər faciəli şəkildə həlak olmuşdur. Bu hadisə Neft Daşları tarixində baş vermiş ən faciəvi hadisədir. == Səbəbləri == Faciənin baş verməsinin əsas səbəbi hava şəraiti olmuşdur. Belə ki, həmin vaxt Neft Daşlarında saniyədə 44 metr sürətlə güclü külək əsirdi ki, bu da 13 metr hündürlüyündə dalğa ilə müşayiət olunan qasırğanın yaranmasına səbəb olmuşdur. Nəticədə dəniz özülü qasırğanın gücünə tab gətirməyərək dağılmış və həmin ərazidə olan 21 nəfər bataraq həlak olmuşlar. Onların batdığı yerdə səhərədək qışqırıq, köməyə çağırış səsləri eşidilsə də o dövrdəki texniki imkanlar şəraitində onlara kömək etmək mümkün olmamışdır. == Həlak olanlar == Hadisə nəticəsində "Neft daşları" Neft və Qaz Çıxarma İdarəsinin əməkdaşları — Neft Daşlarının əsasını qoyanlardan M. P. Kaveroçkinin və S. Bağırovun rəhbərlik etdiyi 2 qazma briqadasının 21 üzvü faciəli şəkildə həlak olmuşdur.. Əksəriyyəti gənc və subay oğlan olan neftçi şəhidlərinin meyidlərini tapmaq mümkün olmamışdır Həlak olanlar bunlardır: Mixail Pavloviç Kaveroçkin; Süleyman Bağırov; İbrahim Qurban oğlu Sadıqov; Nikolay Duplixin; Məmməd Muradov; Bala Mirzəyev. Əbdülhəsən Babayev Hemidullah Elizade[mənbə göstərin] == Xatirəsi == Faciədən sonra hər il noyabrın 21-də onların batdığı yerə 21 dəst qərənfil atmaqla onların ruhları yad edilir.
Neft Daşlarının 25 illiyi (film, 1975)
Neft Daşlarının 25 illiyi — Neft Daşlarının yaranma tarixindən bəhs edən film. == Məzmun == Kinolent möcüzələr adası adlandırılan Neft Daşlarının yaranma tarixindən, onun bu günündən, qəhrəman neftçilərin əməyindən danışır. == Film haqqında == Film Sov. İKP XXII Qurultayı Adına NQÇİ-nin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Musa Bağırov Ssenari müəllifi: Sabir Rüstəmxanlı Operator: Vladimir Konyagin Səs operatoru: Şamil Kərimov == Sponsor == Sov.
Pobiti daşları
«Pobiti daşları» (bolq. Побити камъни, «Побитые камни», «Daş meşə», «Diliktaş» — türk. dikili taş) — Bolqarıstan ərazisində qayalı-daşlı ərazi. Ərazi Varna şəhərindən 18 km kənarda, Varna-Sofiya yolu yaxınlığında yerləşir. Pobiti daşları Devnya şəhəri, eləcə də Slınçevo, Banovo və Straşimirovo kəndləri arasında yerləşir. Böyük və kiçik qruplar halında toplaşan bu daşlıq ərazinin sahəsiс 13 km²-dir. == Ümumi məlumat == Ərazi hündürlüyü 5-7 metr, yoğunluğu 0,3-3 metr olan daş sütunlardan ibarətdir. Sütunların təməli çox da möhkəm deyil. Daş sütunların meydana gəlməsi haqqında bir neçə hipotez mövcuddur. Onlar əsasən iki qrupda birləşir: orqanik və qeyri orqanik mənşəli hipotezlər.
Qara Daşların Sakinləri (1991)
== Məzmun == Kinolentdə dünyanın möcüzəsi sayılan, Xəzər dənizində polad adalar üzərində qərar tutan Neft Daşlarından, bu qeyri-adi şəhərin sakinlərindən-Azərbaycan neftçilərindən söhbət açılır. == Film haqqında == Film Sov. İKP XXII Qurultayı Adına NQÇİ-nin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Miri Rzayev Ssenari müəllifi: İmran İsmayıl Operator: Sədrəddin İsmayılov Səs operatoru: Şamil Kərimov Məsləhətçi: Səyyad İbrahimov (əməkdar mühəndis) == Sponsor == Sov. İKP XXII Qurultayı Adına NQÇİ == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Qara daşların sakinləri (film, 1991)
== Məzmun == Kinolentdə dünyanın möcüzəsi sayılan, Xəzər dənizində polad adalar üzərində qərar tutan Neft Daşlarından, bu qeyri-adi şəhərin sakinlərindən-Azərbaycan neftçilərindən söhbət açılır. == Film haqqında == Film Sov. İKP XXII Qurultayı Adına NQÇİ-nin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Miri Rzayev Ssenari müəllifi: İmran İsmayıl Operator: Sədrəddin İsmayılov Səs operatoru: Şamil Kərimov Məsləhətçi: Səyyad İbrahimov (əməkdar mühəndis) == Sponsor == Sov. İKP XXII Qurultayı Adına NQÇİ == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 5.58 dəfə / 1 mln.
2002 ••••• 3.43
2003 ••• 1.57
2004 ••••••••••••• 8.76
2005 •••••••••••••••••••• 14.17
2006 •••••••• 5.18
2007 ••••••••••••• 8.67
2008 ••••••••••• 7.31
2009 •••••••••••••• 9.44
2010 •••••••••• 6.99
2011 •••••••• 5.58
2012 ••••••••• 5.77
2013 •••••••••• 7.00
2014 ••••••••••• 7.21
2015 ••••••• 4.25
2016 ••••••• 4.86
2017 ••••• 3.41
2018 •••• 2.55
2019 •••• 2.23
2020 •••• 2.65

"daşlar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#daşlar nədir? #daşlar sözünün mənası #daşlar nə deməkdir? #daşlar sözünün izahı #daşlar sözünün yazılışı #daşlar necə yazılır? #daşlar sözünün düzgün yazılışı #daşlar leksik mənası #daşlar sözünün sinonimi #daşlar sözünün yaxın mənalı sözlər #daşlar sözünün əks mənası #daşlar sözünün etimologiyası #daşlar sözünün orfoqrafiyası #daşlar rusca #daşlar inglisça #daşlar fransızca #daşlar sözünün istifadəsi #sözlük