daşsarmaşığı sözü azərbaycan dilində

daşsarmaşığı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • daşsarmaşığı • 87.5000%
  • Daşsarmaşığı • 12.5000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Daşsarmaşığı
Daşsarmaşığı (lat. Hedera) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Daşsarmaşığının 16 növü var: Hedera algeriensis Hibberd Hedera azorica Carrière Hedera canariensis Willd. — Kanar daşsarmaşığı, Şimali Afrikanın Kanar adalarında, Portuqaliya və İrlandiyada bitir. Hedera caucasigena Pojark. Hedera colchica (K.Koch) K.Koch — Kolxida daşsarmaşığı, Qafqazda, Himalay dağlarında, Yaponiyada bitir. Hedera cypria McAll. Hedera helix L. — Adi daşsarmaşığıtypus, Qərbi Avropada, Qafqazda bitir. Hedera hibernica (G.Kirchn.) Carrière Hedera iberica (McAll.) Ackerf. & J.Wen Hedera maderensis K.Koch ex A.Rutherf.
Adi daşsarmaşığı
Adi daşsarmaşığı (lat. Hedera helix) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin daşsarmaşığı cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Qərbi Avropada meşələrdə bitir. == Botaniki təsviri == Hündürlüyü 25 m-ə çatır. Həmişəyaşıl sarmaşan bitkidir. Yarpaqları növbəli düzülüşlü, sadə və ya mürəkkəb olub, qalın dərivaridir, tünd-yaşıl və parlaqdır. Birillik zoğlarda olan yarpaqlar beşdilimlidir, yaşlı yarpaqları isə bütövdür. Çiçəkləri qalxanvari çətirdə, başlıqda və ya salxımda yerləşir, beş üzvlüdür, ləçəkləri beşdir, meyvəsi giləmeyvədir. Payızda çiçəkləyir. Uc qələmləri ilə və ya zoğlarla çoxaldılır.
Pastuxov daşsarmaşığı
Pastuxov daşsarmaşığı (lat. Hedera pastuchovii) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin daşsarmaşığı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir. Azərbaycanın nadir növüdür. Rusiya (Dağıstan) və Şimali İranda təbii arealı vardır. Azərbaycanda ilk dəfə Qusarda təsvir edilib. Boyu 30–35 m-ə çatan, sarmaşan kol bitkisidir. Yarpaqları adətən qalın dəricikli, bəzən isə nazik dəricikli olur, üst tərəfdən tündyaşıl, alt tərəfdən açıq rəngli, hər iki tərəfdən çılpaq və yaxud alt tərəfdə seyrək ulduzabənzər pulcuqları vardır, uzunluğu 13 sm-ə, eni 7 sm-ə qədərdir, iysizdir. Yarpaqların forması dəyişkəndir: yerə sərilən budaqların yarpaqları dairəvi-ürəkşəkilli və tamkənarlıdır. Dırmaşan budaqların yarpaqları isə uzunsov-yumurtaşəkilli və neştərşəkilli formaya qədər, qaidə hissəsi dərin ürəkşəkillidən kəsilmiş və pazşəkilli formaya qədər dəyişir, tamkənarlı və ya bölümlüdür.
Kolxida daşsarmaşığı
Kolxida daşsarmaşığı (lat. Hedera colchica) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin daşsarmaşığı cinsinə aid bitki növü. Qafqazda, Türkiyədə, Kiçik Asiyada, İranda rütubətli subtropiklərdə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 30 m-ə çatan güclü, lianaşəkilli, həmişəyaşıl koldur. Zoğları nazik, qısasorucu köklüdür. Meyvə verən zoğları isə qalın və tüklüdür. Yarpaqlarının uzunluğu 25 sm-ə qədər, müxtəlif formaalı: parlaq dərili, bütöv, bəzən üç hissəli, yaşıl və spesifik qoxuludur. Payızda çiçəkləyir. Çiçəkləri ikicinsli, beşhissəli, yaşılımtıl-sarı, 12-35 ədədi çətirşəkilli hamaşçiçəklərə yığılmışdır. Saplaqlarının uzunluğu 2-3 sm-ə çatır.
Daşsarmaşığına bənzər çəpərsarmaşığı
Daşsarmaşığına bənzər çəpərsarmaşığı (lat. Calystegia hederacea) — çəpərsarmaşığı cinsinə aid bitki növü.

Oxşar sözlər

#daşsarmaşığı nədir? #daşsarmaşığı sözünün mənası #daşsarmaşığı nə deməkdir? #daşsarmaşığı sözünün izahı #daşsarmaşığı sözünün yazılışı #daşsarmaşığı necə yazılır? #daşsarmaşığı sözünün düzgün yazılışı #daşsarmaşığı leksik mənası #daşsarmaşığı sözünün sinonimi #daşsarmaşığı sözünün yaxın mənalı sözlər #daşsarmaşığı sözünün əks mənası #daşsarmaşığı sözünün etimologiyası #daşsarmaşığı sözünün orfoqrafiyası #daşsarmaşığı rusca #daşsarmaşığı inglisça #daşsarmaşığı fransızca #daşsarmaşığı sözünün istifadəsi #sözlük