Deba sözü azərbaycan dilində

Deba

Yazılış

  • Deba • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Debal
Debal (urdu ديبل‎) — Təxminən müasir Pakistan İslam Respublikasının Kəraçi şəhəri yaxınlığında yerləşən qədim liman şəhəri. == Adımın mənşəyi == Ərəb tarixçilərinin əsərlərində, xüsusilə də VIII əsrin əvvəllərində hind subkontinentində İslam dinin meydana çıxması zamanı hazırlanan hesabatlarda şəhərin adı Daybul (Dīwal ~ Dībal ديبل) kimi qeydə alınmışdır. Bu da Devalaya sözündən yaranıb və sözün mənası sanskrit dilindən tərcümədə "Allahın olduğu məkan" anlamına gəlir. == Tarixi == IX əsr Ərəb coğrafiyaçısı Əbul-Həsən Əhməd bin Yəhya bin Cabir bin Davud əl-Bəlazuri bu şəhər barədə belə yazır ki, "Debal və ya Devale (Daybul) şəhərində "Budda"nın məbədi ucaldılmışdı. Bu məbədin üzərində qırmızı bayraq qoyulan tac var idi".Debalın əsası bizim eradan əvvəl birinci əsrdə qoyulmuşdur. Tezliklə də bu şəhər Sindin ən mühüm ticarət şəhərlərindən birinə çevrildi. Buraya Bavari dəniz quldurları da daxil olmaqla minlərlə Sind dənizçisi sığınmışdı. X əsr ərəb coğrafiyaşünas-səyyahı Əbu-l-Qasim ibn Havqəl ən-Nisibi öz yazılarında Debal şəhərini ticarətlə və balıqçılıqla məşğul olan sakinləri olan şəhər kimi xatırlayırdı. İbn Havqəl yazır ki, Debal şəhəri Mihrandan qərbdə, dəniz sahillərində yerləşirdi. Bu nəinki ebal üçün həm də qonşu bölgələr üçün böyük bazar və limandır.
Debaltsev
Debaltsev (ukr. Дебальцеве; rus. Дебальцево) - Ukraynanın Donetsk vilayətində yerləşən şəhər. Şəhərin əsası 1878-ci ildə qoyulmuşdur. Şəhər 1878-ci ildə Donetsk dəmiryolu xəttinin çəkilməsi zamanı salınmışdır. Əvvəlcə dəmiryolu stansiyası kimi düşünülən ərazi daha sonra ətraf yerlərdə məskunlaşmaların olması ilə kiçik şəhərə çevrilmişdir. Donetsk vilayətinə daxil olan şəhər eyni zamanda Luqansk vilayətində sərhəddinə yerləşir. 25 min əhaliyə sahib olan Debaltsevdə əhalinin 81.5% ruslar, 16.9% isə ukraynalılar təşkil edir.
Debaltsev döyüşü
Debaltsev döyüşü (rus. Бои в районе Дебальцева; ukr. Бої за Дебальцеве) — Debaltsev şəhəri uğrunda Ukrayna ordusu və rus meyilli qüvvələr arasında davam edən döyüş. Donbass müharibəsinin tərkib hissəsi olan Debaltsev döyüşü müharibənin əsas həll edici mərhələlərindən biri sayılır. Tərəflər Luqansk və Donetsk vilayətlərini bir-birinə birləşdirən strateji əhəmiyyətli şəhəri ələ keçirmək üçün 17 yanvar tarixindən etibarən döyüşməkdədir. Yanvar ayında üstünlük Ukrayna ordusu tərəfində olsada 10 fevral tarixindən etibarən üstünlük rus meyilli qüvvələrin nəzarəti atlına keçməyə başlamışdır. 18 fevral tarixinə olan məlumat əsasən isə şəhərin 80% lik hissəsi rus meyilli qüvvələrin nəzarəti altındadır. Dinc əhali şəhərdən çıxarılıb. 18 fevral 22:00 (Bakı vaxtı ilə) tarixinə olan məlumata əsasən şəhər rusmeyilli qüvvələrin nəzarəti altına keçib.
Debat
Debat — özündə mübahisə, müzakirə, ziddiyyət, xüsusilə də Parlamentdə və ya hər hansı bir toplantıda ictimai mövzularla bağlı müzakirəni birləşdirən çəkişmə fəaliyyətidir.Debat interaktiv və müxtəlif əks tərəflərin təmsilçilərindən ibarət müzakirə metodudur. Debat yalnız nəticəni analiz edən deduktiv əsaslandırmadan, yalnız nəyinsə doğru olub olmadığını müəyyən edən faktual mübahisədən və yalnız inandırma taktikalarından ibarət ritorikadan fərqli olaraq, daha geniş anlayışı özündə əks etdirir. Debatda məntiqi davamlılıq, faktların dəqiqliyi və auditoriyaya emosional müraciət inandırma üçün mühüm rol oynayır və məsələni daha üstün kontekstdə və