Debüssi sözü azərbaycan dilində

Debüssi

Yazılış

  • Debüssi • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Klod Debüssi
Klod Debüssi(fr. Achille-Claude Debussy [aʃil klod dəbysi]) (22 avqust 1862, Sen-Jermen-an-Le, İvelin departamenti, — 25 mart 1918, Paris) —fransız bəstəkarı. == Həyatı == Klod Debüssi 22 avqust 1862-ci ildə anadan olmuşdu.1872-ci ildə 10 yaşlı Debüssi Paris Konservatoriyasına daxil olur. İlk əsərlərindən simfonik oda “Zuleyma” (Heynenin şeirləri əsasında), 2 hissəli xor və orkestr üçün “Bahar” süitası, sonralar isə “Rodriqo və Ximena”, “Pelias və Melizanda”, “Məhəbbətin cinayəti” operaları, “Kamma”, “Oyunlar”, “Oyuncaqlarla dolu taxta” baletləri, Simfoniya (1880-1881), “Triumf Vakxa” süitası (1882), 3 noktyürn (“Buludlar”, “Bayramlar”, “Sirenalar”), arfa və simlilər üçün 2 rəqs, Prelüdiyalar (1891-1894), fortepiano triosu, simli kvartet, violonçel və fortepiano üçün Sonata (1915), skripka və fortepiano üçün Sonata (1916-1917), Qaraçı rəqsləri. Mazurka, “Berqamask süitası”, “Romantik vals”, “Obrazlar”, “Estamplar” süitası, “Ağ və qara” 3 pyesləri aiddir. Piano bəstələri tarixində ən önəmli bəstəkarlardan sayılan Debüssi impresionistlərin və simvolistlərin ideallarını və məqsədlərini musiqiyə daşıyıb. O ondan öncə gələn bəstəkarlar tərəfindən hazırlanmış klaviatura qaydalarını rədd eləyib, yeni texnikalar və səs effektləriini inkişaf etdirib. Debüssinin bəstəkarlığı XX əsr musiqisinə dərindən təsir edib. Debüssi musiqisinin obrazlar aləmi olduqca zəngin və çoxşaxəlidir. Məsələn, fortepiano üçün bəstələnmiş "Prelüdlər" məcmuəsindən "Qar üstə addımlar" pyesini dinləyərkən biz sanki tənha səyyahla rastlaşır, onun qapıldığı ümidsizlik, yalqızlıq hisslərini varlığımızla duyuruq; "Saçı kətan rəngli qız" əsəri gözlərimiz önündə incə, gül tək zərif qadın surəti canlandırır; "Qərbdən əsən külək nələr görüb" pyesi dənizin ənginliklərində baş vermiş faciəvi hadisələrin əks-sədası kimi səslənir; "Batmış kilsə" prelüdündə bəstəkar uzaq keçmişdə batmış və hərdən zəng səslərinin müşayiəti ilə dalğalardan qalxan İs şəhəri haqqında qədim fransız əfsanəsinə müraciət edir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.28 dəfə / 1 mln.
2004 •••••••••• 1.01
2005 •••••••••••••••••••• 2.02
2006 •••••••••••••••••••• 2.03
2007 ••••••••••••••• 1.48
2009 •• 0.16
2010 0.09
2012 ••• 0.26
2013 ••• 0.29
2017 •• 0.16
2018 •• 0.15
2019 •• 0.14

Oxşar sözlər

#debüssi nədir? #debüssi sözünün mənası #debüssi nə deməkdir? #debüssi sözünün izahı #debüssi sözünün yazılışı #debüssi necə yazılır? #debüssi sözünün düzgün yazılışı #debüssi leksik mənası #debüssi sözünün sinonimi #debüssi sözünün yaxın mənalı sözlər #debüssi sözünün əks mənası #debüssi sözünün etimologiyası #debüssi sözünün orfoqrafiyası #debüssi rusca #debüssi inglisça #debüssi fransızca #debüssi sözünün istifadəsi #sözlük