çərçivədə, daha mahircəsinə əsaslandıra bilən tərəf digərini üstələyir. Debatda faktlardan daha çox tərəflərin öz aralarında gəldiyi konsensus və ya birgə formal nəticəyə gəlmə əsas rol oynayır. Formal debat yarışlarında, tərəflərin hər biri üçün keçərli müəyən qaydalar və çərçivə mövcud olur. Debatlar həm siyasi mövzularda rəsmi orqanlarda, parlamentlərdə, həm də elmi və yaradıcılıq məqsədləri ilə keçirilir. Bir incəsənət metodu kimi debatın əsas məqsədi istənilən mövqedə opponentlə bərabər şərtlər altında rasional şəkildə müzakirə aparmaq bacarığının aşılanmasıdır. Debatın müxtəlif formalarının tarixi qədim Yunanıstana gedib çıxsa da, müasir formada debat cəmiyyətlərinin yaranması XVIII əsrdə baş vermişdir. Debat Cəmiyyətləri XVIII əsrin əvvəllərində Londonda yaranmış və tezliklə milli həyatın məşhur armaturuna çevrilmişdir. Bu cəmiyyətlərin necə yaranması haqqında dəqiq məlumat olmasa da, XVIII əsrin ortalarında Londonda artıq aktiv debat cəmiyyəti mədəniyyəti formalaşmışdı.
Debauchery
Debauchery — 2000-ci ildə Almaniyanın Ştutqart şəhərində Maggotcunt adı ilə yaranmış death metal qrupudur. Qrupun yaradıcısı Tomas, amerikan metal qrupu olan W.A.S.P.-ın «The Crimson Idol» adlı albomundakı bir mahnıdan eşitdiyi sözdən sonra qrupun adını Debauchery olaraq dəyişdirməyi qərara alır. Əvvəlcə qrupun iki üzvü var idi: Tomas Qurrat (vokal, gitara, bas gitara) və Deni (zərb alətləri). Amma Deni, 2006-cı ildə Tomasla səhnədə dava etdiyi üçün qrupdan ayrıldı. Buna görə də, Toması Debauchery-nin tək rəsmi üzvü hesab etmək olar. Konsertlər və albomların studiya yazıları üçün Tomas müvəqqəti musiqiçilərlə çalışır. Tomas Qurrat, 2010-cu ildə onun öz qrupu olan Debauchery bilinənə qədər Ştutqartın ən nüfuzlu kollecində fəlsəfə müəllimi işləyirdi. Lakin işlədiyi kollecdən onun belə bir qrupu olduğunu öyrəndikləri zaman Qurrat'ın qarşısına iki seçim qoyuldu: ya dərs dediyi kollecdə müəllim olaraq qalmalı ya da öz yaradıcılığna davam etməli idi. O isə ikincini seçdi və dərs dediyi kollecdən ayrıldı. Qrupun musiqi stilində rok-n-roll rifflər, melodik gitaralar və klaviş soloları əsas yeri tutur.
Sosialist iqtisadiyyatında iqtisadi hesablamaya dair debat
Sosialist iqtisadiyyatında iqtisadi hesablamaya dair debat (ing. socialist calculation debate; economic calculation debate) — Sovet Rusiyasında müharibə kommunizmi (azad ticarətin qadağan edilməsi) dövründə baş verən hadisələrin nəzəri aspektinə verilən ad; müharibə kommunizmi siyasəti “kapitalist” bazarının olmadığı bir şəraitdə iqtisadi qərarların qəbulu ilə bağlı nəzəri suallar doğurdu. Bir sıra iqtisadçılar maya dəyəri (pul) uçotuna müraciət etmədən iqtisadi dəyərlərin müqayisəsi problemini həll etməyə çalışmışlar. == İstinadlar == == Ədəbiyyat == Белых А. А. Введение; Л.Д.Троцкий и возможность построения социализма // Лев Троцкий и политика экономической изоляции. Экономическая история в прошлом и настоящем / Российская акад. народного хозяйства и гос. службы при Президенте Российской Федерации (1000 nüs.). М.: Дело. Р. Б. Дэй; науч. ред.

"deba" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#deba nədir? #deba sözünün mənası #deba nə deməkdir? #deba sözünün izahı #deba sözünün yazılışı #deba necə yazılır? #deba sözünün düzgün yazılışı #deba leksik mənası #deba sözünün sinonimi #deba sözünün yaxın mənalı sözlər #deba sözünün əks mənası #deba sözünün etimologiyası #deba sözünün orfoqrafiyası #deba rusca #deba inglisça #deba fransızca #deba sözünün istifadəsi #sözlük